Məhkəmə qərarları › İş №2-1(102)-1778/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1778/2019

27.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1778/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1778/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, cavabdehin vəkili Vəkil2 iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməyə buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019cu il tarixli, 2-1(103)-316/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2004-cü ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına daxil olduğunu, 20042009-cu illərdə orada oxuduğunu, Şəki rayonunun Qaratorpaq kənd tam orta məktəbinin müəllimə ehtiyacı olduğundan, 3-cü kurs tələbəsi olarkən qanuni əsaslarla işə qəbul olunduğunu, dövlət imtahanını müvəffəqiyyətlə verdikdən sonra ona «İbtidai təhsilin pedaqoqika və metodikası» ixtisası üzrə xxxx 2010-cu ildə İB seriyalı, ******* nömrəli diplom verildiyini, işlədiyi Şəki rayonunun Qaratorpaq kəndi tam orta məktəbində 2010-cu ildə təşkilati müavin, 2011-ci ildə isə direktor müavini vəzifəsinə keçirildiyini, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxx 2015-ci il tarixli, 994 nömrəli əmri ilə təsdiq edilmiş ümumitəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə cəlb edilmiş şəxslərin siyahısında adı aşkar edilmədiyindən, məsələ ilə bağlı cavabdehə müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla onun adına verilmiş xxxx 2010-cu il tarixli, İB seriyalı, 168231 nömrəli diplomun dövlət nümunəli təhsil sənədi olmadığına istinad etm əklə, müraciətdən imtina etdiyini bildirərək, ümumitəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-3964/2018 saylıqərarıiləiddia tələbi təmin edilərək, ümumitəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə buraxılması vəzifəsi cavabdehə həvalə edilmişdir(hakim – E.M.Mustafayev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-316/2019 saylı qərarı ilə (sədrlik edən Ü.A.Mayılov, hakimlər M.N.Tağızadə və K.N.Abiyeva) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filialı tərəfindən verilmiş B ***** nömrəli, 2010-cu il tarixli diploma görə Dövlət Attestasiya Komissiyasının xxxx 2009-cu il tarixli qərarı ilə iddiaçıya İbtidai təhsilin pedaqoqika və metodikası ali peşə istiqaməti üzrə “bakalavr dərəcəsi” verilmiş, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi iddiaçı 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutu Gəncə Filialına daxil olmuş və 2009-cu ildə “İbtidai təhsilin pedaqoqika və metodikası” fakültəsini bitirmiş, ona ***** qeydiyyat nömrəsi ilə B ***** nömrəli diplom verilmiş, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filialı tərəfindən verilmiş B ****** nömrəli, 2010-cu il tarixli diplomun qüvvədən düşmüş hesab olunması və ya etibarsız olmasına dair heç bir sübut mövcud deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2010-cu il tarixli,*** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə (məzunların sayma görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir, Azərbaycan Respublikası Təhsil Nazirliyinin İxtisasartırma Təhsili Haqqında xxxx 2012-ci il tarixli, İB ***** nömrəli sertifikatı ilə müəyyən edilir ki, X1 tam orta məktəbinin Texnologiya müəllimi ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi sahəsində təlim kursunu dinləmiş və 2-ci dərəcəli sertifikat almış, Şəki ŞTŞ-nin xxxx 2014-cü il tarixli, 44 saylı əmri ilə Şəki rayonu Qaratorpaq kənd tam orta məktəbinin təlim -tərbiyyə işləri üzrə direktor müavini vəzifəsi ona həvalə olunmuş, məhkəmə tərəfindən bu kimi hallar nəzərə alınmamış, bununla da qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasın ın Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya i nstansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil2 izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)316/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiy a şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filialının 57 nömrəli, xxxx 2017-ci il tarixli arxiv arayışına görə X4 həqiqətən 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutu Gəncə Filialına daxil olmuş və 2009-cu ildə «İbtidai təhsilin pedaqoqika və metodikası» fakültəsini bitirmiş, ona 2010-cu il tarixli, ***** qeydiyyat nömrəsi ilə B ***** nömrəli diplom və Dövlət Attestasiya Komissiyasının 19 mart 2009-cu il tarixli qərarı ilə X3 «İbtidai təhsilin pedaqogika və metodikası» ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin İxtisasartırma Təhsili Haqqında xxxx 2012-ci il tarixli, İB **** nömrəli sertifikata görə X1 tam orta məktəbinin Texnologiya müəllimi ümumi o rta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi sahəsində təlim kursunu dinləmiş və 2-ci dərəcəli sertifikat almış, Şəki ŞTŞ-nin xxxx 2014-cü il tarixli, 44 saylı əmrinin 1-ci bəndi ilə Qaratorpaq kənd tam orta məktəbinin direktoru vəzifəsi xxxx 2014-cü il tarixdən müvəqqəti olaraq Şəki rayonu Qaratorpaq kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı həvalə olunmuş, iddiaçı, İddiaçıümumitəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə buraxılması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla iddiaçının adına verilmiş diplom blankının hüquqi əsası olmadığına istinad edərək, onun müraciətini təmin etməmişdir. Apellyasiya Məhkəməsi iş ma teriallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarından kənar yolla, sadəcə müsahibədən keçməklə Azərbaycan Müəllimlər İnstitutu Gəncə Filialına daxil olmuş, halbuki, bu, ali məktəblərə qəbulla bağlı Azərbaycan Respublikasının təhsil qanunvericiliyinin tələblərinə ziddir, eyni zamanda diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə məzunların sayına görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir, lakin cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xxxx 2018-ci il tarixli məktuba görə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən İddiaçı adına verilmiş B seriyalı, ***** nömrəli dip lom blankının hüquqi əsası yoxdur, iddiaçı ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarından kənar yolla qəbul olunduğu üçün ona verilmiş diplom blankı da Təhsil Nazirliyi tərəfindən sifariş verilməmiş, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdeh inzibati orqanın üzərinə düşür, cavabdeh imtinasının qanuni və əsaslı olmasını təsdiq edən sübutları təqdim etdiyi halda, iddiaçı iddianın əsaslılığını təsdiq etmək üçün zəruri olan mötəbər dəlilləri məhkəməyə təqdim etməmiş, beləliklə, cavabdehin imtinası qanuni olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Qanunun 27.2-ci maddəsinə əsasən təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Azərbaycan Respublikası Prezidentinin xxxx 2005-ci il tarixli, *****nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respub likasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.26-cı bəndinə əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin etmək Nazirliyin əsas funksiyalarından biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2010-cu il tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası»nın 3.2-ci bəndinə əsasən diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəali yyət göstərən bütün ali təhsil müəssisələrinə (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Qaydaların 3.5-ci bəndinə əsasən diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar ali təhsil müəssisələrində və AMEA-da saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan diplom blanklarının qeydiyyatı aparılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası diplom blanklarının tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə məzunların sayına görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verildiyini, iddiaçı ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarından kənar yolla qəbul olunduğu üçün ona verilmiş diplom blankının da Təhsil Nazirliyi tərəfindən sifariş verilmədiyini, cavabdeh imtinasının qanuni və əsaslı olmasını təsdiq edən sübutları təqdim etdiyi halda, iddiaçının iddianın əsaslılığını təsdiq etmək üçün zəruri olan mötəbər dəlilləri məhkəməyə təqdim etmədiyini, beləliklə, cavabdehin imtinasının qanuni olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilm əmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-316/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-316/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar