Məhkəmə qərarları › İş №2-1(102)-1782/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1782/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1782/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: sərəncamın qismən etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı (üçüncü şəxs: X15) “sərəncamın qismən etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2023-cü il tarixli, 2-1(103)-446/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kas sasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Baxılan işdə Cavabdeh mənzilinin X3 mülkiyyətinə verilməsi barədə xx.xx.1995-ci il tarixli, 539/16 saylı sərəncamın qanuniliyi mübahisələndirilir.

2. Belə ki, Cavabdeh xx.xx.1995-ci il tarixli 162/130 saylı sərəncamı ilə 28 May küçəsi, 14 nömrəli evin, 4 otaqlı ümumi sahəsi 101,6 kv.m, yaşayış sahəsi 74,0 kv.m olan ümumi kommunal şəraitli 58 №-li mənzili əvəzsiz olaraq X7 mülkiyyətinə verilmişdir.

3. Həmin mənzil üzərində X7 mülkiyyət hüququ Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1995-ci ildə qeydiyyata alınaraq MH seriyalı, 042656 saylı qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir.

4. Həmin mənzil üzərində mü lkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə X7 adına qeydiyyata alınmış və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.

5. Cavabdeh xx.xx.1995-ci il tarixli, 539/16 saylı sərəncamı ilə 28 May küçəsi, 14 nömrəli evin, 1 otaqlı ümumi sahəsi 48,58 kv.m, yaşayış sahəsi 33 kv.m olan ümumi kommunal şəraitli 54 nömrəli mənzilin əvəzsiz olaraq X3 mülkiyyətinə verilmişdir. 6. 03.03.2012-ci il tarixdə ölmüş X3 vərəsəsi X8 mirasda 100% pay almışdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 33 kv.m, ümumi sahəsi 48.58 kv.m olan 1 otaqlı daşınmaz əmlakdan ibarət olmuşdur.

7. X9 ilə alıcı X16 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, AN-İ 157493 nömrəli alğı -satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 14 saylı evin, 54 saylı mənzili X10 mülkiyyətinə keçmiş, həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mənzilə dair texniki pasportdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14, mənzil 58 **********54-05101-093038 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı (üçüncü şəxs X15) 1 sentyabr 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14-də yerləşən ümumi şəraitli mənzilin X3 mülkiyyətinə verilməsinə dair Bakı şəhəri Cavabdeh xx.xx.1995-ci il tarixli, 539/16 saylı sərəncamının qismən, yəni 15,58 kv.m sahəsinə aid hissəsində etibarsız hesab edilməsi barədə” qərar çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14, mənzil 54 ünvanında yerləşən evin köməkçi sahələri ümumi istifadə olan sahələrdir. Belə ki, Cavabdeh xx.xx.1995-ci il tarixli 162/130 saylı sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14-də kommunal şərait ümumi olaraq müəyyən edilmişdir. Nəsimi DİH-nin xx.xx.1995ci il tarixli, 162/130 saylı sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14 ünvanında yerləşən 4 otaqlı, sahəsi 101,6 kv.m olan (yaşayış sahəsi 74 kv.m. yerdə qalan sahə isə ümumi kommunal sahə) vətəndaş T.Ş.Eyvazova verilmişdir. Onun vəfatından sonra isə həmin mənzil onun həyat yoldaşı və hazırki iş üzrə iddiaçı olan İddiaçı adına rəsmiləşdirilmişdir. Sözügedən binada kommunal şərait ümumi olduğuna görə qonşular öz aralarında razılaşma edərək, müəyyən hissələri öz mənzilləri ilə birləşdirmiş və həmin birləşdirilən sahələrdən gündəlik ehtiyaclarını qarşılamaq üçün mətbəx və sanitar qovşaq kimi istifadə etmişlər. Lakin həmin sahələr heç vaxt ayrıca olaraq özəlləşdirilməmiş və özəlləşdirilməsi də mümkün olmamışdır. Çünki həmin sahələr mülkiyyətçilərin ümumi istifadəsində və ümumi mülkiyyətində olmuşdur. İddiaçı tərəfindən də qarşılıqlı razılaşma əsas ında həmin köməkçi sahələr öz mənzilinə birləşdirilmiş və uzun illər onun istifadəsində olmuşdur. Lakin sonradan məlum olmuşdur ki, əslində ümumi istifadədə olan kommunal sahə X10 adına rəsmiləşdirilmişdir. DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında ******* saylı, RX seriyalı, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14-də yerləşən ümumi şəraitli kommunal sahələr mülkiyyət hüquqi ilə X13 məxsus olmuşdur. Qeyd edilən çıxarışın ləğv edilməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş, lakin Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)2315/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Verilən apellyasiya şikayətinə baxılarkən məhkəmə tərəfindən verilən sorğuya əsasən müəyyən edilmişdir ki, Nəsimi RİH-nin xx.xx.1995-cü il tarixli sərəncamı ilə mübahisəli mənzil Razıyeva Səltənət Hüseyn qızının mülkiyyətinə verilmişdir. Sözügedən sərəncamdan iddiaçı 30 iyul 2020-ci il tarixdə məhkəmə prosesində məlumat əldə etmişdir. Çıxarış və texniki pasportdan aydın olur ki, ümumi şəraitli kommunal sahələr mülkiyyətçilərin ümumi mülkiyyətinə verilməli olduğu halda Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilməmiş və bununla da mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozmuşdur.

11. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X15 və xx.xx.2022-ci il tarixli qərardadı ilə isə X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

12. Bakı İnzibati Məhkəməsinin 7 iyul 2022-ci il tarixli, 2-1(112)-345/2022 nömrəli qərarı (hakim: X17) il ə iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14-də yerləşən ümumi şəraitli mənzilin Rzayeva Səltənət Hüseyn qızının mülkiyyətinə verilməsinə dair Bakı şəhəri Cavabdeh xx.xx.1995-ci il tarixli, 539/16 saylı sərəncamı qismən, yəni 15,58 kv.m sahəsinə aid hissəsində etibarsız hesab edilmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerlərinin mülkiyyətçilərin ümumi mülkiyyətinə verilməsi qanunda birbaşa müəyyən edildiyindən, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14 ünvanda yerləşən ümumi şəraitli 54 nömrəli mənzilin 15,58 kv.m və 33 kv.m yaşayış sahələri biri-digərindən təcrid olunmuş vəziyyətdə yerləşdiyində n, sözügedən müddəaların Rzayeva Səltənət Hüseyn qızına münasibətdə tətbiq edilməsi qanunsuz və əsassız olmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istər köhnə qanunvericiliyə əsasən, istərsə də “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun yeni müddəasının tələbləri baxımından biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillərin (evlər) özəlləşdirilməsi zamanı həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerlərinin verilməsi qaydası müəyyən edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi ünvanda yerləşən ümumi şəraitli 14 nömrəli binanın ümumi istifadədə olan 15.58 kv.m sahəsinin Cavabdeh xx.xx.1995ci il tarixli 539/16 saylı sər əncamı ilə 33 k.v m yaşayış sahəsi olan 54 nömrəli mənzil ilə birlikdə Rzayeva Səltənət Hüseyn qızına verilməsi iş materialları ilə öz təsdiqini tapdığından, Cavabdeh xx.xx.1995-ci il tarixli 539/16 saylı sərəncamı 15,58 kv.m sahəsinə aid hissəsində etibarsız hesab edilməlidir.

14. Üçüncü şəxs X15 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

15. Məhkəmə kollegiyasının 3 noyabr 2022-ci il tarixli qərardadı ilə X4 iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı müvafiq sorğu əsasında Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli mək tubu ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14 ünvanında yerləşən 1911-ci ildə inşa edilmiş beş mərtəbəli yaşayış binasının 1970-ci ildə tərtib olunmuş texniki planı təqdim edilmişdir.

17. X5 şəxsi mülkiyyətində olan mənzilin 28 aprel 1995-ci il tarixli texniki pasportundan görünür ki, iddiaçının mənzilinin otaqlarının sayı 4 qeyd edilmiş, ümumi sahə 94,10 kvm, yaşayış sahəsi 74 kv.m (1-ci otaq-15 kv.m, 2-ci otaq 15 kvm, 3-cü otaq 22 kvm, 4-cü otaq 22,0 kv.m, köməkçi sahələr ümumilikdə 20,10 kv.m) göstərilmişdir. 18. 3MA-5-761 nömrəli xx.xx.1996-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən, X14 ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14 ünvanında yerləşən dörd otaqdan ibarət 58 nömrəli mənzilin bir otağını, X11 Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14 ün vanında yerləşən iki otaqdan ibarət 60 nömrəli mənzilin bir otağını, X26 Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14 ünvanında yerləşən 59 nömrəli mənzilin bir otağını, X6 Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14 ünvanında yerləşən 61 nömrəli mənzilin bir otağını Sadıxova X1.

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2023-cü il tarixli, 2-1(103)446/2023 nömrəli qərarı ilə (hakimlər: A.P.Oruczadə (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 7 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən sərəncamın qismən etibarsız hesab edilməsi üçün İnzibati İcraat haqqında Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər ödənilmir. Apellyasiya instansiyası məhkəməsi xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmana, həmçinin Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında 26 yanvar 1993-cü il tarixli Qanununun 1-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, mübahisələndirilən inzibati aktın qəbul edildiyi dövrdə inzibati orqanın (yerli icra hakimiyyətinin) dövlət yaşayış fonduna aid binalardan vətəndaşlara mənzil vermək səlahiyyətləri olmuşdur.

21. İddianın mahiyyəti ilə bağlı ap ellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxsə məxsus mənzilin mübahisələndirilən 15.58 kv.m sahəsinin kommunal sahə, yəni bina sakinlərinə məxsus olan sahə olması sübuta yetirilmir. Belə ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.8 və 59.2-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, mənzillərin ümumi sahəsinə yaşayış sahəsi ilə yanaşı köməkçi sahələr də aid edilir. Bu baxımdan 101,6 kvm sahəsi olan mənzil vaxtilə tamamilə iddiaçının mərhum həyat yoldaşının adına özəlləşdirilmiş, daha sonra məhz mülkiyyətində olan sahədən 1 otaq - 22 kv.m sahəni alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Bu səbəbdən ona aid çıxarışda mənzilin sahəsi 78,5 kvm göstərilmişdir. Həmçinin, X5 şəxsi mülkiyyətində olan mənzilin 28 aprel 1995-ci il tarixli texniki pasportunda da mənzilin ümumi sahəsi ilə yanaşı köməkçi sahələri ilə birlikdə 94 kv.m olduğu qeyd edilmişdir.

22. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “İnzibati İcraat haqqında” Qanun Maddə

65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 26. xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tari xli 372 nömrəli Fərmanı:

1. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi təsis edilsin.

2. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə təsdiq edilsin.

3. İndiki çağırış rayon, şəhər (respublika tabeli şəhərlər) xalq deputatları Sovetləri "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə"də müəyyən edilən səlahiyyətlər hüdudunda fəaliyyət göstərirlər.

4. Şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir.

5. Rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilə n kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırırlar. Rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərirlər.

6. Rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi həmin inzibati-ərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir. 27. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanun: Maddə 1. dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

28. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə

59. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları -59.2 Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır....

29. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları:... Bənd

3. Yaşayış binasının və onun yerləşgələrinin sahələrinin, tiki nti sahəsinin və tikinti həcminin hesablanması... -3.2 Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir.

30. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. K assasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qər ar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. X25 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

35. Məhkəmə kollegiyası xüsusilə qeyd ed ir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

36. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

37. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırkı tələblə Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14-də yerləşən ümumi şəraitli mənzilin X3 mülkiyyətinə verilməsinə dair Bakı şəhəri Cavabdeh xx.xx.1995-ci il tarixli, 539/16 saylı sərəncamının qismən, yəni 15,58 kv.m sahəsinə aid hissəsində e tibarsız hesab edilməsini tələb edir. İddiaçı tələbini onunla əsaslandırır ki, mübahisələndirilən sərəncamla digər bir şəxsin mülkiyyətinə keçmiş sahə əslində kommunal sahə olub bina sakinlərinə xidmət etmək üçün nəzərdə tutulmuş sahədir.

38. İş materiallarından aydın göründüyü kimi, iddiaçı məhz mübahisəli sahənin 3-cü şəxsin mülkiyyətinə keçməsi ilə razılaşmadığından ilk öncə mülki qaydada iddia qaldırmış, mülkiyyət hüququna dair qeydiyyatın və çıxarışın ləğvini tələb etmişdir. Mülki məhkəmə icraatında araşdırma zamanı sözügedən mənzilə dair hüquqların Cavabdeh xx.xx.1995-ci il tarixli sərəncamı əsasında qeydiyyata alındığı müəyyən edilmiş və bu əsasla iddia tələbi təmin edilməmişdir.

39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə raqzılaşaraq ilk öncə q eyd edir ki, mübahisələndirilən sərəncamın qismən etibarsız hesab edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər ödənilmir. Belə ki, mübahisələndirilən inzibati aktın qəbul edildiyi dövrdə inzibati orqanın (yerli icra hakimiyyətinin) dövlət yaşayış fonduna aid binalardan vətəndaşlara mənzil vermək səlahiyyətləri olmuşdur.

40. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi (3-cü şəxsə məxsus mənzilə dair) Bakı şəhər Cavabdeh xx.xx.1995-ci il tarixli sərəncamı ilə onun mərhum həyat yoldaşına verilmiş Cavabdeh xx.xx.1995-ci il tarixli sərəncamı məzmun, mahiyyət etibarilə eyni olmuşdur.

41. Hər iki sərəncamı nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, mənzilin ümumi sahəsi ilə yanaşı yaşayış sahəsi də ayrıca qeyd edilmiş və mənzillərin ümum i kommunal şəraitli mənzil olduğu göstərilmişdir. Sərəncamın məzmununa diqqət edildikdə orada ümumi sahə 48,58 kv.m, yaşayış sahəsi 33 kv.m olan ümumi kommunal şəraitli mənzil ifadəsi işlədilir. İnzibati orqan yaşayış sahəsindən kənar 15,58 kvm sahənin kommunal sahə olduğu ifadəsini işlətməmişdir. Həmçinin, iddiaçı da məhz həmin sahənin kommunal sahə olmasına dair sübut təqdim etməmişdir. Eyni məzmun həmçinin iddiaçıya məxsus sərəncamda da qeyd edilmişdir.

42. Həmçinin, apellyasiya instansiyası məhkəməsində icraat zamanı sözügedən mənzillərin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 14 saylı binaya baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi 54 nömrəli mənzildən başqa həmin mərtəbədə 48, 50, 52 nömrəli mənzillər də vardır, həmin mənzillərə aid olan, lak in bitişik olmayan, ayrıca yerləşən otaqlar da mövcuddur. Bundan başqa, iddiaçının mübahisələndirdiyi sahənin bir hissəsinin iddiaçı tərəfindən öz mənzilindən qapı açılaraq “mətbəx” kimi istifadə edildiyi müəyyən edilmişdir. İddiaçının yerli baxış zamanı verdiyi izahatdan aydın olur ki, digər mənzillərə aid olan lakin həmin mənzillərə bitişik olmayan otaqların açarları elə həmin mənzillərin sahiblərindədir. İddiaçı həmçinin sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, vaxtilə 58 nömrəli mənzilə aid olan ayrıca otaq 1996-cı il tarixində mərhum həyat yoldaşı tərəfindən özgəninkiləşdirilmişdir.

43. Eyni zamanda, 3MA-5-761 nömrəli xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsinə dair notariat işindən görünür ki, 1995-ci il tarixli sərəncamla Eyvazov Tariyel (iddiaçının mərhum əri) mülk iyyətinə verilmiş mənzilin 1 otağını 1996-cı ildə özgəninkiləşdirmişdir. Hansı ki yerli baxış zamanı da həmin otağın iddiaçının otaqlarından ayrıca yerləşdiyi aşkar edilmişdir.

44. İddiaçı iddia tələbinin əsaslı olmasını həmçinin onunla əlaqələndirir ki, onun mərhum həyat yoldaşının xüsusi mülkiyyətində olan mənzil 78,5 kv.m-dir, baxmayaraq ki, 1995-ci il tarixli sərəncamda mənzilin ümumi sahəsi 101,6 kv.m göstərilmişdir. Bu da onu sübut edir ki, ümumi sahə 101,6 kv.m yazılsa da yalnız yaşayış sahəsi olan hissə mülkiyyətə verilmişdir.

45. Beləliklə, iş materiallarından müəyyən edilir ki, elə məhz 101,6 kvm sahəsi olan mənzil vaxtilə tamamilə iddiaçının mərhum həyat yoldaşının adına özəlləşdirilmiş, daha sonra məhz mülkiyyətində olan sahədən 1 otaq-22 kv.m sahəni alqı-satqı müqaviləsi əsası nda özgəninkiləşdirmişdir. Bu səbəbdən ona aid çıxarışda mənzilin sahəsi 78,5 kvm göstərilmişdir. Həmçinin, X5 şəxsi mülkiyyətində olan mənzilin 28 aprel 1995-ci il tarixli texniki pasportunda da mənzilin ümumi sahəsi ilə yanaşı köməkçi sahələri ilə birlikdə 94 kv.m olduğu qeyd edilmişdir.

46. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı mübahisə ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzr ə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2023-cü il tarixli, 2-1(103)446/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar