Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-178/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: 09.04.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil iştiraki ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı pensiyanın yendən haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qərarından iddiaçı və cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdeh şöbənin 03.10.2017-ci il tarixli cavab məktubunun əsassız hesab edilməsi və iddiaçıya dövlət qulluqçusu kimi, pensiya hesablanan əmək haqqına dövlət qulluqçusuna il ərzində 4 dəfə ödənilən mükafatların, ixtisas dərəcəsinə və vəzifə səlahiyyətlərinin icrasına görə hesablanan əlavəl ərin də nəzərə alınmaqla yenidən hesablanması və dövlət qulluqçusu kimi əmək pensiyasının məbləğinin 16.09.2005-ci il tarixdən yenidən hesablanmasının və ödənilməsinin cavabdeh şöbəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qərarı ilə (hakim Ş.Məmmədova; iş № 2-1(81)-5898/2017) iddianın təmin edilməsi; iddiaçıya dövlət qulluqçusu kimi pensiya hesablanan əmək haqqına dövlət qulluqçusuna il ərzində 4 dəfə ödənilən mükafatların, ixtisas dərəcəsinə və vəzifə səlahiyyətlərinin icrasına görə hesablanan əlavələrin də nəzərə alınmaqla yenidən hesablanması və dövlət qulluqçusu kimi əmək pensiyasının məbləğinin 16.09.2005-ci il tarixdən yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 aprel 2017-ci il tarixli qərarı ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayilov və K.Abiyeva; iş № 21(103)-721/18) cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qərarının qismən – iddiaçıya dövlət qulluqçusu kimi pensiya hesablanan əmək haqqına dövlət qulluqçusuna il ərzində 4 dəfə ödənilən mükafatların, ixtisas dərəcəsinə görə hesablanan əlavələrin də nəzərə alınmaqla yenidən hesablanması hissələrində ləğv edilməsi, həmin hissələrdə iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbinin təmin edilməməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublik ası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyul 2018-ci il tarixli qərarı ilə (sədrlik edən Z.Quliyev, hakimlər N.Rəsulbəyova və İ.Hüseynov; iş № 2-1(102)-1409/18) cavabdeh şöbənin kassasiya şikayətinin təmin edilməməsi; iddiaçının kasssasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 aprel 2018-ci il tarixli qərarının qismən–“1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qərarı qismən – iddiaçıya dövlət qulluqçusu kimi pensiya hesablanan əmək haqqına dövlət qulluqçusuna il ərzində 4 dəfə ödənilən mükafatların, ixtisas dərəcəsinə görə hesablanan əlavələrin də nəzərə alınmaqla yenidən hesablanması hissələrində ləğv edilməsi, həmin hissələrdə iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmi n edilməsin” hissəsində ləğv edilməsi; işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən S.Seyidova, hakimlər A.Nuriyeva və V.Məmmədov; iş № 2-1(103)-2261/2018) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qərarının qismən–iddiaçıya dövlət qulluqçusu kimi pensiya hesablanan əmək haqqına dövlət qulluqçusuna il ərzində 4 dəfə ödənilən mükafatların (1993-cü idə 1 dəfə, 1996-cı ildə 4 dəfə, 1998-ci ildə 1 dəfə verilən mükafatlar tsğtsna olmaqla), ixtisas dərəcəsinə hesablanan əlavələrin də nəzərə alınmaqla yenidən hesablanması hissələrində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbinin təmin edilməməsi; həmin hissədə iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbinin təmin edilməməsi; cavabdeh şöbənin apellyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın qismən, yəni iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bundan başqa, həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın qismən ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edi lmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara tətbiq edilməli olan maddt və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qərarının qismən, yəni iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və iddianın tam t əmin olunması barədə yeni qərar qəbul edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən İddiaçı vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh şöbənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə hər 2 kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı dövlət qulluqçusu olmuş və hazırda pensiyaçıdır, ona pensiya 16.09.2005-ci il tarixdə təyin edilmişdir; hazırda pensiyasının məbləği 450,20 manat təşkil edir. İş materiallarında olan, "Azərkontrakt" SC-nin verdiyi 1993, 1996, 1998-ci illərdə aldığı əmək haqqı barədə məlumatlarda iddiaçının 1993-cü ildə 3.0 37 AZN, 1996-cı ildə 527.000 AZN, 1998-ci ildə isə 180.000 AZN mükafat aldığı qeyd edilmişdir. İddiaçı hesab edir ki, ona pensiya təyin edilərkən, dövlət qulluqçusunnun əmək haqqına hesablanan müvafiq əlavələr pensiyada nəzərdə tutulmamışdır. Ona görə də, bu əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanması üçün müvafiq ərizə ilə cavabdeh şöbəyə müraciət etmişdir. Lakin cavabdeh şöbə iddiaçıya ünvanladığı 03.10.2017-ci il tarixli cavab məktubu ilə onun müraciətinin təmin edilməsindən imtian etmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, qanuna əsasən, dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğind ə olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanmalıdır, dövlət qulluqçusu pensiyaya çıxanadək aldığı dövlət məvacibinin tərkibində olmayan və onun pensiyaya çıxmasından sonra verilməyə başlanılan bəzi əlavələr nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Çünki, qanunverici əsas meyar kimi fəaliyyətdə olan dövlət qulluqçusunun aldığı dövlət məvacibinin məbləğini götürmüş, bununla da, müxtəlif vaxtlarda olsa da, eyni vəzifəni yerinə yetirmiş şəxslərin sosial təminatlarında bərabərliyə nail olmağı qarşıya məqsəd qoymuşdur. Belə ki, Azərbaycan Respublikasi Prezidentinin “«Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları»nın və «Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydaları»nın təsdiq edilməsi haqqında » Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasi Prezidentinin 01.09.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı»” təsdiq edilmişdir. Azərbaycan Respublikasi Prezidentinin 07.02.2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş « Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları»nın 2-ci bəndinə görə, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Qaydaların 6-cı bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məva cibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 04.08.2003-cü il tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Bundan başqa, qanuna görə, dövlət qulluqçusuna hansı ixtisas dərəcəsinin verilməsi müvafiq dövlət orqanının rəhbəri tərəfindən onun mülahizəsinə əsasən həll edilir. Bu zaman ixtisas dərəcəsinə görə əlavələr, həmin ixtisas dərəcəsinə uyğun olaraq, yalnız bu dərəcənin verildiyi gündən başlayaraq ödənilə bilər. Lakin iş üzrə iddiaçıya qulluq etdiyi dövrdə ixtisas dərəcəsinin verildiyi müəyyən edilmir. Bu da o deməkdi r ki, ixtias dərəcəsinə görə əlavə, qanunun birbaşa göstərişinə əsasən, dövlət qulluqçusuna ödənilmədiyi üçün, iddia həmin əlavə nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması tələbinə dair hissədə əsaslı sayıla bilməz. Belə ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 16.1 -ci maddəsinə görə, dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Hləmin Qanunun 17.1-ci maddəsinə görə, ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ar dıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Həmin Qanunun 17.5 və 17.6-cı maddələrinə görə, dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 33.1.7-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir və bu barədə şəxsin əmək kitabçasında müvafiq qeyd aparılır. Bundan başqa, qanuna görə, dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həl l edilir. Başqa sözlə, dövlət qulluqçusunun hər bir halda pul mükafatı ilə təltif ediləcəyini müəyyən edən birmənalı qanun norması yoxdur, bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Belə olan halda, hazırda iddiaçı ona 1993, 1996, 1998-ci illərdə pul mükafatının verilməsi sübuta yetirə bildiyi halda, dövlət məvacibinə daxil olan əmək haqqının 4 misli məbləğində mükafatın və ixtisas dərəcəsinə görə əlavə haqların yenidən hesablanaraq əmək pensiyasına əlavə olunması barədə tələblərinə dair mötəbər dəlillərini təqdim etməmişdir. Cavabdeh şöbə isə, iddiaçının bu hissədə tələbini istisna edən faktiki şərtlərin mövcudluğuna dair sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Az ərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları»nın 10-cu bəndinə əsasən, dövlət qulluqçusuna bu Qaydaların 5.2-ci handində nəzərdə tutulan ixtisas dərəcəsinın verıiməsi dövlət orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir və bu barədə dövlət qulluqçusunun əmək kitabçasında, şəxsi işində və xidməti vəsiqəsində müvafiq qeydlər edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalan”nın (Əlavə 1) 10-cu bəndinə əsasən, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. “Dövlət qulluğu haqqında” Qanunun 24.1-ci maddəsinə görə, dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında» Əsasnamənin 2-ci bəndinə görə mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəy yən edilir. Həmin Əsasnamənin 8-ci bəndində isə təsbit edilmişdir ki, dövlət qulluqçusuna işin nəticəsinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir və onun yuxarı həddi məhdudlaşdırılmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının və cavabdeh şöbənin kassasiya şikayətlərində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Hər iki kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Ap ellyasiya Məhkəməsinin X1 14 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-178/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-178/2019
09.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver