Məhkəmə qərarları › İş №2-1(102)-178/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-178/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-178/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh4na, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Cavabdeh5nə, Cavabdeh3nə və Cavabdeh6na qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiyanın mümkünsüzlüyü, prosessual hüquq varisliyi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdeh Azərbaycan Respubli kası Cavabdeh6 vəkili X6 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh4na, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Cavabdeh5nə, Cavabdeh3nə və Cavabdeh6na qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1152/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı ağır xəstəli ilə bağlı ixtisaslı xəstəxanada düzgün diaqnoz qoyulması, müalicə və əməliyyat edilməsi məqsədilə dövlət büdcəsi hesabına Türkiyə Respublikasına göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Sonradan iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Cavabdeh4, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öz öhdəliklərini lazımınca yerinə yetirməməsi bacısı İddiaçı və onun hüquqlarını pozması səbəbindən 2011-ci ildən bu günədək (əməliyyatdan öncə, əməliyyat zamanı, əməliyyatdan sonra) çəkilmiş bütün (müayinə, müalicə, dərman, yol, qida, banklara borcların, donor üçün, eləcə də illərlə rəsmi müraciətlərə çəkilmiş xərclər və s. xəstəliklə əlaqədar bütün çəkilən və çəkiləcək xərclər) xərc sənədlərinin məhkəmə tərəfindən toplanıb iştirakları ilə hesablanaraq qiymətləndirilməsi, hesablanmış məbləğin iddiaçıya geri ödənilməsi və bacısının lazımi tibbi yardım alması, yaşaması üçün bütün zəruri tədbirlərin görülməsi öhdəliyinin Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyinin üzərinə qoyulması və ödənilməsinə məcbur edilməsi, iş üzrə ondan bacısına qaraciyər köçürülməsi əməliyyatını həyata keçirmiş, bacısı ağırlaşdırılanadək müalicə həkimi olmuş, hazırda X5 işləyən Mircəlal Kazımi (əməliyyat etdikdən bu günədək, bacısının və onun səhhətində baş vermiş ağırlaşmalar üçün) və bacısı ağırlaşdıqdan sonra zi ddiyyətli epikriz, müayinə nəticəsi verən xəstəxanaların (həkimlərin), xəstənin və yaxınlarının başına açdıqları qeyri - insani rəftara görə, ədalət mühakiməsində iştirak etmələri, dəymiş maddi (məhkəmə tərəfindən hesablanması) və mənəvi zərərin geri ödənilməsinin təmin edilməsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin hərəkətsizliyi və qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi zərər ödənilməsi və göstərilmiş tibbi xidmətlərlə bağlı xüsusi araşdırma aparılması və dəymiş zərərin məhkəmə tərəfindən hesablanaraq, ödənilməsinin təmin edilməsi, bacısına qaraciyər donoru olduğu üçün gələcəkdə hər hansı bir risk və ya fəsad olub-olmayacağının dəqiqləşdirilməsi üçün xarici ölkələrdə bütün tibbi müayinələrdən keçirilməsi öhdəliyinin Səhiyyə Nazirliyinin üzərinə qoyulması, kasıb bir ailəyə qarşı edilən qeyri-insani hərəkətlərin, bir ailənin sağlamlığına, sosial vəziyyətinə ciddi mənfi təsir göstərməsinin, işin ağırlıq dərəcəsini və uzun müddət davam etməsini nəzərə alaraq, cavabdehlərdən müştərək qaydada 500 000 (beş yüz min) manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi, səmərəli məhkəmə araşdırması aparılması üçün maddi imkanlarını nəzərə alaraq, bütün instansiya məhkəmələrində hüquqlarının ixtisaslı vəkillər tərəfindən qorunması və bu iddia ərizəsindəki qüsurların aradan qaldırılması üçün dövlət vəsaiti hesabına ixtisaslı vəkillə təmin edilmələri barədə qərar qəbul olunmasını xahiş etmişdir. 3. xx xxxxxx 2020-ci il tarixdə iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmənin dəftərxanası vasitəsilə ayrı-ayrılıqda mahiyyətcə eyni iki ərizə təqdim edər ək, bacısının həyati təhlükəsini, ölkə daxilində uzun müddətdir dəqiq diaqnoz qoyulmamasını, müalicə aparılmamasını nəzərə alaraq ilkin olaraq məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə bacısının xarici dövlətdə ixtisaslaşdırılmış xəstəxanaya yerləşdirilməsi, yaşaması üçün bütün zəruri tədbirlərin dərhal görülməsi öhdəliyinin qoyulmasının təmin edilməsi, vəkillə təmin olunma məsələsinin həll edilməsi, Vəkillər Kollegiyası tərəfindən pulsuz dövlət hesabına vəkil verilməsi, Vəkillər Kollegiyasına bu barədə təqdimat göndərilməsi, ixtisaslı vəkillə təmin olunması, zərər dəymiş anası X1 da iddiaçı qismində məhkəmə araşdırmasında iştirak etməsinə məhkəmə tərəfindən şərait yaradılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 4. xx xxxxxx 2020-ci il tarixdə idd iaçının qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmənin dəftərxanası vasitəsilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək bacısının həyati təhlükəsini, ölkə daxilində uzun müddətdir dəqiq diaqnoz qoyulmamasını, müalicə aparılmamasını nəzərə alaraq ilkin olaraq məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə bacısının xarici dövlətdə ixtisaslaşdırılmış xəstəxanaya yerləşdirilməsi, yaşaması üçün bütün zəruri tədbirlərin dərhal görülməsi öhdəliyinin qoyulmasının təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-973/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim: F.İ.Mədətli) İddiaçı cavabdehlər Azərbayca n Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh4na, Azərbaycan Respublikası Əmək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Cavabdeh5nə, Cavabdeh3nə, Cavabdeh6na qarşı “maddi və mənəvi ziyanın” ödənilməsi tələbinə dair iş üzrə iddiası mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh4na, Azərbaycan Respublikası Əmək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Cavabdeh5nə, Cavabdeh3nə, Cavabdeh6na qarşı iddia qaldırsa da, həmin cavabdehlərə qarşı tələblərinin birləşdirilməsi İPM-in 30 və 37-ci maddələri ilə uzlaşmır. Həmçinin, iddiaçı cavabdehlərin imtina cavablarından şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.

7. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-973/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim: F.İ.Mədətli) İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh4na, Azərbaycan Respublikası Əmək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Cavabdeh5nə, Cavabdeh3nə, Cavabdeh6na qarşı iddia mümkün sayılmadığından müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə də mümkün sayıla bilməz.

9. Birinci instansiya məhkəməsinin qərardadlarından iddiaçı apelyasiya şikayətləri verərək həmin qərardadların ləğv olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1152/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadları ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayətləri təmin edilməmiş, 2-1(112)973/2020 saylı xx xxxxxx 2020-ci il tarixli hər iki qərardad dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Qanuni nümayəndə kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, iddia ərizəsinin mümkün sayılmaqla məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir.

13. Qanuni nümayəndə həmçinin, ərizə ilə məhkəməyə müraciət edərək, bacısı İddiaçı 2020-ci il 25 avqust tarixdə vəfat etməsini nəzərə alaraq onu (və ya anası X3, mümkündürsə hər ikisini) İddiaçı prosessual hüquq varisi kimi tanınmağı xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Cavabdeh6 vəkili vəsatətin təmin olunmamasını xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə icraatının digər iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1159. Qanun üzrə vərəsələr.... 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna ed ir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

18. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

19. Qeyd olunmalıdır ki, iddiaçının tələbi maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. İddiaçının qardaşı Qanuni nümayəndə və onu n anası X2 hüquq varisliyinin tanınması ilə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, iddiaçının anası X4 özü şəxsən və ya nümayəndəsi vasitəsi ilə İddiaçı prosessual hüquqi varisi kimi tanınması üçün məhkəməyə müraciət etməmişdir. Onun adından müraciət edən Qanuni nümayəndə isə anasını təmsil etmək üçün səlahiyyətli olmasına dair hər hansı sənəd (məs.etibarnamə) təqdim etməmişdir. Belə olan halda, X2 iddiaçının prosessual hüquqi varisi kimi tanınması mümkün hesab edilə bilməz.

20. Eyni zamanda, Qanuni nümayəndə da, hazırkı halda iddiaçının - bacısı İddiaçı prosessual hüquqi varisi kimi tanına bilməz. Belə ki, qüvvədə olan mülki qanunvericiliyə əsasən, Qanuni nümayəndə baçısının – iddiaçının ikinci növbə vərəsəsi sayılır. İddiaçının birinci növbədən olan vərəsəsi, yəni anası sağ old uğundan sonrakı növbənin vərəsəliyi istisna edilir.

21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual hüquq varisliyinə dair ərizə təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1152/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından Qanuni nümayəndə tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın, kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar