Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1777/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) 18.11.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və X4 oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(107)54/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur və Şəki rayonun Kiş kəndində yaşayır.
2. İddiaçıya məxsus hərbi biletində, əmək kitabçasında, Şəki Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2018-ci il tarixli 2(075)-1082/2018 nömrəli qətnaməsində, kolxozda işlədiyi illərə dair cədvəllərdə, Kirovo-Çepetsk Tikinti İdarəsi tərəfindən verilmiş vəsiqədə, MCУ-89 tərəfindən verilmiş vəsiqədə əksini tapmış məlumatlara əsasən o, 1969, 1970-1976-cı illərdə Şəki rayon Baltalı kənd Partiyanın XXİİİ Qurultayı adına kolxozda tütünçü, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədə k X5 teleqrafçı şagirdi işləmiş, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuş, hərbi xidmətdə olduğu müddətdə ona xx.xx.1977-ci il tarixli əmrlə hərbi inşaatçı ixtisası verilmiş, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Kirovo-Çepetsk Tikinti İdarəsində bölmə briqadirləri-komandirləri kursunda təhsil almış, ümumi tikinti işləri üzrə briqadir ixtisası üzrə tədris proqramını bitirmişdir. 89 nömrəli Tikinti-Quraşdırma idarəsi (MCУ-89) tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli vəsiqəyə əsasən iddiaçı, hündürlükdə işləməyə yararlı hesab edilərək xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək termoizolyasiyaçı işləmişdir. Ona hərbi xidmətdə olduğu və işlədiyi dövrdə xx.xx.1978-ci il tarixdə termoizolyasiyaçı ixtisası üzrə 3 dərəcə verilmişdir. İd diaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1980-cı il tarixədək X3 zavodunun Qışlaq-2 məntəqəsində tütün qəbulu məntəqəsində fəhlə, xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək “Azərelekrtoişıq” İstehsalat Birliyinin starter istehsalı üzrə sexdə çilingər şagirdi, təmirçi çilingər, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək həmin sexdə sazlayıcı, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-cı il tarixədək və xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək X2 zavodunun “Xüsusi Lahiyə Konstruktor Texnoloji Bürosu”nda ocaqçı (aparatçı), xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Şəki şəhər 6 nömrəli Kiş orta məktəbində rus dili müəllimi işləmişdir. xx.xx.1993-cü il tarixdən həmin məktəbdə psixoloq işləyir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya xx.xx.2018-ci il tarixli 80/3-467 nömrəli əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə bildirişlə cavab verərək bildirmişdir ki, tələb olunan güzəştli sosial sığorta stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh üzərinə ona xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 55 yaşı xx.xx. 2014-cü il tarixdə tamam olmuş, həmin tarixə onun 38 il 4 ay 1 gün (1969, 1971-1976, xx.xx.1977, xx.xx.1977xx.xx.1977-xx.xx.1979, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980-xx.xx.1983, xx.xx.1986xx.xx.1987 və xx.xx.1987-xx.xx.1988, xx.xx.1988-xx.xx.2014) ümumi sosial sığorta stajı olmuşdur. Bu stajın 30 il 4 ay 1 günü (1969, 1971-1976, xx.xx.1977, xx.xx.1977xx.xx.1977-xx.xx.1979, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980-xx.xx.1983, xx.xx.1986xx.xx.1987 və xx.xx.1987-xx.xx.1988, xx.xx.1988-xx.xx.2006) xx.xx.2006-ci il tarixədək olan dövrü əhatə edir.
7. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1524/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə (hakim Rüfət Məcidov) iddia təmin edilmiş, Cavabdeh üzərinə İddiaçı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Yuxarı instansiyası məhkəmələrindəki icraat
9. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyаsının 1(107)-717/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(84)-1524/2018 nömrəli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. Həmin qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir.
10. Azər baycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyаsının 21(102)893/2019 nömrəli, xx xxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibаti-İqtisаdi Kollegiyаsının xx.xx.2018-ci il tarixli, 2-1(107)717/2018 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir.
11. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyаsının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-388/2019 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(84)-1524/2018 nömrəli qərarı ləğv ed ilmiş və iş üzrə yeni qərar qəbul edilərək, iddia təmin edilməmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyаsının xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-1388/2019 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibаti-İqtisаdi Kollegiyаsının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-388/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası bildirmişdir ki, işə baxan apelyasiya məhkəməsi iddiaçının kolxozda işlədiyi müddətdə az yaşlı və məktəbli olmasını nəzərə almadan, İPM-nın 12.1-ci maddəsinin tələbi baxımından öz xidməti vəzifəsinə uyğun olaraq azyaşlı və məktəblilər üçün müəyyən edilmiş minimum əmək iştirakı normasının müəyyən etmədən iddiaçının kolxozdakı iş stajının hesablanması, həmçinin iddiaçının gördüyü iş, tutduğu vəsifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə uyğunluğu (eyniliyi) işin konkret hallarını (iddiaçının tutduğu vəsifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssəinin fəaliyyət istiqaməti və s.) nəzərə alınmadan qərar qəbul edilmişdir.
13. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(107)-54/2020 nömrəli qərarı ilə (hakimlər V.Məlikov (sədrlik edən və məruzəçi), E.Hüseynov və A.Mahmudov) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1524/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh həmin qəra rdan da kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 15.1. Kassasiya şikayətində deyilir ki, iddiaçı kolxozda işləmişdir və ona münasibədə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin z) bəndinin tələbləri tətbiq olunmalıdır. Məhkəmə isə öz qərarında qeyd edir ki, “araşdırma aparılmış və müəyyən edilmişdir ki, iddiaçının kolxozda icra etdiyi tütünçü vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatıların, işlərin, peşələrin, və göstəricilərin siyah ısının təsdiq edilməsi haqqında” qərarının XXİİ bölməsində (yeyinti sənayəsi) nəzərdə tutulan peşələrlə öz funksiyasına görə eynilik təşkil edir.” Əvvəla burada hansı araşdırmadan söhbət getdiyi məlum deyil. Əgər bu peşələr eyni peşələr idisə, qanunverici nəyə görə bu peşələri ayırmış və güzəştli iş stajını da fərqləndirmişdir. 15.2. İddiaçının azyaşlı məktəbli olması və əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi istər hazırki, istərsə də Sovet dövrünün qanunvericiliyinə ziddir. 15.3. İddiaçının işlədiyi Partiyanın XXİİ qurultayı adına kolxozda uşaqlar üçün 1969, 1971-1976-cı illərdə illik adam günü olması barədə dəqiq məlumatın olmaması müəyyən edildiyi halda, məhkəmə başqa bir kolxozun göstəricilərini əsas götürmüşdür. 15.4. İddiaçı 1972-ci ildə işləməmiş, 1970-ci ildə isə adam günü olmamışdır. Bu halda həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunsuzdur. 16.5. İddiaçının 1980-1983-cü illərdə “Azərelektroişıq” İB-də və 1986-1988-ci illərdə Bakı Məişət Kondisionerləri Zavodunda işlədiyi peşələrin uyğunlaşdırılması ilə bağlı da məhkəmənin mövqeyi ilə razılaşmır. Çünki Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarında həmin sahələr göstərilməmişdir. b. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün onun izahatı dinlənilmədi. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunl a müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
17. «Əmək pensiyaları haqqında» Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına satmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ə mək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istsisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələ rin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə
30. Əmək pensiyasını təyin edən orqan 30.1. Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi küçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni hayata keşirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. 18. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanun Maddə
13. Əmək şəraitinə görə pensiyalar. Axırıncı iş yerindən asılı olmayaraq əmək şaraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: z) kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: kişilər - 55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa. xx.xx.1997-ci il 321-İQD saylı Qanunla 13-cü maddəyə edilən dəyişikliyə əsasən, qeyd olunan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmışdır. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə
2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə ed ilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdi r. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin təhlilindən göründüyü kimi o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 57 yaşına çatmış olsun; bu şəxs xx.xx.2006-cı il tarixə azı 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq i cra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsun.
24. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır.
25. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu şərtlər əsasında təhlil etmiş, müəyyən etmişdir ki, iddiaçının xx.xx.2016-cı il tarixdə 57 yaşı olmuşdur. Həmçinin bu yaşda iddiaçının 38 il 4 ay 1 gün ümumi stajı olmuşdur və bu stajın 30 il 4 ay 1 günü xx.xx.2006-ci il tarixədək olan dövrü əhatə edir.
26. Məhkəmə eyni zamanda müəyyən etmişdir ki, Milli Arxiv İdarəsinin Şəki filialının təqdim etdiyi xx xxxx 2020-ci i l tarixli, 51 saylı arayışında iddiaçının 1969-1977-ci illərdə Şəki rayon Baltalı kənd Partiyanın XXİİİ Qurultayı adına kolxozda işləməsi, hər il üçün şəxsi hesab nömrəsi olduğu göstərilmişdir. Onun 1971-ci ildə adam günü 135 gün, 1972-ci ildə 78 gün, 1973-ci ildə 112 gün, 1974-ci ildə 137 gün, 1975-ci ildə 187 gün, 1976-ci ildə 135 gün olmuşdur. Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının 1969, 19711976-cı illərdə Baltalı kənd Partiyanın XXİİİ Qurultayı adına kolxozda əmək fəaliyyətinin tütünçü olması faktı müəyyən edilmişdir. Məhkəmələr iddiaçının bu dövrdə əmək günü normasını da araşdırmış, Baltalı kənd Partiyanın XXİİİ Qurultayı adına kolxozda məktəblilər üçün 1969, 1971-1976-cı illərdə illik adam günü olması barədə dəqiq məlumat olmadığına görə, Sovet d övründən hal-hazıra kimi kolxoz kimi yeganə fealiyyət göstərən İvanovka kənd M.V.Nikitin adına kolxozun vermiş olduğu və işə əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli arayışla müəyyən etmişdir ki, yuxarıda qeyd olunan illərdə məktəblilər üçün illik adam əmək günü norması 50 gün olmuşdur. Beləliklə də iddiaçının Milli Arxiv İdarəsinin Şəki filialının təqdim etdiyi xx xxxx 2020-ci il tarixli, 51 saylı arayışında əksini tapmış əmək dövrünü məhkəmə toplam olaraq 7 il müəyyən etmişdir. Eyni zamanda məhkəmə həmin dövrü əmək şaraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən staja aid etmişdir. Məhkəmənin gəldiyi bu nəticə «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin z) bəndinin tələbinə tam uyğundur.
27. İddiaçının azyaşlı məktəbli olması və əmək şəraiti zə rərli və ağır olan digər işlərdə işləməsinin qanunvericiliyə zidd olması, Partiyanın XXİİ qurultayı adına kolxozda uşaqlar üçün illik adam günü olması barədə dəqiq məlumatın olmaması, məhkəmənin başqa bir kolxozun göstəricilərini əsas götürməsi barədə dəlilləri əsassızdır. Çünki iddiaçının 1969, 1971-1976-cı illərdə kolxozda işləməsi arxiv arayışında əksini tapmışdır. Bu məlumatlar işə əlavə olunmuş əmək haqqı cədvəlləri ilə də təsdiqini tapır. Bu o deməkdir ki, iddiaçının həmin dövrdə əmək fəaliyyəti mübahisəsizdir. Mövcud olmuş bu əmək fəaliyyətinin staj kimi nəzərə alınmasını qadağan edən hüquq norması yoxdur.
28. İddiaçının işlədiyi kolxozda minimum əmək günü norması barədə məlumatların arxiv sənədlərində saxlanmaması (aşkar olunmaması), birmənalı olaraq həmin stajın nəzərə alınmamasın a səbəb ola bilməz. İnzibati orqan və ya işə baxan məhkəmə bununla bağlı ətraflı araşdırma aparmalı, əlaqəli və ağlabatan məlumatlara istinad etməklə stajı müəyyən etməlidir. İşə baxmış məhkəmə də iddiaçının işlədiyi dövrdə əmək günü normasını bu cür araşdırma əsasında müəyyən etmişdir.
29. İddiaçının 1972-ci ildə işləməməsi barədə kassatorun dəlilləri ilə bağlı məhkəmə kollegiyası bildirir ki, bu dəlil əsassızdır. Çünki arxiv arayışında iddiaçının 1972-ci ildə kolxozda 59 nömrəli şəxsi hesaba malik olduğu, 67 əmək günü, 78 adam günü işlədiyi əksini tapmışdır.
30. İddiaçının 1970-ci ildə əmək fəaliyyətinin olmaması barədə kassasiya dəlili isə doğrudur. Lakin nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi 1970-ci ili iddiaçının stajına daxil etməmişdir.
31. Məhkəmələr iddiaçının xx.xx. 1980-cı il tarixdən xx.xx.1980-cı il tarixədək X3 zavodunun Qışlaq-2 məntəqəsində tütün qəbulu məntəqəsində fəhlə işlədiyi müddəti də güzəştli şərtlərlə pensiya hüququ verən staja aid etmişdir. Məhkəmələr bu nəticəni onunla əsaslandırmışdır ki, Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 27-ci “Yeyinti sənayesi”nin 27.5.1. “Tütün istehsalı” bölməsinin “fəhlərələr” yarımbölməsində tütün üzrə kupajçıların, tütün kəsən maşın maşinistlərinin, tütün keşinin presləyicilərinin, tütün yumşaldanların, tü tün yarpaqlarını düzənlərin, tütünü çəkib bükənlərin, tütün çeşidləyicilərinin, tütün quruducularının, habelə bərpa edilmiş tütünün istehsalı bölməsinin fəhlələr yarımbölməsində tortanı buxara verənlərin, bərpa edilmiş tütün xəttlərində məşğul olan fermentasiya kameralarının doldurucuları-boşaldıcılarının, kağız (karton) düzəldən maşın maşinistləri (torçuları), kağız və kağız məmulatlarının hopdurucularının, üyüdücülərin, tütün quruducularının, tütün xammalını nəmləşdirənlərin peşələri güzəştli şərtlə pensiya hüquqi verən peşə növləri kimi nəzərdə tutulmuşdur. 2 nömrəli Siyahıyda güzəştli pensiya hüququ verən peşələrin sıralamasında adı qeyd olunan peşələrdə çalışan fəhlələrin peşəsi güzəştli şərtlə pensiya hüququ verən peşə kimi nəzərdə tutulsa da iddiaçıya məxsus sənədlərdə onun sadəcə fəhlə işlədiyi göstərilmişdir. İddiaçının fəhlə olaraq yerinə yetirdiyi işin işə götürən tərəfindən qeyd olunmaması onun təqsiri deyil. İddiaçıya məxsus iş stajını təsdiq edən sənədlərdən müəyyən olunur ki, iddiaçı məhz tütün qəbulu dövründə fəhlə işləmişdir, onun işi tütünün qəbulu, daşınması və tütünün istehsalı və bərpası ilə bağlı müxtəlif işləri yerinə yetirməkdən ibarət ola bilərdi. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddiaçı fəhlə olduğundan və fəhlələrin peşəsi tütün istehsalı və bərpası bölmələrində nəzərdə tutulduğundan onun fəhlə kimi işlədiyi müddət ona xüsusi sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmələrin gəldiyi bu nəticə də əsaslıdır.
32. Bundan başqa, iddiaçı “Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri” sahəsinə aid olan “Azərelekrtoi şıq” İstehsalat Birliyində xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixədək çilingər, təmirçi çilingər, sazlayıçı və xx.xx.1986-cı il tarixdən xx.xx.1987-cı il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Bakı Məişət Kondisionerləri zavodunun “Xüsusi Lahiyə Konstruktor Texnoloji Bürosu”nda ocaqçı (aparatçı) işləmişdir. 2 nömrəli Siyahısının XV. Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri bölməsinin 2160000a-1753d yarımbəndində istehsalatda avadanlığın və elektrik avadanlığının təmiri və xidməti, həmçinin qəbulu, zay edilməsi, nəzarəti, sazlanması: qurğuşun və qələvi akkumulyatorların, kabellərin qurğuşunlaşdırılması, məftillərin emallaşdırılması sahəsində çalışan bütün işçilər güzəştli şərtlə pensiya hüququna malikdirlər. İddiaçının işlədiyi isteh salat sahəsinin adı, qeyd olunan qərarda göstərilmiş, lakin peşələrin ayırımı aparılmamışdır. Bu səbəbdən də məhkəmələr hesab etmişdir ki, 2160000a-1753d yarımbəndində nəzərdə tutulmuş istehsalatda avadanlığın və elektrik avadanlığının təmiri və xidməti sahəsində işləyən bütün işçilərin güzəştli şərtlə pensiya hüququna malikdir ki, iddiaçı da məhz həmin istehsalatda işlədiyindən onun bu sahədə 3 il 11 ay 12 gün xüsusi sığorta stajı vardır.
33. Bundan əlavə, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1977ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuş, hərbi xidmətdə olduğu müddətdə ona xx.xx.1977-ci il tarixli əmrlə hərbi inşaatçı ixtisası verilmiş, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Kirovo-Çepetsk Tikinti İdarəsində bölmə briqadirlərikomand irləri kursunda təhsil almış, ümumi tikinti işləri üzrə briqadir ixtisası üzrə tədris proqramını bitirmiş və kursu bitirdikdən sonra, yəni xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək termoizolyasiyaçı işləmiş, hərbi xidmətə olduğu dövrdə o, hündürlükdə işləməyə yararlı hesab edilmiş, xx.xx.1978-ci il tarixdə termoizolyasiyaçı ixtisası üzrə ona 3 dərəcə verilmişdir. Məhkəmələr iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək termoizolyasiyaçı kimi işlədiyi müddəti (1 il 4 ay 13 gün) onun xüsusi sosial sığorta stajı kimi nəzərə almışdır. Məhkəmələrin gəldiyi bu nəticə də əsaslıdır. Çünki 2 nömrəli Siyahının “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin 2290000a-12520 və 2290000a12531 yarımbəndlərin də izolyasiyaçıların və termoizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçıların peşələri güzəştli şərtlə pensiya hüquqi verən peşə növləri kimi nəzərdə tutulmuşdur.
34. Göründüyü kimi iddiaçıya xüsusi şərtlərlə pensiya təyin olunması üçün qanunla nəzərdə tutulmuş şərtlər vardır və apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini təmin etməməkdə haqlı olmuşdur.
35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(107)-54/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.