Məhkəmə qərarları › İş №2-1(102)-1780/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1780/2019

30.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1780/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), 30.07.2019 Rahib Sahib oğlu Nəbizadə və X2 ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı qaçqın statusunun verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 may 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Xidmətin üzərinə iddiaçının 22.02.2017-ci il tarixli “Qaçqın statusunun verilməsinə dair” vəsatəti təmin edilərək, iddiaçıya ailə üzvləri ilə (arvadı, 1976-cı il təvəllüdlü Mahberi Yalçın, oğlu 2003-cü il təvəllüdlü Ahmet Yalçın, qızları, 2009-cu il təvəllüdlü X3 və 2011-ci il təvəllüdlü Rumeysa Yalçın) birlikdə qaçqın statusunun verilməsinə dair qərar qəbul etmək öhdəliyinin qoyulması; tərəflər arasında hüquq münasibətlərinə aydınlıq gətirilməsi məqsədilə cavabdeh Xidmətin İQ-21/5 saylı 19 may 2017-ci il tarixli qərarı və onun şikayət instansiyasının 33 saylı 06 iyul 2016-cı il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinin 05 dekabr 2017-ci il tarixli qərardadı ilə (hakim A.Abdullayeva; iş No 2-1(81)-5056/2017) İddiaçı iddiasının arvadı Mahberi Yalçına qarşı qaçqın statusunun verilməsi barədə qərar qəbul ediləmsi vəzifəsinin cavabdeh Xidmətə həvalə edilməsinə dair hissəsinin mümkün sayılmaması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva; iş No 2-1(81)-5056/2017) cavabdeh Xidmətin qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında 19 may 2017-ci il tarixli İQ-21/5 saylı qərarının və cavabdeh Xidmətin şikayət instansiyasının inzibati şikayətinin təmin edilməməsi haqqında 06 iyul 2016-cı il tarixli, 33 saylı qərarının ləğv edilməklə cavabdeh Xidmətin üzərinə İddiaçı 22 fevral 2017-ci il tarixli “Qaçqın statusunun verilm əsinə dair” vəsatətinin təmin edilərək İddiaçı ailə üzvləri (oğlu, 2003-cü il təvəllüdlü Ahmet Yalçın, qızları, 2009-cu il təvəllüdlü X3 və 2011-ci il təvəllüdlü Rumeysa Yalçın) ilə birlikdə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Xidmətə həvalə edilməsi barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 may 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayılov; iş № 2-1(103)1111/2018) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli qərarının cavabdeh Xidmətin 06 iyul 2016-cı il tarixli, 33 saylı qərarının ləğv edilməsi tələbinə aid hissədə ləğv edilməsi; cavabdeh Xidmətin “inzibati şikayətin təmin edilməməsihaqqında” 0 6 iyul 2016-cı il tarixli, 33 saylı qərarının ləğv edilməsi barədə iddiaçının mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 may 2018-ci il tarixli qərarı ilə (sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayılov; iş № 2-1(103)1111/2018) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli qərarının cavabdeh Xidmətin “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” 19 may 2017-ci il tarixli İQ-21/5 saylı qərarının ləğv edilməklə, cavabdeh Xidmətin üzərinə İddiaçı 22 fevral 2017-ci il tarixli “Qaçqın statusunun verilməsinə dair” vəsatətinin təmin edilərək İddiaçı ailə üzvləri (oğlu, 2003-cü il təvəllüdlü Ahmet Yalçın, qızları, 2009- cu il təvəllüdlü X3 və 2011-ci il təvəllüdlü Rumeysa Yalçın) ilə birlikdə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Xidmətə həvalə edilməsi barədə iddianın təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiy a şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı 1972-ci ildə X1 şəhərində doğulmuş və hazırda da həmin ölkənin vətəndaşıdır. O, ailə üzvləri ilə ilə birlikdə 22 fevral 2017-ci il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Cavabdeh izibati orqanının 19 may 2017-ci il tarixli, İQ-21/5 saylı qərarı ilə, Türkiyə Respublikası vətəndaşı İddiaçı və ailə üzvlərinə (arvadı, 1976-cı il təvəllüdlü Mahberi Yalçın, oğlu, 2003-cü il təvəllüdlü Ahmet Yalçın, qızları, 2009-cu il təvəllüdlü X3 və 2011-ci il təvəllüdlü Rumeysa Yalçın) qaçqın statusu verilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardan cavabdeh Xidmətin şikayət instansiyasına şikayət vermiş və cavabdehin 06 iyul 2017-ci il tarixli, 33 saylı qərarı ilə şikayət təmin edilməmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, cavabdeh Xidmət 19 may 2017-ci il tarixli, İQ-21/5 saylı qərarında ona istinad etmişdir ki, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı İddiaçı ailə üzvləri (oğlu, 2003-cü il təvəllüdlü Ahmet Yalçın, qızları, 2009-cu il təvəllüdlü X3 və 2011-ci il təvəllüdlü Rumeysa Yalçın) ilə birlikdə vətəndaşı olduğu ölkəyə (Türkiyəyə) qayıtmaq istəməməsini 2016-cı ilin iyul ayında Türkiyədə baş yermiş dövlət çevrili şinə cəhdlə əlaqədar olaraq Türkiyədə vəziyyətin yaxşı olmadığını, həmçinin müəllim işləyən qardaşı İlham Yalçının həbs edildiyini, polis əməkdaşı olan Özgür Yalçın adlı digər qardaşının isə işdən kənarlaşdığını bildirərək, Türkiyəyə qayıdacağı təqdirdə hakimiyyət orqanları tərəfindən saxlanılaraq günahsız olaraq həbs edilə biləcəyi ilə əsaslandıraraq, bu səbəbdən ölkəsini tərk etdiyini bildirsə də, müsahibə zamanı verdiyi izahatlardan onun heç bir təhdid və təqibə məruz qalmadığı məlum olmuşdur. Ərizəçinin ehtimalları inandırıcılıq baxımından qiymətləndirilmiş və müsahibə zamanı onun verdiyi məlumatlardan məlum olmuşdur ki, o, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı ilə ailə üzvləri ilə birlikdə öz kəndlərində olmuş, hadisələri televiziya vasitəsi ilə izləmiş, heç bir küçə yürüşlərində v ə ya mitinqlərdə iştirak etməmiş, Fətullah Gülənlə heç bir əlaqəsinin oİmadığını bildirmiş, həmçinin dövlət çevrilişi etmək istəyənləri xain adlandırmış, 22 iyul 2016-cı il tarixdə heç bir problemlə üzləşmədən ölkəsini tərk etmiş və Azərbaycan respublikasına qayıtmışdır. İddiaçı və onun arvadının müsahibəsi zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar vətəndaşları olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. İddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşları oİduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu aqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Resp ublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın-Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 saylı Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nın 3cü bəndinə əsasən "Qaçqın" statusu almaq ni yyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir; Həmin Qaydanın 7-ci bəndinə əsasən Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Cavabdeh Xidmət iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlilləri qeyd olunan normaların tələblərinə müvafiq qiymətləndirmiş və aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlməməsi səbəbi ilə ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Göründüyü kimi, cavabdeh Xidmətin apardığı inzi bati araşdırma materiallarına əsasən, ərizəçinin vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmaları müəyyən edilmədiyindən, cavabdeh tərəfindən ona qaçqın statusunun verilməsindən imtina olunması "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan kespublikası Qanununun 1-ci maddəsinə zidd olmamışdır. Ona görə də, həmin inzibati orqanın iddiaçının vəsatətinin təmin edilməməsi haqqında qərarı əsaslı və qanuni olmuş, enyi zamanda iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməməişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq n ormalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsaslı olmadığından qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yal nız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 08 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar