Məhkəmə qərarları › İş №2-1(102)-1781/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1781/2019

18.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1781/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: müəllimlərin diaqnostik qiymətləndirilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi Miriyev Mirzəhüseyn Mirzəmməd oğlu, Cavabdeh vəkili X4 iştirakı ilə, İddiaçı(bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına buraxılma vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-306/2019 saylı, 17 yanvar 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 1987-ci ildə Lənkəran rayonu, Günəhir kəndində anadan olmuşdur. 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetini bitirmiş və Dövlət Attestasiya Komissiyasının 30 iyun 2008-ci il tarixli əmri və 3/628-1 saylı qərarı ilə ona riyaziyyat və informatika ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi və bu barədə onun adına 147643 nömrəli diplom verilmişdir. İddiaçı universiteti bitirdikdən sonra 2008-ci ildə Lənkəran rayon Türkəncil kənd ümumi orta məktəbində riyaziyyat-informatika müəllimi kimi işə başlamışdır. Ali məktəbi bitirən vaxtdan bu günə kimi həmin məktəbdə müəllim işləyir. 2012-ci ildə iddiaçının adına verilmiş diplomun dövlət nümunəli sənəd olubolmamasını müəyyən etmək üçün cavabdeh orqana sorğu göndərilmiş və cavabdeh orqan tərəfindən verilmiş 9 fevral 2012-ci il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçının adına verilmiş 147643 nömrəli diplom cavabdeh orqan tərəfindən Azərbaycan Beynəlxalq Universitetinə verilmiş dövlət nümunəli sənəddir. İddiaçı 2017-ci ildə müəllimlərin imtahanına sənədlərini verdikdən sonra onu imtahana buraxmadılar və buna görə o, cavabdeh orqana Azərbaycan Respublikası Prezidentinin Administrasiyası vasitəsi ilə müraciət etdi. Cavabdeh 7 mart 2017-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Prezidentinin Administras iyasından cavabdeh orqana daxil olmuş 27 fevral 2017-ci il tarixli ərizəsinə baxılmış və müəyyən edilmişdir ki, iddiaçının diplomu dövlət nümunəli sənəd deyildir. İddiaçı 14 iyul 2017-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh orqan 2012-ci il tarixdə iddiaçıya cavab verir ki, onun diplomu dövlət nümunəli sənəddir, 2017-ci il tarixdə isə qeyd edir ki, iddiaçının diplomu dövlət nümunəli sənəd deyildir. Əlbəttə ki, bu heç bir məntiqə sığmır. Buna görə də cavabdeh orqan iddiaçını imtahana buraxmır. O, bununl a heç cür razılaşa bilməz. Çünki iddiaçı 2004-cü ildə Azərbaycan Beynəlxalq Universitetinə daxil olmuş və 2008-ci ilə qədər orada oxumuş, universiteti bitirdikdən sonra ona diplom verilmişdir. Özü də o, universiteti əyani bitirmiş və bu barədə iddiaçı ilə universitet arasında müqavilə də bağlanmışdır. Bundan başqa, iddiaçı həmin illər ərzində hər il üçün universitetə ödənişlər etmişdir. Yeni Azərbaycan Partiyasının üzvü olmaqla universitetdə təhsil aldığı illərdə, yəni 2008-ci il tarixdə iddiaçı Azərbaycan Beynəlxalq Universitetinin Bakı şəhəri Binəqədi rayon şöbəsində YAP sıralarına daxil olmuşdur. Həmin xüsusat da onun həqiqətən Azərbaycan Beynəlxalq Universitetində təhsil aldığını bir daha təsdiq edir. İddiaçı qeyd edir ki, tamamilə əsassız olaraq o, digər müəllimlər kimi müəllimlərin d iaqnostik qiymətləndirmə imtahanına buraxılmır. Bu, bir vətəndaş kimi hüquqlarının pozulması deməkdir. İddianın maddi hüquqi əsas kimi Azərbaycan Respublikası Konstitusiyasının 26, 60cı maddələrinə istinad olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(82)-4177/2017 saylı iş) 30 oktyabr 2017-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına buraxılması vəzifəsi cavabdehə həvalə olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X11məruzəçi, X7 və X5,2-1(103)-197/2018 saylı iş) 16 yanvar 2018-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 2-1(82)-4177/2017 sa ylı qərarının ləğv olunması, iş üzrə yeni qərar qəbul edilməsi, iddiaçının cavabdehə qarşı “müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına buraxılma vəzifəsinin cavabdehə həvalə olunması” barədə iddia tələbinin təmin olunmaması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X8-sədrlik edən və məruzəçi, X3 və X2 ibarət tərkibdə) 2-1(102)-890/18 saylı, 2 may 2018-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-197/2018 saylı 16 yanvar 2018-ci il tarixli qərarının ləğv edilməsi, kassasiya şikayətinin qalan hissədə təmin olunmaması, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi nin İnzibati-İqtisadi kollegiyası qərarını onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 147643 nömrəli diplomun 2009-cu ildə dövlət təhsil müəssisəsi tərəfindən E.Şixova verilməsinin həmin saylı blankın cavabdeh orqan tərəfindən əvvəllər Azərbaycan Beynəlxalq Universitetinə göndərilməsi faktını istisna etməsi və Azərbaycan Beynəlxalq Universiteti tərəfindən iddiaçıya verilmiş 147643 nömrəli diplomun mötəbər sənəd sayıla bilməməsi barədə qənaətini də əsaslı hesab etmir. Belə ki, iddiaçının diplomunun saxtalığı ilə bağlı nəticə işin hazırkı vəziyyətində mülahizədən başqa bir şey deyil. Həmin diplomun etibarsızlığına dair işdə məlumat yoxdur. Əgər eyni nömrəli iki diplom verilibsə, məhkəmə, əslində, bütün şübhələrini 2009-cu ildə başqa şəxsə verilmiş d iploma deyil, tarixcə ondan əvvəl - 2008-ci ildə attestasiya komissiyasının qərarı ilə iddiaçıya verilmiş diploma yönəltdiyini əsaslandırmalı idi. Digər tərəfdən, cavabdeh orqanın məsul şəxsi (Nazirliyin Aparatının rəhbəri) həmin diplomun mötəbər təhsil sənədi olduğunu təsdiq etmişdir. Əgər cavabdeh bu təsdiqin ifadə olunduğu məktubun da saxtalığını bəyan edirsə, o, bunu sübut etməlidir. Müsbət halda, məhkəmə sübutun (və ya sübutların) saxtalığı ilə bağlı məsələnin üzərindən sükutla keçməli deyil (xüsusən də, əgər bu, hüquq verən rəsmi sənədə münasibətdə baş veribsə). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X14məruzəçi, X9 və X12,2-1(103)-306/2019 saylı iş) 17 yanvar 2019-cu il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edil ərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 2-1(82)-4177/2017 saylı qərarı ləğv edilmiş,iddiaçının cavabdehə qarşı “müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına buraxılma vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı tələbinin əsası kimi cavabdeh orqan tərəfindən verilmiş 9 fevral 2012-ci il tarixli məktubuna istinad edərək orada 147643 nömrəli diplomun dövlət nümunəli sənəd olduğunun göstərilməsinə istinad etmişdir. Lakin iş materiallarından görünür ki, qeyd olunan məktubda göstərilən 147643 nömrə altında qeydə alınmış diplom iddiaçının deyil, başqa şəxsin, 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının məzunu X10 adı na qeydiyyatdan keçmişdir. Eyni zamanda, cavabdehin məhkəmə sorğusuna verdiyi cavabdan və cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatından müəyyən olunur ki, cavabdeh tərəfindən göndərilən məktublarda sözügedən məktubun qeydiyyat nömrəsində olan indekslər (yəni nömrənin sonunda qeyd olunan “25” indeksindən) istifadə olunmur. Bundan başqa, işə yeni apellyasiya qaydasında baxılarkən təyin olunmuş sənədlərin məhkəmə-texniki ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, iddianın əsası kimi istinad olunan cavabdeh orqanın (Nazirliyinin Aparatının rəhbərinin) adından olan 9 fevral 2012-ci il tarixli məktubun mətni axınlı printerdə çap olunmuş, həmin məktubda olan “Aparatın rəhbəri” yazısından sonrakı imzanın və möhür əksinin təsvirləri birbaşa icra olunmayıb, başqa sənəddə ol an imzadan və möhür əksindən rəqəmsal texniki qurğu (çoxaldıcı qurğu) vasitəsilə köçürülərək axınlı printerdə çap olunmuşdur. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının iddia tələbinin əsası kimi istinad edərək məhkəməyə təqdim etdiyi cavabdeh orqanın (Nazirliyinin Aparatının rəhbərinin) adından olan 9 fevral 2012-ci il tarixli məktubu mötəbər sübut kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili ilə razılaşır ki, sözügedən 9 fevral 2012-ci il tarixli məktub saxtalaşdırılmışdır və bu səbəbdən də sənədin hüquqi qüvvəsi yoxdur. İddiaçı 20 fevral 2019-cu il tarixdə qərarın surətini almış, 13 mart 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş e tmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsi yalnız cavabdeh orqanın iddiaçıya ünvanladığı 9 fevral 2012-ci il tarixli məktubunun saxtalığı ilə bağlı ekspertiza təyin etmiş və həmin məktubun saxta olmasını ekspert rəyi ilə guya təsdiq etmişdir. Məktubun saxtalaşdırılması faktı təsdiq edilsə belə, məktub iddiaçı tərəfindən saxtalaşdırılmamış, iddiaçının poçt ünvanına sifarişli poçt vasitəsilə göndərilmiş, cavabdeh orqanın məsul əməkdaşı tərəfindən saxtalaşdırılmışdır. Mübahisənin predmeti cavabdeh orqanın iddiaçıya ünvanladığı 9 fevral 2012-ci il tarixli məktubun düzgün və ya saxta olması deyil. Mübahisənin predmeti iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş diplom əsasında 10 ildən artıq müddətdə müəllim işlədiyi, həmin şəxsin müəllimlərin d iaqnostik qiymətləndirmə imtahanına buraxılmamasıdır. Bununla da ikinci qrup əlil olan şəxsin hüquqlarının məhdudlaşdırılmasıdır. Mübahisə predmeti olan iddiaçıya məxsus diplom heç bir dövlət orqanı və heç bir məhkəmə tərəfindən etibarsız sayılmamışdır. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin qərarı tam qanunsuz və əsassızdır. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 42-ci, “Təhsil haqqında” Qanunun 5.1, 6.1, 6.6, 17.1.5, 27.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Cavabdeh haqqında Əsasnaməni”nin 8.26-cı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqq ında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın 3.2, 3.5-ci bəndlərinə istinad olunmuşdur. tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetini bitirmiş və Dövlət Attestasiya Komissiyasının 30 iyun 2008-ci il tarixli əmri və 3/628-1 saylı qərarı ilə ona riyaziyyat və informatika ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi və adına B № 147643 saylı diplom verilmişdir. O, universiteti bitirdikdən sonra 2008-ci ildə Lənkəran rayon Türkəncil kənd ümumi orta məktəbində riyaziyyat-informatika müəllimi kimi işə başlamışdır. Həmin vaxtdan bu günə kimi müəllim işləyir. Müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılan zaman iddiaçının diplomunun dövlət nümunəli olmaması səbəbi ilə o, qiymətləndirməyə buraxılmamışdır. İddiaçı hesab edir ki, qanuni əsasla ali təhsil aldığından müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına bura xılmalıdır. Mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. İddiaçı 2004-cü ildə Dağıstan Açıq Sosial Universitetinə qəbul olunmuş, 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüş, 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetini bitirmişdir. Təhsil nazirinin 07.08.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnaməyə görə ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülə bilər. Sonradan təhsil naziri tərəfindən “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” 05.02.2001-ci il tarixli 96 saylı əmr imzalanmışdır. Bundan sonra isə Təhsil Nazirliyinə çoxsaylı müraciətlər nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddi vəziyyəti və s.) köçürmələrə zərurət yarandığını nəzərə alaraq, yuxarıda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə təhsil naziri 28.01.2002-ci il tarixli 80 nömrəli əmr imzalamışdır. 28 yanvar 2002-ci tarixli əmrin 3-cü bəndinə görə, qeyri-dövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılır. Bu əmrin 5-ci bəndinə görə, dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərlərinə əmri işdə rəhbər tutmaları tapşırılmışdır. İddiaçının xarici ölkə təhsil müəssisəsi olan Dağıst an Açıq Sosial Universitetindən qeyri-dövlət müəssisəsi olan Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsi zamanı 28.01.2002-ci il tarixli 80 nömrəli əmrin tələblərinə əməl olunmamış, Təhsil Nazirliyinin müvafiq razılığının alınması işdə olan sübutlarla təsdiqini tapmamışdır. İddiaçı bildirmişdir ki, 2012-ci ildə onun adına verilmiş diplomun dövlət nümunəli sənəd olub-olmamasını müəyyən etmək üçün Cavabdehnə sorğu göndərilmiş və Təhsil Nazirliyinin aparat rəhbəri İ.Pirməmmədov imzaladığı 62-08- 6484/25 saylı 09.02.2012 saylı məktubda bildirmişdir ki, araşdırılma nəticəsində onun, yəni İddiaçı adına verilmiş B № 147643 saylı (qeydiyyat nömrəsi 318 olan) diplom Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinə verilmiş dövlət nümunəli sənəddir. Cavabdeh 04.10.2018-ci il t arixli məktubla məhkəməyə bildirmişdir ki, 09 fevral 2012ci il tarixli 62-08-6484/25 nömrəli məktub Təhsil Nazirliyinin çıxış sənədlərinin qeydiyyatı kitabında aşkarlanmamışdır. Əlavə olaraq bildirmək istəyirik ki, Təhsil Nazirliyi tərəfindən göndərilən məktublarda sözügedən məktubun qeydiyyat nömrəsində olan indekslər istifadə olunmur. Digər tərəfdən, iddiaçı tərəfindən təqdim olunmuş blankın saxtalığını müəyyən etmək üçün məhkəmə ekspertizasının təyin olunmasını məqsədəuyğun hesab edirik. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2018-ci il tarixli 28212 №-li rəyindən görünür ki, Cavabdeh (Nazirliyinin Aparatının rəhbəri) adından olan 09 fevral 2012-ci il tarixli 62-08-6484/25 nömrəli məktubun mətni axınlı printerdə çap olunmuşdur.“Aparatın rə hbəri” yazısından sonrakı imzanın və möhür əksinin təsvirləri birbaşa icra olunmayıb, başqa sənəddə olan imzadan və möhür əksindən rəqəmsal texniki qurğu (çoxaldıcı qurğu) vasitəsilə köçürülərək axınlı printerdə çap olunmuşdur. Bəhs edilənlərə əsaslanan məhkəmə kollegiyasının qənaətinə görə iddiaçıya məxsus diplomun dövlət nümunəli olması barədə iddiaçının dəlili təkzib edilir və cavabdeh rəsmi olaraq həmin diplomun dövlət nümunəli olmasını qəbul etmir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 1 mart 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.26-cı bəndinə əsasən, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlamaq, onun verilmə qaydalarını müəyyənləşdirmək, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin etmək Nazirliyin əsas funksiyalarından biri kimi müəyyən edilmişdir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. İnzibati orqan iddiaçını diaqnostik qiymətləndirmə imtahanına buraxılmasından imtinasını şərtləndirən halları sübut etmişdir. İddiaç ının 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetini bitirməsi mübahisə doğurmasa da, onun xarici ölkə ali təhsil müəssisəsindən respublikanın qeyri-dövlət ali təhsil müəssisəsinə köçürülməsi barədə təhsil nazirliyinin razılığının alınması təsdiqini tapmadığından və ona məxsus diplom dövlət nümunəli olmadığından müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına buraxılma vəzifəsinin cavabdehə həvalə olunması barədə iddianı rədd etməklə apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıd ır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-306/2019 saylı, 17 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar