Məhkəmə qərarları › İş №2-1(102)-1777/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1777/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1777/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkün sayılmaması ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı cavabdehə cərimə tətbiq edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 2-1(103)-941/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək cavabdehin və onun tabeliyində olan 13 saylı notariat ofisinin barəsində cərimə tətbiq edilməsini xahiş etmişdir. 2. 17.06.2020-ci il tarixdə məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım çərçivəsində iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məktub göndərilmiş, ona iddia tələbinin nədən ibarət olduğunun məhkəməyə dəqiq bildirilməsi təklif olunmuşdur. Lakin iddiaçı tərəfindən məhkəməyə bununla bağlı hər hansı m ünasibət bildirilməmişdir.

3. Cavabdeh məhkəməyə bildirmişdir ki, 19.01.2017-ci il tarixində Bakı şəhəri, 13 saylı dövlət notariat ofisində X1 ilə X2 arasında daşınmaz əmlakın bağışlanması haqqında müqavilə bağlanmışdır. Sonradan həmin müqavilə eyni notariat ofisində tərəflərin 01.06.2019-cu il tarixdə bağladığı müqavilə əsasında ləğv edilmiş, həmin müqavilə notarius İ.Hüseynova tərəfindən təsdiqlənmiş və 01.06.2019-cu il tarixli, 52 saylı məktubla DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsinə göndərilmişdir. İddiaçı Ədliyyə Nazirliyinə ünvanlanmış müraciətləri ilə əlaqədar əvvəllər araşdırmalar aparılmış və yaşayış sahəsinin digər paylı mülkiyyətçisinə qarşı tələbləri barədə məhkəməyə iddia vermək hüququ izah edilmişdir.

4. Birinci instansiya məhkəməsinin 16.11.2020-ci il tarixli, 2-1(112)-6739/2 020 nömrəli (hakim Fərid Mədətli - sədrlik edən) qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi notariusun hərəkətlərinə dair iddia tələbi olduğundan, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunduğundan, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılmalıdır.

6. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edi lməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 21(103)-941/2021 nömrəli (hakimlər Məmmədov Vidadi - sədrlik edən və məruzəçi, Nağıyeva Elmira və Qurbanov Raqib) qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və mahiyyəti üzrə baxılması üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı işt irakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

10. Hazırkı mübahisə məhz inzibati mübahisə olduğundan iddiaya inzibati məhkəmə tərəfindən baxılmalıdır.

11. Belə ki, iddia inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiə olunmasına dair olmuşdur.

12. Şikayət əsaslandırılarkən İnzibati Prosessual Məcəllənin 92-ci maddəsinə istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

14. İnzibati Prosessual Məcəllə: Maddə

2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasit ə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyy ələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliy i nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

15. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

16. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəm əsinin mövqeyi

17. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

18. İddiaçı iddia ərizəsində cavabdehə cərimə tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Lakin iddia ərizəsindən iddiaçının hüquq və azadlıqlarına müdaxilənin cavabdehin hansı hərəkətlərində ifadə olunduğunu, cavabdehin hansı hərəkətlərinə görə və hansı cərimə məsuliyyətinin cav abdehə münasibətdə tətbiq edilməsinin tələb edildiyini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım çərçivəsində iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məktub göndərilmiş, ona iddia tələbinin məhkəməyə dəqiq bildirilməsi təklif olunmuşdur. Lakin iddiaçı tərəfindən məhkəməyə bununla bağlı hər hansı münasibət bildirilməmişdir. Apelyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə qərar qəbul etmişdir.

19. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının tələbi inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiə olunmasına dair olmuşdur.

20. Məhkəmə kollegiyası kassasiya şikayətin ə münasibətdə qeyd edir ki, şikayətdə iddianın inzibati orqanın şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia olduğu qeyd edilsə də, cavabdehin onun hüquq və azadlıqlarına müdaxiləsinin nədən ibarət olduğu qeyd edilməmiş və əsaslandırılmamışdır.

21. Apelyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərardadı iddiaçı tərəfindən iddianın məhkəmə aidiyyəti qaydalarını pozmaqla verilməsi ilə əsaslandırılmışdır.

22. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, şəxsin notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayət vermək hüququ, onun mübahisələndirdiyi hərəkət və ya hərəkətsizliyin subyektinə münasibətdə cərimə tətbiq etmək hüququnun da olduğunu nəzərdə tutmur. Nəzərə almaq lazımdır ki, mövcud q anunvericiliyə və doktrinaya görə şəxs belə tələb hüququna malik deyildir və bu baxımdan inzibati orqana münasibətdə konkret cərimə məsuliyyətinin tətbiq olunmasını tələb etməkdə haqlı sayıla bilməz.

23. Həmçinin nəzərə alınmalıdır ki, şəxsin tələb hüququ qanuna, müqaviləyə və ya inzibati akta əsaslanmalı, başqa sözlə maddi hüquqi əsasdan irəli gəlməlidir. Şəxs məhz həmin maddi hüquqi əsasa söykənərək özünün subyektiv hüququnun müdafiəsi ilə bağlı iddia qaldırmağa, inzibati orqanın onun hüququna ehtimal olunan müdaxiləsindən qorunmağa haqlıdır. Nəzərə almaq lazımdır ki, inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakte rli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada şəxs yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağına malik olur.

24. Ümumi hüquqi müdafiə marağı iddianın mümkünlük şərtlərinə aiddir. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış iddialara məhkəmələr tərəfindən mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nö mrəli 10 aprel 2015-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən mümkünlük şərtlərinin mövcud olubolmadığını yoxlamalıdırlar.

26. Hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbi cavabdehin cərimə olunması ilə bağlıdır. Yəni iddiaçı özünün subyektiv hüququnun müdafiəsi məqsədi ilə deyil, inzibati orqana münasibətdə onun subyektiv hüququ ilə əhatə olunmayan məsuliyyət tədbirinin tətbiqi barədə məhkəməyə müraciət etmişdir. İddiaçı yuxarıda qeyd olunan səbəblərdən belə tələb hüququna malik olmadığı üçün, onun hüquqi müdafiə marağı mövcud deyildir və bu baxımdan onun iddiası mümkün sayıla bilməz.

27. Apelyasiya instansiyası məhkəməsinin qərardadının əsaslandırma hissəsində qüvvədə olan hü quq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə təfsir və tətbiq olunmasına baxmayaraq, qərardad mahiyyət baxımından və digər əsaslar üzrə düzgün olduğundan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Beləliklə, şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

29. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 21(103)-941/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar