Məhkəmə qərarları › İş №2-1(102)-1780/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1780/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1780/2024 20.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka hüquqa dair qeydiyyatın və plan-ölçünün etibarsız hesab edilməsi; qeydiyyat orqanının faktiki xarakterli hərəkətinin mübahisələndirilməsi; planölçünün ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Əraz i İdarəsinə qarşı (üçüncü şəxslər: X58, X38 və X43) “dövlət qeydiyyatının və plan-ölçünün etibarsız hesab edilməsi” tələbinə, İddiaçı2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan-ölçünün ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-234/2024 saylı qərarından İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 1648 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən X39 Mərdəkan qəsəbəsi, 118 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv metr torpaq sahəsi ayrılmışdır. F.Quliyevin həmin torpaq sahəsinə mülkiyy ət hüququ xx.xx.2004-cü il tarixdə keçmiş DTXK-nın Bakı şəhər şöbəsində qeydiyyata alınmış, F.Quliyevin adına həmin tarixdə “Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə” (JN-12120D KOD ********) verilmişdir. 2. xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X10 qəsəbəsi, 118 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsini X4. 3. “Torpağın mülkiyyətə verilməsi haqqında” JN-12983D nömrəli şəhadətnaməyə əsasən xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 0,12 ha torpaq sahəsi X25 mülkiyyətinə keçmişdir. 4. xx.xx.2006-cı il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X45 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 118 saylı sahədə yerləşən 0,12 hektar torpaq sahəsinin 0,06 ha hissəsini İddiaçı1 satmışdır.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz ə mlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 4 (0,06 ha) xx.xx.2011-ci ildə İddiaçı1 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, sahənin planı və ölçüsü tərtib edilmişdir (torpaq sahəsinin koordinatları: 1.X427276.42, Y4481298,25,

2. X427299,22, Y4481308,9,

3. X427309,75, Y4481287.47, 4.X427286,83, Y4481276.81. Döngə nöqtələri arasında məsafə 1-2 arasında 25,17 m, 2-3 arasında 23,87 m, 3-4 arasında 25,28 m, 4-1 arasında 23,83 m). 6. xx.xx.2006-cı il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X45 ünvan 7 sahədə yerləşən 0,12 ha torpaq sahəsindən qalan 0,06 ha hissəsini X6.

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 7 sahədə yerləşən 0,06 ha torpaq sah əsi X40 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır. 8. 27.10.2007-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X53 ünvan 7 sahədə yerləşən 0,06 ha torpaq sahəsini X1.

9. Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nin 9 nömrəli, xx.xx.1990-cı il tarixli qərarına əsasən X26 fərdi yaşayış evinin inşa edilməsi üçün Mərdəkan qəsəbəsində 3/129 nömrəli sahədə 750 kv metr torpaq sahəsi ayrılmışdır.

10. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli, 29325 qeydiyyat nömrəli “torpaq sahəsinin planı və ölçüsü”nə əsasən həmin sənəd Xəzər rayonu, Mərdəkan qəsəbəsində mərhum X26 Xəzər rayonu, XDS İK-nin xx.xx.1990-cı il tarixli, 9 saylı qərarı ilə 750 kv metr torpaq sahəsinin 3/129 saylı fərdi yaşayış evinin tikintisi üçün ayrılması ilə bağlı tərtib edilmişdir. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları:

2. X 427303,86, Y 4481311,47, 3. 427313,90, Y 4481289,40,

5. X427286,49, Y 4481276,87, 1. 427276,35, Y 4481298,55, döngə nöqtələri arasında məsafə 2-3 arasında 24.25 m, 35 arasında 30.14, 5-1 arasında 23.94 m, 1-2 arasında 30.40 m göstərilmişdir. 11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-727/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qərarı ilə müəyyən olunur ki, iddiaçı X59 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna qarşı (üçüncü şəxslər X45 və İddiaçı1) JN12983D kod 00300016 qeydiyyat nömrəli, xx.xx.2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, N-1 seriyalı, ******* nömrəli, 17.07,2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsinin iddiaçının adına ilkin dövlət qeydiyyatının aparılması və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi haqqında iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2013-cü il tarixli qərardadı ilə iddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində mümkün sayılmamışdır. İddiaçının mübahisələndirdiyi şəhadətnamə və reyestrdən çıxarış barəsində verilmiş torpaq sahəsi ilə iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin üst-üstə düşməsi sübutlarla təsdiqlənmədiyindən iddia tələbi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi və torpağa mülkiyyət hüququnun qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissələrində əsassız hesab edilmiş, iddiaçının istifadəsində olan torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olması iş üzrə sübutlarla təsdiq edilmədiyi üçün iddia iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış verilməsi hissəsində əsaslı hesab edilmiş, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu XDS İK-nin xx.xx.1990-cı il tarixli, 9 saylı qərarı ilə iddiaçının anası X26 ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/129 ünvanında yerləşən 750 kv metr torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəs i Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir.

12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı sahə (0,073135 ha) xx.xx.2014-cü ildə X19 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 13. “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2014-cü il tarixli şəhadətnaməyə əsasən X59 və qeyrilərinə miras əmlak – Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı 0,073135 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 14. xx.xx.2014-cü il tarixli vərəsəlikdə miras payın bağışlanması haqqında müq aviləyə əsasən X59 və qeyriləri qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum anaları X15 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı 0,073135 ha torpaq sahəsini qardaşları X50 bağışlamışlar.

15. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı sahə (0,073135 ha) xx.xx.2014-cü ildə X47 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

16. AN-İ ******* nömrəli,xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X58 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı sahəni (0,073135 ha) X2.

17. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **** *** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı sahə (0,073135 ha) xx.xx.2014-cü ildə X20 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

18. AN-İ ******* nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X38 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı sahəni (0,073135 ha) X30 satmışdır.

19. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı sahə (0,073135 ha) X24 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır.

20. Daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən xx.xx.2014-cü ildə X43 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbə si, 3/129 saylı sahəni (0,073135 ha) İddiaçı2 bağışlamışdır.

21. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı sahə 0,073135 ha ölçüdə xx.xx.2015-ci ildə İddiaçı2 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

22. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 09999438 nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, ev 51 paylı mülkiyyət kimi X33 1/3 hissə, X11 1/3 hissə, X21 1/9 hissə, X28 1/9 hissə və X16 1/9 hissə mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır.

23. İddiaçı1 cavabdehə ünvanlanmış ərizəsindən görünür ki, İddiaçı1 iddia ərizəsində göstərilən tələbə uyğun qaydada cavabdehə yazılı müraciət ünvanlamışdır.

24. İddiaçı2 cavabdehə ünvanlanmış ərizəsindən görünür ki, İddiaçı2 iddia ərizəsində göstərilən tələbə uyğun qaydada cavabdehə yazılı müraciət ünvanlamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat İddiaçı1 iddiası üzrə

25. İddiaçı1 Bakı İnzibati Məhkəməsində cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq (üçüncü şəxs qismində X58, X38, X43 və İddiaçı2 olmaqla) X19 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 ünvanda 0,073135 ha. torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmış və hazırda İddiaçı2 adına verilmiş plan-ölçü sənədinin İddiaçı1 mülkiyyətində olan Bakı ş əhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha torpaq sahəsi üzərində verilməsindən ibarət cavabdehin hərəkətlərinin qanunsuz sayılması, cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində X19 adına ilkin qeydiyyatı aparılmış, hazırda İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 ünvanda 0,073135 ha torpaq sahəsinin İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 118 ünvanda 0,06 ha. torpaq sahəsi ilə üst-üstə düşən hissəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və plan-ölçünün etibarsız hesab edilməsi; İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 118 ünvanda 0,06 ha. torpaq sahəsinin naturada yerinin dəyişdirilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz say ılması, naturada yerdəyişmə ilə bağlı aparılmış qeydlərin etibarsız hesab edilməsi, etibarsızlıqla bağlı hüquqi nəticələrin reyestrdə qeydə alınması vəzifəsinin cavabdehə tapşırılması, İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 118 ünvanda 0,06 ha. torpaq sahəsinin xx.xx.2011-ci il tarixli, AA 035122 nömrəli plan-ölçüsünə əsasən sərhədlərinin və döngə nöqtələri koordinatlarının bərpa edilməsi vəzifəsinin cavabdehə tapşırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

26. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin xüsusi mülkiyyətçisidir. Çıxarışın verilməsinə əsas xx.xx.2006-cı ildə X45 ilə bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. Həmin alqı-satqı müqaviləsinə əsasən X45 mülkiyyətində olan, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 118 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsinin 0,06 ha hissəsini İddiaçı1 satmışdır.

27. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 ünvandakı sahəsi 750 kv metr olan torpaq sahəsi Bakı şəhəri Əzizbəyov rayonu XDS İK-nin xx.xx.1990-cı il tarixli, 9 saylı qərarı ilə fərdi ev tikmək məqsədilə mərhum X26 ayrılmışdır. Həmin torpaq sahəsinə dair mərhum Əminə Rzayevanın adına Azərbaycan Respublikası DTXK Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2011-ci ildə 20325 nömrə ilə uçota alınmış A 379501 seriyalı torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Əminə Rzayeva xx.xx.1994-cü ildə vəfat etmişdir. X23 Anar Vaqif oğlu ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə müraciət edərək mərhum anasının adına verilmiş sözügedən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Lakin imtina cavabı verilmiş, imtina cavabında torpaq sahəsinin ********** nömrəli, xx.xx.2011-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən digər fiziki şəxsin mülkiyyətində olması göstərilmişdir.

28. X48 iddiası əsasında qəbul edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2in(82)-727/2013 nömrəli qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, Anar Rzayevin mübahisələndirdiyi şəhadətnamə və reyestrdən çıxarış barəsində verilmiş torpaq sahəsi ilə (iddia tələbində mübahisələndirilən sahə İddiaçı1 mülkiyyətində olan ərazi olmuşdur) onun (A.Rzayevin) istifadəsinə verilmiş torpaq sahəsinin üst-üstə düşməsi təsdiq edilmədiyindən iddia tələbi xx.xx.2004-cü il tarixli, JN-12983D seriyalı, kod 00300016 saylı torpağın mülkiyyət şəhadətnaməsinin, seriya MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissələrində əsassız sayılmalıdır. İddiaçının (A.Rzayevin) istifadəsində olan torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olması iş materialları ilə təsdiqlənməmişdir. Məhz buna görə məhkəmə xx.xx.2013-cü il tarixli qərarı ilə iddia tələbini qismən təmin edərək Bakı şəhəri, Xəzər rayonu, XDS İK-ni xx.xx.1990-cı il tarixli, 9 saylı qərarı ilə X26 ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/129 ünvanında yerləşən 750 kv metr torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını qərara almışdır. İddia tələbi qalan hissədə (xx.xx.2004-cü il tarixli, JN-12983d seriyalı, kod 00300016 saylı torpağın mülk iyyət şəhadətnaməsinin, seriya MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissələrində) rədd edilmişdir.

29. Həmin qərardan İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında inzibati iş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının icraatında olan zaman təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, mərhum Əminə Rayevanın adına verilmiş torpaq sahəsinin plan və ölçüsündə əsas olan döngə nöqtələrinin koordinatlarına və İddiaçı1 adına tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsündə döngə nöqtələrinin koordinatlarına əsasən həmin torpaq sahələri üst-üstə düşmürlər. Bu rəydən sonra qərardan İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti geri götürülmüşdür.

30. Bundan sonra qeyd edilən məhkəmə qərarı əsasında X1 9 adına Mərdəkan qəsəbəsi, 3/129 ünvanında yerləşən 731,35 kv metr torpaq sahəsinin mülkiyyət hüququna dair ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli reyestrdən çıxarış verilmişdir.

31. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mərdəkan qəsəbəsində 3/129 ünvanında yerləşən 0,073135 ha torpaq sahəsi xx.xx.2014-cü ildə X19 adına ilkin qeydiyyata alınmışdır. Bundan sonra həmin torpaq sahəsi miras əmlak kimi X47 adına rəsmiləşdirilmişdir. xx.xx.2014-cü ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi X20 adına qeydə alınmış, xx.xx.2014-cü ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi X24 adına qeydə alınmışdır, bundan sonra xx.xx.2014-cü ildə bağlanmış bağışlama müqaviləsinə əsasən həmin torpaq sahəsi İddiaçı2 bağışlanmışdır və xx.xx.2015-ci ildə İddiaçı2 adına qeydiyyata alınmışdır. Hazırda da həmin şəxsin mülkiyyətindədir.

32. Cavabdehin xx.xx.2020-ci il tarixli məlumatında qeyd edilir ki, dövlət reyestrində olan məlumatlara əsasən X19 adına qeydə alanmış Mərdəkan qəsəbəsi, 3/129 ünvanında yerləşən 0,073135 ha torpaq sahəsi X24 adına qeydə alınmış və sonradan İddiaçı2 bağışlanılmış torpaq sahəsi ilə eyni torpaq sahəsidir. Bir neçə ay bundan əvvəl İddiaçı1 özünə məxsus torpaq sahəsinin başqaları tərəfindən qanunsuz olaraq zəbt və istifadə edildiyini, torpaq sahəsində bitki və ağac satışı fəaliyyəti ilə məşğul olmasını müəyyən etdikdən sonra Xəzər RPİ-nin 1-ci Polis Bölməsinə müraciət etmişdir. Bölmədə araşdırma aparılmış və müəyyən edilmişdir ki, İddiaçı1 məxsus torpaq sahəsinə İddiaçı2 qanunsuz olaraq sahi blik edir. İddiaçı2 həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını bildirmiş və çıxarış təqdim etmişdir. Verilmiş vəkil sorğusuna cavabında cavabdeh göstərmişdir ki, Mərdəkan qəsəbəsi, 3/129 saylı torpaq sahəsinin İddiaçı2 adına mülkiyyətdə olan torpaq sahəsinin arxiv qovluğunda olan məhkəmə qətnaməsinə və keçmiş DTXK-nın verdiyi bildiriş məktubuna, koordinatlara əsasən bu sahə ilə üst-üstə düşən, hazırda İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin yeri naturada müəyyən edilib dəyişdirilmiş, lakin hüquq sahibi (İddiaçı1) sənədləri düzəliş edilməsi üçün İdarəyə təqdim etməmişdir, bu səbəbdən torpaq sahələrinin üst-üstə düşməsi davam edir.

33. Halbuki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qey d edilmişdir ki, Elsel Novruzinin adına olan 0.12 torpaq sahəsi və İddiaçı1 adına verilmiş torpaq sahəsi ilə Anar Rzayevin istifadəsinə verilmiş torpaq sahəsinin üst-üstə düşməsi sübut edilmir. Anar Rzayevin istifadəsində olan torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olması iş üzrə sübutlarla təsdiq edilmir. Bu hal həm birinci instansiya, həm də apellyasiya instansiya mərhələlərində işə baxılması zamanı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyləri ilə də öz təsdiqini tapmışdır.

34. Bundan başqa, cavabdeh vəkil sorğularına verdiyi cavablarda bildirmişdir ki, İddiaçı1 məxsus torpaq sahəsinin yeri naturada müəyyən edilərək dəyişdirilmişdir. Lakin bu dəyişməyə əsas olan sənədlər cavabdehdən tələb edilsə də cavabdeh həmin sənədləri təqdim etməmişd ir.

35. İddiaçı1 adına torpaq sahəsinə dair mülkiyyət hüquqları xx.xx.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, bundan təqribən 3 il sonra Əminə Rzayevanın, sonda isə İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə dair çıxarış verildikdə nəyə görəsə Əminə Rzayevanın torpaq sahəsinin yerini dəqiq müəyyənləşdirmək əvəzinə daha əvvəl qeydiyyat apardığı torpaq sahəsinin (İddiaçı1 torpaq sahəsinin) yerini dəyişdirmişdir. Cavabdeh İddiaçı1 adına qeydə aldığı torpaq sahəsinin üzərində mülkiyyət hüququnu bu dəfə Əminə Rzayevanın adına qeydə almışdır.

36. İddiaçı1 özünə məxsus torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair əqd imzalamamış, torpaq sahəsinin yerinin dəyişdirilməsi barədə heç bir quruma müraciət etməmişdir. Cavabdeh isə heç bir əsas və məhkəmə qətnaməsi olmadan İd diaçı1 adına olan torpaq sahəsinin yerini dəyişdirməklə iddiaçının dövlət tərəfindən qorunan və təminat verilən mülkiyyət hüquqlarına qəsd etmişdir.

37. Bundan başqa, X19 adına torpaq sahəsi verilməsi barədə Əzizbəyov rayon XDS İK tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 9 saylı qərarın və bu qərara əlavə edilmiş cizgi planın arxiv surətinin təqdim edilməsi barədə sorğuya cavabda qərarın surəti təqdim edilmiş, lakin bildirilmişdir ki, qərara cizgi planı əlavə edilməmişdir. O zaman sual yaranır ki, cavabdeh mərhum Əminə Rzayevanın adına Mərdəkan qəsəbəsi, 3/129 saylı ünvanda torpaq sahəsini qeydə alan zaman torpaq sahəsinin koordinatlarını necə müəyyən etmiş və digər şəxsin – İddiaçı1 artıq reyestrdə qeydə alınmış torpaq sahəsinin üzərində qanunsuz olaraq növbəti dəfə qeydiyyat aparmış dır. İddiaçı1 göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:

38. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən hazırda İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı, **********46 reyestr nömrəli torpaq sahəsinin arxiv qovluğunda olan məhkəmə qətnaməsinə və DTXK-nin verdiyi bildiriş məktubuna, koordinatlara əsasən bu torpaq sahəsi ilə üst-üstə düşən hazırda İddiaçı1 mülkiyyətində olan ünvan 4 ünvanında olan **********14 reyestr nömrəli torpaq sahəsi naturada müəyyən edilib dəyişdirilmişdir. Lakin hüquq sahibi sənədlərə düzəliş edilməsi üçün idarəyə müraciət etməmişdir. Bu səbəbdən də torpaq sahələrinin üst-üstə düşməsi qalma qdadır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı2 iddiası üzrə

39. İddiaçı2 Bakı İnzibati Məhkəməsində cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs qismində İddiaçı1 göstərilməklə) iddia qaldıraraq İddiaçı1 adına olan xx.xx.2011ci il tarixli, MA ******* nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi və sonuncunun torpaq sahəsinə dair ilkin sənədlərinə uyğun olaraq, yeni “Torpaq sahəsinin plan və ölçüsü”nün tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

40. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 ünvanda 0,073135 ha torpaq sahəsi İddiaçı2 mülkiyyətindədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-727/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qərarı İddiaçı1 tərəfindən mübahisələndirilməmişdir. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra edən dövlət orqanının hərəkətlərinin qanunsuz hesab edilməsinə dair iddia əsassızdır. Qeyd edilən qərarda məhkəmənin əsaslandığı 01/041731 saylı, xx.xx.2013-cü il tarixli mütəxəssis rəyində bildirilmişdir ki, hazırda maraqlı şəxs İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə dair ilkin mülkiyyətçi X26 Əzizbəyov rayon X37 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 09 saylı qərarı və qərarın ayrılmaz tərkib hissə si olan cizgi planında torpaq sahəsinin koordinatları, ilkin mülkiyyətçiyə sonradan – yəni xx.xx.2011-ci il tarixdə verilmiş 379501 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan koordinatlarla üstüstə düşür. Yəni torpaq sahəsinə dair ilkin sənədlərdə və sonradan verilmiş sənədlərdə torpaq sahəsinin ölçüləri ilə bağlı hər hansı uyğunsuzluq yoxdur. Adı çəkilən qərarda məhkəmənin əsaslandığı xx/xx-1731 saylı, xx.xx.2013-cü il tarixli mütəxəssis rəyində həmçinin bildirilmişdir ki, hazırkı iş üzrə İddiaçı1 adına olan sənədlərin verilməsinə əsas olmuş ilkin sənədlər, yəni xx.xx.2000-ci il tarixli, 1648 saylı sərəncama dair cizgi planı təqdim edilməmişdir. Yəni torpağın koordinatları müəyyən edilməmişdir.

41. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 10/4593 nömrəli ekspert rəy inə əsasən də torpağa dair İddiaçı1 adına verilmiş sənədlərlə torpağa dair ilkin sənədlər arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi DƏDRX-nin xx.xx.2020ci il tarixli məktubu iddiaçıya imtina məktubu deyildir. Həmin məktubda iddiaçıya hüquq sahibi kimi ona məxsus torpaq sahəsinə dair sənədlərə düzəliş edilməsi üçün idarəyə müraciət edilməsinin zəruriliyi bildirilmişdir. Məhz iddiaçının idarəyə müraciət etməməsi səbəbindən onun sənədlərində uyğunsuzluğun qalması davam etməkdədir.

42. Beləliklə, yuxarıda qeyd edilən məhkəmə qərarına, habelə ekspert və mütəxəssis rəylərinə əsasən müəyyən edilmişdir ki, İddiaçı1 adına olan xx.xx.2011-ci il tarixli, MA ******* nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”ndə ilkin sənədlərə uyğun olmayan koordinatlar əks olunmuşdur. İddiaçı2 göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:

43. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir. Ekspert rəyi:

44. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-5234/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur. Birinci sual: İddiaçı1 mülkiyyətindəki Mərdəkan qəsəbəsi 118 saylı sahənin bir hissəsi 0,06 ha ərazisi olan torpaq sahəsi ilə (xx.xx.2011 -ci il tarixli ********** qeydiyyat, **********14 rey estr nömrəli seriya MA №0305381 saylı çıxarış), ilkin olaraq X19 adına qeydiyyata alınmış (xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış) və hazırda üçüncü şəxs İddiaçı2 mülkiyyətində olan Mərdəkan qəsəbəsi 3/129 saylı ünvanda yerləşən 0,073135 ha ərazisi olan torpaq sahəsi (xx.xx.2015-ci il tarixli ********** qeydiyyat, **********46 reyestr nömrəli seriya RX ******* saylı çıxarış) onların plan-ölçülərinə əsasən döngə nöqtələrinin koordinatları əsas götürülməklə eyni torpaq sahələridirmi? İkinci sual: Yuxarıda qeyd edilmiş çıxarışlar əsasında İddiaçı1 mülkiyyətindəki torpaq sahəsi ilə İddiaçı2 mülkiyyətindəki torpaq sahəsi hər hansı hissədə üst-üstə düşürmü, kəsişirmi və yaxud bir-biri ilə sərhəddə yerləşirmi? Üçüncü sual: İddiaçı1 mülkiyyətindəki torpaq sahəsinin hansı his səsi naturada yeri dəyişdirilmişdir, bu nə vaxt baş vermişdir və bu dəyişdirməyə əsas nə olmuşdur? Dördüncü sual: İddiaçı1 mülkiyyətindəki yuxarıda göstərilmiş torpaq sahəsinin naturada yeri dəyişdirilənədək onun yeri-ərazisi, sahəsi və döngə koordinatları müəyyən edilməklə hansı olmuşdur? Beşinci sual: İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş çıxarışa və plan-ölçüyə əsasən torpağın döngə nöqtələrinin koordinatları faktiki naturada mövcud olan və yerində baxış keçirilmiş torpaq sahəsi ilə uyğunluq təşkil edirmi? Altıncı sual: İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş çıxarışa və plan-ölçüyə əsasən torpağın döngə nöqtələrinin koordinatları faktiki naturada mövcud olan və yerində baxış keçirilmiş torpaq sahəsi ilə uyğunluq təşkil edirmi? Yeddinci sual: Daşınm az əmlakın elektron baza və arxiv məlumatlarına əsasən faktiki naturada mövcud olan və yerində baxış keçirilmiş, döngə nöqtələrinin koordinatları müəyyən edilmiş torpaq sahəsi əvvəl və hazırda (tarixlər göstərilməklə) kimin mülkiyyəti hesab edilir?

45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4593 nömrəli ekspert rəyi ilə ekspertiza qarşısında qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir: Birinci və ikinci sualları üzrə: ünvan 7 ünvanda yerləşən İddiaçı1 adına olan xx.xx.2011-ci il tarixli, MA №0305381 saylı çıxarışa əsasən mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilmiş koordinatlara görə ilkin olaraq X19 adına qeydiyya ta alınmış (xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) və hazırda üçüncü şəxs İddiaçı2 mülkiyyətində olan Mərdəkan qəsəbəsi, 3/129 saylı ünvanda yerləşən 0,073135 ha ərazisi olan torpaq sahəsi (xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat, **********46 reyestr nömrəli seriya RX ******* saylı çıxarış) ilə üstüstə düşməsi müəyyən edilir. İddiaçı1 adına verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin verilməsinə əsas olmuş ilkin sənəd olan əvvəlki mülkiyyətçi X25 adına verilmiş JN-12983D, kod 00300016 nömrəli şəhadətnaməyə əsasən AR DTXK tərəfindən verilmiş koordinatlar, üçüncü şəxs İddiaçı2 mülkiyyətində olan Mərdəkan qəsəbəsi, 3/129 saylı ünvanda yerləşən 0,073135 ha ərazisi olan torpaq sahəsi (xx.xx.2015-ci il tarixli, ********** qeydi yyat, **********46 reyestr nömrəli seriya RX ******* saylı çıxarış) ilə üst-üstə düşməsi müəyyən edilmir. Bu da İddiaçı1 adına verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü” sənədində əks olunan koordinatların həmin sənədin verilməsinə əsas olmuş ilkin sənədə, yəni JN-12983 D, kod 00300016 nömrəli şəhadətnaməyə əsasən AR DTXK tərəfindən verilmiş koordinatlar arasında uyğunsuzluqla əlaqədardır. Üçüncü və dördüncü suallar üzrə: İddiaçı1 adına olan xx.xx.2011-ci il tarixli, MA №0305381 saylı çıxarışa əsasən mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”ndə, həmin torpaq sahəsinin ilkin sənədinə əsasən müəyyən edilmiş koordinatlara uyğun olmayan koordinatlar əks olunmuşdur. Bununla əl aqədar DƏDRX tərəfindən İddiaçı1, onun torpağının naturada yerinin müəyyən edilməsi barədə məlumat verilmiş, lakin İddiaçı1 torpağa dair sənədlərin düzəliş edilməsi üçün DƏDRX-ə təqdim etməmişdir. Beşinci sual üzrə: İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli, MA №0305381 saylı çıxarışa əsasən mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”ndə əks olunan koordinatlarla yerində baxış keçirilmiş mübahisəli torpaq sahəsinin koordinatları uyğunluq təşkil etsə də İddiaçı1 adına verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin verilməsinə əsas olmuş ilkin sənəddə, yəni əvvəlki mülkiyyətçi X25 adına verilmiş JN12983D, kod 00300016 nömrəli şəhadətnaməy ə əsasən AR DTXK tərəfindən verilmiş koordinatlar yerində baxış keçirilmiş mübahisəli torpaq sahəsinin koordinatları ilə uyğunluq (eynilik) təşkil etmir. Altıncı sual üzrə: İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş çıxarışa və plan-ölçüyə əsasən torpağın döngə nöqtələrinin koordinatları faktiki naturada mövcud olan yerində baxış keçirilmiş torpaq sahəsi ilə uyğunluq (eynilik) təşkil edir. Yeddinci sual üzrə: İş materiallarında olan məlumatlara əsasən daşınmaz əmlakın elektron baza və arxiv məlumatlarına əsasən faktiki naturada mövcud olan və yerində baxış keçirilmiş, döngə nöqtələrinin koordinatları müəyyən edilmiş 0.073135 ha torpaq sahəsi əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmla kın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX ******* nömrəli çıxarışa əsasən X19 vərəsəlik hüququ haqqında şəhadətnamə ilə RX0450336 saylı, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən X47, Bakı şəhəri 38 saylı DNK-nın xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X20, 19 saylı DNK-nın xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X24 mülkiyyətində olmuş və halhazırda xx.xx.2014-cü il tarixli, RX ******* saylı çıxarışa əsasən İddiaçı2 mülkiyyətindədir. Mütəxəssis rəyi:

46. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə xx.xx.2012-ci il tarixli, 2in(82)1997/2013 saylı qərardadın icrası ilə bağlı verdiyi mütəxəssis rəyinə əsasən X26 Əzizbəyov rayon XDS İK-ni n xx.xx.1990-cı il tarixli, 09 saylı qərarı və qərarın ayrılmaz tərkib hissəsi olan tərpənmə nöqtələrilə bağlılıq olmaq şərti ilə tərtib edilmiş cizgi planında qeyd olunan torpaq sahəsi A№379501 saylı “Torpaq sahəsinin planı və ölçüsün”də qeyd edilmiş koordinatlarla üst-üstə düşür.

47. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş mütəxəssis rəyinə əsasən iddiaçı X48 mərhum anası X19 adına verilmiş torpaq sahəsinin planı və ölçüsündə olan əsas döngə nöqtələrinin koordinatlarına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən üçüncü şəxs kimi İddiaçı1 adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə dön gə nöqtələrinin koordinatlarına əsasən həmin torpaq sahələri üst-üstə düşmür və ayrı-ayrı torpaq sahələridir. Məlumat üçün bildirilmişdir ki, X48 xx.xx.2012-ci il tarixli müraciətinə əsasən JN-12983 D kod 00300016 sayı şəhadətnamədə göstərilən məlumatlarla A №379501 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən məlumatlar üst-üstə düşdüyü üçün mübahisələndirilmiş və JN-12983 D şəhadətnamədə göstərilən torpaq sahəsinə yeni dəqiqləşdirilmiş və sahəyə yeni koordinatlar verilmişdir.

48. Cavabdehin “BHM və Partnyorları” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2020ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı sahədə yerləşən 0,073135 ha torpaq sahəsi 19 saylı DNK-da xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X24 adına qeydiyyata alınmışdır, həmin torpaq sahəsi ilə X34 adına qeydə alınmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı sahədə yerləşən 0,073135 ha torpaq sahəsi eyni torpaq sahəsidir.

49. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı1 mülkiyyətindəki torpaq sahəsi ilə İddiaçı2 mülkiyyətindəki torpaq sahəsində üst-üstə düşmə mövcuddur; “İddiaçı1 mülkiyyətindəki torpaq sahəsinin hansı hissədə naturada yeri dəyişdirilmiş, bu nə vaxt baş vermişdir və bu dəyişməyə əsas nə olmuşdur” sualına cavab olaraq keçmiş DTXK-nın nəzdində Torpaq Kadastrı və Monitorinqi Elmİstehsalat Mərkəzinin Bakı X51 Mərkəzi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 48894B nömrəli məktubun və koordinat cədv əlinin məhkəməyə göndərilməsi qeyd edlmşdir; “İddiaçı1 mülkiyyətindəki yuxarıda göstərilmiş torpaq sahəsinin naturada yeri dəyişdirilənə qədər onun yeri-ərazisi, sahəsi və döngə koordinatları müəyyən edilməklə hansı olmuşdur” sualına cavab olaraq İddiaçı1 adına verilmiş xx.xx.2011-ci il tarixli **********14 reyestr nömrəli, 0,06 ha torpaq sahəsi üçün tərtib edilmiş plan və ölçünün məhkəməyə göndərildiyi qeyd edilmişdir; ”İddiaçı1 mülkiyyətindəki torpaq sahəsinə dair verilmiş çıxarışa və plan ölçüyə əsasən torpağın döngə nöqtələrinin koordinatları faktiki naturada mövcud olan və yerində baxış keçirilmiş torpaq sahəsi ilə uyğunluq təşkil edirmi” sualına cavab olaraq “mülkiyyətə verilmiş torpaq sahəsi baxış keçirilmiş torpaq sahəsi ilə uyğundur” cavabı qeyd edilmişdir, “İddiaçı2 mülkiyyətində ki torpaq sahəsinə dair verilmiş çıxarışa və plan ölçüyə əsasən torpağın döngə nöqtələrinin koordinatları faktiki naturada mövcud olan və yerində baxış keçirilmiş torpaq sahəsi ilə uyğunluq təşkil edirmi” sualına cavab olaraq “torpaq sahəsinə verilmiş çıxarış və plan-ölçünün faktiki vəziyyətə uyğunluq təşkil etdiyi” qeyd edilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş DTXK-nın nəzdində Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin Bakı X51 Mərkəzi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 48-894B nömrəli məktuba əsasən X25 Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki torpaq sahəsinin koordinatları: 1) X=427252.3663, y=4481315.6789, 2)X=427293.6423, Y=4481336.3829, 3)X=427303.8649, Y=4481311,4709, 4) X=427276.3515, Y=4481298.5488, 5)X-=427263.4737, Y=4481292.5704 göstərilmişdir.

50. Cava bdeh tərəfindən “BHM və Partnyorları” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyinə əsasən vətəndaş X13 DTXK müraciəti əsasında X56 və Monitorinqi Elm-İstehsalat Mərkəzinin Bakı X51 Mərkəzi tərəfindən keçmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2012-ci il tarixli, 48-894B nömrəli bildiriş məktubunun əlavəsində X25 adına verilmiş JN-12983D saylı şəhadətnamə üzrə torpaq sahəsinin faktiki vəziyyətində döngə nöqtələrinin müəyyənləşdirilməsinə dair koordinat cədvəli göstərilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, məktubda qeyd olunan döngə nöqtələrinin koordinatları mübahisəli torpaq sahəsinin şimal sərhəd qonşuluğundakı torpaq sahəsini əhatə edir. Həmin ərazinin torpaq sahəsi 0,12 ha olm aqla fərdi yaşayış evi paylı mülkiyyət üzrə X41 1/3 hissə, X14 1/3 hissə, X29 1/9 hissə, X35 1/9 hissə və X22 1/9 hissə aid olmaqla dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan fərdi yaşayış evinin qeydiyyatına dair ilkin əsaslar Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli sərəncamı və bununla bağlı keçmiş DTXK tərəfindən verilmiş JN-1653H saylı şəhadətnamə olmuşdur (yaşayış evi ilkin olaraq 2002-ci ildə qeydiyyata alınmışdır). Həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə edilmişdir. 51. “X52 və Ekspertiza Mərkəzi” MMC-nin 192 №li, xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə və ortofoto görüntüsünə əsasən: - İddiaçı1 məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 118 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və İddiaçı2 mülkiyyətinə verilmiş Mərdəkan qəsəbəsi, 3/129 ünvanında yerləşən 0,073135 ha torpaq sahəsi üst-üstə düşür; - İddiaçı2 mülkiyyətinə verilmiş Mərdəkan qəsəbəsi, 3/129 ünvanında yerləşən 0,073135 ha torpaq sahəsi, ilkin olaraq X19 adına xx.xx.2014-cü il tarixdə ilkin hüquqi qeydiyyata alınarkən və onun adına xx.xx.2011-ci il tarixli, 29325 nömrəli, A 379501 seriyalı torpaq sahəsinin plan və ölçüsü verilərkən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş Kadastr planından götürülmüşdür. Kadastr planında X19 adına torpaq sahəsinin Əzizbəyov RİH XDS İK-nin xx.xx.1990-cı il tarixli 9 saylı qərarına əsasən ayrılması qeyd edilmiş, lakin təqdim edilmiş sorğudakı arxiv məlumatlarına əsasən Əzizbəyov RİH XDS İK-nin xx.xx.1990-cı il tarixli, 9 saylı qərarına hər hansı cizgi-plan əlavə edilməmişdir. - İddiaçı1 məxsus torpaq sahəsi X7 DTXK Bakı şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, JN-12983 D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən məxsus olan 0,12 ha torpaq sahəsi ilkin qeydiyyata alınma zamanı koordinatlar əsas götürülməklə üst-üstə düşür, eyni ərazini əhatə edir; - X32 məxsus olmuş JN-12983 D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,12 ha torpaq sahəsindən digər 0,06 ha torpaq sahəsini X9 və hazırda X17 mülkiyyətində olan Mərdəkan qəsəbəsi, Dərya Dadaşov küçəsi,67 ünvanındakı 0,07879 ha torpaq sahəsi, döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qə səbəsi, 118 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə həmsərhəd olmaqla bir-birinə bitişik yerləşir, X7 DTXK Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2004-cü ildə JN 12983D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilərkən ona məxsus 0,12 ha torpaq sahəsinin həmin dövrdəki döngə nöqtələrinin koordinatları müəyyən edilərək həmin torpağın yeri sxemdə göstərilir, JN 12983D nömrəli şəhadətnamə verilərkən mövcud olmuş döngə nöqtələrinin koordinatları arasında İddiaçı1 məxsus Xəzər rayon Mərdəkan qəsəbəsi, 118 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə verilmiş koordinatlar İddiaçı1 adına olan xx.xx.2011-ci il tarixli AA 035122 saylı torpaq sahəsinin plan və ölçüsündəki koordinatlarla eynidir, həmin 0,06 ha torpağın yeri sxemdə göstərilir, müəyyən edilmiş koordinatlara əsasən hər iki torpaq sahəsi eyni ərazini əhatə edir; - X32 məxsus olmuş JN 12983D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,12 ha torpaq sahəsi xx.xx.2012-ci ildən sonra müəyyən edilmiş döngə koordinatlarına əsasən həmin yerə bitişik, qonşu torpaq sahəsinə yerləşdirilmişdir. xx.xx.2012-ci ildən sonra dəyişdirilmiş döngə koordinatları əsasında X32 məxsus olmuş 0,12 ha torpaq sahəsi, hazırda İddiaçı1 məxsus 0,06 ha və X18 məxsus 0,07879 ha torpaq sahəsi ilə eyni ərazini əhatə etmir, bitişik olmaqla qonşu ərazidə yerləşir; - X32 məxsus olmuş JN12983D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,12 ha torpaq sahəsinin döngə nöqtələrinin - - - koordinatlarının dəyişdirilməsinə əsas keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nəzdində fəaliyyət göstərm iş X56 və Monitorinqi Elm-İstehsalat Mərkəzinin Bakı X31 xx.xx.2012-ci il tarixli 48-894B saylı məktubuna əsasən X59 adlı şəxsin müraciəti olmuşdur. X48 müraciətinə əsasən 2012-ci ildə X32 məxsus olmuş 0,12 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları dəyişdirilsə də Anar Rzayevin mərhum anası X19 adına ilkin qeydiyyat dəyişdirilmədən 2 il sonra xx.xx.2014-cü ildə aparılmışdır. 2012-ci ildə edilmiş bu dəyişdirmə zamanı X25 adına JN12983 D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,12 ha torpaq sahəsi mövcud olmamışdır, belə ki, həmin 0,12 ha torpaq sahəsi 6 il əvvəl xx.xx.2006-cı ildə artıq iki vətəndaşa - İddiaçı1 və Emin Xanlarova satılmışdır; X32 məxsus olmuş JN12983 D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,12 ha torpaq sahəs i xx.xx.2012-ci ildən sonra dəyişdirilmiş döngə nöqtələrinin koordinatlarına əsasən hal-hazırda X36 və ailə üzvlərinin paylı mülkiyyətində və istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşür, X36 və ailə üzvlərinin paylı mülkiyyətində olan torpaq sahəsinin əldə edilməsinin əsası Əzizbəyov RİHB-nin xx.xx.2000-ci il tarixli sərəncamı və keçmiş DTXK-nın JN-1653 H saylı şəhadətnaməsi, eləcə də həmin ünvanda olan yaşayış evinin 2002-ci ildə reyestrdə qeydiyyata alınması olmuşdur. Hal-hazırda həmin ərazi X36 və ailə üzvlərinin paylı mülkiyyətindədir və torpaq sahəsinin üst-üstə düşməsi qalmaqdadır; İddiaçı1 məxsus Xəzər rayonu Mərdəkan qəsəbəsi, 118 ünvanında yerləşən 0,06 torpaq sahəsi ilə İddiaçı2 mülkiyyətinə verilmiş Mərdəkan qəsəbəsi, 3/129 ünvanında yerləşən 0,073135 ha torpaq sahəsinin üst-üstə düşməsinin X32 JN12983D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olmuş 0,12 ha torpaq sahəsinin döngə nöqtələrinin keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nəzdində fəaliyyət göstərmiş X56 və Monitorinqi Elm-İstehsalat Mərkəzinin Bakı X31 xx.xx.2012-ci il tarixli 48894B saylı məktubuna əsasən dəyişdirilməsi arasında hər hansı əlaqə və bağlılıq yoxdur. X12 JN12983 D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olmuş 0,12 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları 2012-ci ildə dəyişdirilərkən artıq həmin torpaq sahəsi 6 il əvvəl 2006-cı ildə hər biri 0,06 ha olmaqla İddiaçı1 və Emin Xanlarova satılmışdır, yəni koordinat dəyişilməsi zamanı X25 adında JN 12983D nömrəli şəhadətnamə əsasında 0,12 ha torpaq sahə si artıq mövcud deyildi. X5 JN 12983 D nömrəli şəhadətnamə əsasında məxsus olmuş 0,12 ha torpaq sahəsinin koordinatları 2012-ci ildə dəyişdirlərkən nə İddiaçı1 məxsus 0,06 ha torpaq sahəsinin, nə də ki, 0,06 ha torpaq sahəsinin (hazırda X17 mülkiyyətində olan) koordinatları dəyişdirilməmiş, olduğu kimi saxlanılmışdır; İddiaçı1 məxsus Mərdəkan qəsəbəsi, 118 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ilə İddiaçı2 mülkiyyətinə verilmiş Mərdəkan qəsəbəsi, 3/129 ünvanında yerləşən 0,073135 ha torpaq sahəsinin üst-üstə düşməsi faktı həmin 0,073135 ha torpaq sahəsi xx.xx.2014-cü ildə X19 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyat aparılmasından sonra yaranmışdır.

52. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1023/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı2 cavabdeh Daşı nmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə verilmiş plan və ölçünün ləğv edilməsi barədə” (üçüncü şəxs qismində İddiaçı1 cəlb edilməklə) iddia ərizəsinə dair 2-1(112)-1023/ 2023 nömrəli inzibati iş İddiaçı1 iddiası üzrə 2-1(112)218/2023 nömrəli inzibati işlə bir icraatda birləşdirilmişdir.

53. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-218/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı2 və İddiaçı1 üçüncü şəxslər qismində icraatda iştiraklarına xitam verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

54. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-218/2023 saylı qərarı ilə İddiaçı1 iddia tələbi təmin edilərək X19 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 3/129 ünvand a 0,073135 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmış və hazırda İddiaçı2 adına verilmiş plan-ölçü sənədinin, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha torpaq sahəsi üzərində verilməsindən ibarət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətləri qanunsuz sayılmış; Cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində X19 adına ilkin qeydiyyatı aparılmış, hazırda İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 3/129 ünvanda 0,073135 ha torpaq sahəsinin İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestr ində aparılmış qeydiyyat və plan-ölçü etibarsız hesab edilmiş; İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha torpaq sahəsinin naturada yerinin dəyişdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətləri qanunsuz sayılmış, naturada yerdəyişmə ilə bağlı aparılmış qeydlər etibarsız hesab edilmiş, etibarsızlıqla bağlı hüquqi nəticələrin reyestrdə qeydə alınması vəzifəsi cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş; İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha torpaq sahəsinin xx.xx.2011-ci il tarixli AA 035122 nömrəli planölçüsünə əsasən sərhədlərinin və döngə nöqtələri koordinatlarının bərpa edilməsi vəzifəsi Daşınmaz Əmlakın Döv lət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. İddiaçı2 iddia tələbi təmin edilməmişdir.

55. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həm İddiaçı1, həm də İddiaçı2 Bakı şəhərində Mərdəkan qəsəbəsində yerləşən ayrı-ayrı torpaq sahələri üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, lakin hazırda cavabdeh hər iki torpağın koordinatlarının üst-üstə düşməsini bildirir və bunu onunla izah edir ki, İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin yeri vaxtilə X48 xx.xx.2012-ci il tarixli müraciətinə əsasən dəqiqləşdirilmiş və sahəyə yeni koordinatlar verilmişdir, İddiaçı1 isə bununla bağlı cavabdehə müraciət etməmişdir.

56. Göründüyü kimi, işin mübahisəsiz halı ondan ibarətdir ki, iki torpaq mülkiyyətçisi arasın da mübahisə yaranmasına səbəb məhz cavabdeh tərəfindən mülkiyyətçi İddiaçı1 müraciəti olmadan və ya bununla bağlı məhkəmə qətnaməsi olmadan İddiaçı1 torpaq sahəsinin yerinin dəyişdirilməsidir, halbuki cavabdehin hazırkı mübahisənin yaranmasına səbəb olmuş torpaq sahəsinin yerinin (koordinatının) dəyişdirilməsində ifadə olunmuş hərəkəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 141.3-cü maddəsinin tələblərinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun normalarına uyğun olmamışdır. Belə ki, hazırda İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətçisi olmuş X59 adlı şəxsin müraciəti əsasında 2012-ci ildə İddiaçı1 torpaq sahəsini satmış X25 adına vaxtilə qeydə alınmış torpaq sahəsinin koordinatlarına cavabdeh dəyişiklik etmişdir. Halbuki qanunvericilikdə məhkə mə aktı və mülkiyyətçi olmayan şəxsin müraciəti olmadan torpaq sahəsi ilə bağlı qeydə alınmış məlumatlara dəyişiklik edilməsi nəzərdə tutulmamışdır. Cavabdeh belə dəyişikliyin hüquqi əsaslarını təsdiq edən yəni əslində torpağın ilkin koordinatlarının düzgün olmadığını və torpağın faktiki olaraq düzəliş edilmiş koordinatlara uyğun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

57. Bundan başqa, koordinatlarına dəyişiklik edilmiş 0.12 ha torpaq sahəsi vahid əmlak şəkilində X32 məxsus olmuşdur, İddiaçı1 torpaq sahəsi də həmin torpaq sahəsinin bir hissəsidir, qalan 0,06 ha hissəsi ilkin olaraq X45 tərəfindən X8 və hazırda X17 mülkiyyətində olan torpaq sahəsidir, 0,12 ha torpaq sahəsinin X25 adına qeydə alınmış koordinatlarına dəyişiklik edildiyi halda həm İddiaçı1, həm də X3 torpa q sahələrinin yerləri dəyişilməli idi, lakin yalnız İddiaçı1 torpağının yeri dəyişdirilmiş, Sevanə Məmmədovanın torpaq sahəsinin yeri isə dəyişdirilmədən olduğu kimi saxlanılmışdır.

58. Halbuki iş materiallarına əsasən X18 məxsus torpaq sahəsi, döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı1 məxsus 0,06 ha torpaq sahəsinə həmsərhəd olmaqla bir-birinə bitişik yerləşir, X25 adına verilmiş xx.xx.2004-cü ildə JN 12983 D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, həm İddiaçı1 məxsus Xəzər rayon Mərdəkan qəsəbəsi, 118 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini, həm də X8 və hazırda X17 mülkiyyətində olan torpaq sahəsini əhatə edir. xx.xx.2012-ci ildən sonra dəyişdirilmiş döngə koordinatları əsasında X32 məxs us olmuş 0,12 ha torpaq sahəsi, hazırda İddiaçı1 məxsus 0,06 ha və X18 məxsus 0,07879 ha torpaq sahəsi ilə eyni ərazini əhatə etmir.

59. Həmçinin qeyd edilməlidir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-727/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, iddiaçıların torpaq sahələri eyni sahə deyillər, həmin qərara əsasən iddiaçı X48 mübahisələndirdiyi, barəsində JN-12983D kod 00300016 qeydiyyat nömrəli, xx.xx.2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (X25 adına olan), ******* nömrəli çıxarış verilmiş (İddiaçı1 adına verilmiş) torpaq sahəsi ilə iddiaçı X48 – İddiaçı2 torpağının əvvəlki mülkiyyətçilərində biri, torpağın koordinatlarının dəyişdirilməsi barədə müraciət edən şəxs kimi cavabdeh tərəfindən göstərilmiş şəxs) isti fadəsinə verilmiş torpaq sahəsinin üst-üstə düşməsi sübutlarla təsdiqlənməmişdir, iddiaçının istifadəsində olan torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olması sübut edilməmişdir.

60. Hazırkı iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4593 nömrəli ekspert rəyində İddiaçı1 mülkiyyətində olan torpaq sahəsi ilə həmin sahənin ilkin sənədi olan əvvəlki mülkiyyətçi X25 adına verilmiş şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsi ayrı-ayrı ərazilər olduğu üçün həmin torpaq sahələri arasında koordinatlar arasında uyğunsuzluğun mövcud olması qeyd edilsə də məhkəmə ekspert rəyinin qeyd edilən hissəsi ilə razılaşmır, belə ki, ekspert tərəfindən həmin uyğunsuzluq İddiaçı2 torpağının əvvəlki mülkiyyətçiər indən biri olan X23 Anar Vaqif oğlunun müraciəti əsasında dəyişdirilmiş koordinatlar əsasında müəyyən edilmişdir. Halbuki torpaq sahəsinin koordinatları ilkin məlumatlar – koordinatlara dəyişiklik edilməzdən əvvəl müəyyən edilmiş koordinatlar əsasında müəyyən edilməli idi.

61. Cavabdeh İddiaçı1 iddia tələbində əks olunan müraciətini təmin etməli olduğu halda, bunu etməmiş, bununla da “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsində nəzərdə tutulmuş “inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur”, 24.3-cü maddəsində nəzərdə tutulmuş “inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir”, 10.1-ci maddəsində nəzərdə tutulmuş “Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir”, 11.1-ci maddəsində nəzərdə tutulmuş “inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar” prinsiplərini pozmuşdur.

62. Məhkəmə İddiaçı2 İddiaçı1 adına olan xx.xx.2011-ci il tarixli, MA ******* nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli “Torpa q sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi və sonuncunun torpaq sahəsinə dair ilkin sənədlərinə uyğun olaraq, yeni “Torpaq sahəsinin plan və ölçüsü”nün tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbi ilə bağlı qeyd edir ki, hal-hazırda İddiaçı1 adına olan torpaq sahəsinin İddiaçı2 (ilkin mülkiyyətçi X19) adına olan torpaq sahəsi ilə eyni olmaması qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-727/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qərarı ilə müəyyən edilir, eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının nəticəsinə dair tərtib edilmiş ekspert rəyinin 5-ci hissəsində göstərilir ki, İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli, MA №0305381 saylı çıxarışa əsasən mülkiyyət hüququ ilə qeydiyyata alın mış 0,06 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”ndə əks olunan koordinatlarla yerində baxış keçirilmiş mübahisəli torpaq sahəsinin koordinatları uyğunluq təşkil edir.

63. Belə olan halda, xx.xx.2011-ci il tarixli, MA ******* nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilən məlumatlar torpaq sahəsinin faktiki koordinatlarını və ölçüsünü əks etdirdiyi üçün həmin sənədin ləğv edilməsi tələbini məhkəmə əsassız hesab edir.

64. İddiaçı2 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və İddiaçı1 iddiasının rədd edilməsini və onun özü tərəfindən verilmiş iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

65. Cavabdeh qərarı mübahisələndirməmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

66. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-234/2024 nömrəli qərardadı ilə İddiaçı2 iddiası “İddiaçı1 torpaq sahəsinə dair ilkin sənədlərinə uyğun olaraq ona yeni torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissədə mümkün sayılmamışdır.

67. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı2 tərəfindən belə tələb irəli sürülməsi üçün əsaslar müəyyən olunmur, yəni iddiaçının İddiaçı1 xeyrinə bu tələblə çıxış etməkdə subyektiv hüququ yoxdur.

68. İddiaçı2 həmin qərardadı mübahisələndirməmişdir.

69. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il t arixli, 2-1(103)-234/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-218/2023 saylı qərarı İddiaçı2 iddiasının “İddiaçı1 torpaq sahəsinə dair ilkin sənədlərinə uyğun olaraq, ona yeni torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinin rədd olunması” hissəsində ləğv edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

70. Apellyasiya instansiya məhkəməsi İddiaçı1 iddiası üzrə tam, İddiaçı2 iddiası üzrə isə iddianın “xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi” hissəsində birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, İddiaçı1 mübahisəli torpaq sahəsinə çıxarışın verilməsinə əsas iş m ateriallarından da göründüyü kimi, xx.xx.2006-cı ildə X45 ilə bağlanmış alqı-satqı müqaviləsi olmuşdur.

71. İddiaçı2 istinad etdiyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)727/2013 nömrəli qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, Anar Rzayevin mübahisələndirdiyi şəhadətnamə və reyestrdən çıxarış barəsində verilmiş torpaq sahəsi ilə (iddia tələbində mübahisələndirilən sahə İddiaçı1 mülkiyyətində olan ərazi olmuşdur) onun (A.Rzayevin) istifadəsinə verilmiş torpaq sahəsinin üst-üstə düşməsi təsdiq edilmədiyindən iddia tələbi xx.xx.2004-cü il tarixli, JN-12983D seriyalı, kod 00300016 saylı torpağın mülkiyyət şəhadətnaməsinin, seriya MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissələrində əsassız sayılmalıdır. İddiaçının (A.Rzayevin) istifadəsində olan torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olması iş materialları ilə təsdiqlənməmişdir. Məhz buna görə məhkəmə xx.xx.2013-cü il tarixli qərarı ilə iddia tələbini qismən təmin edərək Bakı şəhəri, Xəzər rayonu, XDS İK-ni xx.xx.1990-cı il tarixli, 9 saylı qərarı ilə X26 ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/129 ünvanında yerləşən 750 kv metr torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını qərara almışdır. İddia tələbi qalan hissədə (xx.xx.2004-cü il tarixli, JN-12983d seriyalı, kod 00300016 saylı torpağın mülkiyyət şəhadətnaməsinin, seriya MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissələrində) rədd edilmişdir. Həmin qərardan İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikay əti əsasında inzibati iş Bakı Apellyasiya Məhkəməsinin inzibatiiqtisadi kollegiyasının icraatında olan zaman təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, mərhum Əminə Rayevanın adına verilmiş torpaq sahəsinin plan və ölçüsündə əsas olan döngə nöqtələrinin koordinatlarına və İddiaçı1 adına tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsündə döngə nöqtələrinin koordinatlarına əsasən həmin torpaq sahələri üst-üstə düşmürlər. Bu rəydən sonra qərardan İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti geri götürülmüşdür.

72. Apellyasiya instansiyası məhkəməsi iddiaçının şikayətdə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4593 №-li ekspert rəyinə əsaslanan dəlilinə münasibətdə qeyd etmişdir ki, ekspert rəyində İddiaçı1 mülkiyyətində olan torpaq sahəsi ilə həmin sahənin ilk in sənədi olan əvvəlki mülkiyyətçi X25 adına verilmiş şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsi ayrı-ayrı ərazilər olduğu üçün həmin torpaq sahələri arasında koordinatlar arasında uyğunsuzluğun mövcud olması qeyd edilsə də məhkəmə ekspert rəyinin qeyd edilən hissəsi ilə razılaşmır, belə ki, ekspert tərəfindən həmin uyğunsuzluq İddiaçı2 torpağının əvvəlki mülkiyyətçiərindən biri olan X23 Anar Vaqif oğlunun müraciəti əsasında dəyişdirilmiş koordinatlar əsasında müəyyən edilmişdir. Halbuki, torpaq sahəsinin koordinatları ilkin məlumatlar – koordinatlara dəyişiklik edilməzdən əvvəl müəyyən edilmiş koordinatlar əsasında müəyyən edilməli idi.

73. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 3/129 ünvanda 0,073135 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və plan-ölçünü etibarsız hesab edilməsi barədə qərar qəbul edərkən nəzərə almamışdır ki, İddiaçı2 həmin torpaq sahəsinin notarial qaydada təsdiq edilmiş əqd əsasında əldə etmiş (vicdanlı əldə edən), həmin əqd mübahisələndirilməmiş və hazırda da qüvvədədir. Belə vəziyyətdə, hakimin öz səlahiyyətlərindən kənara çıxdığı aşkardır.

74. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, əvvəla, İddiaçı1 iddia tələbi hazırda İddiaçı2 adına verilmiş plan-ölçü sənədinin İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha. torpaq sahəsi üzərində verilməsindən ibarət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Əra zi İdarəsinin hərəkətləri qanunsuz sayılması və qanunsuz hərəkətlərin nəticələrinin aradan qaldırılması, nəticədə bununla əlaqədar cavabdehin üzərinə öhdəlik qoyulması ilə bağlıdır.

75. İkincisi, hazırkı mübahisədə yuxarıda qeyd edildiyi kimi inzibati orqanın hərəkətlərinin qanunsuzluğu mübahisələndirilir, İddiaçı2, alqı-satqı müqaviləsi və vicdanlı alıcı olması mübahisələndirilmir.

76. Üçüncüsü, İddiaçı1 da torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etmişdir.

77. Nəhayət, apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı2 iddiası üzrə heç bir araşdırma aparmamış və ümumiyyətlə işin lüzumsuz və əsassız yerə uzadılmasına yol verməklə çox sayda prosessual pozuntulara yol vermişdir.

78. Şikayətin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdi r ki, birinci iş üzrə İddiaçı1 iddia tələbinin təmin olunması öz növbəsində birləşdirilmiş iş üzrə İddiaçı2 iddiasının təmin olunmasını istisna edir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya şikayətində məhkəmə araşdırmasından kənarda qalmış konkret fakta istinad edilməmişdir.

79. İddiaçı2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-234/2024 nömrəli qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və İddiaçı1 iddiasının rədd edilməsini və onun özü tərəfindən verilmiş iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

80. Cavabdeh qərarı mübahisələndirməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

81. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 139.4, 139-1.1, 140, 141 və digər maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və həmin normalara yalnız mübahisəli torpaq sahəsinə heç bir aidiyyəti olmayan İddiaçı1 münasibətdə istinad etməyə cəhd göstərmişdir. Ümumiyyətlə, məhkəmə qərarının əsaslandırıcı hissəsi yalnız İddiaçı1 iddia ərizəsində göstərilənlərdən ibarətdir, qərar ilə tanış olduğumuz zaman belə təəssürat yaranır ki, sanki qərar iddiaçının nümayəndəsi tərəfindən tərtib olunmuşdur. Mülkiyyət hüququnu rəhbər tutan məhkəmə qərarda qeyd edir ki, “Göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, iki torpaq mülkiyyətçisi arasında mübahisə yaranmasına s əbəb məhz cavabdeh tərəfindən mülkiyyətçi olan İddiaçı1 müraciəti olmadan və ya bununla bağlı məhkəmə qətnaməsi olmadan İddiaçı1 torpaq sahəsinin yerinin dəyişdirilməsidir,...” (Qərar səh. 21)

82. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, cavabdeh tərəfindən İddiaçı1 torpaq sahəsinin yerinin dəyişdirilməsi halı olmamışdır. Sadəcə olaraq, İddiaçı1 2011ci ildə torpaq sahəsini əldə edərkən, cavabdeh DƏDRX tərəfindən ona verilmiş sənədlərdə torpaq sahəsinin koordinatları, həmin torpaq sahəsinin ilkin sənədləri nəzərə alınmadan vurulmuşdur, başqa sözlərlə, başqa şəxsin, yəni hazırda İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin koordinatları qəsdən və ya səhvən İddiaçı1 torpaq sahəsinə dair sənədlərinə vurulmuşdur (yazılmışdır).

83. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, tərə flər arasında, daha doğrusu İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin ilkin mülkiyyətçisi A.Rzayev ilə İddiaçı1 arasında artıq eyni məsələ ilə bağlı məhkəmə mübahisəsi olmuş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-727/2013 nömrəli, xx.xx.2013cü il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə hazırda İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə dair ilkin mülkiyyətçinin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh DƏDRX-nin Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bu qərar həmin işdə iştirak edən İddiaçı1 tərəfindən mübahisələndirilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-727/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə, xx/xx-1731 saylı, xx.xx.2013-cü il tarixli mütəxə ssis rəyinə istinad edilmiş və müəyyən edilmişdir ki, hazırda maraqlı şəxs İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə dair ilkin mülkiyyətçi X26 Əzizbəyov rayon X37 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 09 saylı qərarı və qərarın ayrılmaz tərkib hissəsi olan cizgi planda torpaq sahəsinin koordinatları, ilkin mülkiyyətçiyə sonradan – yəni xx.xx.2011-ci il tarixdə verilmiş 379501 saylı “Torpaq sahəsinin planı və ölçüsün”də qeyd olunan koordinatlarla üstüstə düşür. (Qərar səh.14, abz 1). Yəni İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə dair ilkin sənədlərdə və sonradan verilmiş sənədlərdə torpaq sahəsinin ölçüləri ilə bağlı hər hansı uyğunsuzluq yoxdur. Başqa sözlərlə, İddiaçı1 tərəfindən əldə edilən torpaq sahəsinin ilkin sənədi verildiyi tarixdən 10 il əvvəl İddiaçı2 əldə etdiyi to rpaq sahəsinin 1990-cı il tarixli ilkin sənədləri ilə hazırkı mülkiyyət sənədlərində heç bir uyğunsuzluq yoxdur.

84. Eyni zamanda, xx/xx-1731 saylı, xx.xx.2013-cü il tarixli mütəxəssis rəyində həmçinin bildirilmişdir ki, hazırkı iş üzrə İddiaçı1 adına olan sənədlərin verilməsinə əsas olmuş ilkin sənədlər, yəni xx.xx.2000-ci il tarixli 1648 saylı Sərəncama dair cizgi plan təqdim edilməmişdir. Yəni torpağın koordinatları müəyyən edilməmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4593 №-li ekspert rəyinə əsasən də torpağa dair İddiaçı1 adına verilmiş sənədlərlə, həmin torpağa dair ilkin sənədlər arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, ekspert rəyində göstərilmişdir ki, “İddiaçı1 adına verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin verilməsinə əsas olmuş ilkin sənəd olan əvvəlki mülkiyyətçi X25 adına verilmiş JN-12983D, kod 00300016 nömrəli şəhadətnaməyə əsasən AR DTXK tərəfindən verilmiş koordinatlar, üçüncü şəxs İddiaçı2 mülkiyyətində olan Mərdəkan qəsəbəsi, 3/129 saylı ünvanda yerləşən 0,073135 ha ərazisi olan torpaq sahəsi (xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat, **********46 reyestr nömrəli seriya RX ******* saylı çıxarış) ilə üst-üstə düşməsi müəyyən edilmir. Bu da İddiaçı1 adına verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü” sənədində əks olunan koordinatların həmin sənədin verilməsinə əsas olmuş ilkin sənədə, yəni JN-12983 D, kod 00300016 nömrəli şəhadətnaməyə əsasən AR DTXK tərəfindən verilmiş koordinat lar arasında uyğunsuzluqla əlaqədardır.”

85. Beləliklə, apellyasiya instansiyası məhkəməsi mülkiyyət haqqında maddi hüquq normalarını düzgün tətbiq etməyərək, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 3/129 ünvanda 0,073135 ha. torpaq sahəsinin, İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha. torpaq sahəsi ilə üst-üstə düşən hissəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və plan ölçü etibarsız hesab etməklə, ilk növbədə İddiaçı2 mülkiyyət hüquqlarını pozmuşdur.

86. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 3/129 ünvanda yerləşən torpaq sahəsinin sənədlərində 1990-cı ildən hazıra qədər heç bir uyğunsuzluq müə yyən edilməmişdir. Tamamilə fərqli ünvanda, yəni Mərdəkan qəsəbəsi 118 ünvanda olduğu qeyd edilən, İddiaçı1 məxsus torpaq sahəsinin, ilkin sənədlərinə görə harada yerləşdiyi bəlli deyildir. Apellyasiya instansiyası məhkəməsi İddiaçı1 məxsus, ilkin sənədlərə görə harada yerləşdiyi məlum olmayan və sonradan verilmiş qanunsuz sənədlər əsasında əsassız və qanunsuz qərar qəbul etmişdir. Bu zaman apellyasiya instansiyası məhkəməsi 1990-cı ildən sənədləşdirilən və hazırda İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə dair sənədlərin etibarsız hesab edilməsinə dair qərar qəbul etməklə, sonuncunun mülkiyyət hüquqlarını pozmuşdur.

87. Apellyasiya instansiyası məhkəməsi aşağıda göstərilənləri nəzərə almamış və düzgün qiymətləndirməmişdir:

1. Eyni torpaq sahəsi ilə əlaqədar 2 saylı Bakı İnzibati-İqtis adi Məhkəməsinin 2in(82)-727/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qanuni qüvvəyə minmiş qərarını;

2. Həmin qərarda istinad edilən xx/xx-1731 saylı, xx.xx.2013-cü il tarixli mütəxəssis rəyini;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4593 №-li ekspert rəyində göstərilənləri, xüsusən İddiaçı1 adına verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü” sənədində əks olunan koordinatların həmin sənədin verilməsinə əsas olmuş ilkin sənədə, yəni JN12983 D, kod 00300016 nömrəli şəhadətnaməyə əsasən DTXK tərəfindən verilmiş koordinatlar arasında uyğunsuzluq olduğunu;

4. Tərəflərin mülkiyyətində olan torpaq sahələrinin fərqli ünvanlarda yerləşdiyini;

5. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)- 727/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qanuni qüvvəyə minmiş qərarında istinad edilən xx/xx-1731 saylı, xx.xx.2013cü il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı1 adına olan torpaq sahəsinin ilkin sənədlərində ümumiyyətlə torpaq sahəsinin koordinatlarının mövcud olmadığını.

88. Apellyasiya instansiyası məhkəməsi İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 3/129 ünvanda 0,073135 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və plan-ölçünü etibarsız hesab edilməsi barədə qərar qəbul edərkən nəzərə almamışdır ki, İddiaçı2 həmin torpaq sahəsinin notarial qaydada təsdiq edilmiş əqd əsasında əldə etmiş (vicdanlı əldə edən), həmin əqd mübahisələndirilməmiş və hazırda da qüvvədədir. Belə vəziyyətdə, hakimin öz səlahiyyətlərindən kənara çıxdığı aşkardır. Apel lyasiya instansiyası məhkəməsi İddiaçı2 iddiası üzrə heç bir araşdırma aparmamış və ümumiyyətlə işin lüzumsuz və əsassız yerə uzadılmasına yol verməklə çox sayda prosessual pozuntulara yol vermişdir. b) kassasiya şikayətinə etirazın dəlilləri

89. İddiaçı1 kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir.

90. Etirazda qeyd edilir ki, nə birinci, nə də apellyasiya instansiya məhkəmələrinin qərarlarından cavabdeh apellyasiya və kassasiya şikayəti verməmişdir. Yəni, cavabdeh İdarə hərəkətlərinin qanunsuz sayılması və s. barədə İddiaçı1 irəli sürdüyü iddia tələbi üzrə məhkəmələrin gəldiyi nəticələrlə tam razılaşmışdır.

91. Hazırkı şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinin dəlilləri ilə tamamilə eyni olmaqla, artıq hüquqi qiymət veri lmiş işin faktiki halları barədədir və bu şikayətdə apellyasiya instansiya məhkəməsinin hər hansı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi barədə bir cümlə də belə olsun yoxdur.

92. İddiaçı2 kassasiya şikayəti İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinin və məhkəmə təcrübəsinin vahidliyini təmin edən Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cti il tarixli qərardadının tələblərinə zidd olmaqla, şikayətdə irəli sürülmüş dəlillər ümumi hüquqi prinsiplərin, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsini əks etdirməmiş, həmçinin bu normalara istinadla və onlarla əlaqələndirilməklə təqdim edilməmişdir. Belə olan halda, ilk növbədə hesab edilir ki, kassasiya şikayəti lazımi qaydada əsaslandırılmamış hesab edilməli və İnzibati Prosessual Məcə llənin 96.2 və 96.3-cü maddələrinə əsasən şikayət mümkün sayılmamalıdır. TƏTBİQ EDİLƏN HÜQUQ

93. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

94. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

95. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün ha zırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

96. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

97. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

98. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

99. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaların əsasları ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

100. Şikayətin təkrarlanan dəlillərinə gəldikdə, məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı iş üzrə tərəflərin iştirakı ilə məhkəmə mübahisəsi olmuş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-727/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qərarı ilə hazırda İddiaçı2 adına qeydə alınmış torpaq sahəsinə dair ilkin mülkiyyətçinin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh DƏDRX-nin Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

101. Bununla yanaşı, nəzərə alınmalıdır ki, istinad edilən məhkəmə qərarının qanuni qüvvəsi həmin qər ardan əvvəl İddiaçı1 adına aparılmış qeydin, bu qeydin əsasını təşkil etmiş hüquqmüəyyənedici sənədlərin - torpağın mülkiyyətə verilməsinə dair inzibati aktın, onun əsasında 2004-cü ildə aparılmış mülkiyyət hüququna dair qeydin, mülki-hüquqi əqdlərin qüvvəsini aradan qaldırmır və ya məhdudlaşdırmır.

102. Digər tərəfdən, şikayətdə istinad edilən həmin qərarla İddiaçı1 hüquq sələfinin adına verilmiş JN12983D kod 00300016 qeydiyyat nömrəli, xx.xx.2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin və İddiaçı1 adına verilmiş ******* nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair iddiaçı X48 tələbi təmin olunmamış, həmin sənədlərdə göstərilən qeydiyyatla A.Rzayevin hüquqlarına müdaxilə olunmadığı müəyyən olunmuşdur.

103. Hazırkı icraatda isə İddiaçı2 iddia tələbində İd diaçı1 torpaq sahəsi üzərində mülkiyyət hüququnu və həmin hüquqa dair aparılmış qeydin əsaslarını deyil, xx.xx.2011-ci il tarixli, MA ******* nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsini xahiş etmişdir. Başqa sözlə, İddiaçı2 iddiasının predmetini cavabdeh inzibati orqanın İddiaçı1 aid “Torpaq sahəsinin planı və ölçüsü”nün İddiaçı2 adına qeydə alınmış torpaq sahəsinə tərtib edilməsində ifadə olunan faktiki xarakterli hərəkəti və bu hərəkətin nəticəsi təşkil edir.

104. Eyni ilə, İddiaçı1 tələbinin əsasında cavabdeh qeydiyyat orqanının İddiaçı1 mülkiyyət hüququna müdaxilə edən faktiki xarakterli hərəkəti və bu hərəkətin nəticəsi təşkil edir.

105. Cavabdehin hə min hərəkətlərini və onun nəticələrini iddiaçı M. İbrahimovun qeydə alınmış hüquqlarına münasibətdə qanunsuz hesab etməkdə apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.

106. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən həm də mübahisəli (üst-üstə düşən) torpaq sahəsi üzərində nəinki İddiaçı1 hüquq sələflərinin, hətta onun özünün mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatının ilkinliyindən çıxış edir.

107. Torpaq Məcəlləsinin 67-ci maddəsinin müddəalarına əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir (3). Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazl ığına dövlət təminat vermir (4).

108. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 1648 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən X39 ayrılmış 1200 kv metr torpaq sahəsinə F.Quliyevin mülkiyyət hüququ xx.xx.2004-cü il tarixdə keçmiş DTXK-nın Bakı şəhər şöbəsində qeydiyyata alınmış, F.Quliyevin adına həmin tarixdə “Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə” (JN-12120D KOD ********) verilmişdir. Həmin torpaq sahəsinin xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edilmiş 0.06 ha hissəsinə İddiaçı1 mülkiyyət hüququ isə xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı2 hüquq sələfinin adına ilkin qeydiyyat isə xx.xx.2014-cü il tarixdə aparılmışdır.

109. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiy i nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

110. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-234/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar