Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1781/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qeydiyyatdan çıxarılma) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri, Cavabdehnə və üçüncü şəxslər X3, X13, X6, X9 və X25 qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2-1(103)-601/2021 saylı qərarından üçüncü şəxs X19 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aş ağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçüncü şəxs X22 mülkiyyətində olmuşdur. Əzizə Əhmədova mülkiyyətində olan həmin evi 06.09.2016-cı il tarixdə İddiaçı satmışdır. Yaşayış evi satılan zaman həmin ünvanda Əzizə Əhmədova qeydiyyatda olmuşdur.
2. Əzizə Əhmədova evi satdıqdan sonra, 05.10.2016-cı il tarixədək qeydiyyatdan çıxmağı, həmçinin ona üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür.
3. Mübahisəli yaşayış evi İddiaçı mülkiyyətinə keçdikdən, yəni 10.09.2019-cu il tarixdən sonra yaşayış evinin əvvəlki mülkiyyətçisinin ailə üzvləri olmayan üçüncü şəxslər iddiaçının razılığı olmadan cavabdeh tərəfindən həmin ünvana qeydiyyata alınmışlar.
4. İddiaçı həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh ə müraciət etmiş, lakin cavabdeh tərəfindən bundan imtina olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X1, X10, X4, X7, X22, X15, X16, X20 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırmışdır ki, iddiaçı 06.09.2016-cı il tarixində, ünvan 3 ünvanında yerləşən və X22 mülkiyyətində olan fərdi yaşayış evini notarial qaydada təsdiq edilmiş AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X21 almışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən, ünvan 4 ünvanda qeydiyyatda olan şəxslər barədə arayış əldə edilmişdir. Həmin arayışa əsasən qeyd edilən ünvanda yalnız X30 qeydiyyatda olmuşdur. Notarial qaydada təsdiq edilmiş AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı X30 05.10.2016-cı il tarixinədək həmin ünvandan qeydiyyatdan çıxması ilə bağlı öhdəlik götürmüşdür. Lakin öhdəlik götürməyinə və iddiaçının çoxsaylı xahişlərinə baxmayaraq, Ə.Əhmədova bu günə kimi həmin ünvanda qeydiyyatdadır. 10.09.2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən həmin ev üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən RX ******* nömrəli çıxarış almışdır. Bir necə müddət bundan əvvəl bilmişdir ki, həmin ünvanda X21 başqa ona məlum olmayan bir necə şəxs də qeydiyyatdadır. Bununla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edərək yaşayış yeri üzrə qeydiyyat haqqında * ****** nömrəli arayış əldə etmişdir. Həmin şəxslərin hansı tarixdə və hansı əsaslarla qeydiyyata alınması və onların qeydiyyatdan çıxarılması barədə Bakı şəhəri, Cavabdehnə müraciət etmişdir. Cavabdeh 10.01.2020-ci il tarixli, 26339H-3220 nömrəli məktubuna əsasən, həmin ünvanda X21 başqa, 14.12.2016cı il tarixində X2, 14.12.2016-cı il tarixində X8, 13.12.2016-cı il tarixində X4, 15.12.2016-cı il tarixində X7 Cavabdeh tərəfindən, 28.03.2018-ci il tarixində X15, 28.03.2018-ci il tarixində X16, 28.03.2018-ci il tarixində X20 Səyyar ASAN-1 tərəfindən qeydiyyata alındıqları müəyyən olunmuşdur. Məktubda həmçinin qeyd olunmuşdur ki, X5, X10, X4, X11 həmin ünvana qeydiyyata alınması əsaslarını müəyyən etmək mümkün olmamışdır. Mülkiyyət hüququnu təsdiq edən 10.09.2016-cı il qeydiyyat tarixli, RX ** ***** nömrəli çıxarışı aldıqdan sonra, 2016-cı ilin dekabr ayında, yəni əmlakı öz mülkiyyəti kimi qeydiyyatdan keçirdikdən sonra yuxarıda qeyd olunan şəxslər həmin ünvana qeydiyyata alınıblar. Bu halda həmin şəxslərin onun mülkiyyətində olan ünvana qeydiyyata alınması ilə bağlı razılıq ərizəsi və mülkiyyətdən istifadə hüquqlarını təsdiq edən sənəd Cavabdehnə təqdim olunmalı idi. Hesab edir ki, həmin şəxslər onun mülkiyyətində olan ünvana Cavabdeh tərəfindən qanunsuz olaraq qeydiyyata alınmışdır.
7. Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2708/2020 saylı qərarı (hakim Şəlalə Həsənova) ilə iddia təmin edilmiş, X1, X10, X4, X7, X22, X15, X16, X20 ünvan 5 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mö vqeyinə görə mübahisəli yaşayış evi iddiaçının mülkiyyətindədir. Belə olan halda, mülkiyyətçi ona məxsus mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeydiyyatda olan şəxslər (üçüncü şəxs X21 başqa) həmin ünvana qeydiyyata alınan zaman qanunvericiliyin tələblərinin pozulması, eləcə də onların həmin mənzildən istifadə hüququnun qanunverciliklə müəyyən edilmiş qaydada qeydə alınmaması, bununla da həmin şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanunazidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
9. Üçüncü şəxs N.Əhmədov apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apelyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2-1(103)-601/2021 saylı qərarı (hakimlər Nuriyeva Afaq-məruzəçi, Ağayev Valeh və Hüseyn Aida) ilə üçüncü şəxsin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2708/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Üçüncü şəxs N.Əhmədov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
13. Apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamaqla, ədalətli məhkəmə araşdırması prinsipi pozulmuşdur. B elə ki, Qərarın 2.4-cü bəndində qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsbit olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Qərar aşağıda qeyd edilənlərə əsasən ləğv edilməlidir. Apelyasiya instansiya məhkəməsinin qərarı işə aid edilən və mötəbər sübutlarla təsbit olunan faktları əks etdirməmiş, qərarda göstərilən hallar iş materiallarına uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı iddiaçı yazılı etirazını təqdim edərək, şikayətin təmin edilməməsini və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2-1(103)-601/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə
2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayı ş sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə
5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən s ənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. (-). Maddə
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatda n çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; (-); 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; (-). “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür.
16. Azərbaycan Respublikası Konstitusiya Məhk əməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin əriz əsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
17. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir.
19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab e dir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericili yə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
23. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, mübahisə ilə bağlı işin hallarından görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 06.09.2016-cı il tarixdə iş üzrə üçüncü şəxs X21 alqı-satqı müqaviləsi ilə almışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman həmin ünvanda yalnız Əzizə Əhmədova qeydiyyatda olmuşdur. Əzizə Əhmədova 05.10.2016-cı il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Həmin yaşayış evi iddiaçının mülkiyyətinə keçdikdən (10.09.2019-cu il tarixdən) sonra yaşayış evinin əvvəlki mülkiyyətçisi Əzizə Əhmədovanın ailə üzvü olmayan üçüncü şəxslər iddiaçının razılığı olmadan cavabdeh inzibati orqan tərəfindən həmin evə qeydiyyata alınmışlar. İddiaçı hazırda cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb edir.
24. Bununla bağlı nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara görə yaşayış yeri üzrə qeydiyyata alınması üçün şəxs tərəfindən aidiyyəti dövlət orqanına yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, yəni mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim olunmalıdır. Şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün hüquqi əsas qismində həmin sənədlərdən hər hansı birinin aidiyyəti dövlət orqanına təqdim olunması mütləqdir. Hüquqi əsas olmadan aidiyyəti orqan tərəfindən yaşayış yeri üzrə qeydiyyatın aparılması yolverilməzdir.
25. Hazırki mübahisəyə münasibətdə yuxarıda istinad olunan normaların tələblərinə zidd olaraq, həmin normalarda nə zərdə tutulmuş müvafiq sənəd təqdim edilmədən iş üzrə üçüncü şəxslər X12, X17, X14, X18 qəsəbə nümayəndəsinin məktubuna (qəsəbə nümayəndəsi həmin məktubun üçüncü şəxs X8 dediklərinə əsasən tərtib edildiyini göstərmişdir) əsasən, yetkinlik yaşına çatmayan Qurban Məmmədli, Tərlan Məmmədli və Sahib Məmmədli isə həmin ünvanda qeydiyyata alınmış anaları X1 ərizəsinə əsasən iddiaçının yaşayış evinə cavabdeh tərəfindən qeydiyyata alınmışlar. Odur ki, qeyd olunan şəxslər (üçüncü şəxs X21 başqa) həmin ünvana qanunvericiliyin tələbləri pozulmaqla qeydiyyata alınmışlar.
26. Belə ki, yuxarıda istinad olunan normalarda qəsəbə nümayəndəsinin məktubu, xüsusilə də üçüncü şəxsin söylədikləri əsasında tərtib olunmuş məktubu yaşayış yeri üzrə qeydiyyat üçün əsas qismində nəzərdə tutulmamışdır və bu baxımdan həmin şəxslərin qeydiyyata alınması üçün qanunauyğun əsas hesab oluna bilməz. Bundan başqa, məhkəmələr tərəfindən üçüncü şəxslərin iddiaçının ailə üzvləri olmadığı, onların iddiaçıya məxsus yaşayış sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı, həmçinin üçüncü şəxs Əzizə Əhmədovanın da alqı-satqı müqaviləsi bağlanan zaman üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, 01 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri yaşayış bina sının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir.
27. Belə yanaşmanı nəzərdə tutmaqda qanunvericinin məqsədi, bir tərəfdən, şəxsin ona məxsus olan əmlaka faktiki sahib olmaq, təyinatından asılı olaraq həmin əmlakdan öz tələbatlarına uyğun istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək imkanlarını təmin etməkdən, digər tərəfdən, üçüncü şəxslərin həmin əmlaka müdaxilə imkanlarını istisna etməkdən ibarətdir.
28. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ əsasında şəxsə məxsus yaşayış sahəsinə qanunvericiliklə nəzərdə tutulmuş əsaslar, o cümlədən həmin şəxsin müvafiq razılıq ərizəsi olmadan üçüncü şəxslərin qeydiyyata alınması onun mülkiyyət hüququna, yaşayış sahəsindən sərbəst istifadə etmək və orada sərbəst yaşamaq haqqına müdaxilə kimi qiymətləndirilməlidir.
29. Mülkiyyət hüququ ilə bağlı konstitusiyon normalara əsaslanan Mülki Məcəllə ilə mülkiyyət hüququnun müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmlər nəzərdə tutulmuşdur. Belə ki, həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
30. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Bu mənada yaşayış sahəsinə münasibət də əmlak hüquqları mövcud olmayan üçüncü şəxslərin mülkiyyətçinin tələbi əsasında aidiyyəti dövlət orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks təqdirdə, bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla və aidiyyəti orqanın üzərinə üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyula bilər.
31. Beləliklə, hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yuxarıda qeyd olunan səbəblərdən mülkiyyət hüququ əsasında ona məxsus yaşayış sahəsindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. İddiaçının bununla əlaqədar müraciətini təmin etməkdən cavabdehin imtinası həmin səbəblərdən qanunsuzdur və iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur.
32. Kasasiya şik ayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Şikayət məhkəmə qərarının ləğvini şərtləndirən hüquq pozuntusuna əsaslanmadığından, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2021-ci il tarixli, 21(103)-601/2021 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.