Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1779/2021 19.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması; Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarının tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.06.2021-ci il tarixli, 2-1(103)-952/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1958-ci il tarixində doğulmuş, 03.07.1988-cı il tarixindən 02.09.2000-ci il tarixinədək Lənkəran Rayon Xalq Məhkəməsinin hakimi, 02.09.2000-ci il tarixindən 28.07.2007-ci il tarixinədək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifələrində işləmiş, 28.07.2007-ci il tarixində səlahiyyət müddətinin bitməsi ilə əlaqədar h akim səlahiyyətlərinə xitam verilmiş, cavabdeh inzibati orqanın 12.09.2008-ci il tarixli qərarına əsasən iddiaçının 19 illik hakimlik stajı nəzərə alınmaqla 2-ci qrup əlilliklə ona pensiya təyin edilmişdir.
2. İddiaçı 16.10.2019-cu il tarixində cavabdehə müraciət edərək əmək pensiyasının yenidən hesablanması və yenidən hesablanarkən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavənin və hakimlərə səlaiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatının ödənilməsinin nəzərə alınması, eləcə də əmək pensiyanın az hesablanması ilə əlaqədar yaranmış fərqin ona ödənilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçının müraciətini təmin etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icra at
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək əmək pensiyasın yenidən hesablanması və yenidən hesablanarkən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavənin və hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatının ödənilməsinin nəzərə alınması, eləcə də əmək pensiyanın az hesablanması ilə əlaqədar yaranmış fərqin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən əmək pensiyası alır. “Məhkəmələr və hakimlər haqqında" Qanunun 106-cı maddəsinə edilmiş və 01.09.2019-cu il tarixdən qüvvəyə minmiş 12 iyul 2019-cu il tarixli Qanunda göstərilmişdir ki, hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşı əlavə ödənilir; Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Milli Məclisinin sədrinin aylıq vəzifə maaşı həcmində (2475 manat) müəyyən edilir; hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatı ödənilir. Ali Məhkəmənin sədrinin vəzifə maaşı Milli Məclisin sədrinin aylıq vəzifə maaşı həcmində 2475 manat müəyyən edildiyinə görə rayon məhkəmə hakiminin aylıq vəzifə maaşı rayon məhkəmə sədrinin vəzifə maaşının 80 faizi olmaqla 1385,6 manat müəyyən edilmişdir. 2019-cu ilin oktyabr ayına dair əmək pensiyası hesablanarkən rayon məhkəmə hakimlərinin aylıq vəzifə maaşının 1385.6 manat olması nəzərə alın mış, lakin, hakimlərə ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşının əlavə ödənilməsi və hakimlərə səlahiyyətlərini yerinə yetirilməsi ilə bağlı ödənilən 25 faiz pul təminatının 15 faizi əvvələr olduğu kimi nəzərə alınmış, yeni artırılmış 10 faiz nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında" Qanunun 20.7-ci maddəsinin tələbinə görə əmək pensiyası hesablanarkən “Məhkəmələr və hakimlər haqqında" Qanunun 106-cı maddəsində edilmiş dəyişiklik haqqında" Qanunda qeyd edilmiş hakimlərə bir aylıq vəzifə maaş həcmində vəzifə maaşının əlavə ödənilməsi və hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi deyil, 25 faizi həcmində vergidən azad pul təminatının ödənilməsi nəzərə alınmalıdır. Lakin DSMF-nin Yasamal rayon şöbəsi əmək pensiyasını hesablayarkən qeyd etdiyi artımları nəzərə almamışdır. Onun pensiya işi DSMF-nin Yasamal rayon şöbəsindən Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş və həmin idarədə də pensiyası hesablanarkən yuxarıda qeyd etdiyi artımlar nəzərə alınmamışdır. O, əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 27 yanvar 2020-ci il tarixli ərizəsi ilə müraciət etmişdir və ərizəsi iddia ərizəsi əlavə etdiyi “poçt göndərişinin verilinəsi haqqında" xəbərnamədən göründüyü kimi 30 yanvar 2020-ci il tarixdə nazirliyə daxil olmuşdur. Həmin ərizəsi nazirlikdən Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş, oradan isə baxılması üçün cavabdeh Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Xüsusi Şərtlərlə Təyinat İdarəsinə gedib ərizəsi baxılmasının nəticəsini öyrənmək istədi və ona bildirmişlər ki, ərizəsinə rəsmi cavab göndərəcəyik. Lakin, bu günə qədər ərizəsi cavab verilməmişdir. Hesab etmişdir ki, cavabdeh ərizəsinə cavab verməkdən imtina etmişdir.
5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiasının hüquqi əsasının dəyişdirilməsini qəbul edib Konstitusiya Məhkəməsinin Plenumunun 18.07.2008-ci il tarixli Qərarının göstərişlərinə əməl etməklə 30.12.2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 5-ci hissəsinin müddəasını tətbiq etməklə iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli 2-1(112)-5043/2020 saylı qərardadına əsasən iddia tələbinin “hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatının ödənilməsinin nəzərə alınması” hissəsi mümkün sayılmamışdır.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdehin 29.05.2020-ci il tarixli qərarı ilə iddiaçıya təyin edilmiş pensiya yenidən hesablanmış (01.09.2019-cu il tarixindən s.y.y. pul təminatı – 25 faiz), iddiaçı isə həmin qərardan sonra, yəni 11.06.2020-ci il tarixində məhkəməyə müraciət etmişdir. İddiaçı göstərilən tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarla iddiaçının həmin tələbi müsbət həll olunmuşdur.
8. Bakı İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli, 2-1(112)-5043/2020 saylı qərarı ilə (hakim Şəlalə Həsənova) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasın yenidən hesablanması və yenidən hesablanarkən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavənin nəzərə alınması, eləcə də əmək pensiyasının az hesablanması ilə əlaqədar yaranmış fərqin ona ödənilməsi” barədə iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 28.07.2007-ci il tarixinədək hakim işlədiyindən, bununla da “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-ci maddəsinə 12.07.2019cu il tarixli, 1647-VQD №-li Qanuna əsasən edilmiş dəyişikliklərlə nəzərdə tutulmuş əlavələri işlədiyi dövrdə almadığı üçün həmin əlavələr iddi açıya təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı nəzərə alına bilməz. Ona görə də cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuşdur
10. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.06.2021-ci il tarixli 21(103)-952/2021 nömrəli qərarına əsasən (sədrlik edən Afaq Nuriyeva, hakimlər Səadət Bəktaşi və Aida Hüseyn) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli, 2-1(112)-5043/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı 05.08.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.06.2021-ci il tarixli 2-1(103)-952/2021 nömrəli qərarının ləğv edilməsini və iddian tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərində görə “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.03.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.02.2014-cü il tarixli Qərarının müddəaları ha zırkı işin hallarına tətbiq edilməli idi. Belə ki, həmin Qərarda qeyd edilir ki, hakimlərin statusunun konstitusiya – hüquqi xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur.
15. Belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir. “Hakimlərin statusuna dair Avropa Xartiyası”nın 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir. Beləliklə, hakimlərin sosial müdafiəsinə yönələn pensiya təminatı onların müstəqill iyini və qərəzsizliyini qorumaq məqsədilə Konstitusiya və beynəlxalq – hüquqi aktlarda nəzərdə tutulan təminatların tərkib hissəsidir. Apellyasiya instansiyası məhkəməsi isə qərar qəbul edərkən göstərilən halları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
18. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Az ərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” qərarına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
21. Həmin Qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblə rinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun 25.02.2014-cü il tarixli “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında qeyd edilmişdir ki, “pensiya yaşına çatmış sabiq hakimlərin pensiya təminatı ilə əlaqədar qanuni əsası olmayan fərqli yanaşmalar nəticəsində ərizəçinin Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ pozulmuşdur. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyanın 131-ci maddəsinin İ hissəsinin, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 77-ci maddəsinin İ hissəsinin müddəalarına əsasən kassasiya instansiyası məhkəməsi hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasının məhkəmə təcrübəsini formalaşdırmalıdır”.
23. İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
25. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apell yasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı 03.07.1988-ci il tarixindən 28.07.2007-ci il tarixinədək hakim olmuş, 12.09.2008-ci il tarixində iddiaçının 19 illik hakimlik sta jı nəzərə alınmaqla 2-ci qrup əlilliklə ona pensiya təyin edilmişdir. İddiaçı bir aylıq vəzifə maaşı həcmində əlavənin və hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatının ödənilməsinin nəzərə alınması, eləcə də əmək pensiyanın az hesablanması ilə əlaqədar yaranmış fərqin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi “hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatının ödənilməsinin nəzərə alınması” hissəsində mümkün sayılmamış, iddiaçı məhkəmənin bununla bağlı qərardadını mübahisələndirməmişdir.
30. İddia tələbi qalan hissədə - “əmək pensiyasın yenidən hesablanması və yenidən hesablanarkən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavənin nəzərə alınması, eləcə də əmək pensiyanın az hesablanması ilə əlaqədar yaranmış fərqin ona ödənilməsi” hissəsində rədd edilmiş, iddiaçı bununla bağlı məhkəmə qərarını mübahisələndirmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq iddia tələbinə yalnız mübahisələndirilmiş hissədə qiymət vermişdir.
31. Kassasiya şikayətinin dəlillərinə görə isə apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.02.2014-cü il tarixli Qərarı ilə ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası isə kassatorun dəlillərini əsassız hesab edir. Belə ki, hazırkı qərarın 22-ci bəndində göstərilən müddəalardan aydın olur ki, kassatorun istinad etdiyi qərarda pensiya yaşına çatmış sabiq hakimlərin pensiya təminatı ilə əlaqədar qanuni əsası olmayan fərqli yanaşmaların tətbiqindən çəkinmək, oxşar işlər üzrə hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasının məhkəmə təcrübəsini formalaşdırmaq tövsiyyə olunmuşdur. Hazırkı halda isə iddia tələbinin rədd edilməsi üçün qanuni əsaslar mövcuddur.
32. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun hazırkı qərarın 20-21-ci bəndlərində göstərilən qərarında qeyd olunmuşdur ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.
33. Beləliklə, göstərilənlərə əsasən sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.
34. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyi qətidir və şəxsə p ensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını qadağan edir.
35. Hazırkı tələbə Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyi baxımdan yanaşdıqda məlum olur ki, iddiaçının vaxtında almadığı əlavələr pensiya hesablanmasında nəzərə alınması qanunvericiliyin göstərilən tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə ziddir. Bu hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının bir sıra qərarlarında da öz əksini tapmışdır (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 07.09.2021-ci il tarixli 2-1(102)-1312/2021 nömrəli, 22.06.2021-ci il tarixli 21(102)-1157/2021 nömrəli, 08.06.2021-ci il tarixli 2-1(102)-827/2021 nömrəli, 25.05.2021ci il tarixli 2-1(102)-1017/2021 nömrəli qərarları).
36. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı həm Konstitusiya Məhkəməsi Plenumunun, həm də oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun olmaqla kassatorun istinad etdiyi Konstitusiya Məhkəməsi Plenumunun 25.02.2014-cü il tarixli Qərarı ilə ziddiyyət təşkil etmir.
37. Odur ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.06.2021-ci il tarixli 2-1(103)952/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
38. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.06.2021-ci il tarixli 21(103)-952/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.