Məhkəmə qərarları › İş №2-1(102)-178/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-178/2023

17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-178/2023 17.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1968-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1691/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Kompüter Peşə Liseyi tərəfindən verilmiş 06 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışına əsasən, İddiaçı xx.xx.1983-cü ildə 79 saylı texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1986-cı ildə “Elektrik maşın və avadanlıqları üzrə çilingər” ixtisası üzrə həmin məktəbi bitirmişdir.

2. NZ seriyalı, ******* saylı 1986-cı il tarixli hərbi biletin surətinə əsasən, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.

3. İ ddiaçıya məxsus İT-İ seriyalı, ******* saylı əmək kitabçasının surətinə əsasən, xx.xx.1986-cı ildə “BİTMAŞ” Bakı X2tı sahəsinə 3-cü dərəcəli NÖC və A üzrə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə Sovet Ordusu sıralarına qəbul ilə bağlı azad edilmiş, xx.xx.1989-cu ildə “BİTMAŞ” Bakı X3tı sahəsinə 3-cü dərəcəli NÖC və A üzrə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmiş, xx.xx.1989-cu ildə Yeni Bakı Neftayırma Zavodunun 4 saylı Texnologiya sexinin 41 saylı Qurğusuna 4-cü dərəcəli qurğu operatoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci ildə 41 saylı Qurğunun konservasiyası ilə əlaqədar həmin sexin RMB 4-cü dərəcəli texniki qurğuların təmiri üzrə çilingər vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü ildə ona texniki qurğular üzrə 5-ci i çilingər dərəcəsi verilmi ş, xx.xx.1994-cü ildə yeni ştat bölgüsünə görə 4 saylı İstehsalat üzrə texniki qurğuların təmiri üzrə 5-ci çilingər dərəcəsi verilmiş, xx.xx.2003-cü ildə “Azərneftyanacaq” İstehsalat Birliyi “Azərneftyanacaq” X6 adlandırılmış, xx.xx.2003-cü ildə təzə ştat cədvəlinə əsasən koks istehsalı üzrə 4 saylı sexin mexaniki təmir sahəsinin 5-ci dərəcəli texnoloji qurğu təmiri üzrə çilingər adlandırılmış, xx.xx.2004-cü ildə “Azərneftyanacaq” X6 “Heydər Əliyev adına Bakı X6” adlandırılmış, xx.xx.2006-cı ildə 4 saylı sexin mexaniki təmir sahəsinin adı dəyişdirilərək, texnoloji avadanlıqların təmiri və xidməti sahəsi adlandırılmış, xx.xx.2009-cu ildə koks istehsalı üzrə 4 saylı istehsalatın texnoloji avadanlığın təmiri və xidməti sahəsinin 5-ci dərəcəli texnoloji qurğuların təmiri üzrə çilingər peşəsind ə sayılmış, xx.xx.2009-cu ildə mərkəzi tarif ixtisas komissiyasının protokoluna əsasən həmin peşə üzrə 6-cı dərəcə verilmiş, xx.xx.2014-cü ildə təzə ştat cədvəlinə əsasən koks istehsalı üzrə 4 saylı istehsalatın texnoloji avadanlığın təmiri üzrə xidmət sahəsinin 6-cı dərəcəli texnoloji qurğuların təmiri üzrə çilingər peşəsində sayılmış, xx.xx.2015-ci ildə “Heydər Əliyev adına Bakı X6” “Heydər Əliyev adına X6” adlandırılmışdır. xx.xx.2020-ci ildən hal-hazıra kimi əmək fəaliyyətini davam etdirir.

4. SOCAR-ın “Heydər Əliyev adına X6”nun SOCAR **********81200601A00011 saylı, 08 may 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1989-cu ildən indiyədək Heydər Əliyev adına X4 işləyir. xx.xx.1989-cu ildən (işə qəbul barədə 8-12/120 saylı xx.xx.1989-cu il tarixli əmr) xx.xx.1992-ci il ta rixinədək koks istehsalı üzrə 4 saylı texnoloji sexin 41 saylı texnoloji qurğusunda texnoloji qurğuların operatoru peşəsində işləyib. xx.xx.1992-ci ildən (köçürülmə barədə 8-3/131 saylı xx.xx.1992-ci il tarixli əmr) xx.xx.2006cı il tarixinədək koks istehsalı üzrə 4 saylı sexin istehsalatın mexaniki təmir sahəsində texnoloji qurğuların təmiri üzrə çilingər peşəsində işləyib. xx.xx.2006-cı ildən indiyədək koks istehsalı üzrə 4 saylı sexin istehsalatın mexaniki təmir, texnoloji avadanlıqların təmiri və xidməti, texnoloji avadanlıqların təmiri üzrə xidmət sahələrində texnoloji qurğuların təmiri üzrə çilingər peşəsində işləyib. Qeyd: Arayışın 1-ci və 2-ci bəndlərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”nın X bölməsinin 11000000-18547, 11000000-16081 saylı kodlarına əsasən xüsusilə zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. Arayışın 3-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5 Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. 5. **********9 saylı, xx.xx.2020-ci il tarixli aktın surətinə əsasən İddiaçı xx.xx.1989-cu ildən xx.xx.1992-c i ilədək 4 saylı texnoloji sexin 41 saylı texnoloji qurğuların operatoru işləməsi, xx.xx.1992-ci ildən 41 saylı qurğunun bağlanması səbəbindən 4 saylı istehsalatın mexaniki təmir sahəsinə texnoloji qurğuların təmiri üzrə çilingər peşəsinə keçməsi və halhazıradək həmin sahədə işləməsi müəyyən olundu. İşlədiyi 41 saylı qurğu bağlandığından xx.xx.1992-ci ildən sonrakı dövrdə işlədiyi peşə xüsusilə ağır və zərərli peşə hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı siyahıya əsasən xx.xx.1989-xx.xx.1992-ci illəri əhatə edən dövr ona güzəştli şərtlərlə əmək pensiyası hüququ verir.

6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

7. C avabdehin imtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə istinad olunaraq, X1 29 iyul 1986-cı il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında və “Heydər Əliyev adına X6”nun ona dair 8 may 2020-ci il tarixli, SOCAR**********81200601A00011 nömrəli arayışında adıçəkilən müəssisədə xx.xx.1989-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində koks istehsalı üzrə texnoloji qurğuların operatoru, xx.xx.1992-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə texnoloji qurğuların təmiri üzrə çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. Sözügedən zavodda Vasiliy Timofeyevin iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı İddiaçı vaxtilə işləd iyi 41 nömrəli qurğu 01.10 1992-ci il tarixində bağlandığı üçün onun mexaniki təmir sahəsinə texnoloji qurğuların təmiri üzrə çilingər peşəsinə keçirildiyi müəyyən edilmişdir. Eyni zamanda SSSRİ Nazirlər Kabinetinin xx.xx.1977-ci il tarixli, 369/11-16 nömrəli Qərarına əsasən estakadalarda neft məhsullarının yüklənməsi, doldurulması, saxlanması zamanı yalnız tərkibində etil və kükürdlü neft məhsulları ilə işləyənlərin peşələri ağır və zərərli peşə hesab edilirdi. Sözügedən zavodda olan sənədlərə əsasən məlum olmuşdur ki, kükürdlü neft və neft məhsullarının emalı xx.xx.1995-ci il tarixində dayandırılmışdır. Buna görə də Vasiliy Timofeyevin əmək fəaliyyəti ilə məşğul olduğu zaman işlədiyi neft məhsullarının tərkibi etil və kükürdlü olmamışdır. Bu səbəblərdən də xx.xx.2006-cı il tarixinədək on un güzəştli iş stajı 10 ildən az (3 il 20 gün) təşkil edir. Həmin faktlar “Heydər Əliyev adına X6” tərəfindən xx.xx.2020-ci il tarixli Aktla təsdiq edilmişdir. Qeyd olunanlara əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı və yaşı kifayət etdiyinə görə iddiaçıya pensiya təyin olunmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşından (xx.xx.2020-ci) təyin olunmasının cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,xx.xx.1989-cu ildən indiyədək Heydər Əliyev adına X4 işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”nın X bölməsində müəyyən edilmiş qaydalara əsasən xüsusilə zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. Heydər Əliyev adına X6 tərəfindən tərtib edilmiş təqdimata görə, onun 33 il 3 ay 12 gün ümumi iş stajı vardır və onun 16 il 3 ay 17 gününü xüsusilə zərərli şəraitdə iş staji təşkil e dir. Bundan başqa, xx.xx.1983-xx.xx.1986-ci illər ərzində 79 nömrəli Texniki Peşə məktəbində təhsil almış, 1986-1988-ci illər ərzində hərbi xidmətdə olmuşdur. Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün aidiyyəti orqanlara müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun tələbinin təmin edilməsindən imtina olunmuşdur. Hesab edir ki, onun qanuna uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ vardır. Cavabdeh tərəfindən verilmiş imtina tamamilə əsassız və qeyri-qanunidir. Cavabdeh bu hərəkəti ilə onun hüquqlarını kobud şəkildə pozmuşdur.

11. Cavabdeh iddiaya dair yazılı etirazını və etiraza əlavəsini onunla əsaslandırmışdır ki, iddiaçıya görə, 01 yanvar 2006-cı il tarixinədək 20 ildən artıq ümumi, 10 ildən çox güzəştli iş stajı toplamışdır. Ona görə də, iddia çıya 52 yaşının tamam olduğu xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********5 nömrəli imtina məktubu onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli iş stajı 10 ildən az (3 il 20 gün) təşkil edir. İddiaçıya məxsus əmək kitabçasından aydın olur ki, o, 12 sentyabr 1989-cu ildən Heydər Əliyev adına X4 çalışır. Belə ki, iddiaçı xx.xx.1989-xx.xx.1992-ci illərdə koks istehsalı üzrə 4 nömrəli texnoloji sexin 41 saylı texnoloji qurğusunda texnoloji qurğuların operatoru, xx.xx.1992-xx.xx.2006-cı illərdə koks istehsalı üzrə 4 nömrəli sexin istehsalatın mexaniki təmir sahəsində texnoloji qurğuların təmiri üzrə çilingər peşəsində çalışmışdır. Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli Qərarı il ə təsdiq edilmiş 1 nömrəli Siyahının 10-cu bölməsi “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı" (kod: ********) adlanır. İddiaçı iddia edir ki, onun çalışdığı peşə “11000000-18547” (1 nömrəli Siyahıda sadalanan istehsalatlarda məşğul olan texnoloji qurğuların təmiri üzrə çilingərlər) və “11000000-16081” (texnoloji qurğuların operatorları) kodu altında nəzərdə tutulmuşdur. Mərkəzi Filial və Heydər Əliyev adına X5 əməkdaşları tərəfindən müvafiq araşdırma aparılmış və 22 dekabr 2020-ci il tarixli, **********9 saylı Akt tərtib edilmişdir. Həmin aktla təsdiq edilmişdir ki, iddiaçının xx.xx.1989xx.xx.1992-ci illərdə (3 il 20 gün) çalışdığı koks istehsalı üzrə 4 nömrəli texnoloji sexin 41 saylı texnoloji qurğusunda texnoloji qurğuların o peratoru peşəsi ona 1 nömrəli Siyahıya əsasən pensiyaya çıxmaq hüququ verən peşədir. İddiaçının xx.xx.1992-xx.xx.2006-cı illərdə çalışdığı koks istehsalı üzrə 4 nömrəli sexin istehsalatın mexaniki təmir sahəsində texnoloji qurğuların təmiri üzrə çilingər peşəsi isə, 1 nömrəli Siyahı ilə pensiyaya çıxmaq imkanı vermir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 10 il güzəştli iş stajına malik olması tələb edilir. İddiaçının çalışdığı müəssisə isə, onun 10 il güzəştli iş stajına malik olmadığını qeyd edir. Bu səbəbdən də, Filialın imtinası qanuni və əsaslı olmuşdur.

12. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR Heydər Əliyev adına X6 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, SOCAR**********30560046X00096 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdən x x.xx.1992-ci il tarixədək Koks istehsalı üzrə 4 N-li sex, 41 N-li texnoloji qurğu, texnoloji qurğuların operatoru (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli, 320 nömrəli Qərarı (1-ci siyahı) Şifrə 1100000-16081, X bölmənin 3-cü yarımbölməsi), xx.xx.1992-ci il tarixdən xx.xx.1994cü il tarixədək Koks istehsalı üzrə 4 N-li sex, mexaniki təmir sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər və xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək 4 N-li istehsalat, mexaniki təmir sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (1-ci siyahı) Şifrə 110000018547, X bölmənin 3-cü yarımbölməsi), xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək 4 N-İi sex, mexaniki təmir sahə si, texnoloji qurğuların təmiri üzrə çilingər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,06.1993-cü il tarixli, 320 nömrəli Qərarı (1-ci siyahı) Şifrə 1100000-18547, X bölmənin 3-cü yarımbölməsi), xx.xx.2006-cı il tarixdən xx.xx.2009cu il tarixədək 4 N-li sex, texnoloji avadanlıqların təmiri və xidməti sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130301a-18547, Xİİ bölmənin 3-cü yarımbölməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsində, xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədə k 4 N-li istehsalat, texnoloji avadanlıqların təmiri və xidməti sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər və xx.xx.2014-cü il tarixdən hal-hazıradək 4 N-li istehsalat, texnoloji avadanlıqların təmiri üzrə xidməti sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsində nəzərdə tutulmuş peşələrdə işləmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-775/2022 saylı, 17 yanvar 2022-ci il tarixli (hakim F.Mədətli) qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu 06 mart 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdə liyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Filialına həvalə edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-ci il tarixədək güzəştli iş stajı üzrə onun xx.xx.1992-xx.xx.2006-cı illərdə işlədiyi dövr mübahisələndirilmiş, buna görə də onun xx.xx.2006-ci il tarixədək güzəştli iş stajı 3 il 20 gün olaraq hesablanmışdır. İddiaçının qeyd olunan dövr üzrə “Heydər Əliyev adına X6”nda Koks istehsalı üzrə 4 №-li sex, mexaniki təmir sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər, 4 №-li istehsalat, mexaniki təmir sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər və 4 №-li sex, mexaniki təmir sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər peşələrində işləməsi və həmin peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının X bölməsinin 3-cü yarımbölməsinin şifrə 1100000-18547 üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması SOCAR-ın Heydər Əliyev adına X6 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, SOCAR**********30560046X00096 saylı arayışı əsasında öz təsdiqini tapmışdır. Hazırkı mübahisə üzrə iddiaçının xx.xx.2006-cı il tarixədək olan dövr üzrə 3 il 20 gün müddətində güzəştli sosial sığorta stajına malik olması cavabdeh tərəfindən mübahisələndirilmədiyindən və iş materiallarında olan əmək kitabçasına əsasən öz təsdiqini tapdığından, məhkəmə hesab edir ki, həmin iş stajının üzərinə iddiaçının xx.xx.1992-xx.xx.2006-cı illərdə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işlədiyi müddət də nəzərə alındıqda, onun xx.xx.2006-cı il tarixədək 10 ildən artıq güzəştli iş stajına malik olması təsdiq olunur.

15. Məhkəmə sorğusu əsasında SOCAR Heydər Əliyev adına X6 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, SOCAR **********30560046X00096 saylı arayışla da cavabdeh tərəfindən mübahisələndirilən müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olduğu müəyyən edilmişdir.

16. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli ş ərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 3-cü yarımbölməsinin 1100000-16081 kodlu texnoloji qurğuların operatorları və 1100000-18547 kodlu texnoloji qurğuların təmiri üzrə çilingərlər peşələrinə uyğundur və həmin peşələr üzrə iddiaçının güzəştli iş stajı xx.xx.2006-cı il tarixədək 10 ildən artıq müddət təşkil edir. Belə olan halda, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlə rlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulan sahədə işlədiyinə görə ona 52 yaşının tamam olduğu 06 mart 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

17. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1691/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər X.Cəmilova - sədrlik edən və məruzəçi, A.Oruczadə və M.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiy a məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Heydər Əliyev adına X6 tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı çalışdığı Koks istehsalı üzrə 4 №-li istehsalat NEZ-in struktur bölməsidir və əsas məqsədi neftin ilkin emalından alınan qalıq məhsulu - qudronu təkrar emal edərək ondan kokslaşma benzini, koks, kokslaşmanın yüngül qazoylu, ağır qazoylunun istehsalını təmin etməkdir. İstehsal edilən neft məhsulları insan orqanizminə təsir dərəcəsinə görə zərərli maddələr kateqoriyasına aid edilir. Texnoloji prosesin mahiyyətini, eyni zamanda istehsal edilən məhsulların xüsusiyyətini nəzərə alaraq bildirilmişdir ki, NEZ-in Koks istehsalı üzrə 4 №-li istehsalatı zərərli iş yeri hesab olunur. NEZ-in mövcud ştat cədvəlində olan texnoloji qurğuların operatoru və texnoloji qurğuların təmiri üzrə çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın 10-cu -“Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində nəzərdə tutulan 1100000-16081 və 1100000-18547 kodla müəyyən edilən peşələrin funksiyaları ilə eynilik təşkil edir.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 25. “Əmək pensiy aları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pe nsiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 26. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın 10-cu bölməsi - “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində nəzərdə tutulan 11000000—16081 və 1100000a—18547 kod altında olan “texnoloji qurğuların operatoru” və “texnoloji qurğuların təmiri üzrə çilingər” peşələri

28. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəm əsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri məzmun və mahiyyət baxımından imtina məktubunun, iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan xüsusi stajın mövcudluğu, eləcə də onun işlədiyi peşələrin güzəştli pensiya hüququ verən müvafiq siyahıya uyğunluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada ara şdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarla nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi işin apellyasi ya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Belə ki, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin tələblərinə uyğun olaraq iddiaçı xx.xx.2006-cı il tarixinədək 20 ildən az olmayan ümumi iş stajını toplamış və bu müddətin ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş güzəştli pensi ya hüququ verən peşələrdə işləmişdir.

37. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndində qeyd olunmuşdur ki, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən müvafiq sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə qeyd edilmişdir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməl idir.

38. Hazırkı mübahisəyə münasibətdə iddiaçının iş yerindən müvafiq izahlı arayış məhkəməyə təqdim olunmuş və həmin arayışda iddiaçının işlədiyi və mövcud ştat cədvəlində nəzərdə tutulmuş texnoloji qurğuların operatoru və texnoloji qurğuların təmiri üzrə çilingər peşələrinin güzəştli pensiya hüququ verən müvafiq siyahıya uyğun olduğu siyahının konkret bölməsinə və şifrinə istinadən təsbit edilmişdir.

39. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi iş üzrə materiallarla təsdiq olunur. Odur ki, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün sayılmalıdır.

40. Nəticə etibarı ilə, cavabdehin kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1691/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar