Məhkəmə qərarları › İş №2-1(102)-1779/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1779/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1779/2024 05.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiaçının tələbinin təmin olunduğu və mübahisənin məhkəmədən kənar qaydada həll olunduğu üçün iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Qacay oğlunun cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.*2.2*24-cü il tarixli, 2-1(1*3)- 249/2*24 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 28.*4.2*22-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının əlilliyinə hüquqi qiymət verilməsini xahiş etmişdir.

2. Daha sonra? iddiaçı tərəfin “iddiaçıya 13.*4.2*22-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 3*.*5.2*23-ci il tarixli 2-1(112)-1*79/2*23 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 13.*4.2*22-ci il tarixdən əli lliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.1*.2*23-cü il tarixli 21(1*3)-3*12/2*23 nömrəli qərardadı ilə iş üzrə iddiaçıya 13.*4.2*22-ci il tarixli 275***3AAF8F nömrəli göndərişdə qeyd edilənlər nəzərə alınmaqla əlillik dərəcəsinin təyin edilməsi məqsədilə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.12.2*15-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.*5.2*22-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq cavabdeh tərəfindən yenidən araşdırma aparılması və bunun üçün cavabdehə 1 (bir) ay müddətin təyin edilməsi, bunun nəticəsi barəsində cavabdehin həmin müddət ərzində məhkəməyə məlumat verməsi qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.*2.2*24-cü il tarixli 21(1*3)-249/2*24 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 3*.*5.2*23-ci il tarixli, 21(112)-1*79/2*23 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Cavabdeh *4.*4.2*24-cü il tarixdə həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh *5.*3.2*24-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə məktub göndərmişdir. Məktubda q eyd edilmişdir ki, iddiaçı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının 275***3AAF8F nömrəli göndərişi əsasında *7.12.2*23-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 3*.12.2*15-ci İl tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’yə uyğun olaraq 14.*4.2*22-ci il tarixindən ümumi xəstəlik səbəbilə 5 (beş) il müddətinə (3*.*4.2*27-ci ilədək) ikinci dərəcə əlilli k təyinatı aparılmışdır.

9. Cavabdeh məktuba iddiaçıya əmək pensiyasının təyin edilməsinə dair *7.12.2*23cu il tarixli qərarı əlavə etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəmə yə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 9*.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə sinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.

12. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən, 13.*4.2*22-ci il tarixdən əlilliyin təyin edilməsindən ibarətdir. Birinci instansiyası məhkəməsi iddiaçının bununla bağlı tələbini təmin etmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarı dəyişdirmədən saxlamışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti versə də, iddiaçının tələbini təmin edən ona 14.*4.2*22-ci il tarixdən İİ dərəcə əlilliyin təyin edilməsi haqqında *7.12.2*23-cu il tarixli qərar qəbul etmişdir.

14. Bel əliklə, mübahisə cavabdeh inzibati orqan tərəfindən məhkəmədən kənar qaydada həll edilmiş, iddiaçının tələbini təmin edən yeni inzibati akt qəbul edilmişdir.

15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Qacay oğlunun cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilir. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar