Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1781/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: operativ vergi nəzarəti; inzibati aktın əsaslandırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2023-cü il tarixli, 2-1(104)-292/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********0818 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı əsasında iddiaçıya məxsus obyektdə Vergi Məcəlləsinin 50.1.3 və 50.1.7-ci maddəsinə uyğun olaraq, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi və nağd pul hesablaşmal arının aparılması qaydalarına riayət olunması məsələləri üzrə operativ vergi nəzarəti keçirilmişdir.
2. Həyata keçirilmiş operativ vergi nəzarət tədbiri nəticəsində 2 nəfər fiziki şəxsin (X2 və X1) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb edildiyi müəyyən olunmuş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli DVX seriyalı 004655 nömrəli aktla rəsmiləşdirilmişdir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən aşkar edilmiş 2 nəfər işçi izahat verməkdən, iddiaçı həm izahat verməkdən, həm də aktı imzalamaqdan heç bir səbəb göstərmədən imtina etmişdir. Bu barədə, xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş, lakin iddiaçı həmin aktı da imzalamaqdan imtina etmişdir. Aşkar edilmiş pozuntuların nəticəsi olaraq vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********9224 nömrəli “V ergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərar ilə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, iddiaçıya 4000 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
3. Bundan əlavə, vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində xx.xx.2022-ci il tarixli **********0818 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar əsasında keçirilmiş operativ vergi nəzarəti əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmadığı aşkar olunmuşdur (iddiaçıya məxsus olan, Gəncə şəhəri, Əhməd Cəmil 99 ünvanında yerləşən “Qızıl Qoç” restoranında xx.xx.2022-ci il tarixdə, saat 20:15-də müştəriyə göstərilmiş xidmətə və satılmış mallara görə müştəri tərəfindən 14 manat nağd pul vəsaiti ödənilməsinə baxmayaraq, ödənilmiş pulun NKA-ya daxil edilmədiyi, ödənilmiş pulun müqabilində müştəriyə NKA-dan çekin təqdim olunmadığı müəyyən olunmuşdur. Uçotdan yayındırılmış məbləğ xx.xx.2022-ci il tarixdə, saat 20:20-də 1 nömrəli çeklə NKA-ya bərpa edilmişdir). İddiaçı səbəb göstərməyərək aktı imzalamadaqdan imtina etmiş, bununla bağlı, xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Aşkar edilmiş pozuntuların nəticəsi olaraq, vergi orqanı tərəfindən 20 iyul 2022-ci il tarixli **********9208 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərar ilə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən, iddiaçıya 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ M ƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********9224 nömrəli və **********9208 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv olunmasını xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsində işin hallarını sadalamış, əlavə olaraq qeyd etmişdir ki, pivə barı kimi fəaliyyət göstərilməsi nəzərdə tutulan obyektin açılışı iyun ayının 11-nə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə o, obyektdə olduğu zaman vergi işçiləri obyektə gəlmiş və yoxlama aparmışlar. İddiaçı həmin vaxtlar restoranda işləmək üçün işçi axtardığından, vergi işçilərinin obyektə gəlməsindən təxminən yarım saat əvvəl obyektə işə girm ək üçün bir qadın, bir kişi olmaqla iki nəfər gəlmişdir. Vergi orqanı həmin şəxsləri onun işçiləri kimi qeyd etsə də (birini kassir, birini isə ofisiant kimi), iddiaçı həmin şəxslərlə sadəcə, iş rejimi barədə söhbət etmişdir. Əgər vergi orqanının iddia etdiyi kimi obyekt işlək olsaydı, obyektdə aşbaz, barmen, qabyuyan və s. bu işləri görən işçilər də olmalıydı. Onun əsas fəaliyyəti pivə satışı olduğu halda, heç pivə aparatları həmin vaxt hələ quraşdırılmamışdır. Bundan əlavə, ergi əməkdaşlarından biri kassa aparatına çek vuraraq bununla bağlı akt tərtib etmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək işin hallarını sadalamış və əlavə olaraq bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınması barədə ərizə ilə vergi orqanına mürac iət etmişdir. Vergi ödəyicisinin müraciətinə baxılmış və o, ********** VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Eyni zamanda, iddiaçı xx.xx.2022-ci il tarixdə “Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” ərizəsi ilə vergi orqanına müraciət etmiş, Gəncə şəhəri, Əhməd Cəmil 99 ünvanında yerləşən restoranı təsərrüfat subyekti kimi qeydiyyata aldırmışdır. Vergi ödəyicisi xx.xx.2022-ci il tarixdə ona məxsus obyektdə qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən nəzarət-kassa aparatı quraşdırmışdır. Göründüyü kimi, operativ vergi nəzarətinin keçirildiyi xx.xx.2022-ci il tarixdən 17 gün əvvəl obyektdə nəzarət-kassa aparatı quraşdırılmış, obyekt isə xx.xx.2022-ci il tarixdən qeydiyyatdan keçirilmişdir. İddiaçı ərizəsində pivə aparatlarının quraşdırılmadığını qeyd etsə də, o perativ vergi nəzarəti zamanı çəkilmiş fotoşəkillərdən görünür ki, iddiaçının əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyi X4 pivələrin süzülüb müştəriyə çatdırılması üçün nəzərdə tutulan yerdə əyləşmiş, eyni zamanda onun qarşısında pivə aparatı da mövcud olmuş, həmçinin pivənin süzülərək müştərilərə çatdırılması üçün nəzərdə tutulan stəkanlar yuyularaq vitrinə yığılmışdır. Fotoşəkillərdən də göründüyü kimi, fiziki şəxslə vergi ödəyicisi arasında hər hansı söhbət prosesi getmir, həmin fiziki şəxs iddiaçının obyektində işlərin yerinə yetirilməsinə cəlb olunub. Bundan əlavə, Məmmədova Leylaya məxsus fotoşəkildə onun qarşısında restoranın gündəlik dövriyyəsini özündə əks etdirən siyahının olduğunu görmək olar. Bu da onu deməyə əsas v erir ki, iddiaçının ərizəsində göstərdiyinin əksinə olaraq, ona məxsus restoran operativ vergi nəzarəti keçirilən zaman fəaliyyət göstərmiş və iddiaçı həmin şəxsləri əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. İddiaçı iddia ərizəsində obyektdə aşbaz, barmen, qabyuyan və s. bu işləri görən işçilərin olmamasına istinad etsə də, əmək müqaviləsi bildirişləri barədə məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçı 2 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlamışdır. Beləliklə, operativ vergi nəzarəti zamanı da iddiaçının iki nəfər işçisi olmuşdur və hazırda da iki nəfər işçi sadalanan işləri icra edir. Bu da iddiaçının həmin dəlilinin əsassızlığını sübut edir.
7. Gəncə İnzibati Məhkəməsinin (hakim: F,C.Hüseynov) 2-1(114)-154/2023 saylı 12 y anvar 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli **********9224 nömrəli və **********9208 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarları ləğv edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş yoxlama aparıldığı dövrə aid video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, vergi orqanının əməkdaşı kassa aparatını əlində saxlayaraq aparatın düymələrini işə salır. Vergi orqanının nümayəndəsi isə məhkəmə iclasında bildirmişdir ki, vergi əməkdaşı müştəriyə çek verilmədiyinə görə bərpa çeki vurmuşdur. Eyni zamanda, video görüntülərdən görünür ki, yoxlama zamanı obyektdə ümumiyyətlə müştəri olmamışdır. Bununla yanaşıŞ, vergi orqan ı konkret hansı müştəriyə hansı məbləğdə xidmət göstərildiyini (mal satıldığını) təsdiq edən sübut təqdim etməmişdir. Həmçinin, video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, yoxlama zamanı obyektdə 2 nəfər (1 qadın və 1 kişi) olmuş, iddiaçı həmin şəxslərin sonradan işə qəbul etdiyi Azər Verdiyev və Leyla Məmmədova olduğunu və onların işə qəbul olunmaq üçün obyektə gəldiklərini bildirmişdir. Görüntülərdə həmin şəxslərin işçi kimi fəaliyyət (xidmət) göstərdikləri görünmür, yalnız vergi əməkdaşları ilə söhbət etdiyi görünür. Vergi orqanı isə həmin şəxslərin obyektdə işçi kimi fəaliyyət göstərməsini təsdiq edən sübut təqdim etməmişdir. Eyni zamanda, görüntülərdə obyektdə müştəri olması da öz təsdiqini tapmır. Bundan əlavə, tərtib edilmiş akt və ona əlavələrdən görünür ki, iddiaçı həmin s ənədləri imzalamaqdan imtina etmişdir. Həmçinin, aktda adı olan şəxslərdən izahat alınması və akta onların imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin şəxslərin sözügedən obyektdə olması və işləməsi yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Ona görə də hazırki halda cavabdeh orqan iddiaçının əmək müqaviləsi olmadan 2 nəfər şəxsin işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Bu hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir
9. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlə r: R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, F.Ə.Mehtiyev və A.V.İsgəndərova) 06 aprel 2023-cü il tarixli, 2-1(104)-292/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-154/2023 saylı 12 yanvar 2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
12. Həmin qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını işin hallarında, iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
14. Belə ki, işə baxan məhkəmələr tərəfindən iddiaçının iddia ərizəsində qeyd etdikləri əsaslı sayılmış, qərarın əsaslandırma hissəsində vergi ödəyicisi tərəfindən məhkəməyə təqdim olunmuş video görüntü mötəbər hesab edilmiş, lakin vergi orqanı tərəfindən təqdim olunmuş fotoşəkillərə qiymət verməmişdir. Həmçinin, məhkəmə onu da nəzərə almamışdır ki, iddiaçı nəzarət-kassa aparatına operativ vergi nəzarəti tədbiri keçirilən dövrə qədər 2 dəfə (17 və 18 may tarixlərində - vergi ödəyicisi üzrə kassa əməliyyatlarından çıxarış) ödənilmiş məbləği daxil etmişdir. Bu da özlüyündə vergi ödəyicisinin oper ativ vergi nəzarəti tədbiri keçirilənə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunun sübutudur. Həmçinin, məhkəmənin qərarında istinad etdiyi video görüntü məhkəmə iclasında səsləndirilməmiş, tərəflərə həmin görüntülər barədə öz mövqeyini bildirmək imkanı verilməmiş, ümumiyyətlə, cavabdeh həmin video görüntülərdə əks olunanlar barədə məlumatlı olmamışdır.
15. Məhkəmə həmçinin nəzərə almamışdır ki, Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Bu maddənin məzmunundan da göründüyü kimi, vergi ödəyicisi fakt iki olaraq fəaliyyət göstərmirsə, bu barədə vergi orqanına arayış təqdim etməlidir. Bu arayış vergi orqanına təqdim olunmursa, heç bir halda həmin sahibkarın faktiki olaraq fəaliyyət göstərməməsi nəticəsinə gəlmək olmaz. İddiaçı qeyd etdiyi kimi, fəaliyyətə xx.xx.2022-ci il tarixdə başlayacağı halda, sahibkarlıq fəaliyyətini həmin tarixə qədər dayandırmalı idi. Vergi orqanı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən də görünür ki, iddiaçıya məxsus obyekt işlək vəziyyətdədir (məsələn: stəkanlar yuyularaq aidiyyəti rəflərə qoyulmuş, pivə aparatı cərəyan mənbəyinə qoşulmuşdur və s.). Bundan əlavə, X4 və X1 şəxsiyyəti tərəfimizdən müəyyən edilmiş və onların iddiaçının fəaliyyət göstərdiyi obyektdə işə cəlb edildiyi aşkar olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddiaçı, X4 və X3 i lə əmək münasibətlərində olmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Vergi Məcəlləsi Maddə 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Maddə 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tət biq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödən işlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;... Maddə 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hans ı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 ma nat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
18. İnzibati icraat haqqında Qanun: Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.... Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
19. İnzibati Prosessual Məcəllə: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandır ma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəməni n inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya inst ansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. X7 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə d ə, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2022-ci il tarixli **********9224 nömrəli və **********9208 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsidir ki, bu iddia da mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-in 14.1-ci maddəsinə əsasən isə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
26. Nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat apa rmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı.
27. Hazırkı halda, cavabdeh orqa n iddiaçı tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyini, eyni zamanda nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmadığını iddia etsə də, bu halları təsdiq edən sübut kimi yalnız 2 nəfər şəxsə dair fotoşəkil təqdim etmişdir ki, həmin fotoşəkillərdən qeyd edilən şəxslərin əmək funksiyalarını icra etməsi halı apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməmişdir.
28. Bundan əlavə, operativ yoxlamanın keçirildiyi anda iddiaçıya məxsus obyektdə müştərilərin olması, eyni zamanda fiziki şəxslər tərəfindən kimlərəsə xidmət göstərilməsi halı da öz təsdiqini tapmır. Cavabdeh kassasiya şikayətində iddiaçının daha sonrakı tarixlərdə həmin şəxslərlə müqavilə bağladığını qeyd etsə də, bu, iddiaçının qeyd olunan şəxslərlə operativ vergi yoxlaması zamanı faktiki əmək münasibətlərində olması mənasına gəlmir. Eyni zamanda, cavabdehin Vergi Məcəlləsinin 41-ci maddəsinə əsasən video çəkilişdən istifadə imkanı olduğu halda da bunu etməmiş, öz dəlillərinin əsaslılığını daha mötəbər sübutlarla rəsmiləşdirməmişdir.
29. Digər tərəfdən, cavabdeh nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmamasına dair irəli sürdüyü dəlilləri (iddiaçıya məxsus olan, Gəncə şəhəri, Əhməd Cəmil 99 ünvanında yerləşən “Qızıl Qoç” restoranında xx.xx.2022-ci il tarixdə saat 20:15-də müştəriyə göstərilmiş xidmətə və satılmış mallara görə müştəri tərəfindən 14 manat nağd pul vəsaiti ödənilməsinə baxmayaraq, ödənilmiş pulun NKA-ya daxil e dilməməsi, ödənilmiş pulun müqabilində müştəriyə NKA-dan çekin təqdim olunmaması) təsdiq edən hər hansı sübut da təqdim etməmişdir.
30. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələri tərəfindən qərarın əsaslandırılmasında istinad olunan və iddiaçı tərəfindən təqdim edildiyi qeyd edilən video iş materiallarında yoxdur və həmin videonun cavabdehə təqdim edilməsinə dair protokolda da hər hansı qeyd edilməmişdir. Bununla belə, yuxarıda qeyd edildiyi kimi, mübahisələndirilən aktın qanuniliyini sübutetmə vəzifəsi cavabdehə aid olduğundan, eyni zamanda, İPM-in 96.7-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə gəldiyi nəticə düzgün olduğundan, qərarın ləğv edilməsi, kassasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur.
31. Yuxarıdakılara əsasən, məhkə mə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2023-cü il tarixli, 21(104)-292/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.