Məhkəmə qərarları › İş №2-1(102)-1777/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1777/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1777/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət nümunəli diplom blankının ali təhsil müəssisəsinə göndərilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs: Azərbaycan Dövlət Aqrar Universiteti) “dövlət nümunəli diplom blankın universitetə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.20 24-cü il tarixli 2-1(104)-96/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı X1 Tibb İnstitutunun "tarix-hüquq" ixtisasının bakalavriat səviyyəsi üzrə ali ixtisas təhsili almış və ona 000003 qeydiyyat nömrəli, PHİM ******* nömrəli diplom verilmişdir.

2. Diplom cavabdeh tərəfindən verilmiş 003058 qeydiyyat nömrəli şəhadətnamə ilə nostrifikasiya olunmuş və onun xarici ali təhsil ixtisası tanınmışdır.

3. Daha sonra iddiaçı 2016-2020-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində ikinci təhsil almışdır.

4. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, xx-xx-1326/15 nömrəli məktubla Universitetə müraciət edilərək onun təkrar ali ixtisas təhsili üçün bakalavriat səviyyəsində "tarix-hüquq" ixtisasının 2009-cu il məzunu olmağına dair təqdim etdiyi X1 Tibb İnstitutunun 000003 qeydiyyat nömrəli, PHİM 000004 nömrəli diplomun nostrifikasiyasına dair cavabdeh tərəfindən verilmiş 003058 qeydiyyat nömrəli şəhadətnamənin dövlət nümunəli olmadığını bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus dövlət nümunəli diplom blankının Azərbaycan Dövlət Aqrar Universitetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1696/2023 saylı qərardadı ilə Azərbaycan Dövlət Aqrar Univer siteti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 Tibb İnstitutunun "tarixhüquq" ixtisasının bakalavriat səviyyəsindən ali ixtisas təhsili almışdır. Həmin institutunun 2009-cu il məzunu olaraq, ona 000003 qeydiyyat nömrəli, PHİM ******* nömrəli diplom verilmişdir. Diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 003058 qeydiyyat nömrəli şəhadətnamə ilə nostrifikasiya olunmuş və onun xarici ali təhsil ixtisası tanınmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, xx-xx-1326/15 nömrəli məktubla Universitetə müraciət edərək onun təkrar ali ixtisas təhsili üçün bakalavriat səviyyəsində "tarix-hüquq" ixtisasının 2009-cu il məzunu olmağına dair təqdim etdiyi X1 Tibb İnstitutunun 000003 qeydiyyat nömrəli, PHİM 000004 nömrəli diplomun nostrifikasiyasına dair Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 003058 qeydiyyat nömrəli şəhadətnamənin dövlət nümunəli olmadığını bildirmiş, elə bu səbəbdən də Nazirlik tərəfindən iddiaçıya Diplom blankı ayrılmamışdır.

8. Həmçinin iddiaçı Azərbaycan Dövlət Aqrar Universitetində 2016-2017-ci tədris ilində təkrar ali ixtisas təhsili almaq üçün xx.xx.2022-ci il tarixli ərizə ilə universitetə müraciət etmiş, 2016-2017-ci tədris ilindən universitetin xx.xx.2016-cı il tarixli 506 nömrəli əmri ilə qiyabi təhsil formasının "iqtisadiyyat" ixtisası üzrə ödənişli olaraq ikinci kursuna qəbul olunmuşdur. Universitetinin xx.xx.2020-ci il tarixli 275 nömrəli ə mri ilə ADAU-nun "iqtisadiyyat" ixtisasının tədris planının bütün şərtlərini yerinə yetirdiyinə görə, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyadan) müvəffəqiyyətlə keçdiyinə görə, X6 Göstəricisinə uyğun olaraq, X9 Attestasiya Komissiyasının müvafiq qərarına ( xx.xx.2020-ci il tarixli 88 nömrəli protokol) əsasən, ona "bakalavr" ali-peşə ixtisas dərəcəsi və adi diplom verilməsi haqqında əmr verilmişdir.

9. Daha sonra Universitet xx.xx.2020-ci il tarixli 10-554 nömrəli məktubla Azərbaycan Respublikasının Təhsil Nazirliyinə diplom blanklarının verilməsi üçün müraciət etmişdir.

10. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, xx-xx-1326/15 nömrəli məktubla müraciətə imtina olunmuş və ona diplom blankı ayrılmamışdır. İdd iaçının ilkin ali təhsil barədə aldığı şəhadətnamə heç bir qurumla mübahisələndirilmir və qanuniliyi aşkardır. Sözügedən şəhadətnamənin qanunsuzluğu ilə bağlı heç bir qanuni qüvvəyə minmiş qətnamə yoxdur. Ərizəçinin aldığı ilkin ali təhsil mübahisələndirilmiş, xarici təhsilinin tanınması və ixtisasının akkreditasiya olunaraq ekvivalentliyinin müəyyən edilməsi mərhələsi başa çatmış, müvafiq şəhadətnamə verilmişdir.

11. Bununla belə, ikinci ali təhsilinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetində tələbə qəbulu sessiyasının həyata keçirilməsi zamanı baş tutması faktı ona müvafiq quruma müraciət edərək, diplom blankının təqdim olunmasını xahiş etmək hüququ verir.

12. Çünki ikinci təhsili qanunvericiliyin tələblərinə tamamilə uyğun həyata keçirilmişdir və təhsil haqqı onun tərəfindən tədris müddəti ərzində davamlı və gecikdirmə olmadan ödənilmişdir. Təhsil haqqı ödədiyi müddət ərzində ona heç bir irad tutulmamış və ya təhsilinə heç bir məhdudiyyət qoyulmamışdır. Lakin hal-hazırda iddiaçının konstitusion hüquqları pozulur və təhsili ilə bağlı müvafiq qurumlara müraciət etmək hüquqları məhdudlaşdırılır. Belə ki, iddiaçı cavabdehə müraciət edərək, dövlət nümunəli diplom blankının şəxsən verilməsini xahiş etmişdir. Lakin müraciətə aidiyyəti qurum tərəfindən yox, Azərbaycan Respublikasının Təhsildə X2 tərəfindən cavab verilmişdir. Cavab məktubunda isə müraciətlə bağlı olmayan bir məsələyə müraciət bildirilmişdir. Cavabdehin və üçüncü şəxsin etirazları:

13. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, Azərbaycan Dövlət Aqrar Universiteti tələbə qəbulunu Nizamnaməsinə uyğun olaraq həyata keçirmiş və təhsilalanlarla müqavilə bağlayaraq onların təhsil müəssisəsində oxumalarını təmin etmişdir. Yəni Universitet təhsilalanlarla müqavilə münasibətində olmuşdur. Universitetin tələbələrlə bağladıqları müqavilə şərtlərinə uyğun olaraq, təhsilini başa vuran məzunlara diplom blankının verilməsi öhdəliyi Universitetin Nizamnaməsinə uyğun olaraq bilavasitə təhsil müəssisəsinin funksiyasına aiddir.

14. Belə ki, Universiteti bitirən şəxslərə diplom blankının verilməsi təhsil müəssisəsinin vəzifəsidir. Azərbaycan Dövlət Aqrar Universitetinin məzunlarının təhsil sənədinin verilməsini cavabdehdən tələb etməsinin hüquqi əsası yoxdur. Fəaliyyətdə olan təhsil müəssisəsinin məzunlarına diplom b lankının verilməsi cavabdehin funksiyasına aid deyildir. Azərbaycan Dövlət Aqrar Universiteti fəaliyyət göstərdiyindən tələb bilavasitə ona qarşı yönəlməlidir.

15. Üçüncü şəxs tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir. Məktub və arayışlar.

16. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli, xx-xx1326/15 nömrəli məktubunda qeyd olunur ki, əlavə təhsil üçün müraciət etmiş 37 nəfərdən X3, X10, İddiaçı və X4 istisna olmaqla digər şəxslərin təqdim etdiyi baza təhsili diplomlar dövlət nümunəlidir.

17. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2022-ci il tarixli, MİHO/1.2,L-5-2-2022-419 nömrəli “müraciətə cavab haqqında” məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xx.xx.202 0-ci il tarixli xx-xx-1326/15 nömrəli məktubla Universitetə müraciət edərək iddiaçının təkrar ali ixtisas təhsili üçün bakalavriat səviyyəsində “tarix-hüquq” ixtisasının 2009-cu il məzun olmağına dair təqdim edilən X1 Tibb İnstitutunun 000003 qeydiyyat nömrəli, PHMİ 44 nömrəli diplomun nostrifikasiyasına dair cavabdeh tərəfindən verilmiş 003058 qeydiyyat nömrəli şəhadətnamənin dövlət nümunəli olmadığı bildirilmiş, elə bu səbəbdən də cavabdeh tərəfindən ona diplom blankı ayrılmamışdır.

18. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, P16884/31-24 nömrəli məktubundan görünür ki, iddiaçıya müvafiq diplom blankının verilməsi onun xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmaması səbəbindən mümkün hesab olunmamışdır.

19. Təhsildə Keyfiyyət Təminat Agentli yinin xx.xx.2023-cü il tarixli, 3-29-61/2919/2023 nömrəli məktubunda qeyd olunur ki, həmin saxta şəhadətnamələrin birinci və apellyasiya instansiya məhkəmələrinin icraat materiallarında yer alması faktına görə həmin sənədlərin kim tərəfindən və hansı əsasla, üsulla və nə vaxt təqdim edilməsinin araşdırılması dövlət orqanının ictimai nüfuzunun və maraqlarının müdafiəsi baxımından əhəmiyyəti nəzərə alınaraq, qeyd olunan faktlara hüquqi qiymət verilməsi üçün Agentlik tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xx.xx.2023-cü il tarixli, 3-29-61/2856/2023 nömrəli müraciət ünvanlanmışdır. Agentliyin mövcud inzibati məhkəmə mübahisəsində tərəf və ya üçüncü şəxs qismində iştirakı olmadığı üçün, iddiaçının əldə etdiyi etibarsız şəhadətnamələ rin mövcudluğundan xəbərsiz olmuş və aşkar olunmuş faktların araşdırılması barədə xx.xx.2023-cü il tarixdən əvvəlki dövrə aid hüquq-mühafizə orqanlarına hər hansı müraciəti olmamışdır.

20. Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, ********* nömrəli məktubundan görünür ki, Təhsildə Keyfiyyət Təminat Agentliyinin iddiaçıya məxsus xarici kvalifikasiyaların tanınması haqqında saxta şəhadətnamələrə dair müraciəti Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinə əlavə edilərək araşdırıldığı üçün hazırda müvafiq müraciət üzrə yekun qərar qəbul edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1696/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının 2016-2020-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alması ilə bağlı dövlət nümunəli diplom blankının Azərbaycan Dövlət Aqrar Universitetinə təqdim edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

22. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı X1 Tibb İnstitutunun "tarix-hüquq" ixtisasının bakalavriat səviyyəsi üzrə ali ixtisas təhsili almış və ona 000003 qeydiyyat nömrəli, PHİM ******* nömrəli diplom verilmişdir. Diplom cavabdeh tərəfindən verilmiş 003058 qeydiyyat nömrəli şəhadətnamə ilə nostrifikasiya olunmuş və onun xarici ali təhsil ixtisası tanınmışdır. Daha sonra iddiaçı qeyd olunan şəhadətnaməyə əsasən 2016-2020-ci illərdə Azərbaycan Dövlət Aqrar Univ ersitetində əlavə təhsil almışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, xx-xx1326/15 nömrəli məktubla Universitetə müraciət edilərək onun təkrar ali ixtisas təhsili üçün bakalavriat səviyyəsində "tarix-hüquq" ixtisasının 2009-cu il məzunu olmağına dair təqdim etdiyi X1 Tibb İnstitutunun 000003 qeydiyyat nömrəli, PHİM 000004 nömrəli diplomun nostrifikasiyasına dair Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 003058 qeydiyyat nömrəli şəhadətnamənin dövlət nümunəli olmadığını bildirmiş, elə bu səbəbdən də cavabdeh tərəfindən iddiaçıya Diplom blankı ayrılmamışdır.

23. Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2016-cı il tarixli, 506 nömrəli « Təkrar ali ixtisas təhsilinə qəbul haqqında » əmrindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, həmin əmr in verilməsinə əsas olmuş sənədlərdən biri də cavabdeh tərəfindən verilmiş 003058 nömrəli Şəhadətnamədir. Deməli iddiaçının xarici ölkədə aldığı təhsillə bağlı diplom cavabdeh tərəfindən tanınmaqla müvafiq şəhadətnamə verilməsinə baxmayaraq, hazırda Azərbaycan Respublikasında almış olduğu təhsillə bağlı imtinada qeyd olunan əsasla diplom blankı verməkdən imtinası əsaslı sayıla bilməz.

24. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin mümkün hesab edilməməsini və iddiaçının adına yazılmış şəhadətnamələrin kim tərəfindən necə və hansı qaydada hazırlanması, habelə iddiaçı tərəfindən bu sənədin necə əldə edilməsini müəyyən etmək məqsədilə xüsusi qərardad çıxarılaraq araşdırılması üçün prokurorluq orqanlarına göndərilməsi barədə qərar qəbul edilmə sini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-96/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1696/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq aşağıdakıları qeyd etmişdir.

27. İddiaçının adına verilmiş şəhadətnamələr hazırda qüvvədədir, onların saxta və ya qanunvericiliyə uyğun olmamasına, ləğv və ya etibarsız hesab edilməsinə dair hər hansı bir qərar (inzibati akt) mövcud deyildir. Məhkəmə tərəfindən verilmiş sorğular üzrə həmin şəhadətnamələrin ləğv və ya etibarsız sayıl masına dair cavabdeh tərəfindən heç bir sənəd təqdim olunmamışdır.

28. Apellyasiya şikayətinin dəlilində, həmçinin iş üzrə cavabdehin əsl cavabdeh olmadığını qeyd edilmişdir.

29. Ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və cavabdehin sifarişi əsasında (ali təhsil müəssisələrinin və AMEA-nın ehtiyacları nəzərə alınmaqla) çap edilir. Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-ya (məzunların sayına görə) cavabdeh tərəfindən verilir.

30. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

31. Şikayətin dəlillərinə görə, apellyasiya məhkəməsi öz qərarında iş materiallarında olan sənədlərə istinad etsə də, lakin 1-ci instansiya məhkəməsinin qərarında göstərilən əsaslarla apellyasiya şikayətini təmin etməmişdir.

32. Eyni zamanda, apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə istinad edərək qərarda qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

33. İşə baxan məhkəmə təhsil qanunvericiliyinin müddəalarından irəli gələn tə ləblərə düzgün qiymət verməmiş, yalnız onunla əsaslanmışdır ki, mübahisəli Şəhadətnamələrdə onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmiş və ixtisası diploma ekvivalentdir.

34. Təqdim olunan Şəhadətnamələrin dövlət nümunəli olmadığı barədə məhkəməyə rəsmi məlumat verilməsinə baxmayaq, məhkəmə nazirliyin mövqeyinə zidd olaraq, şəhadətnamədəki qeydlərin hüquqi əsaslı olması qənaətinə gəlmişdir.

35. Hesab edir ki, iş üzrə qəbul edilmiş qərar əsassız və qanunsuz olduğundan Apellyasiya məhkəməsinin qərarı ləğv edilməlidir.

36. Belə ki, iş materiallarına əlavə edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli, P16884/31-24 saylı məktubunun məzmunundan görünür ki, hazırkı iş üzrə iddiaçı xarici dövlətin ali təhsil sahəsində aldığı ixtisasın tanınması məqsədilə Təhsil Nazirliyin in müvafiq struktur bölməsinə müraciət etməmişdir. İddiaçı ixtisasının tanınması ilə bağlı müraciət etmədiyi halda məhkəmə onun təqdim etdiyi şəhadətnaməni dövlət nümunəli sənəd kimi qiymətləndirmişdir. Məhkəmə sübut kimi təqdim olunan şəhadətnamənin iddiaçı tərəfindən necə və hansı qaydada əldə olunmasını araşdırmaq əvəzinə bu məsələyə heç bir münasibət bildirməmişdir. Nazirliyin bu məktubunun məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə şəhadətnamələrin həqiqiliyi və əsaslığı barədə nazirliyə sorğu vermişdir. Nazirliyin məktubunda iddiaçının tanınma ilə bağlı müraciət etmədiyi bildirilsə də, məhkəmə buna əhəmiyyət verməmişdir. 37. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 29.0.21-ci maddəsində xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliy inin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin əsas vəzifəsi kimi göstərilmişdir.

38. Qeyd edilən qanuna uyğun olaraq və həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi(nostrifikasiyası)” Qaydalarının 1.2-ci bəndi: Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramını uğurla başa vurmasını təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respubli kası ərazisində qüvvədə olmasını təsdiqi başa düşülür. 1.7-ci bənd: Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir.

39. Qaydaların bu bəndinin tələbindən görünür ki, ixtisasın tanınması üçün ilkin olaraq sənəd sahibinin ərizəsi və onun təhsil almasını təsdiq edən zəruri sənədlərin Təhsil Nazirliyinə təqdim edilməsi zəruridir. İş materiallarından göründüyü kimi, iddiaçı ilkin baza təhsilinin tanınması ilə bağlı səlahiyyətli dövlət orqanına ərizə təqdim etməmişdir.

40. Həmin Qaydaların 4.1-ci bəndində qeyd edilir ki, Xarici dövlətin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalen tlik haqqında Şəhadətnamə Azərbaycan Respublikasının təhsil naziri tərəfindən imzalanır, nazirliyin gerbli möhürü ilə təsdiq edilir, ərizəçiyə və ya onu müvafiq qaydada rəsmi təmsil edən şəxsə verilir, yaxud da bildirişli poçtla göndərilir (1 və ya 2 nömrəli əlavələr).

41. Qaydaların 1 və 2 nömrəli əlavəsində göstərilən Şəhadətnamə nümunələrindən görünür ki, ərizə əsasında ixtisasın tanınması və ekvivalentliyi müəyyən edilən şəxslərə 2 şəhadətnamə verilir. Bunlardan biri əmək fəaliyyəti ilə məşğul olmaq üçün, digəri isə onun sahibinə keçilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verir.

42. Qanunvericiliklə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi bilavasitə Təhsil Nazirliyinin funksiyasına daxildir. Hər hansı bi r digər orqana belə bir səlahiyyət verilməmişdir. İddiaçının adına yazılmış Şəhadətnamələrin Təhsil Nazirliyi tərəfindən verilmədiyi aşkar görünür. Digər tərəfdən iddiaçıya məxsus şəhadətnamələrin Təhsil Nazirliyi tərəfindən verilmədiyi və saxta olmasını iddiaçı tərəf etiraf etsə də, lakin işə baxan məhkəmələr bu faktı nəzərə almamışdırlar. İşə baxan məhkəmələr saxta sənədlərdən istifadəyə hüquqi don geyindirməklə məhkəmə təcrübəsini formalaşdırmağa cəhd etmişlər.

43. Eyni zamanda, Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2020-ci il tarixli, 10-554 saylı məktubuna cavab olaraq, Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli xx-xx-1326/15 saylı məktubunda iddiaçının adına diplom blankının verilməməsinin əsası qeyd edilmişdir. Lakin işə baxan məhkəmə nazirliyin məktubunda göstərilən əsasa sübut kimi hüquqi qiymət verməmişdir.

44. Təkrar ali təhsilə qəbulun əsas şərtlərindən biri ərizəçinin ilkin ali baza təhsilinin olmasıdır. Hazırkı halda iddiaçının ilkin ali baza təhsilinin olmasını təsdiq edən rəsmi sənəd mövcud deyil.

45. Nəzərə almaq lazımdır ki, Azərbaycan Dövlət Aqrar Universiteti tələbə qəbulunu Nizamnaməsinə uyğun olaraq həyata keçirmiş və təhsilalanlarla müqavilə bağlayaraq onların təhsil müəssisəsində oxumalarını təmin etmişdir. Yəni Universitet təhsilalanlarla müqavilə münasibətində olmuşdur. Universitetin tələbələrlə bağladıqları müqavilə şərtlərinə uyğun olaraq, təhsilini başa vuran məzunlara diplom blankının verilməsi öhdəliyi Universitetin Nizamnaməsinə uyğun olaraq bilavasitə təhsil müəssisəsinin funksiyasına aiddir. Belə ki, Universiteti bitirən şəxslərə diplom blankının verilməsi təhsil müəssisəsinin vəzifəsidir. Azərbaycan Dövlət Aqrar Universitetinin məzunlarının təhsil sənədinin verilməsini Təhsil Nazirliyindən tələb etməsinin hüquqi əsası yoxdur. Fəaliyyətdə olan təhsil müəssisəsinin məzunlarına diplom blankının verilməsi Nazirliyin funksiyasına aid deyildir. ADAU fəaliyyət göstərdiyindən tələb bilavasitə ona qarşı yönəlməlidir.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydasf’nda qeyd edilir ki, ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və cava bdehin sifarişi əsasında (ali təhsil müəssisələrinin və AMEA-nın ehtiyacları nəzərə alınmaqla) çap edilir.

47. Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-ya (məzunların sayına görə) cavabdeh tərəfindən verilir.

48. Diplom blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində, ali təhsil müəssisələrində və AMEA-da ciddi hesabat sənədləri kimi saxlanılır.

49. Diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanması və uçotunun aparılması işinin təşkili üçün ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti məsuliyyət daşıyırlar.

50. Diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanması və uçotunun aparılması işinin təşkili üçün al i təhsil müəssisəsinin rəhbərləri məsuliyyət daşıdığından diplom blanklarının verilməsi ilə müvafiq tələb məzunlar tərəfindən Təhsil Nazirliyinə qarşı irəli sürülə bilməz.

51. Yuxarıda şərh olunanlara əsaslanaraq bildiririk ki, iddiaçının cavabdehlə hər hansı hüquq münasibətində olmaması, cavabdeh tərəfindən iddiaçının publik hüququnun pozulmasına dair faktın mövcud olmaması, habelə iddiaçının Təhsil Nazirliyinə qarşı iddia tələbi irəli sürmək üçün subyektiv hüququnun olmaması iddianı mümkünsüz hesab etmək üçün əsasdır.

52. Digər tərəfdən işə baxan məhkəmələr ərazi aidiyyətini pozaraq işi icraata qəbul etmişdir. Belə ki, iddia ərizəsində və məhkəmə bildirişlərindən göründüyü kimi, iddiaçının qeydiyyat ünvanı Bakı şəhəri, Nizami rayonu Heydər Əliyev prospekti 115dir. Gəncə İnzibat Məhkəmə si işi icraata götürərkən ərazi aidiyyətini müəyyən etməli və işi aidiyyəti üzrə göndərməli idi. Lakin, nə 1-ci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi bu məsələyə əhəmiyyət verməmişdir.

53. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən 003058 və 002705 nömrəli Şəhadətnamələr cavabdeh tərəfindən verilmədiyindən, habelə onun necə və hansı qaydada əldə edilməsinin və kim tərəfindən hazırlanmasının araşdırılması məqsədi ilə sənədlərin prokurorluğa göndərilməsinə zərurət yaranmışdır.

54. Təhsildə Keyfiyyətə Təminat Agentliyinin iddiaçıya məxsus Şəhadətnamələrə hüquqi qiymət vermək məqsədilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlandığı 3-29-61/2-856/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu məhkəməyə təqdim edils ə də, lakin məhkəmə bu məsələyə mövqe bildirməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın dəlillərinə görə, Kassasiya şikayətinin mümkünlüyü ilə bağlı qeyd etmək istəyirik ki, sözügedən şikayətin verilməsi müddəti buraxılmışdır. Kassasiya şikayətinin əvvəlcədən verilməsi üçün Ədliyyə Nazirliyinin İKT idarəsindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu səbəbdən hesab edirik ki, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət üzrsüz səbəbdən buraxılmışdır. Bununla yanaşı, Ədliyyə Nazirliyinin İKT idarəsinə müraciət edilmişdirsə, bu faktı özündə əks etdirən sübut (arayış, məktub və s.) təqdim edilməli idi.

56. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin məhkəmə sənədlərinin proses iştirakçılarının Elek tron kabinetinə yerləşdirilməsinə dair “AZMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışına əsasən, xx.xx.2024-cü il tarixdə saat 17:49-da Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(104)-96/2024 saylı qərarı təsdiq edilməklə cavabdehə məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir.

57. Mübahisələndirilən qərardan kassasiya şikayətinin verilməsi üçün son müddət xx.xx.2024-cü İl tarix nəzərdə tutulmuşdur, cavabdeh isə sözügedən kassasiya şikayətini xx.xx.2024-cü il tarixdə göndərmişdir.

58. Cavabdeh orqan imtinasını əsaslandırdığı halı sübut edə bilməmiş, iddiaçının hüquqlarının həyata keçirilməsinə suni maneə xakarteri daşımışdır.

59. Belə ki, iddiaçının adına verilmiş şəhadətnamələr hazırda qüvvədədir, onların saxta və ya qanunvericiliyə uyğun olmamasına, ləğv və ya etibarsız hesab edilməsinə dair hər hansı bir qərar (inzibati akt) mövcud deyildir. Məhkəmə tərəfindən verilmiş sorğular üzrə həmin şəhadətnamələrin ləğv və ya etibarsız sayılmasına dair cavabdeh tərəfindən heç bir sənəd təqdim olunmamışdır.

60. Ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və cavabdehin sifarişi əsasında (ali təhsil müəssisələrinin və AMEA-nın ehtiyacları nəzərə alınmaqla) çap edilir. Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-ya (məzunların sayına görə) cavabdeh tərəfindən verilir. Etiraza əlavə:

61. Cavabdeh tərəfindən ünvanlanmış buraxı lmış prosessual müddəti üzrlü hesab edilməsi ilə bağlı ərizəsi tamamilə formal tələblərə əsaslanır və üzrlü hesab edilməsi üçün heç bir əsas yoxdur. TƏTBİQ EDİLƏN HÜQUQ

62. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilmə li və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

63. Cavabdeh kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etmişdir.

64. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qər ardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-96/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilmişdir.

65. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Buna görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

66. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

67. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosess ual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

69. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsasları ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndir mişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

70. İddia tələbinə qarşı etirazında, məhkəmə qərarlarından verilmiş şikayətlərində cavabdeh ona qarşı irəli sürülmüş, hazırkı məzmunda iddianın mümkünsüzlüyünü önə çəkərək qeyd etmişdir ki, Azərbaycan Dövlət Aqrar Universiteti tələbə qəbulunu Nizamnaməsinə uyğun olaraq həyata keçirmiş və təhsilalanlarla müqavilə bağlayaraq onların təhsil müəssisəsində təhsil almalarını təmin etmişdir. Yəni Universitet təhsilalanlarla müqavilə münasibətində olmuşdur. Universitetin tələbələrlə bağladıqları müqavilə şərtlərinə uyğun olaraq, təhsilini başa vuran məzunlara diplom blankının verilməsi öhdəliyi Universitetin Nizamnaməsinə uyğun olaraq bilavasitə təhsil müəssisəsinin funksiyasına a iddir. Belə ki, Universiteti bitirən şəxslərə diplom blankının verilməsi təhsil müəssisəsinin vəzifəsidir. Azərbaycan Dövlət Aqrar Universitetinin məzunlarının təhsil sənədinin verilməsini cavabdehdən tələb etməsinin hüquqi əsası yoxdur. Fəaliyyətdə olan təhsil müəssisəsinin məzunlarına diplom blankının verilməsi cavabdehin funksiyasına aid deyildir. Azərbaycan Dövlət Aqrar Universiteti fəaliyyət göstərdiyindən tələb bilavasitə ona qarşı yönəlməlidir.

71. Apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin dəlilini əsassız hesab etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilm əsi Qaydası”nın müddəalarının tələbinə görə, Ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının (bundan sonra — diplom) nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi (ali təhsil müəssisələrinin və AMEA-nın ehtiyacları nəzərə alınmaqla) əsasında çap etdirilir (3.1.). Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir (3.2.). Diplom blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində ali təhsil müəssisələrində və AMEA-da ciddi hesabat sənədləri kimi saxlanılır (3.3.).

72. Şikayətin digər dəlilinə görə, Təhsildə Keyfiyyətə Təminat Agentliyinin iddiaçıya məxsus Şəhadətnamələrə hüquqi qiymət vermək məqsədilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlandığı 3-29-61/2-856/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu məhkəməyə təqdim edilsə də, məhkəmə bu məsələyə mövqe bildirməmişdir.

73. Şikayətin həmin dəlili də əsaslı deyil, belə ki, apellyasiya instansiyası məhkəməsinin özü Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xx.xx.2023-cü il tarixdə sorğu ilə müraciət edərək Təhsildə Keyfiyyətə Təminat Agentliyinin müraciəti əsasında başlanmış icraat materiallarının surətinin və ya əslinin məhkəməyə göndərilməsini tələb etmiş, İdarənin xx.xx.2024-cü il tarixli ********* №-li cavab məktubun da (həmin məktubda məhkəmənin xx.xx.2023-cü il tarixli məktubuna istinad edilir) Təhsildə Keyfiyyətə Təminat Agentliyinin müraciətinin işə əlavə edildiyi, lakin müraciət üzrə yekun qərar qəbul edilmədiyi bildirilmişdir. Məktuba Təhsildə Keyfiyyətə Təminat Agentliyinin müraciəti ilə əlaqədar olan hər hansı sənəd əlavə olunmamışdır.

74. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətin qeyd olunan dəlili üzrə də araşdırma aparılmış, lakin iddiaçının adına verilən sənədlərin mötəbərliyini aradan qaldıran hər hansı sübut (səlahiyyətli orqanın qərarı) təqdim olunmamışdır.

75. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

76. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(104)-96/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar