Məhkəmə qərarları › İş №2-1(102)-1777/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1777/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1777/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi; qanuni əsaslarla təxrisin olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N5 fevral 2023-cü il tarixli, 2-N(N06)-56/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, döyüş əməliyyatları aparılan zaman iddiaçının N nömrəli hərbi hissədə aprel-dekabr N3-cü il tarixlərdə hərbi xidmət etməsi, ehtiyata buraxılması təsdiq olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cava bdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.N966-cı ildə Neftçala rayonunda doğulmuşdur, Birinci Qarabağ müharibəsində Qarabağ uğrunda gedən döyüşlərdə uzun müddət iştirak etmişdir. Belə ki, Neftçala rayon Hərbi Komissarlığı tərəfindən aprel N3-cü il tarixdə döyüşlərdə iştirak etmək üçün göndərilmiş, həmin vaxt N saylı Zəngilan hərbi hissəsinin tərkibində xidmət etmişdir. N3-cü ilin dekabr ayına kimi həmin hərbi hissədə xidmət etmiş, N3-cü ilin dekabr ayında həmin hərbi hissədən N saylı hərbi hissəyə keçirilmişdir. Həmin hərbi hissənin tərkibində xidmət edərkən N4-cü ilin yanvar ayında Horadiz əməliyyatında iştirak etmişdir. N4-cü ilin yanvar ayında gedən döyüşlərdə iştirak edən zaman ağır yaralanmış, hətta ha mı onun şəhid olduğunu zənn etmişdir. Həmin vaxt əsgər yoldaşlarından biri onun nəfəs aldığını görərək komandanlığa məlumat vermiş və o, Sarıcalı hospitalına yerləşdirilmişdir. İlkin vəziyyətdən çıxarıldıqdan sonra onu Bakı şəhərinə, Neftçilər Xəstəxanasına göndərmişlər. Bir müddət Neftçilər Xəstəxanasında müalicə aldıqdan sonra evlərində onun sağ olduğunu öyrənmişlər. Ailə üzvlərinin xahişi ilə o, müalicəsini davam etdirmək üçün Neftçala rayon Xəstəxanasına göndərilmişdir. Xəstəxanadan buraxıldıqdan sonra yenidən Neftçala rayon Hərbi Komissarlığına müraciət etmişdir. Onları Pirəkəşkül qəsəbəsində yerləşən təlim mərkəzinə göndərmişlər. Bir müddət orada saxladıqdan sonra onlara artıq atəşkəs elan olunduğu bildirilmiş və onları evə buraxmışlar. Həmin vaxt ona məxsus olan hərbi bileti tapa bi lməmişdir. Hərbi bilet ona 5 ay bundan əvvəl kənd soveti tərəfindən təqdim edilmişdir. Ona müharibə veteranı adının verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh imtina etmişdir. Arxivdə ona məxsus məlumatların olmaması onun günahından baş verməmişdir. Bundan başqa, yuxarıda qeyd etdiyi kimi o, döyüş bölgəsindən ağır vəziyyətdə hospitala aparılmış, hospitalda özünə gəlmişdir. Bütün bu göstərdiyi hallar həmin dövrdə ona verilmiş rəsmi sənədlərlə də təsdiq olunur. Müalicədən sonra da yenidən komissarlığa müraciət edərək döyüşlərdə iştirakını davam etdirmək üçün təlim mərkəzinə göndərilmişdir. Yalnız atəşkəs olduğundan, evə buraxılmışdır. Hərbi biletinin harada olması ilə maraqlansa da, heç kim onu qaytarmamışdır. Yalnız 26 ildən sonra təxminən 5-6 ay əvvəl kənd icra nümayəndəliy i onu çağıraraq hərbi biletinin göndərildiyini bildirmiş və ona təqdim etmişdir.

4. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli,2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərb i xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və va arxiv arayışları ilə birqə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunm aq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında’’ Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N7-ci il tarixli, 383-İ QR Qərarının 9-cu bəndinə əsasən: “... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.”

5. Şirvan İnzi bati Məhkəməsinin N2 oktyabr 2022-ci il tarixli, 2-N(N20)-N637/2022 nömrəli qərarı (hakim F.N.Abbasov) ilə iddia təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsasla hərbi hissədən ehtiyata buraxılması təsdiq edilməmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam veril miş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı xx.xx.N985-ci il tarixdən xx.xx.N987-ci il tarixə kimi keçmiş sovet ordusunda hərbi xidmət keçmiş, xx.xx.N3-cü il tarixdə səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli, 77 nömrəli əmri ilə 2-ci taborun şəxsi heyətinin siyahısına daxil e dilərək bütün növ təminatlarla təmin edilmiş, N nömrəli hərbi hissədən gəlmiş, sıravi XN N №-li hərbi hissə komandirinin N dekabr N3-cü il tarixli, 364 nömrəli əmrində şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilməsi barədə məlumat vardır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün N966-cı il təvəllüdlü, yuxarı yaş həddi, sıravi iddiaçı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N5-ci il tarixli müvafiq Direktivinə əsasən N nömrəli hərbi hissə komandirinin N fevral N6-cı il tarixli, 40 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin aprel-dekabr N3-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində i ddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır.

7. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.N4-cü il tarixdə döyüşlərdə iştirak edərkən yaralanmış, xx.xx.N4-cü il ildən xx.xx.N4cü ilə kimi kürək və bel nahiyəsində çoxlu kor qəlpə yaraları diaqnozu ilə Neftçala rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində stasionarda müalicə almışdır. Lakin xx.xx.N4-cü il tarixdən sonra iddiaçının harada xidmət keçməsi, döyüşlərdə olubolmaması, eləcə də qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat yoxdur.

8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N5 fevral 2023-cü il tarixli, 2- N(N06)-56/2023 nömrəli qərarı (hakimlər: M.K.Həsənov /sədrlik edən və məruzəçi/, O.N.İsmayılov və S.F.Həsənov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin N2 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şik ayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə

7. Müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kə rki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov) və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

16. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olar aq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

17. Maddə

20. İnzibati orqana müraciət etmək hüququ 20.N. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya in zibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 2N. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 2N.N. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 2N.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barəd ə onların mülahizələrini dinləməyə borcludur. Maddə

23. İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi 23.N. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 23.2. Fiziki və ya hüquqi şəxslərin müraciətinə əsasən müvafiq inzibati orqan ərizələrin və inzibati icraatla bağlı digər formulyarların (blankların) nümunələrini onlara verməyə, yaxud poçt rabitəsi və ya digər elektron rabitə kanalları vasitəsilə göndərməyə borcludur. Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.N. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə ai d olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

18. İnzibati Prosessual Məcəllə Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərard adını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

22. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquq i məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli g ələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi ehtiyata və istefaya buraxılmış şəxslərə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, müvafiq aidiyyəti orqanlar tərəfindən verilir.

25. Nəzərə almaq lazımdır ki, şəxsin hərbi hissədə hərbi xidmətdə olma faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbayca n Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir.

26. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.N3-cü il tarixdə səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli, 77 nömrəli əmri ilə 2-ci taborun şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlarla təmin edilmişdir. Sonradan N nömrəli hərbi hissədən gəlmiş, sıravi XN N nömrəli hərbi hissə komandirinin N dekabr N3cü il tarixli, 364 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edildiyi müəyyən olunmuşdur.

27. Bununla yanaşı, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, N nömrəli hərbi hissə komandirinin aprel-dekabr N3-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti və xidmət yeri, eləcə də qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır.

28. Eyni zamanda N nömrəli hərbi hissə komandirinin N fevral N6-cı il tarixli, 40 nömrəli əmrindən görünür ki, hərbi hissəni özbaşına tərk etdiyi üçün Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N5-ci il tarixli müvafiq Direktivinə əs asən, N966-cı il təvəllüdlü, sıravi İddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.

29. Nəzərə almaq lazımdır ki, iddiaçının öz tələbinin əsası kimi qeyd olunan dövrdə hərbi xidmətdə olması və döyüş əməliyyatlarında iştirak etməsi faktına istinad etməsi ona müharibə veteranı adının verilməsi üçün yetərli sayıla bilməz. Baxılan mübahisəyə münasibətdə iddiaçı həm də əsaslandığı faktı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməli və bununla bağlı müvafiq sənədləri təqdim etməlidir.

30. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtlərinin, o cümlədən hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata burax ılması (tərxis olunması) şərtinin iddiaçı tərəfindən ödənildiyi iş üzrə materiallarla təsdiq olunmur. Bu baxımdan iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən, şikayət təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N5 fevral 2023-cü il tarixli, 2-N(N06)-56/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar