Məhkəmə qərarları › İş №2-1(102)-1779/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1779/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1779/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kameral vergi yoxlaması, yoxlama müddətinə əməl olunmaması, dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədən yenidən yoxlama aparılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtis adiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2-1(103)-1183/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə şifahi icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********589200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə, 2020-ci il üzrə 89.398,23 manat əlavə mənfəət vergisi hesablanmışdır. (Vergi orqanı tərəfindən he sablanmış mənfəət vergisi 102.054,83 (144.152,95-42.098,12) manat - təqdim edilmiş bəyənnamə üzrə 12656,60 manat mənfəət vergisi). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli **********360200 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsasında iddiaçıya 202 0-ci il üçün kameral qaydada 131496,35 manat əlavə vergi məbləği hesablanmışdır. Qərarda hesablamanın əsası kimi göstərilmişdir ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək bank hesablarına 1693167,5 manat mədaxilin və online kassa üzrə satışın 2669,23 manat olmasına baxmayaraq, iddiaçı tərəfindən 2020-ci üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində dövriyyənin 1122720,0 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Göründüyü kimi, vergi orqanı bank hesabına 1693167,5 manat və kassa hesabına 2669,23 manat pulun daxil olduğunu əsas götürərək vergi tutulan dövriyyəni 1695836,73 manat nəzərə almışdır. Qeyd olunmalıdır ki, müəssisə 2020-ci ildə hesablama metodu ilə işləmişdir. Bu səbəbdən də müəssisənin vergi tutulan dövriyyəsinin müəyyən edilməsi zamanı pu l vəsaitinin onun hesabına daxil olduğu vaxt deyil, gəliri almaq hüququnun əldə edildiyi vaxt nəzərə alınmalıdır. Bu səbəbdən də müəssisənin hesablarına daxil olmuş pul vəsaitlərinin dövriyyə kimi nəzərə alınması yolverilməzdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, müəssisəyə 131496,35 manat gəlir vergisi hesablanmışdır. Vergi orqanının göstərdiyi hesablama əsaslarından məlum olur ki, hesablama bu şəkildə aparılmışdır. ((1693167,5 + 2669,23)-1122720) *20 % =114623,35 Lakin, bu şəkildə hesablama zamanı belə vergi orqanının hesabladığı vergilərin düzgün olmadığı müəyyən olunur.

4. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, **********589200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hes ablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək iddiaçının bank hesablarına 1693167,50 manat mədaxilin və online kassa üzrə satışın 2669,23 manat olmasına baxmayaraq, 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində dövriyyənin 1122720,00 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Uçot baza məlumatlarına əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 1240398,57 manat dəyərində (invoys dəyərilə) malların idxal edildiyi, təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ilin əvvəlinə mal qalığının 932111,00 manat və ilin sonuna mal qalığının 1 209965,14 manat olduğu müəyyən edilmiş və 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 1054197,00 manat qeyd edilmiş xərclə müqayisədə 91652,57 manat xərcin təsdiqini tapmaması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********820100 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2020-ci mənfəət vergisi üzrə 131496,35 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********360200 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Bəyannamə üzrə yenidən araşdırma aparılmışdır. Araşdırma zamanı bank məlumatlarına əsasən, ******* manat (ƏDV daxil) məbləğin hesaba mədaxil olduğu, yükgömrük məlumatlarına əsasən 1 240 398,57 manat dəyərində malın idxal edildiyi, elektron qaimə-faktura məlumatlarına əsasən, 12527,41 manat mal (iş, xidmət) əldə edildiyi, nəticədə 79125,57 manat təsdiqini tapmayan xərclərin mövcudluğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ümumi gəliri 1490585,59 manat (1758891/1,18) müəyyən edilmiş, xərcləri isə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş bəyannamədən 79125,57 manat azaltmaqla hesablanmış vergi məbləği 42098,12 manat azaldılmış və bu barədə vergiödəy icisinə xx.xx.2024-cü il tarixli **********589200 nömrəli “Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6297/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim X3) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********589200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi orqanı Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərini pozaraq eyni bəyannamə üzrə iki dəfə ardıcıl kameral vergi yoxlaması keçirmişdir. Qeyd edilən hal cavabdehin etirazında da göstərilmişdir. Belə ki, bəyənnamə üzrə yenidən araşdırma aparıldığı və yeni qərarın qəbul edildiyi bildirilmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli mənfəət vergisi bəyannaməsində iddiaçının ümumi dövriyyəsi 1122720,0 manat göstərilmişdir. Eləcə də yanvar-dekabr 2020-ci il tarixləri üzrə iddiaçı tərəfindən təqdim edilmiş və vergi orqanı tərəfindən kameral qaydada yoxlanılaraq qəbul edilmiş ƏDV bəyannamələrindən iddiaçının 2020-ci il üzrə dövriyyəsinin 1122720,0 manat olduğu müəyyən edilir. Təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 2020-ci il üzrə iddiaçının gəlirlərinin 1122720,0 manat olmasının cavabdeh tərəfindən təsdiq edildiyi müəyyən edilir. Belə olan halda cavabdehin mənfəət vergisinə münasibətdə ümumi gəlirlərin 1122720,0 manatdan fərqli olmasını iddia e tməsi ziddiyyətli olmaqla işin hallarına uyğun deyil. Beləliklə, cavabdehin iddiaçıya münasibətdə mübahisə olunan məzmunda hərəkətinin (fəaliyyətinin) hüquqi əsası olmamışdır, bu da qanunsuz və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir.

8. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1183/2025 nömrəli iş üzrə 18 fevral 2025-ci il tarixli qərarı ilə (hakimlər X1 (məruzəçi), X2 və X4) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6297/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya in stansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində Vergi Məcəlləsinin 16.1.3, 23.1.1, 67 və 85-ci maddələrinə, istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilir.

13. Bildirilmişdir ki, inzibati orqan yoxlamanı qanunvericiliklə müəyyən edilmiş hüquqları həddində və müəyyən edilmiş prosessual müddətlər daxilində aparmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı e tiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddən in birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı s ənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə

49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması... 49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Maddə

70. Vergi ödəyiciləri ilə yazışma 70.1. Vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanı na tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. 70.2-4. Vergi ödəyicilərinin müraciətlərinə vergi orqanının cavabları elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Vergi ödəyicisinin müraciəti əsasında həmin cavabların kağız daşıyıcıda olan surəti ona verilir. 70.3. Vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; və 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə. Maddə

132. Kassa metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı 132.1. Vergi ödəyicisinin nağd pul v əsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda, digər kredit və ya elektron pul təşkilatında onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Maddə

134. Hesablama metodundan istifadə edilərkən gəlirin və xərcin uçotu qaydası Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Maddə

135. Hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı 135.1. Müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicis i əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2. Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. 135.3. Vergi ödəyicisi gəlir əldə edirsə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ vardırsa, borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür. 16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. 62.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yazılı inzibati akt mediada dərc olunur. İnzibati akt dərc edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır. 62.5. Yazılı inzibati aktın mediada dərc olunması qaydası müvafiq inzibati orqan tərəfindən müəyyən edilir. 17. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Elektron imza və elektron sənədin hüquqi qüvvəsi 3.1. Elektron formada və ya sertifikatsız olduğuna, sertifikatlaşdırılmamış imza vasitələri ilə yaradıldığına görə elektron imza etibarsız sayıla bilməz. 3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. 3.3. Təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. 3.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda bu Qanunun 3.2-ci, 3.3-cü maddələrinə müvafiq qaydada imzalanmış elektron sənəd bu şərtlərə cavab verən hesab edilir. Maddə

27. Elektron sənədin göndərilməsi və alınması 27.1. Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti ola n şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir. 27.2. Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır. 27.3. Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1.elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2.elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3.elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bə lli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. 27.4. Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alandan Göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Təsdiqləmədə elektron sənədin tərəflər arasında razılaşdırılmış texniki tələblərə uyğun olması qeyd edilməlidir. 27.5. Göndərənin göstərdiyi və ya tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmiş müddət ərzində təsdiqləmə alınmamışdırsa, Göndərən bu barədə Alanı məlumatlandırır və təsdiqləmənin göndərilməsi müddətini təyin edir. 27.6. Bu Qanunun 27-ci maddəsi elektron sənədlərin göndərilməsi və ya alınması ilə bağlı münasibətlər istisna olmaqla, elektron sənədlərin məzmunundan və alınmanın təsdiqlənməsindən irəli gələn digər münasibətləri tənzimləmir. Maddə

28. Elektron sənədin göndərilmə və alınma vaxtı 28.1. Tərəflər arasında bağlanmış müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir. 28.2. Tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. 28.3. Göndərilmə və alınma vaxtlarının mübahisəyə səbəb olacağı hallarda vaxt göstəricilərinin qeydiyyatı xidmətlərindən istifadə edilə bilər.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə ha qqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün s ayılır. Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şik ayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndiril diyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin iş üzrə araşdırmalarını yetərli hesab edərək bildirir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Əvvəla qeyd edilməlidir ki, cavabdeh kassasiya şikayətində iddiaçının iddia müddətini öt ürdüyünü bildirir. Qeyd edilir ki, mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə vergi ödəyicisinin elektron qutusuna göndərilmiş və vergi ödəyicisi tərəfindən həmin tarixdə də oxunmaqla qəbul edilmişdir. İddiaçı tərəfindən qeyd olunan qərarın mübahisələndirilməsi üzrə qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür.

26. Məhkəmə kollegiyası cavabdehin iddia müddəti ilə əlaqədar olaraq kassasiya şikayətində əks etdirdiyi dəlillə əlaqədar olaraq bildirir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qə bul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

27. Hazırki iş üzrə iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirilmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtd an 30 gün müddətində qaldırıla bilər.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaş ı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.

29. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddia nın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırıls ın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

31. Beləliklə, göründüyü kimi iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir və bu hal ilk növbədə yoxlanılmalıdır.

32. Cavabdeh qəbul edilmiş qərarın iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə oxunduğunu bildirir və sübut qismində vergi ödəyiciləri ilə yazışma barədə hesabata istinad edir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, “Vergi ödəyiciləri ilə yazışma barədə hesabat”da həqiqətən də inzibati orqan tərəfindən qəbul edilərək iddiaçının elektron kabinetinə göndərilən qərarın onun tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 15:25-də oxunduğu qeyd edilmişdir (cild 1, iş vər 17).

34. Lakin məhkəmə mübahisəsinin yaranma əsası olan qərar “Elektron imza və elektron sənəd haqqında” Qanunun tələblərinə uyğun deyildir. Belə ki, qeyd edilən qanunun müddəalarına əsasən elektron üsulla elektron kabinetə göndərilmiş hər hansı sənəd elektron qaydada həqiqiliyi təsdiqlənmiş olmalıdır. Hazırkı iş materiallarına əlavə edilən qərarda göndərilmiş sənədin elektron qaydada təsdiqləndiyi müəyyən edilmir. Odur ki, elektron qaydada təsdiqlənməmiş qərarla bağlı iddia müddəti tətbiq edilə bilməz.

35. Bundan əlavə cavabdeh qeyd edir ki, vergi orqanı qanunveric iliklə müəyyən edilmiş hüquqları həddində və müəyyən edilmiş prosessual müddətlər daxilində kameral vergi yoxlaması keçirilmişdir.

36. Bu dəlillə əlaqədar olaraq məhkəmə kollegiyası iş materiallarına istinad edərək qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən ilk olaraq xx.xx.2023-cü il tarixli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar əsasında iddiaçıya 2020-ci il üçün kameral qaydada 131496,35 manat əlavə mənfəət vergisi hesablanmış, daha sonra xx.xx.2024-cü il tarixli **********589200 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar əsasında hesablanmış vergi məbləği azaldılaraq 89.398,23 manat əlavə mənfəət vergisi hesablanmışdır. Qeyd olunmalıdır ki, iddiaçı ən son xx.xx.2023-cü il tarixdə 20 20-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim etmiş, həm xx.xx.2023-cü il tarixli **********360200 nömrəli, həm də xx.xx.2023-cü il tarixli **********589200 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarlar xx.xx.2023-cü il tarixli mənfəət vergisi bəyannaməsinin kameral qaydada yoxlanması nəticəsində qəbul edilmişdir.

37. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddət ində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.

38. Beləliklə vergi orqanı Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərini pozaraq eyni bəyannamə üzrə iki dəfə ardıcıl kameral vergi yoxlaması keçirmişdir.

39. Bundan əlavə hesablamaya münasibətdə qeyd olunmalıdır ki, hesablamanın əsası kimi iddiaçının bank hesablarına ƏDV daxil ******* manat (ƏDV-siz 1490585,59) manat vəsaitin daxil olması göstərilmiş və həmin vəsait cavabdeh tərəfindən dövr üzrə əldə edilən gəlir kimi qəbul edilmişdir

40. Məhkəmə kollegiyası Vergi Məcəlləsinin 132, 134 və 135-ci maddələrini rəhbər tutaraq cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, kassa metodu ilə çalışan vergi ödəyiciləri dövr üzrə bank hesabına daxil olmuş vəsaiti bütövlükdə mənfəət (gəlir) vergisi bəyannaməsində gəlirlər kimi bəyan etməyə borcludur, hesablama metodu ilə çalışan vergi ödəyicilərinə dair belə bir imperativ tələb qanunveric ilikdə nəzərdə tutulmamışdır. Cavabdeh isə, hesablama zamanı iddiaçının ümumi gəlirini dövrü üzrə onun bank hesabına daxil olmuş vəsaitlərin cəmi kimi qəbul etmişdir.

41. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli mənfəət vergisi bəyannaməsində iddiaçının ümumi dövriyyəsi 1122720,0 manat göstərilmişdir. Eləcə də yanvar-dekabr 2020-ci il tarixləri üzrə iddiaçı tərəfindən təqdim edilmiş və vergi orqanı tərəfindən kameral qaydada yoxlanılaraq qəbul edilmiş ƏDV bəyannamələrindən iddiaçının 2020-ci il üzrə dövriyyəsinin 1122720,0 manat olduğu müəyyən edilir. Beləliklə, təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 2020-ci il üzrə iddiaçının gəlirlərinin 1122720,0 manat olmasının cavabdeh tərəfindən təsdiq edildiyi müəyyən edilir. Belə olan halda cavabdehin mənfəət vergisinə müna sibətdə ümumi gəlirlərin 1122720,0 manatdan fərqli olmasını iddia etməsi ziddiyyətli olmaqla işin hallarına uyğun deyil.

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2 1(103)-1183/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar