Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1779/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ikinci dərəcəli əlilliyin təyin edilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilli k dərəcəsinin təyin olunması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2023-ci il tarixli, 2-1(103)-825/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əlillik vəziyyətinə ilk dəfə Samux Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli 0315003AADEB saylı göndərişi əsasında baxılaraq onda “12 barmaq bağırsağın xorası. Mədənin subtotatl rezeksiyası, qastroenteroanastomoz əməliyyatından sonrakı vəziyyət. Dempinq sindromu. Həzm funksiyasının pozulması” diaqnozuna uyğun olaraq 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. Sonradan iddiaçının əlillik vəziyyətinə həmin xəstəxananın xx.xx.2021-ci i l tarixli 0315003AAGH8 saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, Xroniki, qanaxma və ya deşilmə olmadan, 12 barmaq bağırsağın xorasına görə əməliyyatlaparatomiya, hissəvi qastroektomiya və qastroenteroanastomozun qoyulmasından sonrakı vəziyyət. Əməliyyatdan sonra Demping sindromu. Anastomozit. Qarın boşluğu orqanlarının bitişmə xəstəliyi. Xroniki bağrsaq keçməməzliyi. Həzm funksiyasının pozulması. İkincili anemiya. Qaraciyərin piy distrofiyası. Hepatomeqaliya. Mədə hissəsinin qazanılma olmaması, Hissəvi qastroektomiya. Cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməməzliyi, Əməliyyatdan sonra Dempin g sindromu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Bütün həkimlərin konsultasiyası olmalıdır” səbəbi ilə imtina verilmişdir.
3. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Samux Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0315003AAGSK saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, Xroniki, qanaxma və ya deşilmə olmadan, 12 barmaq bağırsağın xorasına görə əməliyyat-laparatomiya, hissəvi qastroektomiya və qastroenteroanastomozun qoyulmasından sonrakı vəziyyət. Əməliyyatdan sonra Demping sindromu. Anastomozit. Qarın boşluğu orqanlarının bitişmə xəstəl iyi. Xroniki bağrsaq keçməməzliyi. Həzm funksiyasının pozulması. İkincili anemiya. Qaraciyərin piy distrofiyası. Hepatomeqaliya. Xroniki qastrit. Defikasiyanın tez-tez pozulması. Kəskin asteno-nevrotik vəziyyət. Boyu əvvəl 1.75 sm, bu gün 1.65 sm. Çəkisi əvvəl 75 kq, Ağırlaşma Z90.3 Mədə hissəsinin qazanılma olmaması, Hissəvi qastroektomiya Ağırlaşma K91.3 Cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməməzliyi, Əməliyyatdan sonra Dömping sindromu Ağırlaşma Z98.0 Bağırsaq anastomozunun olması, Qastroenteroanastomozun qoyulmasından sonrakı vəziyyət Ağırlaşma R16.0 Başqa rubrikalarda təsnif olunmayan hepatomeqaliya, Hepatomeqaliya Ağırlaşma K91.1 «Operasiya olunmuş mədə» sindromu, Qarın boşluğu orqanlarının bitişmə xəstəliyi. Xroniki bağırsaq keçməməzliyi. Ağırlaşma K66.0 Periton bitişmələr i, Qarın boşluğu orqanlarının bitişmə xəstəliyi, Yanaşı xəstəliklər K76.0 Qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, Qaraciyərin piy distrofiyası. Yanaşı xəstəliklər D50.0 Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, ikincili anemiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-ixtisaslaşmış müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2011-ci ildən onikibarmaq bağırsağın xorası, mədənin subtotal rezeksiyası, qostroenteroanastomos əməliyyatından sonrakı vəziyyət diaqnozu ilə İİ dərəcəli əlillik dərəcəsi almışdır. Xəstəliyi ilə əlaqədar fiziki iş görülməsi əks göstəriş hesab edilmişdir. Bu səbəbdən də o, xəstəliyi ilə əlaqədar əmək pensiyası alırdı. Hazırda növbəti tibbi yoxlamadan keçmə müddətində təkrar müayinə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli rəyi ilə xəstəliyi ilə bağlı diaqnoz öz təsdiqini tapmışdır. Ancaq cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli qərarla ona pensiya təyin edilməsindən imtina edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Əhədova) 02 avqust 2022-ci il tarixli, 21(112)- 3079/2022 nömrəli qərarı ilə iddia tələ bi təmin edilərək, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ekspert rəyi ilə öz təsdiqini tapmış iddiaçıda aşkar olunan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür.
8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Oruczadə – sədrlik edən və məruz əçi, X.Cəmilova və R.Səmədov) 30 mart 2023-ci il tarixli, 2-1(103)825/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, İddiaçı Forma 88 arayışında əsas diaqnoz K26.7 Onikibarmaq bağırsağın xorası qeyd edilsə də, “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə ə sasən, həmin diaqnozlu xəstələrdə il ərzində 4 dəfə kəskinləşmə tələb olunsa da, iddiaçıda kəskinləşmə olmamışdır. Əlavə olaraq, bədən-çəkisinin normasında olduğu qeyd olunmuş, hemoqlobin səviyyəsində isə qeyd edilən diaqnoza münasibətdə az dəyişiklik olduğu qeyd olunmuşdur. Bu səbəblərdən də, iddiaçıya düzgün olaraq “əlavə müalicəyə ehtiyac var” səbəbi ilə imtina verilmişdir. Burdan da aydın olur ki, Agentlik tərəfindən heç bir qanun pozuntusu törədilməmişdir.
13. Məhkəmə tərəfindən qəbul edilən apellyasiya qərarında ekspert rəyi birtərəfli qaydada qiymətləndirilmişdir. Ekspertin rəyi ilə məhkəmə tam razı qalmayıb, əsas xəstəliyin əlillik təyin etdiyi üçün və əvvəl də əlillik təyin edildiyi üçün artıq şəxsin müalicə olunmasına ehtiyac olmamasını qeyd etmişdir. Ekspertiza rəyindən isə aydı n olur ki, şəxs qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlillik təyin edilməsi üçün tələblərə cavab verməmişdir. Apellyasiya məhkəməsi isə sadəcə, ekspertiza rəyinin iddiaçı üçün maraqlı olan hissəsini ön plana çıxararaq, yaranmış mübahisə barəsində düzgün olmayan qərar qəbul etmişdir.
14. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvə də saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. İş materiallarında olan sənədlərdən aydın olur ki, iddiaçı barədə göndəriş əlilliyin təyin edilməsi üçün əsas vermədiyindən, iddiaçıya ikinci qrup əlillik təyin olunmasından imtina edilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri 1
5. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2023-ci il tarixli, 2-1(103)-825/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra ha kimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələ ləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsi stemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
18. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyiş diyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58- K60.5, K62K63.9, K65.8, K71-K77.0, K85-K86.9);
19. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı ba rədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdi rdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli h esab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi üçün apellyasiya məhkəməsi işin hallarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
26. İşin məhkəmələr tərəfindən araşdırılmış hall arı ilə müəyyən olunur ki, iddiaçıya ilkin dəfə Samux Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli 0315003AADEB saylı göndərişi əsasında “onikibarmaq bağırsağın xorası. Mədənin subtotatl rezeksiyası, qastroenteroanastomoz əməliyyatından sonrakı vəziyyət. Dempinq sindromu. Həzm funksiyasının pozulması” diaqnozuna uyğun olaraq 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
27. İddiaçının əlillik təyinatının müddətinin bitməsi səbəbindən onun əlillik vəziyyətinə yenidən Samux Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0315003AAGH8 saylı göndərişi əsasında baxılmış və Göndərişin natamam doldurulması - Səbəb: Bütün həkimlərin konsultasiyası olmalıdır” səbəbi ilə imtina verilmişdir.
28. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Samux Rayon Mərkəzi Xəstəxanasının xx. xx.2021-ci il tarixli 0315003AAGSK saylı göndərişi əsasında baxılmış və “Əlavə müalicə-ixtisaslaşmış müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq cavabdehin imtinasını əsaslı hesab etməmiş və bu qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının sonuncu əlillik dövründə mütəmadi olaraq, eyni xəstəlik səbəbindən müxtəlif tibb müəssisələrində müayinə və müalicə olunması iş materiallarında olan həmin tibb müəssisələri tərəfindən verilmiş arayışlarla öz təsdiqini tapır.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaəti ilə razılaşır.
31. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, 0315003AAGSK saylı göndərişdə göstərilən xəstəliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5-ci bəndində, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 3.2-ci bəndində, 3.2.4-cü yarımbəndində təsbit edilməsinə, iddiaçının həmin xəstəliklərlə bağlı uzun müddət ambulator və stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozunun diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq cavabdehin əlilliyin növbəti müddətə təyin olunmasından imtinası qanuni sayıla bilməz.
32. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya əlillik təyinatı təkrar təyinat olmaqla, əvvəl 2016-cı ildə 5 il müddətinə eyni xəstəliklər səbəbindən onun barəsində tibbi göndəriş tərtib edilərək göndərilmiş və cavabdeh ona əlillik təyin etmişdir. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının xəstəliyi dəyişməmiş, qoyulmuş diaqnoz ona aid tibbi sənədlər, ekspert rəyi ilə öz təsdiqini tapmışdır.
33. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2023-ci il tarixli, 21(103)-825/2023 nö