Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1780/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Dövlət Vergi Xidmətinə və Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmə; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (xx.xx.1985-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdehlər Dövlət Vergi Xidmətinə və Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdar əsinə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1991/2022 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin hesabına vəkillə təmin edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)1991/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binə və Sədərək Ticarət Mərkəzlərində qanunsuz, kassasız və lisenziyasız sahibkarlıqla məşğul olan valyuta dəyişmə məntəqələri (exchangler) olduğunu v ideo faktlarla təqdim etdiyi halda, əsassız cavab ərizələri göndərdiklərinə görə və cavabdeh inzibati orqanların əməkdaşlarının da bunu təsdiq etdiyinə və qanunsuz sahibkarlığa şərait yaratdıqlarına görə 500.000.000 (beş yüz milyon) ABŞ dolları tutularaq maraqlı şəxslərə (maraqlı inzibati orqanlara) ödənilməsi barədə qərara qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-12082/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim S.Salahova).
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21 iyun 2022-ci il tarixli 2- 1(103)-1991/2022 sa ylı qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12082/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır
5. İddiaçı ərizə ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını məhkəmədən xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2-1(103)-1991/2022 nömrəli qərardadı ilə (hakimlər: S.Bəktaşi - sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Hüseyn) iddiaçının ərizəsi təmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən onun aztəminatlı şəxs olmasını, heç bir qazancının olmadığını və s. təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
8. İddiaçı apelyasiya məhkəməsinin qərardadından kasasiya şikayəti verərək dövlət vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
9. İddiaçının kassasiya şikayətinə əsasən o, işsiz olduğundan vəkilin xidmət haqqını ödəməyə imkanı yoxdur. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və dövlət büdcəsinin vəsaiti hesabına vəkil ilə təmsil olunmasını xahiş etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının hazırkı məzmunda iddia irəli sürməsi üçün subyektiv hüququ olmadığından apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən şikayətin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanması xahiş olunur. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mü bahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən sa xlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
12. Mülki Prosessual Məcəllə: Maddə 14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkil xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmin olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət vəsaiti hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin x idmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə münasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandır ılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Şikayət qərardadın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
16. Nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması prinsipinin tələbləri icraatın bütün mərhələlərinə, habelə icraat iştirakçılarının verdikləri iddia, vəsatət və şikayətlərə də aiddir.
17. Hazırkı halda, apellyasiya instansiyası məhkəməsi iddiaçının “dövlət büdcəsinin vəsaiti hesabına vəkil ilə təmin olunma barədə” ərizəsinə baxarkən işin hallarının araşdırılması prinsipinin tələblərini təmin etməmiş, müraciətin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (İPM-in 12.1, 12.2-ci maddələri).
18. Apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi məlumatın həqiqiliyini (mötəbərliyini) yoxlamaq imkanına malik olduğu halda, bunu etməmişdir.
19. MPM-in 67.2-ci maddəsinin məzmunundan göründüyü kimi, işdə iştirak edən şəxslər dövlət büdcəsinin vəsaiti hesabına vəkillə o halda təmin olunurlar ki, vəkilin xidmətlərini ödəmək üçün həmin şəxs in kifayət qədər vəsaiti olmasın.
20. Məhkəmə kollegiyası dövlət büdcəsinin vəsaiti hesabına vəkil ilə təmin olunma barədə ərizələr üzrə əvvəlki qərarlarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, qanunvericilikdə hər hansı bir şəxsin kifayət qədər imkana malik olmamasının meyarları müəyyən edilmədiyindən, belə imkanın olmaması məhkəmə tərəfindən qiymətləndirilir.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd olunan qiymətləndirmənin aparıla bilməsi üçün şəxsin maddi imkansızlığını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edən hər hansı (aşağı həddə əmək haqqı və ya pensiya, işsizlik müavinəti, dövlət sosial yardımı və s. alması barədə) mötəbər sübut məhkəməyə təqdim olunmalıdır. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi məlu matın mötəbərliyini yoxlamadan (müstəqil şəkildə öz təşəbbüsü ilə sübutlar toplamadan) rədd etmiş, buradan, iddiaçının öz hesabına vəkil ilə müqavilə bağlamaq iqtidarında olub-olmadığı ilə bağlı qiymətləndirməni İPM-in 58.7-ci maddəsinin tələblərinə uyğun aparmamışdir.
22. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərardadı İPM-in 12.1, 12.2, 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət ərizənin təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1991/2022 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.