Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1779/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı və vəkili Vəkil1 iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı p ensiyanın yenidən hesablanması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli 21(103)-357/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29.05.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiаçı İddiaçı 1995-ci ildən Dövlət Sərhəd Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı 07.04.2017-ci il tarixli 601 s/h nömrəli əmrlə Dövlət Sərhəd Xidmətindən yaşa görə 10.04.2017-ci il tarixdən ehtiyata buraxılmışdır. İddiaçıya cavabdeh tərəfindən 924.96 manat pensiya təyin olunmuş və 2017-ci ilin iyul ayından ödənilməyə başlamışdır. İddiaçı cavabdehə müraciət edərək onun pensiyasının düzgün hesablanmasını (01.07.2017-ci ilədək qüvvədə olan qanunveriicliyin tətbiq edilməsini) xahiş etmiş, cavabdeh 12.03.2018-ci il tarixli 03/89/02—204 saylı məktubla bildirmişdir ki, onun pensiyası düzgün hesablanmışdır. Bundan sonra iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyasının 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına uyğun hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.09.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşma yan cavabdeh ondan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2-1(103)-357/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.09.2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı 09.07.2017-ci ildə ehtiyata buraxıldığından onun həmin günə olan təminat xərcliyi barədə məlumatlar mövcud qanunvericliyin normalarına uyğun olaraq Dövlət Sərhəd Xidməti tərəfindən tərtib olunmuş Məlumat vərəqəsinə daxil edilmiş və cavabdehə göndərilmiş, cavabdeh isə həmin məlumat vərəqəsinə uyğun olaraq pensiya hesablamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2-1( 103)-357/2019 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının 48 yaşı 16.08.2016-cı il tarixdə tamam olmuş, o bir neçə dəfə təxris olunması barədə ərizə ilə müraciət etmiş, nəticədə onu 10.04.2017-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Lakin iddiaçıya təxris olunduqdan sonra 3 ay məzuniyyət verilməsinin əsasları aydın deyildir. Halbuki iddiaçı 07.04.2017-ci il tarixli 601 s/h nömrəli əmrlə yaşa görə ehtiyata buraxılmışdır. Kassator “Hərbi xidmət keçmə və hərbi xidmət” haqqında Qanunun 41.0.2-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1, 9.5.2, 9.6-cı maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2-1(103)-357/2019 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı İddiaçı və vəkili Vəkil1 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2-1(103)357/2019 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqti sadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2-1(103)-357/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixdən qüvvədə olan redaksiyada) 9.5-ci maddəsinə əsasən, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; Həmin Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, qulluq stajına g örə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular;... Həmin Qanunun 20.14-cü maddəsinə əsasən, bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyasına əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla. Yuxarıda sadalanan normaların məzmunundan aydın olur ki, 01.07.2017-ci il tarixədək hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında pensiyalarına əlavə olunur. 01.07.2017-ci il tarixdən sonra hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin—2 faizi miqdarında pensiyalarına əlavə olunur. Hazırkı iş üzrə iddiaçının tələbi onun pensiyasına əlavə hesablanarkən 01.07.2017-ci il tarixədək qüvvədə olan normanın tətbiq edilməsi, yəni 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında pensiyasına əlavə olunmasıdır. Cavabdehin imtinasının əsasını iddiaçının 01.07.2017-ci il tarixdən sonra ehtiyata buraxılmasına görə 01.07.2017-ci il tarixdən s onra qüvvədə olan qanunvericiliyin normalarının tətbiq edilməli olması təşkil edir. Halbuki iddiaçıya məxsus hərbi bilerin surətindən görünür ki, 07.04.2017-ci il tarixli 601 s/h nömrəli əmrlə Dövlət Sərhəd Xidmətindən yaşa görə ehtiyata buraxılmışdır. Bundan əlavə, iddiaçıya məxsus əmək kitabçasında onun 31.07.2002-ci ildən 10.04.2017-ci ilədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində xidmət keçməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin cavabdehə ünvanladığı məktubda qedy edilmişdir ki, tibb xidməti polkovniki-leytenantı İddiaçı 07.04.2017-ci il tarixli əmrlə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 120-ci maddəsinə əsasən 10.04.2017-cii l tarixdən 90 gün müddətinə məzuniyyət verilməklə 09.07.2017-ci il tarixdən şəxsi heyətin sıyahısından və bütün növ təminat normalarından çıxarılmışdır. Beləliklə, azı 20 təqvim ili xidmət etmiş iddiaçının pensiya hüququnun 2017-ci il 1 iyul tarixdən sonra yarandığına dair apellyasiya instansiya məhkəməsinin qənaəti əsaslı deyildir. Belə ki, iddiaçıya məxsus əmək kitabçasında və hərbi biletdə iddiaçının 09 iyul 2017-ci il tarixdə ehtiyata buraxılmasına dair qeyd mövcud deyildir. Əksinə olaraq iddiaçının 10.04.2017-cii l tarixdən ehtiyata buraxılması hərbi biletin və əmək kitabçasının sürəti ilə təsdiq edilir. Lakin cavabdeh yalnız Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin cavabdehə ünvanladığı məktuba istinad edərək iddiaçının 09.07.2017-ci il tarixdən ehtiyata buraxılması əsası ilə 01.07.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsini tətbiq etməklə iddi açıya pensiya hesablamış, işə baxan apellyasiya instansiya məhkəməsi də cavabdehin hərəkətlərini qanuni hesab etmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiаçı İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2-1(103)-357/2019 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiаçı İddiaçı əmək pensiyasının 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına uyğun hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin üzərinə qoyulsun.
Məhkəmə qərarları › İş №2-1(102)-1779/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1779/2019
29.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver