Məhkəmə qərarları › İş №2-1(102)-1781/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1781/2025

14.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1781/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və digərlərinin cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özəlləşdirmə çekləri barədə iddia tələblərinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və digərlərinin (cəmi 702 nəfər) cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və digərlərinə qarşı “dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı pozuntuların aradan qaldırılması və sair” tələblərinə dair inzibati mübahisəyə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2025-ci il tarixli, 21(103)-1226/2025 nömrəli qərardadından iddiaçılar və iş üzrə tərəf olmayan X367 və Salmanov Ələskər Ələkbər oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 25.03.1996-cı il tarixli, 450 nömrəli “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən özəlləşdirmə çekləri tədavülə buraxılmışdır.

2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 1.5-ci bəndinə əsasən X56 tədavüldə olma müddəti 2002-ci ilin yanvar ayının 1-dək müəyyən edilmişdir.

3. Daha sonra X56 tədavüldə olma müddəti Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 587 nömrəli Fərmanı ilə 2004-cü ilin iyul ayının 1-dək, xx.xx.2004-cü il tarixli 75 nömrəli Fərmanı ilə 2008-ci ilin yanvar ayının 1-dək, xx.xx.2007-ci il tarixli 649 nömrəli Fərmanı ilə 2010-cu ilin yanvar ayının 1-dək, xx.xx.2009-cu il tarixli 202 nömrəli Fərmanı ilə 2011-ci ilin yanvar ayının 1-dək 5 dəfə uzadılmış və özəlləşdirmə paylarının tədiyyə vasitəsi kimi son istifadə müddəti xx.xx.2011-ci il tarixinədək müəyyən edilmişdir.

4. Əmla k Məsələləri Dövlət Xidmətinin 29 iyul 2024-cü il tarixli, 18 iyul 2024-cü il tarixli iddiaçıların müraciətlərinə baxılması barədə məktubla bildirilmişdir ki, X56 (çeklərinin) tədavüldə olma müddəti və tədiyyə vasitəsi kimi son istifadə müddəti xx.xx.2011-ci il tarix olması müəyyən olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və digərləri (cəmi 686 nəfər), habelə sonradan iddiaçı X525 və digərləri (cəmi 16 nəfər, ümumilikdə 702 nəfər iddiaçı - bundan sonra - iddiaçılar) cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikası Prezidentinin Administr asiyasına (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıların mülkiyyətində olub məhkəməyə təqdim edilmiş dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı olan hər cür pozuntunun aradan qaldırılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması, iddiaçıların mülkiyyətində olub məhkəməyə təqdim edilmiş X56 hər birinə düşən əmlakın naturada müəyyən edilərək iddiaçıların mülkiyyətinə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması, iddiaçıların mülkiyyətində olub məhkəməyə təqdim edilmiş X56 hər birinə düşən əmlakın naturada müəyyən edilərək iddiaçıları n mülkiyyətinə verilməsi mümkün olmadığı təqdirdə, həmin X56 hər biri üçün onun qanunla inflyasiyadan qorunan dəyəri olan 40.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların mülkiyyətlərində dövlət özəlləşdirmə payları var, lakin həmin mülkiyyət hüquqlarından onlar istifadə edə bilmirlər. Belə ki, həmin paylar üzərindəki mülkiyyət hüquqları xx.xx.2011-ci ildən bəri cavabdeh İdarələr tərəfindən qəbul edilmiş qanuni qüvvəsində olmayan aktlar ilə pozulur, onlar həmin paylardan istifadə edə, sərəncam verə bilmir. xx.xx.1995-ci il tarixində Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının” 8-ci bəndinin 3-cü abzasının imperativ tələbinə görə, bütün özəlləşdiriləcək əmlakın (səhmlərin) yalnız 35%-i pulla satıla bilər, qalan 65% isə yalnız və yalnız dövlət özəlləşdirmə payları (çekləri) ilə satılmalıdır. Qanunla bütün investorlar 15% əmək kollektivindən qalan payları və hərraclar üçün nəzərdə tutulmuş 50% payı yalnız və yalnız vətəndaşlardan Azərbaycan Respublikasının dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirdiyi dövlət özəlləşdirmə çeklərini əldə etməklə sahib ola bilərdi. Qanunla xarici investorlar özəlləşdirmədə iştirak etmək üçün əvvəl opsion almalı idi. Hər özəlləşdirmə opsionu vətəndaşlardan ikincili bazardan bir çek almaq hüququ verirdi. Bununla birlikdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 222 saylı Əmri i lə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.1997-ci ildə 75 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata aldığı “Dövlət özəlləşdirmə opsionunun qiymətinin müəyyən edilməsi” haqqında Qaydalardan məlum olduğu kimi 2-ci bənddə “Dövlət özəlləşdirmə opsionunun qiyməti X55 (paylarının) çek auksionlarında təşəkkül tapmış orta satış qiymətinin 0,1 faiz miqdarında, lakin iki min manatdan az olmamaq şərti ilə müəyyən edilir” yazılmışdır. Həmin dövrdə 1 dollar 4000 manat və 1 opsionun qiyməti ən azı 50 sent olub. Dövlət Əmlak Komitəsi 1997-ci ildə 1 ədəd dövlət özəlləşdirmə çeki dəyərinin ən azı 500 USD və bir özəlləşdirmə payında 4 çek olduğunu nəzərə alsaq, bir paya düşən mülkiyyət əmlak ekvivalentini ən azı 2000 USD müəyyən edib. Bu dəyərin əmlak ekvivalenti qanunla təsdiqlənmi ş İ Dövlət Proqramına görə inflyasiyadan qorunur. Ötən 28 ildəki inflyasiyanı nəzərə alsaq hər özəlləşdirmə payına düşən və qanunla qorunan maddi ekvivalent dəyərinin bu gün üçün ən azı 40.000 manat olduğunu təsdiqləyir. 1995-ci il ölkənin iqtisadi cəhətdən ən ağır vəziyyətində, dövlət büdcəsində heç 1 milyard dollar olmayanda dövlət tarixi sosial ədalətin təmin olunması üçün özəlləşdiriləcək bütün orta və iri müəssisələrin 65%-ni miras əmlak payı olaraq dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri ilə əvəzləndirilməsini qanunla təsdiqlədi. Nəticədə bu gün üçün Maliyyə Nazirliyi gələcəkdə özəlləşdiriləcək bu əmlakların dəyərini yenidən qiymətləndirərsə, hətta bir özəlləşdirmə payına düşən və qanunla qorunan maddi ekvivalent dəyərinin bu gün üçün bəlkə də 80.000 manat olması faktı üzə ç ıxar. Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul olunmuş 23 dekabr 2009-cu il tarixli, 202 nömrəli Fərman (qanuni qüvvəsində olmayan akt) ilə bu imkanın qarşısı alındı və iddiaçıların bu mülkiyyət hüququ pozuldu. Belə ki, həmin Fərman ilə X55 (paylarının) xx.xx.2011-ci il tarixinə qədər tədavüldə qalacağı bildirildi. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 75 saylı Fərman ilə dövriyyədə olan X55 (paylarının) dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə (ödəniş) vasitəsi kimi xx.xx.2011-ci ilə qədər istifadə edilə biləcəyi qəbul olundu. 2004-cü ilə qədər heç bir qanunvericilik aktı ilə X55 (paylarının) tədiyyə vasitəsi kimi istifadə müddəti məhdudlaşdırılmadığı halda, birdən-birə xx.xx.2004-cü il tarixli, 75 saylı Fərman ilə məhdudlaşdırıldı.

7. Cavabdehlər iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişlər.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12800/2024 nömrəli qərardadı (hakim X149) ilə iddia tələbləri mümkün sayılmamışdır.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki: - iddiaçılar X56 hər birinə düşən əmlakın naturada müəyyən edilərək iddiaçıların mülkiyyətinə verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətinə aid olduğunu hesab edirlərsə, yalnız həmin iddia tələbini irəli sürməli idilər. Lakin, iddiaçılar bununla yanaşı dəymiş ziyana qarşı kompensasiya tələbini irəli sürmüş, həmin tələbi 4 inzibati orqana qarşı yönəltmiş və onlara ziyan dəyməsinin hansı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi səbəbindən baş verməsini əsaslandıra bilməmişlər. İddianın bu şəkildə qoyulması yolverilməzdir; - ölkə vətəndaşlarına paylanmış X56 (çeklərinin) tədavüldə olma müddəti 2011-ci il yanvar ayının 1-dək müəyyənləşdirilmişdir. Bundan sonra isə həmin tədavül müddətinin uzadılması barədə həmin Fərmana dəyişiklik olunmamışdır. Beləliklə də konkret halda, iddiaçılar onlara verilmiş özəlləşdirmə paylarından (çeklərindən) 2011-ci ilin yanvar ayının 1-dək istifadə etmək hüquqlarından istifadə etməmiş, bu imkanı qaçırmış, hətta həmin vaxtdan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən olunan 10 illik iddia müddəti də keçmişdir. İddiaçılar qeyd olunanları bilməli olduğu halda, dövlət aktlarının tələblərinə ciddi yanaşmamış, özəlləşdirmə çeklərini özündə saxlamış, mübahisələndirilən pr osedur qapandığı və artıq məsələ ilə bağlı subyektiv hüquqlarını itirdikləri halda, onlarda qalmış çeklərə görə cavabdehlərə qarşı ona vurulmuş ziyana görə kompensasiya tələbini irəli sürmüşdür.

10. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin mümkün sayılmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2025-ci il tarixli, 2-1(103)-1226/2025 nömrəli qərardadı (Səmədov Rəşid Əfraim oğlu sədrliyi və məruzəsi ilə, X526 və X926) ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Bundan əlavə məhkə mə kollegiyası qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsi isə nəzərdə tutur ki, maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Göründüyü kimi, iddiaçılar kompensasiya tələbini irəli sürmək üçün qanunla müəyyən olunan iddia müddətini ötürmüşlər.

13. İddiaçılar və iş üzrə tərəf olmayan X367 və Salmanov Ələskər Ələkbər oğlu həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin mümkün sayılmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətlərinin dəlilləri

14. Kassasiya şikayətlərində işin halları, iddia tələbinin ə sasları sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 8 Fevral 2025-ci ildə mətbuat orqanlarına verdiyi rəsmi məlumatdan aydın olur ki, bu günə qədər X55 dövriyyədən çıxarılması barədə heç bir qanunvericilik aktı qəbul olunmamışdır. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının vətəndaşlara göndərdiyi aşağıdakı 2 rəsmi cavab məktubunda 2017-ci ilə qədər bu dövlət orqanı tərəfindən də X55 dövriyyədən çıxarılmadığı təsdiqlənir.

15. Zərərin tələb olunması ilə bağlı qeyd edilməlidir ki, yalnız X56 (çeklərinin) dövriyyədən çıxarılması haqqında elan mətbuatda dərc ediləndən sonra iddia müddəti işləməyə başlaya bilər. İşləməyə başlamamış bir müddətin bitməsi də mümkün deyildir. Qiymətli kağızın dövriyyədən çıxarılması üçün mətbuatda el anın dərc olunması qanunvericiliyin imperativ tələbidir. Məhz həmin elan dərc olunandan sonra 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlayır. Lakin məlum olduğu kimi, bu barədə Mülki Məcəllədə imperativ qaydada tələb edilən elan mətbuatda dərc olunmayıb. Başqa bir ifadə ilə 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlamayıb ki, bitmiş olsun. 16. 2011-ci ildən etibarən dövlət özəlləşdirmə çeklərin həm tədavül və həm də tədiyyə - ödəmə vasitəsi kimi istifadəsi Fərmanla dayandırıldı. Yəni mülkiyyət hüququndan istifadə Konstitusiyaya və Qanunlara zidd olaraq Qanundan aşağı qanunvericilik aktları ilə pozuldu. Lakin, məhkəmələr buna heç bir hüquqi qiymət vermədilər.

17. Dövlət özəlləşdirmə çekləri də qanunla tənzimlənmiş və dövriyyəyə buraxılmış, dövlət qiymətli kağızı ki mi mülkiyyət hüququnun varlığını təsdiqləmişdir. Eyni zamanda, Mülki Məcəllədə də həmin məsələ öz əksini tapmışdır. Qeyd edildiyi kimi, dövlət özəlləşdirmə payları qanunla verilib və qanunla bütün özəlləşdiriləcək orta və iri dövlət müəssisələrinin 65%-nin əmlakları həcmində - mülkiyyət payıdır. Məhkəmə iddiaçıların dövlət özəlləşdirmə payları üzərində mülkiyyət hüququ olduğunu inkar etməmiş, əksinə belə bir hüququn var olduğunu qəbul etmiş, lakin X55 dövriyyədən çıxarıldığını, həmin mülkiyyət hüququnun vaxtında istifadə edilmədiyini, iddia ərizəsinin prosessual baxımdan düzgün qoyulmadığını, 1 cavabdehə qarşı irəli sürülməli olduğu halda, 4 cavabdehə birdən irəli sürülmənin yol verilməz olduğunu bildirmişdir. Bakı Apellyasiya Məhkəməsi də bunu təsdiq etmişdir. b. kassasiya şikayətinə et irazın dəlilləri

18. Cavabdehlər kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.... Maddə

27. Proses iştirakçıları 27.1. İnzibati məhkəmə icraatının iştirakçıları, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər proses iştirakçıları hesab olunurlar. 27.2. Tərəflər və inzibat i məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. 27.3. İddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi) və cavabdeh tərəflər hesab olunurlar. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

90. Kassasiya şikayəti vermək hüququ... 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində ş ikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.... 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması bar ədə qərardad qəbul edir. Bu barədə inzibati məhkəmə icraatının iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.... Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2025-ci il tarixli, 2-1(103)-1226/2025 nömrəli qərardadından 700 nəfər iddiaçı kollektiv qaydada, iddiaçılar İddiaçı6 və İddiaçı4 isə fərdi qaydada kassasiya şikayətləri ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmişlər.

23. Kollektiv kassasiya şikayətində yalnız X527, fərdi kassasiya şikayətlərində isə hər iki iddiaçılar, yəni İddiaçı6 və İddiaçı4 vəkillə təmsil olunmuşlar. X150 vəkili İddiaçı2 həm də iddiaçı və kassatordur.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2025ci il tarixli 2 -1(102)-1781/2025 nömrəli qərardadına əsasən hazırkı işdə kassasiya şikayəti verən şəxslərin sayının 40 nəfərdən çox olması, kollektiv kassasiya şikayəti verən şəxslərdən X527 və vəkili İddiaçı2 istisna olmaqla, 698 nəfərin vəkillə təmsil olunmadıqları, onlara apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair yazılı izahın təqdim edilmədiyi nəzərə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 21.1, 21.7 və 21.8-ci maddələrinə əsasən kollektiv kassasiya şikayətinə vəkillə təmsil olunmadan imza çəkmiş şəxslərə kassasiya şikayəti vermə qaydası barədə yazılı izah, habelə vəkillə təmsil olunmaqla kassasiya şikayəti vermiş iddiaçılar X527, İddiaçı6 və İddiaçı4, habelə həm iddiaçı, həm də kassatorun vəkili İddiaçı 2 və cavabdehlərə yazılı icraat qaydasında kassasiya şikayətinə baxılması ilə əlaqədar məhkəmə sənədləri (məhkəmə aktından kassasiya şikayəti vermə qaydasına dair izah və məhkəmə bildirişi) mediada dərc olunma yolu ilə (“Azərbaycan” qəzeti, xx.xx.2025-ci il tarixli 125 (9870) nömrəli buraxılış) təqdim olunmuşdur.

25. Bundan sonra, 43 nəfər şəxs tərəfindən imzalanmış və vəkil orderi əlavə edilmiş kassasiya şikayəti məhkəmənin təyin etdiyi müddət ərzində Ali Məhkəməyə təqdim edilmişdir. Onlardan iki nəfər X367 və Salmanov Ələskər Ələkbər oğlu iddiaçı olmadığı halda kassasiya şikayətini imzalamışlar. X527 isə həmin kassasiya şikayətini yenidən order əlavə etməklə imzalamışdır.

26. Həmin kollektiv kassasiya şikayəti iddiaçılar X528, X33, X151, İddiaçı5, X152, X529, X530, X368, X153, X369, X661, X531, X234, X235, X236, X237, X370, İddiaçı3, X34, X927, X371, X662, X154, X238, X155, X372, X156, X157, X95, İddiaçı7, X373, X532, X374, X533, X534, X375, X663, X376, X377 və X378 münasibətdə, habelə, ilkin kassasiya şikayəti İddiaçı2 və X239 münasibətdə və fərdi qaydada verilmiş kassasiya şikayətləri (iddiaçılar İddiaçı6 və İddiaçı4 münasibətdə) vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, adları yuxarıda qeyd edilən iddiaçılar tərəfindən verilən kassasiya şikayətləri mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. İş üzrə tərəf olmayan şəxslə r tərəfindən verilmiş kassasiya şikayəti

28. Müvafiq hüquqi yardımdan sonra təqdim edilmiş kollektiv kassasiya şikayətini imzalamağa səlahiyyəti olmayan X367 və Salmanov Ələskər Ələkbər oğlu da imzalamış və onların adına vəkil orderi də əlavə edilmişdir. Halbuki, X367 və Salmanov Ələskər Ələkbər oğlu hazırkı iş üzrə 702 nəfərdən ibarət iddiaçıların siyahısında olmamış, həmin şəxslər iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etməmiş, habelə apellyasiya instansiyasında hər hansı tələbləri olmamışdır.

29. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının mübahisələndirilən qərardadından X367 və Salmanov Ələskər Ələkbər oğlunun kassasiya şikayəti vermək hüquqları olmamışdır. Ona görə də, müvafiq hüquqi yardımdan sonra təq dim edilmiş kollektiv kassasiya şikayəti X367 və Salmanov Ələskər Ələkbər oğluna münasibətdə mümkün sayılmamalı və qəbulundan imtina edilməlidir. Kassasiya şikayətinə vəkil orderinin əlavə edilməməsi

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq hüquqi yardımından sonra aşağıda adları qeyd edilmiş digər iddiaçılar X240, X664, X535, X379, X665, X158, X666, X380, X536, X159, X537, X667, X381, X241, X382, X242, X96, X57, X160, X35, X4, X161, X58, X59, X162, X36, X60, İddiaçı16, X14, X61, X62, X63, X243, X64, X97, X98, X163, X37, X538, X38, X383, X384, X99, X734, X539, X5, X65, X100, X66, X39, X15, X244, İddiaçı56, İddiaçı48, X540, X789, X101, X790, X791, X245, İddiaçı34, X385, X348, X102, X928, X792, X16, X668, X669, X246, X103, X541, X247, X40, X67, X248, X670, X164, X249, İddiaçı52, X542, X165, X386, X166, X167, X387, X168, X104, X388, X105, X543, X250, X169, X544, X251, X793, X252, X794, X545, X106, X389, X390, X671, X672, X17, X253, X254, X391, X255, X256, X257, X392, X18, X546, X170, İddiaçı28, X393, X795, X796, İddiaçı42, X258, X68, X41, X259, İddiaçı62, X673, X674, İddiaçı55, X107, X108, İddiaçı73, X171, X394, İddiaçı23, İddiaçı9, X260, X395, X396, İddiaçı17, X109, X397, X110, X111, X398, X547, X399, X261, İddiaçı54, X400, X6, X69, İddiaçı13, X548, X549, X491, X1062, X929, X401, X70, İddiaçı44, X930, İddiaçı80, İddiaçı63, X675, X550, X931, X932, X172, X551, X552, X676, X402, X797, X677, X798, X262, X263, X553, X799, X554, X678, X264, X265, X800, X54, X403, X679, X680, X404, X405, X173, X555, X802, X681, X174, X556, X557, X558, X351, X406, X407, X408, X1154, X682, X559, X409, X560, X410, X266, X175, X683, X803, X176, X684, X411, X177, X412, X413, X685, X561, X267, X562, X414, X415, X268, X112, X71, X113, X19, X1, X686, X416, X563, X417, X564, X565, X418, İddiaçı59, X72, X269, İddiaçı68, İddiaçı43, İddiaçı69, X419, X270, X420, X566, İddiaçı71, X271, X421, X687, İddiaçı82, İddiaçı33, X567, X568, İddiaçı75, X804, X143, İddiaçı32, X569, X422, İddiaçı81, X272, X73, X42, X114, X20, X115, X423, X688, X424, İddiaçı39, X273, X689, X178, X570, X571, X43, İddiaçı37, X425, X572, X426, X116, X427, X117, X118, X74, X274, İddiaçı38, X119, X690, X573, İddiaçı8, X10, X179, X180, İddiaçı76, X428, X275, X276, X181, X182, X44, X277, X120, X429, X278, İddiaçı35, X279, X280, İddiaçı64, X574, X430, İddiaçı65, İddiaçı66, X45, X691, X431, X432, X75, X281, İddiaçı70, X46, İddiaçı47, X282, X21, X433, X692, X434, X805, X283, X575, X121, X76, X435, X576, X284, X285, X7, X183, X122, X77, X184, X436, İddiaçı29, X286, X437, X577, X806, X807, X438, X808, X693, X185, X186, X439, X78, X440, X578, X694, İddiaçı61, X123, X79, X287, X124, X288, X441, X442, X443, X80, X695, X187, X696, X289, X290, X188, X579, İddiaçı58, X809, X580, X189, X444, X125, X126, X445, İddiaçı51, X446, X447, X291, X448, X190, X22, X191, X810, X292, İddiaçı15, X581, X293, X449, X294, X295, X450, X23, X451, X296, X192, X193, X452, X297, X81, X298, X194, X453, X127, X299, X454, X24, X195, X47, X697, X698, X582, X196, X128, İddiaçı14, İddiaçı46, X455, X455, X197, X300, İddiaçı19, İddiaçı21, X301, X129, X302, X583, X456, X303, X457, X699, X700, X198, X458, İddiaçı25, İddiaçı45, X584, X585, İddiaçı26, X304, X199, X305, X130, X586, X131, X306, X307, X11, X200, X308, X201, X82, X309, X132, X310, X83, X311, X312, X202, X133, X459, X313, X314, İddiaçı53, X460, X587, İddiaçı60, X315, İddiaçı57, X203, X316, X701, X702, X588, X317, X134, X204, Musayev Əhməd-Kamal İman oğlu, X135, X811, X812, X205, X318, X319, X461, X48, X84, X136, X9, X589, X813, X814, Nağıyev Rasim saleh oğlu, X590, X703, X704, X591, X705, X462, İddiaçı74, X463, X464, X49, X320, X465, X321, İddiaçı30, X525, X50, X25, X85, X51, X26, X206, X322, X323, X207, X592, X706, X86, X593, X208, X466, X594, X2, X707, X209, X8, X815, X87, İddiaçı79, İddiaçı78, X595, X88, X324, İddiaçı12, X467, X468, X469, X708, X3, X137, X147, X709, X710, X27, X596, X597, X711, X470, X471, X362, X1063, X472, X934, X325, X29, X10 64, X473, X326, X599, X327, X138, X328, X935, X712, X713, X210, X211, X600, X474, X475, X212, X52, X476, X329, X601, X602, X330, İddiaçı77, X816, X603, X477, X331, X604, X89, X139, X478, X332, X479, X28, İddiaçı10, İddiaçı11, X213, X714, X12, X364, X480, X715, X140, Şəfi-zadə Bəxtiyar Aslan oğlu, Şəfi-zadə Elnura Xəlfəli qızı, İddiaçı20, X481, X936, İddiaçı22, X482, X483, X716, X484, X485, İddiaçı67, X214, X333, Təqəvi X144, X605, X334, X335, X817, X818, X606, X486, X487, İddiaçı1, X717, X141, X607, X718, X608, X336, X337, X609, X215, X142, X610, X365, X488, X338, İddiaçı24, X489, X490, X611, X339, X216, İddiaçı31, X217, X340, X218, X53 tərəfindən müvafiq vəkil orderi, vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayəti təqdim edilməmişdir.

31. Həmin şəxslərdən sadəcə X541, X2 60, X697, X716 və X485 ərizə ilə məhkəməyə müraciət edərək vəkillə müqavilə bağlamağa maddi imkanlarının olmadığını bildirsələr də, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişlər, eləcə də, məhkəməyə dövlət hesabına vəkillə təmin edilmələri ilə bağlı hər hansı müraciət etməmişlər.

32. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda adları qeyd edilən iddiaçıların şikayəti üzrə kassasiya mümkün sayıla bilməz, onlara münasibətdə kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbulundan imtina olunmalıdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Dövlət özəlləşdirmə çekləri Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 mart tarixli, 450 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə” ilə təsdiq edilmişdir.

35. Belə ki, Əsasnamənin 2-ci bəndinə əsasən dövlət özəlləşdirmə payları (çekləri) dövlət mülkiyyətində olan əmlakın bir hissəsinin Azərbaycan Respublikası vətəndaşlarına əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağızdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, X56 (çeklərinin) dövlət tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına əvəzsiz olaraq verilməsində məqsəd dövlət əmlakının özəlləşdirilmə sində bütün vətəndaşların müəyyən dövr ərzində bərabər iştirakını təmin etməkdən ibarət olmuşdur.

37. Qeyd edilən bu çeklər dövlət tərəfindən əvəzsiz verilməklə həm də onların istifadə müddəti müvafiq maddi hüquq norması ilə müəyyən edilmişdir.

38. Əsasnamənin 3-cü bəndinə əsasən özəlləşdirilən dövlət əmlakının (o cümlədən dövlət müəssisələrinin əsasında yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin investisiya fondlarının səhmlərinin) alınmasında (ödəniş vasitəsi kimi) dövlət özəlləşdirmə paylarından (çeklərindən) tam və ya hissə-hissə istifadə oluna bilər.

39. Əsasnamədən göründüyü kimi, vətəndaşlara, o cümlədən, iddiaçılara verilmiş özəlləşdirmə çekləri (payları) dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi istifadə imkanını nəzərdə tutmuşdur.

40. Lakin Azərbaycan Resp ublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 1.5-ci bəndinə (23 dekabr 2009-cu il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə edilmiş dəyişikliyə görə) görə Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinə dair qanunvericilik aktlarına uyğun olaraq ölkə vətəndaşlarına paylanmış dövlət özəlləşdirmə payları (çekləri) 2011-ci il yanvar ayının 1-dək tədavüldə olduğu müəyyən edilmişdir.

41. Beləliklə, iddiaçılara paylanmış X56 (çeklərinin) tədavüldə olma müddəti 2011-ci il yanvar ayının 1-dək müəyyənləşdirildiyindən 2011-ci il 1 yanvar tarixdən həmin çeklərin ödəniş vasitəsi kimi istifadə edilməsi qanunauyğun olmamışdır. 4 2. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının” 1.5-ci bəndinə əsasən X56 tədavüldə olma müddəti 2002-ci ilin yanvar ayının 1-dək müəyyən edilmişdir. Daha sonra X56 tədavüldə olma müddəti Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 587 nömrəli Fərmanı ilə 2004-cü ilin iyul ayının 1-dək, xx.xx.2004-cü il tarixli 75 nömrəli Fərmanı ilə 2008-ci ilin yanvar ayının 1dək, xx.xx.2007-ci il tarixli 649 nömrəli Fərmanı ilə 2010-cu ilin yanvar ayının 1-dək, xx.xx.2009-cu il tarixli 202 nömrəli Fərmanı ilə 2011-ci ilin yanvar ayının 1-dək 5 dəfə uzadılmış və özəlləşdirmə paylarının tədiyyə vasitəsi kimi son istifadə müddəti xx.xx.2011ci il tarixinədək müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət özəlləşdirmə payları (çe kləri) yalnız qanunvericiliklə müəyyən edilmiş müddət ərzində dövlət əmlakının özəlləşdirilməsində tədiyyə (ödəniş) vasitəsi kimi istifadə oluna bilər. İddiaçılara dövlət tərəfindən əvəzsiz olaraq verilən və istifadə müddəti dövlət tərəfindən müəyyən edilən dövlət özəlləşdirmə payından (çekindən) istifadə edilməsi mütləq hüquq deyildir və qanunvericiliklə müəyyənləşdirilmiş məhdudiyyətlərə məruz qala bilər. İddiaçıların qanunvericilikdə göstərilən normalarda qeyd edilən vaxt ərzində bu hüququndan istifadə etməməsi, hazırda hüquqlarının pozulması anlamına gəlmir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələ rə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

45. İPM-in 35.1-ci maddəsinin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

46. Bu ba xımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən iddiaçının hüquqi müdafiə marağının yəni onun hüquqlarının pozulması halı mövcud olmalıdır.

47. İşin hallarından və yuxarıda qeyd olunan hüquqi mövqeni nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, dövlət mülkiyyətində olan əmlakın bir hissəsinin əvəzsiz olaraq verilməsində tədiyyə vasitəsi kimi nəzərdə tutulan dövlət özəlləşdirmə çeklərindən müvafiq qanunvericiliklə müəyyən edilmiş istifadə müddəti bitdikdən sonra istifadə edilə bilməməsi iddiaçının hüquqlarının pozulması anlamına gəlmir.

48. Beləliklə, İPM-in 35.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddia tələblərinin mümkünlük şərtinə uyğun olaraq hüquq pozulması faktı müəyyən olunmur.

49. Yekun olara q məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 mart tarixli, 450 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”yə əsasən Dövlət özəlləşdirmə payları (çekləri) dövlət mülkiyyətində olan əmlakın bir hissəsinin Azərbaycan Respublikası vətəndaşlarına əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağızdır.

50. Lakin X56 (çeklərinin) istifadə müddəti xx.xx.2011-ci ildə bitib və bu tarixdən sonra həmin çeklər “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”yə əsasən dövlət mülkiyyətində olan əmlakın bir hissəsinin əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağız kimi istifadə edilə bilməz.

51. Belə ki, “X56 (çeklərinin) dövriyyədən çıxarılmas ı” Qaydalarının hüquqi normativ akt ilə təsdiqlənməməsi halında, eləcə də, həmin çeklərin dövriyyədə olması qəbul edilsə belə, onların istifadə müddətinin bitməsi barədə maddi hüquqi norması mövcuddur.

52. Nəticədə məhkəmə kollegiyası hesab edir ki, dövlət tərəfindən iddiaçılara əvəzsiz olaraq verilən və müəyyən istifadə müddəti tətbiq edilən dövlət özəlləşdirmə payından (çekindən) vaxtında, yəni xx.xx.2011-ci ilə qədər təyinatına uyğun istifadə etmədiyinə görə hal-hazırda yuxarıda qeyd edilən tələblərlə çıxış etmək hüququna malik olmadığından apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

53. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı mübahisə ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdi yi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin kollektiv kassasiya şikayəti iddiaçılar X240, X664, X535, X379, X665, X158, X666, X380, X536, X159, X537, X667, X381, X241, X382, X242, X96, X57, X160, X35, X4, X161, X58, X59, X162, X36, X60, İddiaçı16, X14, X61, X62, X63, X243, X64, X97, X98, X163, X37, X538, X38, X383, X384, X99, X734, X539, X5, X65, X100, X66, X39, X15, X244, İddiaçı56, İddiaçı48, X540, X789, X101, X790, X791, X245, İddiaçı34, X385, X348, X102, X928, X792, X16, X668, X669, X246, X103, X541, X247, X40, X67, X248, X670, X164, X249, İddiaçı52, X542, X165, X386, X166, X167, X387, X168, X104, X388, X105, X543, X250, X169, X544, X251, X793, X252, X794, X545, X106, X389, X390, X671, X672, X17, X253, X254, X391, X255, X256, X257, X392, X18, X546, X170, İddiaçı28, X393, X795, X796, İddiaçı42, X258, X68, X41, X259, İddiaçı62, X673, X674, İddiaçı55, X107, X108, İddiaçı73, X171, X394, İddiaçı23, İddiaçı9, X260, X395, X396, İddiaçı17, X109, X397, X110, X111, X398, X547, X399, X261, İddiaçı54, X400, X6, X69, İddiaçı13, X548, X549, X491, X1062, X929, X401, X70, İddiaçı44, X930, İddiaçı80, İddiaçı63, X675, X550, X931, X932, X172, X551, X552, X676, X402, X797, X677, X798, X262, X263, X553, X799, X554, X678, X264, X265, X800, X54, X403, X679, X680, X404, X405, X173, X555, X802, X681, X174, X556, X557, X558, X351, X406, X407, X408, X1154, X682, X559, X409, X560, X410, X266, X175, X683, X803, X176, X684, X411, X177, X412, X413, X685, X561, X267, X562, X414, X415, X268, X112, X71, X113, X19, X1, X686, X416, X563, X417, X564, X565, X418, İddiaçı59, X72, X269, İddiaçı68, İddiaçı43, İddiaçı69, X419, X270, X420, X566, İddiaçı71, X271, X421, X687, İddiaçı82, İddiaçı33, X567, X568, İddiaçı75, X804, X143, İddiaçı32, X569, X422, İddiaçı81, X272, X73, X42, X114, X20, X115, X423, X688, X424, İddiaçı39, X273, X689, X178, X570, X571, X43, İddiaçı37, X425, X572, X426, X116, X427, X117, X118, X74, X274, İddiaçı38, X119, X690, X573, İddiaçı8, X10, X179, X180, İddiaçı76, X428, X275, X276, X181, X182, X44, X277, X120, X429, X278, İddiaçı35, X279, X280, İddiaçı64, X574, X430, İddiaçı65, İddiaçı66, X45, X691, X431, X432, X75, X281, İddiaçı70, X46, İddiaçı47, X282, X21, X433, X692, X434, X805, X283, X575, X121, X76, X435, X576, X284, X285, X7, X183, X122, X77, X184, X436, İddiaçı29, X286, X437, X577, X806, X807, X438, X808, X693, X185, X186, X439, X78, X440, X578, X694, İddiaçı61, X123, X79, X287, X124, X288, X441, X442, X443, X80, X695, X187, X696, X289, X290, X188, X579, İddiaçı58, X809, X580, X189, X444, X125, X126, X445, İddiaçı51, X446, X447, X291, X448, X190, X22, X191, X810, X292, İddiaçı15, X581, X293, X449, X294, X295, X450, X23, X451, X296, X192, X193, X452, X297, X81, X298, X194, X4 53, X127, X299, X454, X24, X195, X47, X697, X698, X582, X196, X128, İddiaçı14, İddiaçı46, X455, X455, X197, X300, İddiaçı19, İddiaçı21, X301, X129, X302, X583, X456, X303, X457, X699, X700, X198, X458, İddiaçı25, İddiaçı45, X584, X585, İddiaçı26, X304, X199, X305, X130, X586, X131, X306, X307, X11, X200, X308, X201, X82, X309, X132, X310, X83, X311, X312, X202, X133, X459, X313, X314, İddiaçı53, X460, X587, İddiaçı60, X315, İddiaçı57, X203, X316, X701, X702, X588, X317, X134, X204, Musayev Əhməd-Kamal İman oğlu, X135, X811, X812, X205, X318, X319, X461, X48, X84, X136, X9, X589, X813, X814, Nağıyev Rasim saleh oğlu, X590, X703, X704, X591, X705, X462, İddiaçı74, X463, X464, X49, X320, X465, X321, İddiaçı30, X525, X50, X25, X85, X51, X26, X206, X322, X323, X207, X592, X706, X86, X593, X20 8, X466, X594, X2, X707, X209, X8, X815, X87, İddiaçı79, İddiaçı78, X595, X88, X324, İddiaçı12, X467, X468, X469, X708, X3, X137, X147, X709, X710, X27, X596, X597, X711, X470, X471, X362, X1063, X472, X934, X325, X29, X1064, X473, X326, X599, X327, X138, X328, X935, X712, X713, X210, X211, X600, X474, X475, X212, X52, X476, X329, X601, X602, X330, İddiaçı77, X816, X603, X477, X331, X604, X89, X139, X478, X332, X479, X28, İddiaçı10, İddiaçı11, X213, X714, X12, X364, X480, X715, X140, Şəfi-zadə Bəxtiyar Aslan oğlu, Şəfi-zadə Elnura Xəlfəli qızı, İddiaçı20, X481, X936, İddiaçı22, X482, X483, X716, X484, X485, İddiaçı67, X214, X333, Təqəvi X144, X605, X334, X335, X817, X818, X606, X486, X487, İddiaçı1, X717, X141, X607, X718, X608, X336, X337, X609, X215, X142, X610, X365, X488, X338, İddiaçı 24, X489, X490, X611, X339, X216, İddiaçı31, X217, X340, X218, X13 münasibətdə, habelə, məhkəmənin hüquqi yardımından sonra təqdim edilmiş kollektiv kassasiya şikayəti isə iş üzrə tərəf olmayan X367 və Salmanov Ələskər Ələkbər oğluna münasibətdə mümkün sayılmasın və həmin kassasiya şikayətlərinin qəbulundan imtina edilsin. İddiaçılar X528, X33, X151, İddiaçı5, X152, X529, X530, X368, X153, X369, X661, X531, X234, X235, X236, X237, X370, İddiaçı3, X34, X527, X927, X371, X662, X154, X238, X155, X372, X156, X157, X95, İddiaçı7, X373, X532, X374, X533, X534, X375, X663, X376, X377, İddiaçı2, X719, İddiaçı6 və İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2025-ci il tarixli, 21(103)-1226/2025 nömrəli qərardadı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar