Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1777/2025 14.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiyanın mümkünlüyü ilə bağlı hüquqi yardımın apellyasiya məhkəməsi tərəfindən yerinə yetirilməsi, şikayətin mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindəki texniki sə hvlərin aradan qaldırılaraq çıxarışda və digər təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 2-1(103)-3754/2024 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək dövlət reyestrində düzəlişlər edilərək Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsindəki 12 nömrəli fərdi yaşayış evində X2 və onun paylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatı zamanı dövlət reyestrində (MH seriyalı, ******* saylı, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışda və RX seriyalı ******* saylı xx.xx.2015-ci il qeydiyyat tarilxi çıxarışda) B tikilisi y/s 17.3 kv.m kimi buraxılan texniki səhvlərin aradan qaldırılaraq həmin fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 1/6 hissədən “V” tikilisi, y/s 22.4 kv.m kimi X2 adına çıxarışda və onun adına olan çıxarışda və digər təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2764/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər edilərək Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsindəki 12 nömrəli fərdi yaşayış evində X2 və İddiaçı paylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatı zamanı dövlət reyestrində (MH seriyalı ******* saylı, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışda və RX seriyalı ******* saylı, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışda) B tikilisi y/s 17.3 kv.m kimi buraxılan texniki səhvləri aradan qaldıraraq həmin fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 1/6 hissədən “V” tikilisi, ümumi sahəsi 22,4 kv.m kimi X2 adına və İddiaçı adına olan çıxarışlarda, eləcə də fərdi yaşayış evinə dair tərtib edilmiş digər sənədlərdə müvafiq qeydlərin aparılması və dövlət reyestrinə daxil edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
3. Həmin qərar xx.xx.2023-cü il tarixində qanuni qüvvəyə minmiş, icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş, məhkəmə qərarı sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə icra edilərək bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-31359/2023 **********59 nömrəli məktubla məlumat verilmişdir.
4. X1 məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-2764/2023 saylı qərarının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2764/2023 nömrəli, 23 iyul 2024-cü il tarixli qərardadı ilə ərizə rədd edilmişdir.
6. X1 həmin qərardaddan X1 apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 2-1(103)-3754/2024 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
8. Ərizəçi 23 yanvar 2025-ci il tarixdə həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin edilmə barədə məhkəməyə ərizə təqdim etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2025-ci il tarixli, 2-1(103)-3754/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir
10. X1 4 dekabr 2024-cü il tarixli, 2-1(103)-3754/2024 nömrəli qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnziba ti Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsas landırılmalıdır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsasla ndırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ
12. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
13. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi 4 dekabr 2024-cü il tarixli, 2-1(103)-3754/2024 nömrəli qərardadla birlikdə “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” məlumatı 12 dekabr 2024-üi il tari xdə ərizəçinin “Elektron məhkəmə” informasiya sistemində mövcud olan “elektron kabinet”ində yerləşdirildiyindən (təqdim edildiyindən) və ərizəçi tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayəti 18 mart 2025-ci il tarixində təqdim edildiyindən ərizəçi kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş 10 günlük prosessual müddəti ötürmüşdür.
14. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir məlumat yoxdur.
15. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə ərizəçinin kassasiya şikayətini mümkünlüyə təyin etmədən qəbulundan imtina edilməsinin əsası aşağıdakı kimidir.
16. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən mübahisləndirilən qərardad və “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” məlumatı 12 dekabr 2024-üi il tarixdə ərizəçinin “Elektron məhkəmə” informasiya sistemində mövcud olan “elektron kabinet”i vasitəsi ilə təqdim edilmişdir. Ərizəçi 23 yanvar 2025-ci il tarixdə kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin edilmə barədə məhkəməyə ərizə təqdim etmişdir. Ərizəçiyə münasibətdə 10 günlük müddət axımı apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim edildiyi tarixdən hesablandıqda, dövlət büdcəsi hesabına vəkillə təmin edilmə barədə ərizə üçün son müddət 23 dekabr 2024-cü ildir. Lakin buna baxmayaraq ərizə 23 yanvar 2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur.
17. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan vəkil orderi 5 mart 2025-ci il tarixdə tərtib edilməsinə baxmayaraq kassasiya şikayəti 18 mart 2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir.
18. Belə ki, dövlət hesabına vəkillə təmsil olunan şəxslərdə müddət axımın başlamasının vəkil orderinin tərtib edildiyi tarixdən hesablandıqda kassasiya şikayətinin təqdim edilməsi üçün son müddət 14 mart 2025-ci il tarixdir. Lakin buna baxmayaraq kassasiya şikayəti 18 mart 2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur.
19. Yuxarıda adı çəkilən məlumat və izahda qeyd edilmişdir ki, kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları onların tələbləri təmin olunmadıqda apellyasiya instansiyası məhkəməsinin qərarından 1 ay, qərardadından isə 10 gün müddətində kassasiya şikayəti verə bi lərlər. Kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı məhkəmə aktının təqdim edildiyi gündən başlanır. “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinetlərdə yerləşdirildiyi vaxtdan təqdim edilmiş sayılır. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır.
20. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, məlumat kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.
22. Lakin ərizəçi kassasiya şikayəti verərkən məlumat və izahda göstərilən tələbə (kassasiya şikayəti prosess ual müddətlərə riayət edilməklə verilməlidir) əməl etməmiş, şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verilməsinə baxmayaraq buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməmişdir.
23. İzahda göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsas olduğundan, kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbulundan imtina olunmalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 21(103)-3754/2024 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.