Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1778/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı4, İddiaçı2, İddiaçı3 qızı, İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X11rşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa düzəliş edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X7 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı1 (bundan sonra iddiaçılar) cavabdeh Azərbaycan Respublikası ƏMDK yanınd a DƏDRX-ın 18 saylı X17 (bundan sonra cavabdeh) qarşı(üçüncü şəxs: X3, bundan sonra üçüncü şəxs) “X1 adına xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə 3 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində aparılmış qeydiyyata torpaq sahəsinin mülkiyyətçisi ilə bağlı hissəsində düzəliş edilərək, JN-896A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən iddiaçıların ümumi birgə mülkiyyəti nəzərə alınmaqla ünvan 1ində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı4 Məhəmməd oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı1 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iş üzrə Şək iApelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-196/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından üçüncü şəxs X3 və vəkili Vəkil2 tərəfindən verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Balakən Rayon X8 xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən, 0,06 ha həyətyanı torpaq sahəsi Balakən rayon Mahamalar kənd sakinləri olan iddiaçıların və üçüncü şəxsin ümumi mülkiyyətinə verilmiş və onların adına “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir.
2. Cavabdeh 0,06 ha torpaq sahəsini, eləcə də həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 45,1 kv.m yaşayış, 44,9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına qeydiyyata almış, bu barədə onun adına “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” və fərdi yaşayış evinə dair Daşınmaz əmlakın Texniki pasportu verilmişdir.
3. İddiaçılar cavabdehə müraciət edərək ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə dair üçüncü şəxsin adına verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv olunmasını, fərdi yaşayış evinin yerləşdiyi 0,07 ha torpaq sahəsinə öz adları da daxil edilməklə, dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişlər.
4. Cavabdeh xx.xx.2018-ci il tarixli məktubu ilə bildirmişdir ki, ünvan 1i ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üçüncü şəxsin tam mülkiyyətində olmaqla xx xxxxx xx 2008-ci il tarixində qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçılarınhüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün xx.xx.2008-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da düzəliş edilməlidir. Digər tərəfdən, qeyd olunan torpaq sahəsi üçüncü şəxsin iddia ərizəsi əsasında Şəki İnzibati-İqtisadi Məhkəməsində mübahisələndirilir (İş nömrəsi 2-1(84)-1314/2018). Odur ki, qeyd olunan torpaq sahələri üzərində məhkəmə mübahisəsi bitdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 10-cu maddələrinə əsasən müvafiq sənədlərlə birgə yenidən m üraciət edildiyi təqdirdə məhkəmə qərarına uyğun olaraq məsələyə baxıla bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN seriyalı 896A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən ünvan 1ində yerləşən 0,06 ha torpaq sahəsi üzərində iddiaçıların ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, ünvan 1ində yerləşən və qanuni istifadələrində olan 0,06 ha torpaq sahəsi iddiaçıla rın və üçüncü şəxsin birgə mülkiyyətinə verilmiş və torpaq üzərində hüquqları JN seriyalı 896 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən qeyd olunan torpaq sahəsi və torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində yalnız üçüncü şəxsin hüquqları qeydiyyata alınmış, bununla da torpaq sahəsinin digər mülkiyyətçiləri olan iddiaçıların hüquqları pozulmuşdur. Halbuki, iddiaçılar və üçüncü şəxs 1991-ci ildən hazırkı dövrədək həmin təsərrüfatda qeydiyyatdadırlar.
7. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, Balakən rayon X8 30.06.198-ci il tarixli 08 nömrəli qərarı ilə iddiaçılara, üçüncü şəxsə və X5 ünvan 1ində 0,06 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi ləğv edilmiş DTXK-nin Ba lakən rayon Şöbəsi tərəfindən JN-896A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. JN-896A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd olunan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üçüncü şəxsin adına tam mülkiyyət hüququ ilə xx.xx.2008-ci il tarixdə dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. İddiaçıların adının çıxarışa daxil edilməsi üçün həmin sənədin əsli idarəyə təqdim olunmalı və düzəliş edilməlidir. Lakin araşdırma zamanı məlum olmuşdur ki, üçüncü şəxs JN-896A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi, şəhadətnamədə qeyd olunan iddiaçıların vəX18 qızının adlarının şəhadətnamədən çıxarılması və torpağın mülkiyyətə verilməsi dair plan və ölçü sənədlərinin verilm əsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi olduğundan, habelə Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 10-cu maddələrinə əsasən müvafiq sənədlər təqdim edilmədiyindən iddiaçıların ərizəsinin icrası mümkün olmamışdır. 8. 30.11.2018-ci il tarixdə İddiaçı4 vəfat etmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli iclasında İddiaçı4 hüquqi varisi İddiaçı1 ilə əvəz edilmişdir. 9.
9. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək X1 adına xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə 3 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində aparılmış qeydiyyata torpaq sahəsinin mülki yyətçisi ilə bağlı hissəsində düzəliş edilərək, JN-896A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən iddiaçıların ümumi birgə mülkiyyəti nəzərə alınmaqla ünvan 1ində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı4 Məhəmməd oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı1 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
10. Şəki İnzibati Məhkəməsinin (hakim X14) xx xxxx 2020-ci il tarixli, 2-1(116)12/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, JN-896A kod 40108018 nömrəli "Torpağın mülkiyyətə verilməs inə dair şəhadətnamə" ilə aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini hazırda da saxlayır və həmin sənəddə göstərilən bütün şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün əsasdır. Şəhadətnamədə adları göstərilmiş İddiaçı4 Məhəmməd oğlu, İddiaçı1, İddiaçı2, İddiaçı3 0,06 ha torpaq sahəsində ümumi mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istisna edən heç bir hal yoxdur. Cavabdeh həmin torpaq sahəsinə şəhadətnamədə adları sadalanan mülkiyyətçilərdən yalnız birinin, yəni üçüncü şəxsin tam mülkiyyət hüququnu qeydiyyata almaqla digər mülkiyyətçilər olan iddiaçıların hüquqlarını pozmuşdur.
12. Üçüncü şəxs həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qəra r qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər Rəfiyev Rövşən Rafiq oğlu-məruzəçi, X6 və X15, 2-1(107)-196/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarla üçüncü şəxsin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirmədən saxlamışdır.
14. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd etmişdir ki, xx.xx.2006-cı ilədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır və bu qeydiyyatla bağlı verilmiş aktlar reyestrdə qeydiyyat aparmaq üçün əsas hesab edilir. JN-896A kod 40108018 nömrəl i "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini hazırda da saxlayır və həmin sənəddə göstərilən bütün şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün əsasdır. Şəhadətnamədə adları göstərilmiş İddiaçı4 Məhəmməd oğlu, İddiaçı1, İddiaçı2, İddiaçı3 0,06 ha torpaq sahəsində ümumi mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istisna edən heç bir hal yoxdur. Cavabdeh həmin torpaq sahəsinə şəhadətnamədə adları sadalanan mülkiyyətçilərdən yalnız birinin, yəni üçüncü şəxsin tam mülkiyyət hüququnu qeydiyyata almaqla digər mülkiyyətçilərin hüquqlarını pozmuşdur. Ona görə də iddiaçılar öz adlarının da qeydiyyata mülkiyyətçi kimi əlavə olunmasını tələb etməkdə haqlıdırlar.
15. Üçüncü şəxs Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını x xxxx 2020-ci il tarixdə almış, xx xxxx 2020-ci il tarixdə kasasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçılar iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və bu ərizə birinci instansiya məhkəməsinin hakimi tərəfindən qəbul edilmiş, lakin bu zaman üçüncü şəxs və cavabdehin razılığı alınmamış, bununla da İPM-in 54-cü maddəsinin tələbi pozulmuşdur. Bundan əlavə, məhkəmə mərhum İddiaçı4 vərəsəsi kimi onun birinci nikahından olan oğlu X12 yox, vəfat etdiyi vaxt nikahda olduğu İddiaçı1 il ə əvəz edilməsini əsaslandıra bilməmişdir. Apelyasiya məhkəməsi İddiaçı4 vəfat etməsi ilə əlaqədar mirasın qəbulu başa çatana kimi məhkəmədə işin dayandırılmasına dair vəsatətə hüquqi qiymət verməmişdir. Məhkəmə mərhum İddiaçı4 Məhəmməd oğlunun ölümündən sonra onun vərəsələri barədə Balakən şəhər X20 üzrə nümayəndəliyindən aldıqları arayışda və təqdim etdikləri doğum haqqında şəhadətnamələrə əsasən tərəflərindən məhkəməyə təqdim edilmiş X16 və X4 doğumu haqqında şəhadətnamələri iş materiallarına əlavə edilməsi də, onların da üçüncü şəxs qismində (yəni həmin şəxslər mərhum İddiaçı4 vərəsələri kimi tanınmali idi və onların hüquqlarına toxunulan şəxslər kimi üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilməli idilər) məhkəmə icraatına cəlb edilməmişlər. Məhkəmə tərəfindən üçüncü şəxsə xx xxx xxxx 2008-ci ildə həmin şəxslərin DƏDRX-nin 18 saylı X17 ərizə ilə müraciət edərək, ********** qeydiyyat nömrəsi ilə qeydə alınan çıxarışa ailə başçısı kimi onun adına işlənməsinə razılığının olub- olmaması aydınlaşdırılmamış, əgər belə ərizələr olmuşdursa, onda hal-hazırda göstərilən tələblə məhkəməyə müraciət etmələrinin səbəbi araşdırılmamışdır. Məhkəmə tərəfindən xx xxxxxxx 2008-ci ildə X2 adına verilmiş çıxarış ləğv edilmədən ona dəyişiklik edilməsi həmin düzəlişin onun razılığı olmadan edilməsini nəzərə almamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar, cavabd eh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 19. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsində qeyd edilir ki, həyətyanı sahələr və bağlar al tında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
20. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə həmin sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılma sının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən, bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-)... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-)...
23. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11-ci bəndinə əsasən, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; 3.0.17-ci bəndinə əsasən, q anunla müəyyən edilmiş müddətədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparmış dövlət orqanlarının verdikləri dövlət reyestrində saxlanılmalı olan məlumatları dövlət reyestrinə daxil etmək; 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; 3.0.29-cu bəndinə əsasən, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdi rmək xidmətin vəzifələrindəndir.
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
25. Üçüncü şəxsin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstə rilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 29. “ Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Balakən Rayon X8 xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə ünvan 1ində 0,06 ha torpaq sahəsi iddiaçılar və üçüncü şəxsin ümumi mülkiyyətinə verilmiş, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yalnız üçüncü şəxs F.A.İbrahimovanın tam mülkiyyət hüququ xx.xx.2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
30. İddiaçılar hesab etmişdir ki, yuxarıda bəhs olunan hüquq normalarına görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən onların da adı torpaq sahəsinə aid hissədə göstərilməli idi.
31. Üçüncü şəxsin əsas dəlili ondan ibarətdir ki, onun adına cavabdeh tərəfindən çıxarış verilərkən məhkəmə adları torpa ğın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən şəxslərin razılığı alınıb-alınmamasını araşdırmamışdır.
32. Üçüncü şəxsin adına hüququn qeydə alınması üçün əsas olmuş cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, həyətyanı torpaq sahəsinin üçüncü şəxsin adına qeydə alınması barədə hüquq qeydə alınarkən iddiaçıların razılığı alınmamışdır. İcra nümayəndəsi tərəfindən tərtib edilmiş cavabdehə təqdim edilmiş arayışda ailə tərkibi kimi iddiaçıların da adı qeyd edilmiş, lakin cavabdeh bu halı nəzərə almamışdır. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adları qeyd edilən iddiaçıların mübahisə olunan reyestrdən çıxarışda göstərilməməsi səbəbini cavabdeh izah edə bilməmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” il ə aparılmış dövlət qeydiyyatı hazırda da hüquqi qüvvəsini saxlayır və şəhadətnamədə göstərilən bütün şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün əsasdır. Şəhadətnamədə adları göstərilmiş iddiaçıların 0,06 ha torpaq sahəsində ümumi mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istisna edən heç bir hal yoxdur. Cavabdeh 0,06 ha torpaq sahəsinə şəhadətnamədə adları sadalanan mülkiyyətçilərdən yalnız birinin, yəni bütövlükdə üçüncü şəxsin tam mülkiyyət hüququnu qeydiyyata almaqla digər mülkiyyətçilərin hüquqlarını pozmuşdur. Ona görə də iddiaçılar torpaq sahəsinə aid hissədə öz adlarının da daşınmaz əmlakın dövlət reyestrində mülkiyyətçi kimi qeydə alınmasını tələb etməkdə haqlı olmuşlar.
34. Dəqiqləşdirilmiş iddia ərizəsi məhkəmə tərəfindən qəbul edilərkən üçün cü şəxsin razılığının alınmaması barədə şikayətin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 54.1-ci maddəsinə görə məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlı olduğundan inzibati məhkəmə icraatının başqa iştirakçılarının, o cümlədən üçüncü şəxsin razılığı olmadan da iddianın dəyişdirilməsinin qəbul edilməsi mümkündür.
35. Bundan başqa, prosessual hüquq varisinin düzgün seçilməməsi barədə üçüncü şəxsin şikayətinin dəlilini əsaslı saymayan apelyasiya məhkəməsinin qərarı ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqi anlamda vərəsəlik və prosessual hüquq varisliyi mahiyyət etibarı ilə fərqli hüquqi institutlar olduğuna, mərhum İddiaçı4 mirasının bölüşdürülməsi ilə bağlı məsələ hazırkı işdə həll edilmədiyinə görə onun bütün vərəsələrinin müəyyən edilərək hazırkı prosesə cəlb edilməsinə zərurət olmamışdır. Nikah haqqında şəhadətnaməyə əsasən, İddiaçı4la İddiaçı1 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmışdır. Mərhum İddiaçı4 vəfat etdiyi vaxt nikahda olduğu İddiaçı1 ilə əvəz edilməsi kifayətdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinə uyğundur.
36. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olduğundan şikayət təmin edilə bilməz.
37. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 1 9 iyun tarixli 21(107)-196/2020 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərar qətidir.