Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-178/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MTK-nın cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraatın dayandırılması barədə vəsatət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 25.01.2022 Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın vergi məbləğinin və maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 6 oktyabr tarixli, 2-1(103)-2611/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2021-ci il 18 mart tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək səyyar vergi yoxlaması ilə hesablanmış 225751, 55 manat vergi məbləğinin hesablanmasının və həmin məbləğə hesablanmış maliyyə sanksiyasının tətbiq edilməsinin qanunsuz hesab edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tə ləbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək «cavabdeh tərəfindən qəbul edilmiş vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 2021-ci il 2 aprel tarixli, **********145811 nömrəli qərarının 225.751,55 vergi məbləğin və 114.555,8 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 19 aprel tarixli, 2-1(112)-5134/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş edilmişdir. Vəsatətin əsaslandırması:
5. Vəsatət onunla əsaslandırılmışdır ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 2020-ci il 21 may tarixli, **********200072 nömrəli qərara əsasən iddiaçıya səyyar vergi yoxlaması (yoxlanılan dövr: 01.11.2017-31.03.2020) keçirilmişdir. Yoxlama zamanı İddiaçı MTK-ya 2017-2019-cu illər üzrə 2500,0 manat mənfəət vergisi az, 2018-ci ilin avqust, 2019-cu ilin fevral, 2020-ci ilin mart ayı üzrə 223251,55 manat əlavə dəyər vergisi az və 2018-2019-cu illər üzrə 3000,0 manat torpaq vergisi artıq olmaqla, ümumilikdə 222751,55 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş 15.02.2021-ci il tarixli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edil məsi haqqında” 2021-ci il 2 aprel tarixli, **********145811 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar əsasında 222751,55 manat məbləğində, yəni külli miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə 2021-ci il 29 iyun tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət Prosessual Məcəlləsinin 7.0.4-cü maddəsinə əsasən, cinayət təqibi — cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir. Göründüyü kimi, qanunvericilikdə cinayət təqibi yalnız cinayət işi üzrə məhkəmə mübahisəsinin mövcudluğunu deyil, həmçinin cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi kimi halları da özündə ehtiva edir. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatların xarakterini, göstərilən xidmətlərin vaxtını, vergi tutulan dövriyyənin və vergilərin dövriyyədən tam hesablanıb ödənilməsinin müəyyən edilməsi məqsədilə bir sıra istintaq hərəkətləri həyata keçirilir və həmin halların müvafiq izahatlar və sənədlər əsasında araşdırılması nəticəsində əldə ediləcək məlumatlar, iş üzrə məhkəmə tərəf indən əsaslandırılmış qərarın qəbul edilməsi üçün əsas ola bilər. Qeyd edilə iş üzrə aparılan cinayət təqibinin icraatda olan mübahisənin həllinə təsir etməsi halı mövcuddur və hesab edilmişdir ki, həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür. Hazırkı mübahisə üzrə iş üçün əhəmiyyət kəsb edən sübutların və lazımi materialların Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən başlanılmış 2021-ci il 29 iyun tarixli cinayət işi ilə əlaqədar olaraq həmin Baş İdarədə olduğundan, eyni zamanda iş üzrə aparılan cinayət təqibinin məhkəmənin icraatında olan inzibati mübahisənin həllinə təsir etməsi halları mövcud olduğundan, inzibati məhkəmə icraatı cinayət işi üzrə icraat başa çatana kimi dayandırıl malıdır. İPM-in 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırılmalıdır. Qeyd olunanlara əsasən, iddiaçının iddia tələbi üzrə inzibati məhkəmə icraatının cinayət işi üzrə icraat başa çatana kimi dayandırılması xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 30 avqust tarixli, 2-1(112)-5134/2021 nömrəli qərardadı ilə vəsatət rədd edilmişdir.
7. Birinci instansiy a məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən qaldırılan məsələ üzrə digər məhkəmə icraatından asılı olan hal olmadığı üçün icraatın dayandırılması üçün əsaslar mövcud deyil. Həmçinin ibtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar (şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa) məhkəmənin icraatında olan inzibati iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən inzibati iş üzrə icraatın dayandırılmasına səbəb olmadığı nəzərə alınmalıdır.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 6 oktyabr tarixli, 2-1(103)-2611/2021 nömrəli q ərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 30 avqust tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını vəsatətdə göstərilənlər təşkil edir.
13. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı Söhrabı Babakın cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə Ali Məhkəmənin 2019-cu il 4 d ekabr tarixli, 2-1(102)-3145/2019 nömrəli qərarındakı hüquqi mövqeyi qeyd edilməlidir. Qərarda göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsi isə işin qeyd edilən hallarına və apellyasiya şikayətinin dəlillərinə düzgün və müfəssəl qiymət verməməklə, bir mübahisə üzrə iki paralel icraatların aparılmasına şərait yaratmışdır.
14. Beləliklə, qeyd olunan iş üzrə aparılan cinayət təqibinin məhkəmənin icraatında olan inzibati mübahisənin həllinə təsir etməsi halları mövcud olduğundan, inzibati məhkəmə icraatının cinayət işı üzrə icraat başa çatana kimi dayandırılması barədə vəsatət cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsində cavabdehin şikayətinə baxılan zaman yuxarıda qeyd olunan hallar nəzərə alınmamış, birinci instansiya məhkəməsi nin düzgün olmayan mövqeyi ilə razılaşmaqla qanuni və əsaslı olmayan qərardad qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Maddə 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mü bahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 25 mart 2004-cü il tarixli qərarı:...İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsin də məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
21. İPM-in 7.2-ci maddəsinin tələbindən göründüyü kimi, inzibati məhkəmə icraatı o hallarda dayandırılmalıdır ki, mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibi mübahisənin həllinə təsir edə bilsin, habelə məhkəmənin qərarı cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olsun.
22. İPM-in 58.8-ci maddəsinin tələbinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
23. Beləliklə, ibtidai istintaq orqanının cinayət təqibi üzrə qəbul etdiyi qərar inzibati mübahisəyə baxan məhkəmə üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən məhkəmələr vəsatəti təmin etməməkdə haqlı olmuşlar.
24. Bu qənaət, həmçinin Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 2004-cü il 25 mart tarixli qərarında ifadə olunmuş hüquqi mövqedən irəli gəlir. Həmin mövqeyə görə, ibtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir.
25. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 6 oktyabr tarixli, 2-1(103)-2611/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.