Məhkəmə qərarları › İş №2-1(102)-178/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-178/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-178/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sabiq dövlət qulluqçusunun əmək pensiyasının yenidən hesablanması; ədliyyə qulluqçusu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanmas ı” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1721/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2013-cu il tarixdən sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilmiş, əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən pensiya ödənişi dayandırılmışdır. İddiaçının müraciətinə əsasən xx.xx.2021-ci il tarixindən "Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 16 il 1 ay qulluq stajına uyğun olaraq (xx.xx.1983-xx.xx.1988-cı il, xx.xx.1989-xx.xx.1993-cü il, xx.xx.2005xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər) sabiq dövlət q ulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə ərizə ilə cavabdehə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

3. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli cavab məktublarında bildirmişdir ki, onun pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən xx.xx.2013-cu il tarixdən sabiq dövlət qulluqçusu kimi əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixindən pensiya ödənişi dayandırılmışdır. Ona sabiq dövlət qulluq çusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün Mərkəzi Filiala xx.xx.2021-ci İİ tarixli ərizə ilə müraciət etmişdir. İddiaçının xx.xx.2021-ci il tarixindən "Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 16 il 1 ay qulluq stajına uyğun olaraq (xx.xx.1983-xx.xx.1988-cı il, xx.xx.1989xx.xx.1993-cü il, xx.xx.2005-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər) orta aylıq əmək haqqı (965,43 manat) 53.25 faizi-514.10 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 460,00 manat, qulluq stajına görə əlavə 116,93 manat, ixtisas dərəcəsinə görə əlavə 55.00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 69.00 mana t, yüksəkliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 92.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 172,50 manat olmaqla orta aylıq əmək haqqı 965,43 manat təşkil edir. Həmçinin iddiaçının Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1993-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində rütbəli şəxs kimi işlədiyi təqdirdə həmin dövrün dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması hazırda qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Dövlət qulluğu stajının yenidən hesablanması məsələsinə xx.xx.1993-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində rütbəli şəxs olmadığına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq arayışı Mərkəzi Filiala təqdim olunduqdan sonra baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birin ci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, dövlət qulluğunda 24 il 9 ay 28 gün əmək stajının olması nəzərə alınmaqla xx.xx.2021-ci il tarixdə ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq, qeyd edilən tarixdən ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.1987-xx.xx.1988-ci və xx.xx.1989-xx.xx.1993-cü il tarixlərində Laçın Rayon Xalq Məhkəməsinin məhkəmə icraçısı vəzifəsində, xx.xx.1993xx.xx.2001-ci il tarixlərində Ədliyyə Nazirliyinin keçmiş məhkəmə qərarlarının İcrası Baş İdarəsi Laçın rayon ədliyyə polis qrupunun inspektoru (qulluqçu) vəzifəsində çalışdığı illərin dövlət qulluğu stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İş üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi qəbul edilmiş, iddia tələbi “onun xx.xx.1993-xx.xx.2001-ci il tarixlərində Ədliyyə Nazirliyinin keçmiş məhkəmə qərarlarının İcrası Baş İdarəsi Laçın rayon ədliyyə polis qrupunun inspektoru (qulluqçu) vəzifəsində çalışdığı illərin dövlət qulluğu stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” məzmunda müəyyən edilmişdir. İddiaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixli, ** ********5 saylı məktubu ilə onun yaşa görə pensiyasının düzgün hesablanmasından imtina etmişdir. Cavabdeh pensiyanın düzgün hesablanmasının mümkünsüzlüyünü belə əsaslandırmışdır ki, "təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 06 24-1048 nömrəli arayışında keçmiş Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Laçın rayon ədliyyə polis qrupunda inspektor vəzifəsində mülki işçi qismində işlədiyi göstərildiyindən həmin vəzifədə işlədiyi dövrün dövlət qulluğu stajına hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir". Bundan başqa eyni tələb üzrə çoxsaylı şikayətinə cavab olaraq 4 fərqli və biri-birini təkzib edən cavablar verilmişdir. Verilmiş cavab məktublarının birində dövlət qulluğunda cəmi 16 il 1 ay əmək st ajının olmasını, digərində Ədliyyə Nazirliyindən işlədiyi dövrdə mülki işçi olmağı barədə ondan arayış almağını tələb edərək, pensiyasının yenidən hesablanacağı bildirilmişdir. Arayış təqdim etdikdən sonra isə qanunun yol vermədiyi bildirilmiş, hansı qanun olması göstərilməmişdir. Cavabdehin bu cür əsassız, məzmunsuz, cavabları qanunsuz və ədalətsizdir. Belə ki, o, xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Laçın Rayon Məhkəməsində dəftərxana katibi və məhkəmə icraçısı vəzifələrində işləmişdir. 1983-cü ildə məhkəmələrdə ədliyyə polis qrupları yaradıldığı üçün polis yaşları keçmiş onun kimi məhkəmə icraçıları yaradılmış həmin qruplarda ədliyyə polis inspektorları olaraq dövlət qulluqçusu mülki işçi kimi vəzifələrində saxlanılmışlar və məhkəmə icraçısının vəzifəsini icra etmişlər. O cümlədən o da xx.xx.1993-cü il tarixdə Laçın rayon ədliyyə polis qrupunun inspektoru təyin edilərək öz əvvəlki məhkəmə icraçısı vəzifəsində saxlanaraq fəaliyyətini davam etdirmişdir. Yəni vəzifə həmin vəzifə olmuşdur, yalnız adı dəyişdirilmişdir. xx.xx.2001-ci il tarixdə Laçın rayon ədliyyə polis qrupunun inspektoru vəzifəsindən azad edilmişdir. O, işdən azad edildikdən, yəni 2001-ci ildən sonra ədliyyə işçiləri haqqında qanun qəbul edildiyindən həmin qanun ona şamil edilməmişdir. xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Laçın Rayon İcra Hakimiyyətində Laçın şəhər İcra nümayəndəsinin müavini və Kənd İcra Nümayəndəsi vəzifələrində işləmişdir. Beləliklə, əmək kitabçası üzrə dəftərxana katibi və məhkəmə icraçısı işlədiyi illər xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixə qə dər 9 il 7 ay 16 gün, ədliyyə polis qrupunda mülki işçi olaraq inspektor işlədiyi illər xx.xx.1993-cü il tarixdən 12.01. 2001-ci il tarixə qədər 7 il 9 ay 12 gün, icra nümayəndəsinin müavini və icra nümayəndəsi işlədiyi illər xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixə qədər 7 il 5 ay, cəmi isə 24 il 9 ay 28 gün olmuşdur. Faktiki olaraq dövlət qulluğunda olan 24 il 9 ay 28 gün əmək stajından yalnız 16 il 1 ayına görə cavabdeh təşkilat ona yaşa görə cəmi 514 manat pensiya hesablamışdır. 8 il 8 ay 28 gün əmək stajının 7 il 9 ay 12 gününü xüsusi rütbəli polis olduğundan nəzərə almamışdır. Qalan 9 ay 16 gün əmək stajının hələ də niyə nəzərə alınmaması ona məlum deyil. Cavabdehin etirazı:

8. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçıya xx. xx.2021-ci ildə əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab edir ki, xx.xx.1993-xx.xx.2001-ci ildəki əmək fəaliyyəti də dövlət qulluğunda əmək stajı kimi hesablanmalı və onu pensiyasının hesablanması zamanı nəzərə alınmalıdır. Məlumdur ki, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. İddiaçının pensiyasının hansı qaydada hesablanmasını tələb etdiyi tam aydın deyil. İddiaçı həmin müddət ərzində işlədiyi peşələrin dövlət qulluğu hesab edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir ki, iddiaçı xx.xx.1993-xx.xx.2001-ci il tarixlərdə Ədliy yə Nazirliyinin keçmiş Məhkəmə Qərarlarının İcrası Baş idarəsi Laçın rayon ədliyyə polis qrupunun inspektoru vəzifəsində mülki işçi qismində çalışmışdır. Məhkəmə sorğusuna cavab olaraq X2 tərəfindən göndərilmiş məktubda bildirilmişdir ki, iddiaçının həmin müddətdə işləmiş olduğu vəzifə dövlət qulluğunun xüsusi növüdür. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Bu səbəbdən də, həmin dövr iddiaçının dövlət qulluqçusu kimi ümumi stajının üstünə gəlinə bilməz. Biri nci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6328/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1993-xx.xx.2001-ci il tarixlərində Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Laçın rayon ədliyyə polis qrupunun inspektoru vəzifəsində işlədiyi illərin onun dövlət qulluğu stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 06/13-730 nömrəli məktubundan görünür ki, iddiaçı xx.xx.1987-xx.xx.1988-ci və xx.xx.1989-xx.xx.1993-cü il tarixlərdə Laçın rayon xalq məhkəməsinin məhkəmə icraçısı vəzifəsində, xx.xx. 1993xx.xx.2001-ci il tarixlərdə isə Ədliyyə Nazirliyinin keçmiş Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Laçın rayon ədliyyə polis qrupunun inspektoru (qulluqçu) vəzifəsində çalışmışdır. Həmin vəzifələr xx.xx.1999-cu il tarixli “İcra məmurları haqqında” Qanuna əsasən ali hüquq təhsili tələb olunan və xüsusi rütbə nəzərdə tutulan vəzifələrdir. Lakin iddiaçı orta təhsilli olmuş və sonuncu vəzifədə mülki işçi qismində çalışmaqla xüsusi rütbə daşımamışdır.

11. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tərkibində Məhkəmə Qərarlarının İcrası Baş idarəsi “Məhkəmə qərarlarının icrası sisteminin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1993-cü il tarixli, 399 nömrəli Fərmanına əsasən həmin Fərmanın 1-ci bəndində sadalanan orqanların ştat vahidləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə icraçıları ştat vahidlərinin bazasında yaradılmışdır. Sözügedən İdarənin sıravi və rəis heyəti ədliyyə polisi adlandırılmış və bu heyətin statusu (rütbə, st aj və s. saxlanılmaqla) Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinin statusuna bərabər tutulmuşdur.

13. Qeyd edilən Fərmanın 5-ci hissəsinə əsasən islah işləri müfəttişlikləri rayon, şəhər məhkəmələrinin ştat vahidlərinə daxil edilməklə intizam qaydasında həmin məhkəmələrin sədrlərinə, funksional qaydada isə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinə tabe edilmişdir. Bu müfəttişliklərin rayon, şəhər məhkəmələrinin tərkibinə verilən ştatları və məhkəmələrin tərkibində olan məhkəmə icraçıları ştatları hesabına rayon, şəhər məhkəmələrinin tərkibində ədliyyə polisi bölməsi yaradılmışdır. 14. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən prokurorluq, ədliyyə... orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxsl ərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür.

15. Məhkəmə qeyd edir ki, iddiaçının 1993-2001-ci illərdə ədliyyə orqanlarında işlədiyi vəzifənin dövlət qulluğunun xüsusi növünə aid olması işin mübahisəsiz halıdır. Lakin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 340-VİQD nömrəli Qanununu ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmiş və Qanuna aşağıdakı məzmunda 22.7-1-ci və 22.7-2-ci maddələr əlavə edilmişdir: “22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının mü əyyən etdiyi orqan (qurum) təsdiq edir.”

16. Göründüyü kimi qanunvericiliyə xx.xx.2021-ci il tarixdə edilmiş dəyişiklikdən sonra dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin şəxsin dövlət qulluğu stajına daxil edilməsi nəzərdə tutulmuşdur.

17. Həmin Qanunun tətbiqi ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1398 saylı Fərmanının 2.1-ci bəndinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-2-ci maddəsinə uyğun olaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasının və şərtlərinin üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilm əsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir.

18. Hazırkı tarixədək həmin qayda təsdiq edilməsə də, məhkəmə hesab edir ki, qanunun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına daxil edilməsini nəzərdə tutan norması hazırda qüvvədədir.

19. Belə olan halda, müvafiq qaydanın təsdiq edilməməsi iddiaçının sosial təminatını məhdudlaşdıran hal kimi qəbul edilməməli və iddiaçının 1993-2001-ci illərdə ədliyyə orqanlarında işlədiyi müddət də onun dövlət qulluğu stajına daxil edilərək ona təyin edilən əmək pensiyası yenidən hesablanmalıdır.

20. Cavabdehin etirazında görünür ki, etirazda X1 xx.xx.2022-ci il tarixli, PHŞ/3-22022-740 nömrəli məktubuna istinad edilmişdir.

21. Məhkəmə qeyd edir ki, DİM məktubda yalnız həmin vəzifənin dövlət qull uğunun xüsusi növünə aid olduğunu bildirməklə kifayətlənmiş, həmin dövrün iddiaçının dövlət qulluğu stajına daxil edilməsi ilə bağlı hər hansı bir münasibət bildirməmişdir.

22. Buna görə də məhkəmə cavabdehin həmin məktuba istinadını iddianın rədd edilməsi üçün əsas kimi qəbul etmir.

23. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1721/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6328/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya insta nsiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını onun imtina məktubunda və iddiaya qarşı etirazında göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

28. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Dövlət qulluğu haqqında” Qanun (xx.xx.2021-ci il tarixdə qüvvədə olan redaksiyada) Maddə

2. Dövlət qulluğu... 2.3. Prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər – xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir.... Maddə

23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.... 30. “Məhkəmə qərarlarının icrası sisteminin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1993-cü il tarixli, 399 №-li Fərmanı (xx.xx.2006-cı il tarixədək qüvvədə olan redaksiyada )...

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İslah İşləri İdarəsi tabeliyindəki bütün müəssisələrlə birlikdə (istintaq təcridxanalarından başqa), Azərbaycan Respublikası Daxili qoşunlarını tərkibində olan və islah-əmək müəssisələrində mühafizə və nəzarət funksiyalarını həyata keçirən 7535 nömrəli mühafizə batalyonu, 650 nömrəli alay, Bakı şəhəri Polis İdarəsinin tərkibinə daxil olan xüsusi müşayiət divizionu, rayon, şəhər polis idarə və şöbələrinin islah işləri müfəttişlikləri bütün ştat vahidləri və balansında olan əmlakla birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tərkibinə verilsin....

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinə məhkəmələrin mülki işlər üzrə qətnamə, qərardad və qərarlarının, cinayət işləri üzrə hök m, qərardad və qərarlarının, habelə icrası məhkəmə icraçılarına həvalə edilmiş digər qərarların icrasının təşkili işi həvalə edilsin.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin sıravi və rəis heyəti ədliyyə polisi adlandırılsın və bu heyətin statusu (rütbə, staj və s. saxlanılmaqla) Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinin statusuna bərabər tutulsun.

5. İslah işləri müfəttişlikləri rayon, şəhər məhkəmələrinin ştat vahidlərinə daxil edilməklə intizam qaydasında həmin məhkəmələrin sədrlərinə, funksional qaydada isə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinə tabe edilsin. Bu müfəttişliklərin rayon, şəhər məhkəmələrinin tərkibinə verilən ştatları və məhkəmələrin tərkibində olan məhkəmə icraçıları ştatları hesabına rayon, şəhər məhkəmələr inin tərkibində ədliyyə polisi bölməsi yaradılsın.... 31. “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları” (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmişdir)...

9. Dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.

32. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə müba hisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir....” Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassas iya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər....” Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

36. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

37. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

38. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “Dövlət qulluğu haqqında” Qanunun (xx.xx.2021-ci il tarixdə qüvvədə olan redaksiyada) 2.3-cü maddəsinə əsasən, ədliyyə orqanlarında qulluq dövlət qulluğunun xüsusi növü kimi təsbit olunmuşdur.

39. İstinad edilən normaların tələbləri və iddia çının dövlət qulluğundakı qulluq stajı nəzərə alındıqda, o, dövlət qulluğundan irəli gələn pensiya hüququnu “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq dövlət qulluqçuları üçün nəzərdə tutulmuş ümumi qaydada həyata keçirə bilər. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsi həmin maddədə göstərilən orqanlarda (o cümlədən, ədliyyə orqanlarında) qulluq keçməni, bu qulluq keçmənin Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənməsindən, habelə apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “Dövlət qulluğu haqqında” Qanunun (xx.xx.2021-ci il tarixdən qüvvəyə minən redaksiyada) 22.7-1 və 22.7-2-ci maddələrinin məzmunundan asılı olmayaraq, dövlət qulluğu kimi tanıyır.

40. Eyni ilə, nəzərə alınmalıdır ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.

41. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1721/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar