Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1779/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər: X2 və X3) “mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi ” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 iyun 2022-ci il tarixli, 2-1(103)-443/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X6 bağlar sahəsindəki 89 nömrəli kooperativin verdiyi 23 nömrəli orderə əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994cü il tarixli, 1085 nömrəli sərəncamı ilə X4 Görədil bağlar sahəsində 89 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 260v nömrəli bağ ayrılmışdır.
2. X5 Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivi ünvanında yerləşən 260v nöm rəli bağ sahəsinə plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
3. Cavabdeh müraciəti təmin etməkdən imtina edərək bildirmişdir ki, həmin bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, bağ sahəsi mübahisəlidir. Göstərilən bağ sahəsinə 257g nömrəli bağ nömrəsi ilə digər vətəndaş iddialıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan, 23 nömrəli orderlə verilmiş, ümumilikd ə 0,12 hektar ölçüdə 260v nömrəli bağ sahəsinin plan və ölçüsünün təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı X5 xx.xx.2017-ci ildə vəfat etdiyindən, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-103/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadına əsasən İddiaçının hüquq varisi qismində icraata qoşulmuşdur.
6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan, 23 nömrəli orderlə verilmiş, ümumilikdə 0.12 hektar ölçüdə 260v (kiril əlifbası ilə “B”) nömrəli bağ sahəsin ə dair hüquqların iddiaçının anası X4 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-24/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması:
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən X4 Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsi nəzdində olan, ümumilikdə 0,12 ha ölçüdə 260V (260B) nömrəli bağ sahəsi ayrılmış və 23 nömrəli order verilmişdir. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrində n arayışlar üçün tələb olunan sənədlərin qəbulu, dövriyyəsi, ekspertizası və verilməsi qaydasına əsasən fərdi və kooperativ bağ sahələri (boş torpaq sahələri) üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün bağ sahəsinin planı və ölçüsü tələb olunur. Bununla əlaqədar iddiaçının anası X5 cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. İmtina tamamilə absurd bir şəkildə əsaslandırılmış, təqdim edilən sənədlərin surət olduğu, bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, bağ sahəsinin mübahisəli olduğu, həmin sahəyə 257G saylı bağ nömrəsi guya digər vətəndaşın da iddia etdiyi göstərilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəmə sinin 12 avqust 2021-ci il tarixli, 2-1(112)-24/2021 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, Bakı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan, 23 nömrəli orderlə verilmiş, ümumilikdə 0.12 hektar ölçüdə 260v (kiril əlifbası ilə “B”) nömrəli bağ sahəsinə dair hüquqların ölmüş şəxsə - İddiaçı anası X4 məxsus olmasına dair arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə hesab etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının varisi olduğu X5 vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağın torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun ölmüş şəxs X4 məxsus olması barədə arayışı cavabdehdən tələb etmək hüququ mövcuddur.
11. Cavabdehin imtina məktubunda bağ sahəsinin torpağın bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, bağ sahəsinin mübahisəli olması, göstərilən bağ sahəsinə 257g nömrəli bağ nömrəsi ilə digər vətəndaşın iddia etdiyi barədə göstərilənlərə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, əvvəla cavabdeh imtina məktubunda qeyd etdiyi uyğunsuzluğun nədən ibarət olmasını göstərməmiş, iş ü zrə təyin edilmiş ekspertiza rəyi ilə isə iddiaçının anasına ayrılmış 260v nömrəli bağ sahəsi ilə 257g nömrəli bağ sahəsinin eyni bağ sahələri olmaması, iddiaçının torpaq sahəsinin hasara alınaraq orada hər hansı tikinti işlərinin aparılmadığı və boş vəziyyətdə olduğu müəyyən edilmişdir.
12. Cavabdehin imtina məktubunda göstərilən əsassız olmasını o da təsdiq edir ki, məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda mübahisəli sahə kimi göstərdiyi bağın qonşu bağ nömrələrinin 269R, 259J, 254Ə qeyd edilmişdir, halbuki elə cavabdehin özünün məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş 89 BTK nəzdində olan 260v nömrəli bağ sahəsinə dair cizgiyə və sxematik xəritədən çıxarışa əsasən 260 v nömrəli bağ sahəsinin qonşuları bir tərəfdən 260q, digər tərəfdən isə 260 e nömrəli bağ sahələridir. Yəni iddiaçının iddia ərizəsində göstərdiyi bağ sahəsi ilə cavabdehin mübahisəli kimi göstərdiyi bağ sahələri eyni bağ sahələri deyillər.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-443/2022 saylı qərardadı ilə X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 iyun 2022-ci il tarixli, 21(103)-443/2022 saylı qərarı ilə (hakimlər S.Bəktaşi, A.Hüseynov, A.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, bi rinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh qanunvericiliyin tələblərini formal mülahizələrdən çıxış edərək iddiaçının müraciətini təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələri n, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
18. Şikayətin dəlillərinə görə, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, qeyd olunan bağ sahəsi bağların yerləşməsinə dair sxematik xəritəyə uyğun gəlmir. Həmçinin iddia olunan sahəyə dair digər fiziki şəxsin adına X1 adına DTXK tərəfindən “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” şəhadətnamə verildiyi aşkar edilmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən İddiaçı tərəfindən göstərilən sahənin qapısı bağlı olduğundan hasarın çölündən baxış keçirilmişdir. Qeyd olunanlardan göründüyü kimi sözügedən torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində deyil. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
20. Üçüncü şəxs X3 məhkəməyə ünvanladığı yazılı mülahizəsində qeyd etmişdir ki, mübahisə predmeti kimi göstərilən torpaq sahəsi vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun adına rəsmiləşdirilmişdir və fakti ki olaraq onun istifadəsindədir. Apellyasiya instansiyası məhkəməsində iştirak edə bilmədiyindən həmin torpaq sahəsinin yerləşmə vəziyyətinə dair sənədləri məhkəməyə təqdim edə bilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə (bundan sonra mətndə- İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki ha llar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab e dilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, cavabdeh qanunvericiliyin tələblərini formal mülahizələrdən çıxış edərək iddiaçının müraciətini təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ha qqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir.
23. Apellyasiya instansiyası məhkəməsi, həmçinin hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini formal mülahizələrə əsaslanmaqla təmin etməm işdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspertizanın nəticələrinə əsaslanaraq iddia olunan torpaq sahəsi ilə üçüncü şəxslərə məxsus torpaq sahələrinin üst-üstə düşmədikləri nəticəsinə gəlmişdir.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
25. Apellyasiya instansiyası məhkəməsi mübahisəli bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyinə, iddia olunan bağ sahəsinə dair digər fiziki şəxs - X1 adına X7 Komitəsi tərəfindən “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” şəhadətnamə verildiyinə dair dəlilinə münasibət bildirərkən apellyasiya instansiyası məhkəməsində icraat zamanı keçirilmiş ekspertizanın nə ticəsinə əsaslanmışdır. Həmin rəydə isə ekspert birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş 19 yanvar 2021-ci il tarixli ekspertiza tədqiqatı üzrə rəyə istinad edərək iddia olunan 230v №-li bağın torpaq sahəsinin koordinatlarını göstərmişdir. 19 yanvar 2021-ci il tarixli birinci rəydə isə həmin torpaq sahəsinin iddiaçı tərəfindən göstərildiyi qeyd olunmuşdur. Rəydə, həmçinin qeyd olunur ki, ilkin bölgü layihəsinə görə 260v №-li bağ torpaq sahəsi Bakı Layihə-Tədqiqat İdarəsinin tərtib etdiyi sxemdə əks olunmuş 1302 kv.m bağ torpaq sahəsindən 114.0 metr aralıda yerləşir. 26. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 6-cı maddəsinin tələbinə görə, Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; tor paq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
27. Daşınmaz Əmlak ın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən 230v №-li bağın torpaq sahəsinin yerləşmə sxemi tərtib olunmuş və torpaq sahəsinin koordinatları göstərilmişdir (iş v. 77). Həmin koordinatlar iddia olunan (iddiaçı tərəfindən göstərilən) torpaq sahəsindən fərqlidir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 6-cı maddəsinin tələbindən də göründüyü kimi, Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Belə olan halda, məhkəmə istinad etdiyi ekspert rəyi ilə torpaq kadastrının məlumatları arasındakı ziddiyyətlərin səbəblərini araşdırmalı və qiymət verməli idi. Başqa sözlə, iddiaçının hüquq sələfinə v erilmiş 23 №-li orderdə göstərilən 230v №-li bağ sahəsinin məhz iddiaçının göstərdiyi və iddia etdiyi torpaq sahəsinin hüdudlarında olduğu şübhədən kənar sübutlarla təsdiq olunmalıdır.
28. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox və ilk növbədə iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə, öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğun dan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 03 iyun tarixli, 2-1(103)443/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.