Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1779/2020 06.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsindən istifadə hüququnun qeydə alınmasından imtina; əsas yoxdur) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı (üçü ncü şəxs: Şəki Şəhər İcra Hakimiyyəti) “torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-149/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 1/468 nömrəli sərəncamı ilə kolxoz bazarının cənub hissəsində iddiaçıya avtomobillər üçün dayanacaq təşkil edilməsinə icazə verilmişdir.
2. İddiaçı Şəki ŞİH-ə müraciət edərək həmin torpaq sahəsinin ölçülərinin dəqiqləşdirilməsini xahiş etmiş, həmin torpaq sahəsinin ölçüləri dəqiqləşdirilərə k torpaq sahəsinin naturada yerləşməsini əks etdirən sxem tərtib edilmiş, həmin sxem şəhərin Baş memarı tərəfindən təsdiq edilərək xx.xx.2002-ci il tarixli məktubla iddiaçıya rəsmi məlumat verilmiş, tərtib edilmiş sxem ona təqdim edilmişdir.
3. İddiaçı həmin torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana rəsmi müraciət etmiş, sonuncu bundan imtina edərək xx.xx.2018-ci il tarixli məktubla göstərmişdir ki, iddiaçının təqdim etdiyi sərəncamla avtomobillər üçün dayanacaq təşkilinə icazə verilmiş, lakin avtomobil dayanacağının təşkili üçün torpaq sahəsi ayrılmamışdır. Belə ki, Şəki ŞİH başçısının xx.xx.1997-ci il tarixli, 1468 nömrəli sərəncamına əsasın iddiaçıya torpaq sahəsi üzərində istifadə və ya icarə hüququ yaranmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. Bununla razılaşmayan iddiaçı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Şəki ŞİH-in xx.xx.1997-ci il tarixli, 1/468 nömrəli sərəncamı ilə kolxoz bazarının cənub hissəsində ayrılmış 1000 m2 torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət qeydiyyatına alınması və iddiaçının adına hüquqların dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddia ərizəsini belə əsaslandırmışdır ki, Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 1/468 nömrəli sərəncamı ilə kolxoz bazarının cənub hissəsində iddiaçıya avtomobil dayanacağı kimi fəaliyyət göstərməsi üçün 1000 m2 torpaq sahəsi ayrılmış, dayanacağın təşkil olu nması və dayanacağa nəzarət ona tapşırılmışdır. Halhazırkı vaxtadək orada qanunauyğun fəaliyyət göstərir. Cavabdehə fəaliyyət göstərdiyi dayanacaq üzərindəki hüquqlarının qeydiyyata alınmasına köməklik göstərilməsi üçün müraciət etsə də, cavabdeh bundan imtina etmişdir.
6. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-784/2019-cu il tarixli qərarına görə (hakim – R.A.Məcidov) iddianın təmin edilməsi, cavabdehin üzərinə Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1/468 nömrəli sərəncamı ilə kolxoz bazarının cənub hissəsində ayrılmış (10m x 100m ölçüdə) 1000 m2 torpaq sahəsi üzərində İddiaçı istifadə hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
7. Məhkəmə hesab etmişdir ki, “Daşınmaz əmlakın dövlət resyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus torpaq sahəsinin istifadəyə verilməsi ilə bağlı qəbul olunmuş aktlar hüquqların dövlət qeydiyyatı üçün əsasdır ki, iddiaçı dövlətə məxsus torpaq sahəsinin ayrılması barədə Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 1/468 nömrəli sərəncamını və ayrılmış torpaq sahəsinin sxematik planını cavabdehə təqdim etmişdir. Qanunvericiliyin tələbləri baxımından həmin sənədlər iddiaçının torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına əsas olsa da, cavabdeh formal əsaslara istinadən iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı olmamışdır.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək Şəki İ nzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-784/2019 nömrəli qərarının ləğv olunmasını, iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(107)-518/2019 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – G.Q.Abbasov, hakimlər R.R.Rəfiyev, M.R.Hüseynov) cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-784/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
10. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı sözügedən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına əsas olan sənədləri cavabdeh inz ibati orqana təqdim etsə də, cavabdeh sözügedən torpaq sahəsinin üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina üçün əsas olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən halların mövcudluğu barədə nə birinci instansiya məhkəməsində, nə də apelyasiya instansiyası məhkəməsində sübut təqdim edə bilməmişdir.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(107)-518/2019 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsindəki icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-278/2020 nöm rəli qərarına əsasən (sədrlik edən və məruzəçi – R.S.Nəbizadə, hakimlər – A.S.Hüseynov, H.Q.Nəsibov) kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(107)-518/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Şəki ŞİH-in xx.xx.1997-ci il tarixli qərarı ilə 1000 m2 torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi ilə bağlı araşdırma aparmamışdır. Belə ki, adıçəkilən sərəncamda Şəki ŞİH başçsının xx.xx.1997-ci il tarixli sərəncamının qüvvədən düşmüş hesab edilməsi, xx.xx.1996-cı il tarixli sərəncamının qüvvədə hesab edilməklə Ünvan1 ünvanında yerləşən evdə yaşayan İddiaçı həmin ərazidə avtomobillər üçün da yanacaq təşkil etməsinə icazə verilməsi qeyd olunsa da, həmin sərəncamlar aidiyyəti orqanlardan tələb edilməmiş, onların məzmunu öyrənilməmiş, xx.xx.1997-ci il tarixli sərəncamla torpaq sahəsinin iddiaçının istifadəsinə verilibverilməməsi araşdırılmamış, bununla bağlı Şəki ŞİH-ə sorğular edilməmiş, sonuncunun işə cəlb edilməsinin zəruriliyi müzakirə edilməmişdir. ç. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-149/2020 nömrəli qərardadına əsasən (sədrlik edən və məruzəçi – R.İddiaçı, hakimlər – A.M.Eyvazov, İ.H.Şükürov) iş üzrə Şəki Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
15. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci i l tarixli, 21(107)-149/2020 nömrəli qərarına görə (sədrlik edən və məruzəçi – R.İddiaçı, hakimlər – A.M.Eyvazov, İ.H.Şükürov) apelyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-784/2019-cu il tarixli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, tədqiq edilən sərəncamların heç birində avtodayanacağın təşkil edilməsi üçün iddiaçının istifadəsinə, icarəsinə və ya sahibliyinə mübahisəli torpaq sahəsinin ayrılması qeyd edilməmişdir. İddiaçının təqdim etdiyi sərəncamla yalnız ona avtomobillər üçün dayanacaq təşkilinə icazə verilmiş, lakin avtomobil dayanacağının təşkili üçün torpaq sahəsi ayrılmamış, bu səbəbdən də iddiaçının həmin torpaq sahəsinə hər hansı hüququ yaranmamış dır.
17. Məhkəmə qərarını iddiaçı xx.xx.2020-ci il tarixində almışdır.
18. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-149/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c. Kassasiya şikayətinin dəlilləri
19. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərinə əmək etmədən səthi araşdırma aparmış, İPMin 12.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, məhkəmə kollegiyası Şəki ŞİH başçısının xx.xx.1996-cı il tarixli 1/560 saylı sərəncamının qüvvədə q almasına, xx.xx.1997-ci il tarixli 1/468 nömrəli sərəncamla iddiaçıya həmin ərazidə avtomobillər üçün dayanacaq təşkil etməsinə, torpaq sxemində göstərilən eni 111 metr, uzunluğu 100 metr olan torpaq sahəsinin xx.xx.1996-cı il tarixli sərəncamda göstərilən torpaq sahəsi olduğuna və həmin sahədən istifadə etməsinə dair sübutlara düzgün qiymət verməmiş və səhv nəticəyə gəlmişdir. d. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. e. Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respubikasının xx.xx.1992-ci il tarixindən qüvvəyə minmiş Torpaq Məcəlləsinin 29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələ diyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
25. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkild ə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
26. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
27. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYAN İN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. İlk növbədə qeyd edilməlidir ki, işə apelyasiya instansiyası məhkəməsində baxılarkən Ali Məhkəmənin göstərişlərinə əməl edilmiş, Şəki ŞİH iş üzrə üçüncü şəxs qismində icraata cəlb olunmuş, Şəki ŞİH başçısının xx.xx.1996-cı il tarixli 1/560 nömrəli və xx.xx.1997-ci il tarixli 1/330 nömrəli sərəncamları tələb edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, xx.xx.1996-cı il tarixli sərəncamla mərkəzi kolxoz bazarının cənub hissəsində eni 11 m., uzunluğu 100 m. olan boş sahədə X1 avtomobillərin dayanacağının təşkil edilməsinə icazə verilmiş, xx.xx.1997-ci il tarixli sərəncamla isə xx.xx.1996-cı il tarixli 1/560 nömrəli sərəncam ləğv edilmişdir.
32. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin göstərişlərinə əməl etmədiyini bildirsə də, yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının mübahisəli torpaq sahəsinə istifadə hüququnun olub-olmaması, ona bu hüququnun hər hansı sərəncamla verilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli araşdırılmış və əsaslı nəticə əldə edilmişdir.
33. Belə ki, sözügedən sərəncamların heç birində mübahisəli torpaq sahəsinin iddiaçının istifadəsinə, icarəsinə və ya sahibliyinə verilməsi qeyd olunmamış, iddiaçıya aid olan xx.xx.1997-ci il tarixli 1/468 nömrəli sərəncamla yalnız avtomobilər üçün dayanacaq təşkilinə icazə verilmişdir.
34. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya avtomobilər üçün dayanacaq təşkilinə icazə verildiyi vaxt vətəndaşlara torpaq sahələrinin ayrılması qaydası xx.xx.1992-ci ildən qüvvədə ol an Torpaq Məcəlləsində öz əksini tapmışdır (bax: hazırkı qərarın 22-ci bəndi). Həmin tələblərə görə vətəndaşların torpaq sahəsi üzərində hüquqları yer quruluşu orqanı tərəfindən həmin sahənin hüdudları müəyyən edildikdən və müvafiq sənədlər rəsmiləşdirilib verildikdən sonra qüvvəyə minir.
35. Lakin işin müəyyən edilən hallarından görünür ki, hazırda tələb edilən torpaq sahəsinin hüdudlarının naturada müəyyən edilməsi iş materialları ilə öz təsdiqini tapmır. İş materiallarına əlavə olunan mübahisəli torpaq sahəsinə dair tərtib olunmuş sxem isə ayrıc aktı olmadığından həmin akt torpaq sahəsi üzərində hər hansı hüququn yaranmasına əsas ola bilməz. Birinci instansiya məhkəməsi işə əlavə edilmiş torpaq sahəsinin sxemini ayrıc aktı kimi qiymətləndirməkdə səhvə yol vermişdir.
36. Məhkəmə kollegiy ası qeyd edir ki, iddiaçının istinad etdiyi sərəncamda iddiaçıya hər hansı torpaq sahəsi hazırkı qərarın 22-ci bəndində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından icarəyə və ya istifadəyə verilməmiş, sadəcə müvafiq ünvanda saat 08:00-dan 20:00-dək avtomobil dayanacağının təşkili iddiaçıya tapşırılmışdır.
37. İddiaçının məhkəməyə təqdim etdiyi sxem isə buna səlahiyyəti olmayan şəxs – şəhərin Baş memarı tərəfindən təsdiq edilmiş, eləcə də, sözügedən sxemdə torpaq sahəsinin kadastr kodu göstərilməmişdir ki, sözügedən sxem də iddiaçıya torpaq sahəsi üzərində hər hansı hüququn yaranması üçün əsas ola bilməz.
38. Belə olan halda, mübahisəli torpaq sahəsindən iddiaçının istifadə hüququnun qeydə alınması üçün əsas müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın imtinası hazırkı qər arın 23-cü bəndində göstərilən normaya uyğundur və apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir.
39. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin İPM-in 12ci maddəsinin tələblərini pozduğunu bildirsə də, yuxarıda qeyd olunan hallardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsində mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmışdır. Odur ki, iddiaçının kassasiya şikayətinin bu dəlili də əsassızdır.
40. Bundan başqa qeyd edilməlidir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərt lərin mövcudluğunu sübut etmək vəzifəsi isə həmin inzibati orqanın üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
41. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir.
42. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İ ddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-149/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.