Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-178/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsinin dövlət qeydiyyatının ləğv edilməsi GİRİŞ HİSSƏ 28.01.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X2 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə və 3-cü şəxslər oooooooooooooo oğlu və X1 qarşı torpaq sahəsinin dövlət qeydiyyatının ləğv edilməsi haqqında iddia tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından 3-cü şəxs AAAAAAAAAA tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə və 3-cü şəxslər oooooooooooooo oğlu və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İdarədə 3-cü şəxs AAAAAAAAAAun adına qeydiyyata alınmış, xx.xx.2017-ci i l tarixli A156579 saylı ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatının və 3-cü şəxs zzzzzzzzzzzun adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli, A 323135 saylı, ********* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatının ləğvi, bu barədə məlumat bazasına zəruri düzəlişlərin edilməsi öhdəliyinin cavabdeh İdarənin üzərinə qoyulması barədə qərar çıxarılmasını və cavabdeh İdarənin vəzifəli şəxsləri və 3cü şəxslər barədə xüsusi qərardad çıxararaq aidiyyəti prokurorluğa göndərməyi xahiş etmişdir. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim İ.Cabbarov; iş No 2-1(84)-544/2019) cavabdeh İdarədə 3-cü şəxs zzzzzzzzzzzun adına qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixli A323135 saylı ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatın ın ləğvi, bu barədə məlumat bazasına zəruri düzəlişlərin edilməsi öhdəliyinin cavabdeh İdarənin üzərinə qoyulması və cavabdeh İdarənin vəzifəli şəxsləri və 3-cü şəxslər barədə xüsusi qərardad çıxarılaraq aidiyyəti üzrə prokurorluğa göndərilməsi tələbinə dair iddianın mümkün sayılmamsı qərara alınmışdır. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim İ.Cabbarov; iş No 2-1(84)-544/2019) iddia tələbinin təmin edilməsi; cavabdeh İdarənin üzərinə 3-cü şəxs AAAAAAAAAAun adına qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixli A156579 saylı torpaq sahəsinin planı və ölçüsünün, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi və bu barədə məlumat bazasına zəruri düzəlişlərin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya M əhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə(sədrlik edən G.Abbasov, hakimlər R.Rəfiyev və M.Hüseynov; iş № 2-1(107)543/2019) Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması; 3-cü şəxs AAAAAAAAAA tərəfindən verilmiş apellyasiya şikayətinin təminmin edilməməsi qərara alınmışdır. Həmin qərardan 3-cü şəxs AAAAAAAAAA kassasiya şikayəti verərək, qərar ləğv edilərək, apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri 3-cü şəxs AAAAAAAAAAun kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və q anunsuz qərar qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasına gəlmiş iddiaçılar İddiaçı4, İddiaçı2, və İddiaçı1 Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən onlara çıxış etmək üçün söz verilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh İdarənin və 3-cü şəxs AAAAAAAAAAun nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçılar ailə üzvləridir, aqrar islahatı zamanı onlar 2,47 ha pay torpağını əldə etmişlər; həmin torpaq sahəsi No JN 003 kod ******* saylı “Torpağ a mülkiyyət hüququna dair dövlət aktı”na əsasən iddiaçıların birgə mülkiyyətindədir. xx.xx.2002-ci il tarixdə İddiaçı1lə 3-cü şəxs AAAAAAAAAA arasında həmin torpaq sahəsinin sonuncuya 2.000.000 AZM məbləğinə satılması haqqında eyni tarixli razılaşma bağlanmışdır. İddiaçı1 həmin razılaşmanı torpağın alqı-satqı müqaviləsi kimi, notaritda təsdiq edilməsini öz öhdəsinə götürsə də, bunu etməmiş, əvəzində sözügedən razılaşma Əmbərçay kənd bələdiyyəsində rəsmiləşdirildikdən sonra satıcı İddiaçı1 mülkiyyətində olana torpağa dair Dövlət Aktını alıcı AAAAAAAAAAa vermişdir. Daha sonra, yəni 2017-ci ildə AAAAAAAAAA İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında olan torpağın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir etmiş dir. Həmin iddia üzrə işə baxmış Qax rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı1 və Ş.Hümbəğov arasında Qax rayonu Əmbərçay kəndində yerləşən, JN No 003 kod ******* saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” üzrə 2,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2002-ci il tarixdə Əmbərçay kənd bələdiyyəsində bağlanmış müqavilənin etibarlı (bağlanmış) hesab edilməsi qət edilmişdir. Sonradan, Qax rayon məhkəməsi qətnamənin qanuni qüvvəyə minməsini gözləmədən ona dair icra vərəqəsi verərək, xx.xx.2017-ci il tarixli müşaiyyət məktubu ilə qətnaməni icra edilməsi üçün bilavasitə Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə göndərmişdir Həm in İdarə tərəfindən məhkəmənin qanuni qüvvəyə minməyən qərarı icra edilərək AAAAAAAAAAun sözügedən mübahisəli 2,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ ilə xx xxxx 2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq adına RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. Bundan sonra, AAAAAAAAAA həmin torpaq sahəsini qohumu zzzzzzzzzzza satmış və sonuncunun həmin torpaq üzərində mülkiyyət hüququ xx xxxxxx 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq adına RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. Halbuki, Qax rayon məhkəməsinin xx.xx.2 017-ci il tarixli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırda qüvvədə olan xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında ləğv edilərək, AAAAAAAAAAun iddiası rədd edilmişdir. Bu məhkəmə qərarına əsaslanan İddiaçı1 onun ailəsinin mülkiyyətində olan torpaq sahəsinin AAAAAAAAAA və zzzzzzzzzzzun sahibliyindən çıxarılmasını və ailəyə qaytarılması üçün sonuncuların mübahisəli torpağa dair müvafiq çıxarışlarının ləğv edilməsi məqsədilə ərizə ilə cavabdeh İdarəyə müraciət etmişdir. Lakin həmin inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edlməsindən imtina edilmişdir. Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, Qax rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minməmişdir. Məhkəmənin qətnaməsi isə yalnız qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.1-cü maddəsinə əsasən, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2-ci maddəsinə müvafiq olaraq görə, aşağıdakı qətnamələr dərhal icra edilir: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; 234.2.2. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında. Qax rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin məzmunundan göründüyü kimi, həmin qətnamə ilə həll edilmiş məsələ Az ərbaycan Respublikası MPM-nin 234-cü maddəsinin 2-ci hissəsində sadalanan müstəsna hallara aid deyildir. Belə olan halda, həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli idi. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.4-cü maddəsinə müvafiq olaraq hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 14.5-ci maddəsinə görə, bu Qanun un 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Həmin Qanunun 14.6-cı maddəsinə uyğun olaraq ərizə jurnalında hüquqların dövlət qeydiyyatının dayandırılması barədə qeydlər edilməlidir. Həmin Qanunun 16.3 və 16.4-cü maddələrinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 21.2-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Həmin Qanunun 23.1-ci maddəsinə görə, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh inzibati orqan iddiaçıların müraciətinin təmin edilməsindən imtina edərkən, onu əsas tutmuşdur ki, Qax rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi xx.xx.2017-ci il tarixdə qanuni qüvvəsini aldıqdan sonra AAAAAAAAAA İdarəyə müraciət etmiş və bu müraciət əsasında ona xx.xx.2017-ci il tarixli A156579 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” və ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ı verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçıların müraciətindən sonra başlanılmış inzibati icraatı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və toplanmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırkı iş üzrə müəyyən edilir ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Bununla da, həmin qanunda nəzərdə tutulmuş qanunçuluq və mötəbərlik prinsipi iddiaçılara münasibətdə pozulmuşdur. Ona görə də, cavabdeh İdarənin sözügedən torpaq sahəsinin üzərində AAAAAAAAAAun mülkiyyət hüquqlarını xx xxxx 2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alaraq adına RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak ın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı hərəkətləri qanunauyğun olmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsaslı və qanuni olmuş, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxx 2014-cü il tarixli qərarına əsasən, əmlak hüquqları ilə bağlı mübahisələrdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, 3-cü şəxs AAAAAAAAAAun kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraat ı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: 3-cü şəxs oooooooooooooo oğlunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-178/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-178/2020
28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver