Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1782/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: istehsalatda alınan zədəyə görə kompensasiya ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi t abeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “kompensasiya və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-98/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəsinin xx.xx.2010-cu il tarixli ******** nömrəli Forma 88 qiymətləndirilməsində İddiaçı sağ budun yuxarı 1/3-nin travmatik amputasion güdülü, güdüldə protez gəzdirməyə mane olan blom kelloid çapıqlar. Yerişin əhəmiyyətli dərə cədə pozulması Əmək qabiliyyətinin 80% itirilməsi ilə müddətsiz əlillik verildiyi qeyd edilmişdir.
2. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1-3(84)-22-2013 nömrəli qərarı ilə İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək ödənilməmiş 6390,69 manat aylıq kompensasiyanın hesablanıb ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına ərizə ilə müraciət edərək onun 2012-ci ildən sonra ödənilməmiş kompensasiya artımlarının hesablanıb verilməsini xahiş etmişdir.
4. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı 08 sentyabr 2022-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi Qaydalarına” əsasən xx.xx.2010-cu il tarixindən Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə, l əğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyası verilir. xx.xx.2010-cu il tarixindən Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə, ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyası təyin edilmiş və hazırda 291,36 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-1-3(84)-22-2013 saylı Qərarına əsasə n sizə təyin olunmuş aylıq kompensasiyanın məbləği Dövlət Statistika Komitəsinin 2009-2012-ci illər üzrə müəyyən etdiyi orta aylıq əmək haqqının 80 faizi həcmində müəyyən edilmişdir (364,2x80%=291,36 manat). Qeyd edilənlər nəzərə alınaraq ona təyin olunmuş kompensasiyanın məbləği əmək qabiliyyətinin itirilməsindən əvvəlki orta aylıq qazancından faizlər şəklində müəyyənləşdirilərək qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalat qəzası nəticəsində itirdiyi peşə əmək q abiliyyətini 80 faizi miqdarında təyin edilmiş aylıq ödəncin (xx.xx.2010- cu ildən aylıq kompensasiyanın) düzgün hesablanmaması nəticəsində xx.xx.2013-cü ildən xx.xx.2023-cü ilədək 120 aylıq dövr üçün ödənilməmiş qalan 16710 manat 72 qəpik və həmin pul vəsaitinin gecikdirilməsinə görə 5000 manat mənəvi zərərin dövlət büdcəsi hesabına birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1985-ci ilin sonunda Bərdə rayonu C.Cabbarlı adına kolxozda sahə mexaniki vəzifəsində işləyərkən istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş və Azərbaycan Respublikası ƏƏSMN-nin 18 saylı zona tibbi-sosial ekspert komissiyasının xx.xx.2010-cu il tarixli 904630 nömrəli müayinə aktına əsasən, peşə əmək qabiliyyətinin 80 faizinin itirilməsi müəyyən edilərək aldığı əmək zədəsinə görə ona müvafiq olaraq xx.xx.2010-cu ildən aylıq kompensasiya verilir. Belə ki, əvvəl ödənc şəklində verilirdi. Dövlət Statistika Komitəsi Respublikada iqtisadi fəaliyyət növləri üzrə çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqına əsasən müəyyən edilərək müvafiq qaydada artırılırdı. Həmin orta aylıq nominal əmək haqqı barədə rüblük məlumat DSK tərəfindən Azərbaycan Respublikası DSMF-na (xx.xx.2010-cu ildən isə ƏƏSMN-nə) verilirdi. Bundan əvvəl də o ödəncin (kompensasiyasının) qanunsuz verilməməsi barədə Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmədə iddiası təmin edilmiş və 2009-2012-ci illər üzrə ödənilməmiş ödənc (kompensasiya) verilmişdir. 2012-ci ildən ona 2011-c i il üzrə təyin olunmuş orta aylıq nominal əmək haqqının 80% miqdarında aylıq kompensasiya 291 manat 36 qəpik verildiyindən, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021, 2022-ci illər ərzində qanunvericiliyin ziddinə olaraq artırılmamış və bu isə onun mənəvi sarsıntılar keçirməyinə səbəb olmuş, bununla da ona mənəvi zərər dəymişdir. Azərbaycan Respublikası DSK tərəfindən verilən rəsmi məlumata əsasən Respublikada çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2012-ci ildə 398 manat 40 qəpik olduğundan 2013cü ildə mənə 318 manat 72 qəpik, 2013-cü ildə 425 manat 10 qəpik olduğundan 2014-cü ildə 340 manat 8 qəpik, 2014-cü ildə 444 manat 50 qəpikolduğundan 2015-ci ildə 355 manat 60 qəpik, 2015-ci ildə 466 manat 90 qəpik olduğundan 2016-cı ildə 373 manat 52 qəpik, 2016-cı ildə 49 9 manat 80 qəpik olduğundan 2017-ci ildə 399 manat 84 qəpik, 2017-ci ildə 528 manat 50 qəpik olduğundan 2018-ci ildə 422 manat 80 qəpik, 2018-ci ildə 544 manat 60 qəpik olduğundan 2019-cu ildə 435 manat 68 qəpik, 2019-cu ildə 635 manat 10 qəpik olduğundan 2020-ci ildə 508 manat 8 qəpik, 2020-ci ildə 707 manat 70 qəpik olduğundan 2021-ci ildə 566 manat 16 qəpik, 2021-ci ildə 732 manat 10 qəpik olduğundan 2022-ci ildə 585 manat 68 qəpik aylıq kompensasiya verilməli idi. Lakin qeyd etdiyim ki, 2013-2022-ci illər ərzində 291 manat 36 qəpik aylıq kompensasiya verildiyindən, 2013-cü ilin hər ayı üçün 27 manat 36 qəpik (318.72-291.36=27.36), 2014cü ildə hər ay üçün 48 manat 72 qəpik ( 340.08-291.36=48.72), 2015-ci ildə hər ay üçün 64 manat 24 qəpik (355.6-291.36=64.24), 2016-cı ildə hər ay üçün 8 2 manat 16 qəpik (3xx.xx-2991.36=82.16), 2017-ci ildə hər ay üçün 108 manat 48 qəpik (399.84291.36=108.48), 2018-ci ildə hər ay üçün 131 manat 44 qəpik (422.8-291.36=131.44), 2019-cu ildə hər ay üçün 144 manat 32 qəpik (435.68-291.36=144.32), 2020-ci ildə hər ay üçün 216 manat 72 qəpik (508.08-291.36=216.72), 2021-ci ildə hər ay üçün 274 manat 80 qəpik (566.16-291.36=274.80, 2022-ci ildə hər ay üçün 294 manat 32 qəpik (585.68291.36=294.32) az aylıq kompensasiya hesablanıb verilmişdir. Bu da 2013-cü il üzrə 328 manat 32 qəpik (27.36*12ay), 2014-cü il üzrə 584 manat 64 qəpik (48.72*12 ay), 2015-ci il üzrə 770 manat 88 qəpik (64,24*12 ay), 2016-cı il üzrə 985 manat 92 qəpik (82.16*12 ay), 2017-ci il üzrə 1301 manat 76 qəpik (108.48*12 ay), 2018-ci il üzrə 1577 manat 28 qəpik (131.44*12 ay), 2 019-cu il üzrə 1731 manat 84 qəpik (144.32*12 ay), 2020-ci il üzrə 2600 manat 64 qəpik (216.72*12 ay), 2021-ci il üzrə 3297 manat 60 qəpik (274.8*12 ay) və 2022-ci il üzrə 3531 manat 84 qəpik (294.32*12 ay)cəmi 16710 manat 72 qəpik pul vəsaitinin illər üzrə (2013-2022)kompensasiyasının qanunsuz olaraq ona ödənilməməsi deməkdir. Qeyd olunan aylıq kompensasiyaların, eləcə də həmin vəsaitin müəyyən artım halında vaxtında ona verilməməsi ilə daxilən çəkdiyi mənəvi iztirablar və sarsıntılar hesabına ona 5000 manat mənəvi zərər vurulduğundan həmin zərər də 16710 manat 72 qəpiklə birlikdə 21710 manat 72 qəpik pul vəsaitinin dövlət büdcəsi hesabına birdəfəyə ona ödənilməlidir.
7. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1281/2023 saylı, 20 iyun 2023-cü il qərarı ilə (hakim X6) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, hazırda iddiaçı ona ödənilən kompensasiyanın Dövlət Statistika Komitəsinin əmək haqqının illik artımı barədə məlumatlarına uyğun olaraq illik artım nəzərə alınmaqla hesablanmasını tələb edir. İddiaçının tələb etdiyi hesablama qaydası, yəni ödənclərin miqdarının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən olunması, Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə ü zvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 3.7-ci bəndində nəzərdə tutulurdu. Həmin bənddə deyilirdi ki, Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Qeyd olunduğu kimi artıq bu bənd Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 51 nömrəli qəra rı ilə qüvvədən düşmüşdür.
10. Bundan başqa, həmin bənd yalnız Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanması qaydalarını müəyyən edirdi və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə aid edilmirdi. Ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə kompensasiyanın məbləği xx.xx.2010-cu il tarixli 51 nömrəli qərarla təsdiqlənmiş Qaydaların 3-cü bəndi ilə müəyyən edilərək göstərilir ki, bu Qaydaların 2-ci bəndində nəzərdə tutulan şəxslərə 2010-cu il 01 yanvar vəziyyətinə təyin olunmuş aylın ödənc məbləğində dövlət büdcəsinin vəsaiti hesabına aylıq kompensasiya ve rilir. Göründüyü kimi hazırkı iddia tələbinin hüquqi əsasını təşkil edən qanunvericiliyə əsasən, aylıq kompensasiya verilən zaman hər il Dövlət Statistika Komitəsinin məlumatına uyğun olaraq hesablanması nəzərdə tutulmamışdır.
11. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-98/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər X1 /məruzəçi/, X2 və X5) apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1281/2023 saylı, 20 iyun 2023-cü il qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmı şdır.
14. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsassız və qanunsuz hesab edilməklə qeyd edilir ki, iddiaçı 1985-ci ilin son 3 ayını Bərdə rayonu, C.Cabbarlı kolxozunda sahə mexaniki vəzifəsində işləmişdir. Həmin ilin dekabr ayının sonunda istehsalat qəzası nəticəsində onun sağlamlığı pozulmuş (əmək qabiliyyətinin 80%-ni itirmişdir) və İİ qrup əmək əlilinə çevrilmişdir. 1989-cu ildən isə ömürlük olaraq İİ qrup əmək əlili olmuşdur. Bu səbəbdən 2008-ci ildə İddiaçı 69 manat 80 qəpik miqdarında aylıq ödənc təyin etmişlər. 2009, 2010 və 2011-ci illər ərzində həmin məbləğ artırılmamışdır. İddiaçı bunu qanunsuz hesab edərək Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinə qarşı istehsalat qəzası nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin 80%-i miqdarında təyin edilmiş aylıq ödəncin (xx.xx.2010-cu ildən aylıq kompensasiyanın) düzgün hesablanmaması nəticəsində xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilədək 24 aylıq dövr üçün ödənilməmiş qalan 3029 manat 52 qəpik ödəncin və xx.xx.2010cu ildən xx.xx.2012-ci ilədək 29 aylıq dövr üçün ödənilməmiş qalan 5474 manat 64 qəpik kompensasiyanın və 8504 manat 16 qəpik ümumi pul vəsaitinin gecikdirilməsinə görə ona dəymiş 5000 manat zərərin dövlət büdcəsi hesabına bir dəfəyə ödənilməsi və xx.xx.2012ci ildən başlayaraq hər ay 291 manat 36 qəpik aylıq kompensasiya verilməs i vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1-3(84)-22/2013 №-li qərarına əsasən İddiaçı iddiası təmin edilmiş və həmin qərarın icrası ilə əlaqədar 2012-ci ilədək bütün ödəncləri və kompensasiyaları almışdır. Lakin 2012-ci ilin yanvar ayından başlayaraq indiyədək olan müddət ərzində İddiaçı verilməli olan ödənclərin (kompensasiyaların) artımı verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 №-li Qərarı ilə təsdiq edilmiş «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği»nin müddəalarına əsasən işçi əmək qabiliyyətinin neçə faizini itirmişdirsə, o xəsarət almamışdan (əmək qabiliyyətini itirdiyi gündən) əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin faizi miqdarında da aylıq ödənc (kompensasiya) almalıdır. Bunu nəzərə alsaq, İddiaçı əmək qabiliyyətinin 80%-ni itirdiyindən, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-2022-ci illər üzrə müəyyən etdiyi sahə mexaniki üçün nəzərdə tutulmuş orta aylıq əmək haqqının 80%-i miqdarında aylıq ödənc (kompensasiya) almalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx. xx.2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği: Bənd 1.1 Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozuldu qda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlav ə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir Bənd 2.1 İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ö dəniş müəyyən edilir. Bənd 3.2 Zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən verilir. Bənd 3.3 Birinci, ikinci və üçüncü hissələrinə müvafiq olaraq Zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərərçəkənin orta aylıq əmək haqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əmək haqqı sağlamlığının pozulmasından əvvəlki faktiki i şlənmiş aylar üçün əmək haqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, hesabdan çıxarılır. Zərərçəkənə peşə xəstəliyinə tutulduqda, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin işlədiyi peşə (vəzifə) üzrə əmək fəaliyyətinin dayandırıldığı və ya peşə xəstəliyinin təsdiq edildiyindən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Bənd 3.7 Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Kom itəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. (xx.xx.2010-cu il tarixdən qüvvədən düşmüşdür) Bənd 3.8 Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir. (xx.xx.2010-cu i l tarixdən qüvvədən düşmüşdür)
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vax tında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. İşin hallarından görünür ki, iddiaçı 1985-ci ilin sonunda istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ömürlük ikinci dərəcəli əlil olmuş, xx.xx.2010-cu il tarixdən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda ə mək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq 291,36 manat kompensasiya verilir. İddiaçı hazırda sözügedən kompensasiya məbləğinin müvafiq artımların nəzərə alınmadan hesablandığını, nəticədə ona 10 il üzrə ümumilikdə 16.710,72 manat az ödənişin edildiyini, bununla da 5.000 manat məbləğində mənəvi zərərə məruz qaldığını iddia etməkdədir.
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbini qanunvericiliyin yuxarıda istinad olunan normaları ilə birlikdə təhlil etmiş, iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmış, iş üzrə bütün sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirərək əsaslı olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
25. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsində irəli sürülmüş dəlillərlə eyniyyət təşkil etdiyindən və həmin xüsusatlarla bağlı hallar araşdırıldığından məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum görmür.
26. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
27. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 28.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-98/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.