Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1781/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Ağdaş Rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 64 yaşına çatmış kişiyə əmək kitabçasının məlumatlarına əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi; təhsil müddətinin sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Ağdaş Rayon Şöbəsinə qarşı “pens iyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(107)-215/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxx 2019-cu il tarixində ərizə ilə cavabdeh orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh xx xxx 2019-cu il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. İmtina belə əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən xx xxxxxx 2006-cı il tarixinədək 25 il sosial sığorta stajı və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı yoxdur. İdd iaçının fərdi hesabının sığorta hissəsində xx xxxxxx 2006cı il tarixindən 2018-ci ilin 01 iyul tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı xx xxxxxx 2019-cu il tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək DSMF-in Ağdaş rayon şöbəsinin imtinasının əsassız hesab edilməsi və ona pensiya yaşı çatdığı vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, işlədiyi hər bir idarədə əmək haqqı almışdır. Pensiya fonduna ödəniş etmək onun yox, işəg ötürənin vəzifəsidir və sosial sığorta haqlarının ödənilməməsi iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına səbəb olma bilməz. Onun təhsil aldığı, hərbi xidmətdə olduğu və işlədiyi illər toplandıqda 25 ildən çox iş stajı var ki, bu da ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, İddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Ağdaş rayon Əlillər Cəmiyyəti”ndə işlədiyi dövrün sosial sığorta stajı həmin müəssisənin hüquqi ünvanının məlum olmadığı, xx.xx.2000-ci il tarixdə 178 № işə qəbul olunması, xx.xx.2004-cü il tarixdə 196 №-li əmrlə işdən azad olun ması əmri, əmək haqqı cədvəllərinin yoxlanılması mümkün olmadığı üçün və “Ağdaş rayon Əlillər Cəmiyyətinin” xx.xx.2001-ci ildən sonra Fondun Ağdaş rayon şöbəsi ilə qarşılıqlı hesablaşma aparmadığından xx.xx.2001-ci ildən xx.xx.2004-cü il tarixədək olan dövrün sosial sığorta stajı kimi hesablanması qanuna ziddir. İddiaçının tələb olunan 25 il sosial sığorta stajı, 23040 manat pensiya kapitalının olmaması və ya xx.xx.2018-ci il tarixədək fərdi hesabında məbləğindən asılı olmayaraq pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyası təyin oluna bilməz.
6. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-100/2020 nömrəli qərarı ilə iddianın təmin edilməsi, cavabdehin üzərinə iddiaçıya xx xxxxx 2019-cu il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin q oyulması qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 23 il 02 ay sosial sığorta stajı olması mübahisəsizdir. İddiaçının xx xxxxxx 2000-ci il tarixindən xx xxxxxx 2004-cü il tarixinədək Ağdaş rayon Əlillər Cəmiyyətində işləməsi isə əmək kitabçasında qeyd edilmişdir. Həmin cəmiyyətin sənədlərini arxivə təhvil verilməməsi iddiaçının təqsiri deyil və onun ziyanına şərh edilə bilməz. Bundan başqa, cəmiyyətin qarşılıqlı hesablaşma aparmaması iddiaçının həmin cəmiyyətdə işləmədiyinə dəlalət etmir. Belə ki, hesablaşmanın aparılmadığı dövrdə Fondun yerli şöbəsi bununla həmin dövrdə qanunla müəyyən edilmiş tədbirləri həyata keçirməli idi. Fondun yerli şöbəsi qanunla üzərinə düşən vəzifələrinin yerinə yetirməməsi iddiaçının ziyanına şərh edilə bilməz.
8. Cavabdeh həmin qərardan apellya siya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(107)-215/2020 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a. Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasın ı imtina məktubunda və iddia ərizəsinə etirazda qeyd edilənlər təşkil edir. Şikayətdə həmçinin qeyd edilmişdir ki, iddiaçının xx xxxxxx 2006-cı ilədək 25 il sosial stajı və xx xxxxxx 2006-cı il tarixindən 2018-ci ilin 01 iyul tarixinədək fərdi hesabının sosial sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. b. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çat mış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 16. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydal arı: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 17. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ap ellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
22. İddiaçının 1955-ci il aprelin 26-da doğulduğu nəzərə alındıqda, onun 64 yaşının tamam olduğu 2019-cu il 26 aprel tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.
23. Cavabdeh təsdiq edir ki, iddiaçının əyani təhsil aldığı və Ağdaş rayon Əlillər Cəmiyyətində işlədiyi müddətlər nəzərə alınmadıqda, iddiaçının 21 il 2 ay mübahisələndirilməyən sığorta stajı vardır. İddiaçının təhsil müdd əti və Ağdaş rayon Əlillər Cəmiyyətində - təşkilatın hesabat verdiyi xx.xx.2001-ci il tarixədək işlədiyi müddət nəzərə alındıqda 24 il 11 ay sosial sığorta stajı, təhsil illəri və Ağdaş rayon Əlillər Cəmiyyətində işlədiyi dövr tam nəzərə alındıqda isə 28 il 6 ay sosial sığorta stajı yaranır.
24. Cavabdehin mübahisələndirdiyi xx.xx.2001-ci ildən xx.xx.2004-cü il tarixədək (hesabat verilmədiyi dövrdə) Ağdaş rayon Əlillər Cəmiyyətində iş müddətinə gəldikdə, iddiaçının həmin iş müddəti əmək kitabçası ilə təsdiq olunur.
25. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetiril məyibsə, mötəbər hesab olunur.
26. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
27. İnzibati orqan əmək kitabçasında və arayışda göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
28. Sığorta haqlarının ödənilmədiynə dair cavabdehin dəlilinə gəldikdə, əvvəla, "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən, bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müq aviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək sığortaçının hüquqlarıdır.
29. Həmin normaya görə, sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
30. Göründüyü kimi, sığortaçının qanunla ona verilmiş səlahiyyətləri və vəzifələri icra etmək, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək öhdəliyi olmuşdur.
31. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “Məcburi dövlət sosial sığorta sahəsində b orcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
32. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir.
33. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu.
34. İddiaçının orta ixtisas təhsili müəssisəsində təhsil müddətinin sığorta stajına daxil edilməsi də mübahisələndirilməli deyil. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Həmin tarixədək qüvvədə olmuş pensiya qanunvericiliyi isə orta ixtisas təhsili müəssisəsində təhsil müddətini əmək stajına aid etmişdir. Belə ki, 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı 1989-1990-cı illərdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956cı il 4 avqust tarixli, 1044 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. 35. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və klinik i ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 36. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə də qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir (Qanunun 67-ci maddəsi).
37. Beləliklə, iddiaçının qanunla tələb edilən yaş həddinə çatdığı və 25 il iş stajına malik olduğu nəzərə alındıqda, o, hazırkı məzmunda tələb irəli sürməkdə haqlı olmuşdur.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edil mir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(107)-215/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov