Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1780/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, subyektiv hüquq giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs X5) “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1640/2021 saylı, 21 iyun 2021-ci il tarixli qərarınd an iddiaçının verdiyi kasasiya şikayətinə Ali Məhkəmənin binasında şifahi dinləmə keçirilmədən yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 17.03.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının əmlakının məhv edilməsi və digər qanunsuzluqlarla bağlı tədbir görülməsinə dair Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciətinə baxılmışdır. Müəyyən olunmuşdur ki, göstərilən faktla bağlı Bakı şəhəri Nəsimi rayon polis idarəsinin istintaq şöbəsində araşdırma aparılaraq sübutlara istinad edilməklə əməldə cinayət tərkibi olmadığına görə 1 dekabr 2017-ci ildə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərardan Nəsimi rayon prokuroruna, yuxarı və ya məhkəməyə şikayət etmək hüququ vardır. Müraciəti cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokuroruna göndərildiyi qeyd olunmuşdur.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 03.02.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, iddiaçının, X3 və X2 qanunazidd hərəkətləri ilə bağlı daxil olmuş müraciətinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baxılmışdır. Araşdırma zamanı ərizədə göstərilən məsələnin mülki xarakterli olması müəyyən edilmişdir. Göstərilənlərə əsasən mülki hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə işlərə mülki məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxıldığını və həllinin polis orqanlarının səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq əmlak tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
3. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 02.10.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, iddiaçının maddi və mənəvi ziyan vurulması barədə Bakı şəhər İcra hakimiyyətinə daxil olmuş müraciətinə baxılmışdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1410/2019 nömrəli 18.07.2019-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu 7-ci Sverdlov döngəsi 13 nömrəli binada yerləşən 3 otaqlı paylı mülkiyyət olan mənzildən 1 otaq mülkiyyət hüququ üzrə ona məxsusdur. Mənzilin digər paylı mülkiyyətçisi X3 mənzilinin özünə məxsus hissəsində özbaşına təmir işləri apararaq evin ümumi giriş hissəsindən müraciətçinin otağına açılan qapı oyuğunu bağlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 may 2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 7-ci Sverdlov döngəsi 13 saylı ünvanda yerləşən paylı mülkiyyətdə olan mənzilin texniki pasportundan kənar konstruktiv dəyişikliklərin aparılması ilə mübahisəli qapı boşluğunun (oyuğun) bağlanması və aparılmış bu dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırması Qaydaları na uyğun deyildir. Suriddin Rəhimov tərəfindən qeyd olunan ünvanda Rayon İcra Hakimiyyəti tərəfindən tikinti işlərinin aparılmasına icazə verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq 24 may 2019cu il tarixli rəyə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin rəyə hüquq normalarına müvafiq olaraq qiymət verərək, təkrar ekspertiza təyin etməmiş və eyni zamanda qeyd olunan reydən narazılıq bildirilməmişdir. Həmin Məcəllənin 103.1 -ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məh kəmələr tərəfindən qiymətləndirilir. Nəsimi rayon məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən 7-cı Sverdlov döngəsi, 13 saylı ünvanda qonşusu S.Rəhimov tərəfindən bağlanmış qapı oyuğu onun vəsaiti hesabına əvvəlki vəziyyətə qaytarılmalıdır. Cavabdeh S.Rəhimov həmin qərardan apelyasiya şikayəti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Hazırda Nəsimi Rayon Məhkəməsinin rayon icra hakimiyyətinin ona maddi və mənəvi ziyan vurmadığı, ona görə də maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qonşusuna qarşı iddia ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 5 mart 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək, cavabdehdən onun xeyrinə 20.000 manat maddi və 10.000 manat mənəvi ziyanın tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddianın əsaslarına görə üçüncü şəxs qismində cəlb olunmuş X2 qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan vurulmuşdur. X5 cavabdehin əməkdaşıdır.
6. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(112)-4841/2020 saylı iş) 7 aprel 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
7. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı İnzibati Məhkəməsinin mövqeyi razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X6-məruzəçi, X8 və X7, 2-1(103)-1640/2021 saylı iş) 21 iyun 2021-ci il tarixli qərardadla iddiaçının apely asiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 7 aprel 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
9. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehdən 20.000 manat maddi və 10.000 manat mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı cavabdehə ünvanlanmış ilkin yazılı müraciəti mövcud deyil. “İnzibati icraat haqqında” Qanunun 89-cu maddəsinin imperativ tələbinə görə maraqlı şəxs inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın ödənilməsindən imtinasını aldıqdan sonra müvafiq məhkəməyə şikayət verə bilər. İddiaçı tərəfindən cavabdehin hansı qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində ona bu qədər zərər vurulduğu əsaslandırılmamışdır. İşdən görünür ki, üçüncü şəxs barəsində şikayət olunan məsələnin mülki xarakterli olmasına dair iddiaçıya cavabdehin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən 17.03.2018-ci il tarixli, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən 03.02.2020-ci il tarixli cavab məktubları göndərilmişdir.
10. İddiaçı 17 iyul 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin yenidən apelyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
11. Apelyasiya instansiyası məhkəməsi iddiaçının müvafiq inzibati orqana yazılı müraciət etmədən imtina məktubu almamasını, cavabdehin qanunsuz hərəkətləri ilə hansı maddi ziyan vurmasını əsaslandırmad ığını bildirərək qərəzli qərardad çıxarmışdır. 12. 2017-ci ildən başlayaraq cavabdehin onun mülkiyyət hüquqlarını kobud şəkildə pozulmuş, öz mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 7-ci Sverdlov döngəsi 13 saylı ünvanda yerləşən mənzilin texniki pasportundan kənar konstruktiv dəyişiklər aparılmış, mübahisəli qapı bağlanmışdır.
13. Bu barədə Nəsimi rayon İcra Hakimiyyəti başçısı Aparatının müraciət əsasında apardığı araşdırmasının nəticəsi kimi arayış birinci instansiya məhkəməsinə daxil olmuşdur.
14. Daxili İşlər Nazirliyinin əməkdaşı olan X1 qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş maddi ziyanın ödənilməsi və onun barəsində ölçü götürülməsi üçün iddiaçı tərəfindən cavabdehin rəhbərliyinə dəfələrlə yazılı müraciətlər olunmuş, rəhbərliyin qəbullarında olmuş və ona mü lkü qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
15. Beləliklə iddiaçının mövqeyinə görə cavabdehin rəhbər işçilərinin hərəkətsizliyi nəticəsində onun hüquqları pozulmuş, stress keçirmişdir. Məhkəmələrdə bu barədə müraciətlərinə baxmayaraq hüquqları bərpa olunmamış əsassız olaraq iddianın mümkünsüzlüyü barədə qərardad qəbul olunmuşdur.
16. Azərbaycan Respublikası İPM-nin 11.1-ci maddəsinə müvafiq olaraq inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir; 38,7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməl idir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
18. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, i ddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutl ar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bi r iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Kasasiya şikayətinin mümkünlüyü, kas asiya baxışının hədləri
20. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
21. Apelyasiya məhkəməsinin qərardadı ərizənin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar mövcud olmamışdır.
23. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə inzibati məhkəməyə mü raciət edərək, cavabdehdən onun xeyrinə 20.000 manat maddi və 10.000 manat mənəvi ziyanın tutulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
24. İddianın əsaslarına görə iddiaçıya paylı mülkiyyət hüququ ilə məxsus yaşayış sahəsi ilə üçüncü şəxs qismində cəlb olunmuş A.S.Rəhimovun qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan vurulmuşdur. A.S.Rəhimov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı olduğundan mübahisə ilə bağlı DİN cavabdehlik daşıyır.
25. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddia növü öhdəliyin icrası haqqında iddiadır, bu növ iddialar üzrə iddiaçı məhkəməyə qədər inzibati orqana müraciət etməli idi, iddiaçı hazırkı tələblə məhkəməyə qədər cavabdehə müraciət etməsinə dair məhkəməyə sübut təqdim etmədiyindən iddia mümkün s ayıla bilməz. 26. “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır (28.1.1-ci maddə). Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir (57.1-ci maddə). Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (61.1-ci maddə).
27. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publi k hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yaxud həmin aktların etibarsızlığının tanınması barədə iddialara qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmuşdur. Lakin dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılması müəyyən edilmişdir.
28. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağl ı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçılar hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.
29. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq sub yektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
30. Bəhs olunanlara əsasən iddiaçının cavabdehə müraciət etməsi işdə olan sübutlarla təsdiq olunmadığından, habelə cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddianın mümkün sayılmamasına dair nəticə əsaslıdır.
31. İddianın əsaslılığından öncə onun mümkünlük şərtləri yoxlanıldığından və iddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddianın əsaslılığının yoxlanılmasına dair şikayətin dəlilləri qəbul edilə bilməz.
32. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiy a şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1640/2021 saylı, 21 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.