Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1778/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: ötürülməsi) (kassasiyanın mümkünsüzlüyü, müddətin üzürsüz səbəbdən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil və tərcüməsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehsinə qarşı icra sənədinin icrasının təmin edilməsi tələbinə dair inziba ti iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1033/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra sənədinin icrasının təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)-6520/2020 nömrəli qərardadı ilə (hakim: A.A.Abdullayeva) iddia mümkün sayılmamışdır.
3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mü bahisənin predmetini Nəsimi Rayon Məhkəməsinin 2(006)-1410/2019 saylı icra sənədi üzrə icra məmuru tərəfindən aparılmış hərəkətlər təşkil edir. Odur ki, iddiaçı iddia ərizəsindəki tələblərlə aidiyyəti üzrə icra sənədini vermiş müvafiq məhkəməyə şikayət verməli olduğundan, hazırkı iddia inzibati icraat qaydasında baxılan iddia hesab olunmur və mümkünsüz sayılmalıdır.
4. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)-6520/2020 nömrəli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1033/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qə rardadı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: M.Ə.Abbasov və E.E.Nağıyeva) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2-1(112)-6520/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, dövlət büdcəsi vəsaiti hesabına təyin edilmiş vəkil onunla əlaqə saxlamamış, bunun nəticəsi olaraq kassasiya şikayəti verilməsi müddəti ötürlmüşdür. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ Məhkəmə icraatı iştirakçılarının izahatları:
9. Məhkəmə kollegiyasının ic lasında ərizəçi və onun vəkili vəsatətin təmin edilməsini və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ:
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin a xımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərd ə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
12. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə əsassız olduğundan təmin edilməməli, verilmiş şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
13. Belə ki, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10(on) gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
14. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2021-ci il tarixli, 2-1(103)-1033/2021 saylı qərardadı 07 iyun 2021ci il tarixdə ərizəçiyə göndərilmişdir. İş materiallarında qərardadın ərizəçiyə təqdim olunması barədə hər hansı sənəd olmasa da, o, 19 may 2021-ci il tarixdə ərizə ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək, apelyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.
15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1033/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: M.Ə.Abbasov və E.E.Nağıyeva) ərizə təmin edilmiş, iddiaçının Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1033/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qərardadından kassasiya şikayəti verməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Vəkillər X1 həvalə edilmiş, həmin qərardad icra edilməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilmişdir. İddiaçıya hüquqi yardım göstərilməsi üçün 16 iyul 2021-ci il tarixdə Vəkil order yazılmışdır. İddiaçı və onun vəkili tərəfindən tərtib olunmuş kassasiya şikayəti isə 03 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
16. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir məlumat yoxdur. Ərizəçi və onun vəkili də prosessual müddətin bərpasına dair vəsatət verib ötürülmüş müddətin bərpa olunmasını xahiş etməklə bir daha kass asiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyini etiraf edirlər.
17. Göründüyü kimi, iddiaçıya hüquqi yardım göstərilməsi üçün vəkilə order 16 iyul 2021-ci il tarixdə yazılmasına baxmayaraq, kassasiya şikayəti 03 avqust 2021-ci il tarixdə, yəni 10 gündən artıq müddət keçdikdən sonra apelyasiya instansiyası məhkəməsinin dəftərxanasına təqdim edilmişdir. Beləliklə də, apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 (on) günlük prosessual müddətin ötürülməsi işin mübahisəsiz halıdır.
18. Ərizəçi qeyd edir ki, o, vəkillə əlaqə saxlaya bilmədiyindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür.
19. Kollegiyanın mövqeyinə görə, qeyd edilən hal, şikayət verilməsi müddət inin ötürülməsinin üzürlü səbəbi kimi qəbul edilə bilməz. 20 Beləliklə, ərizədə göstərilən səbəblər ötürülmüş prosessual müddətin bərpa olunmasına əsas verə bilən üzürlü səbəblər kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, müddət bərpası barədə ərizənin təmin olunması üçün əsas olmadığından ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
21. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRA Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2021-ci il tarixli, 21(103)-1033/2021 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.