Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1783/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin 16.07.2018-ci il tarixli İQ81/3 nömrəli və 27.09.2018-ci il tarixli 249 nömrəli qərarlarının ləğv edilməsi, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilərək iddiaçı və onun ailə üzvləri: arvadı - 1967-ci il təvəllüdlü Gul Tawos-Hakimi, qızı - 2004 -cü il təvəllüdlü Azada Hakimiyə “qaçqın” statusunun verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)610/2019 saylı iş üzrə 22.02.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 08 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Ewaz Hakimi Mohammad xx.xx.1963-cü ildə Əfqanıstan İslam Respublikasının Qəzni (Ghazni) vilayətinin Jagori rayonunun Davud kəndində anadan olmuşdur. Cavabdeh dövlət miqrasiya xidməti olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə Əfqanıstan İslam Respublikasını n Qəzni (Ghazni) vilayətinin Jagori rayonunun Davud kəndində doğulub və Əfqanıstan İslam Respublikasının vətəndaşıdır. O, etnik mənşəyinə görə Həzaralar etnik qrupuna, İslamın şiə məzhəbinə aiddir. O, evlidir, 5 övladı vardır, övladlarından 2 qızı evlidir, biri Əfqanıstanda digəri isə Pakistanda yaşayırlar. Onun 3 uşağı və arvadı onunla birlikdə Azərbaycan Respublikasına gəliblər. Böyük oğlu ayrıca qeydiyyata alınıb (iş nömrəsi 72-2018). Onun 4 bacısı və 1 qardaşı vardır, bacılardan biri vəfat etmiş, digər bacı və qardaşları isə Əfqanıstanda yaşayırlar. Onun valideyinləri vəfat etmişdir. O, 5 il orta məktəbdə təhsil almış, lakin ölkədəki müharibə şəraitinə görə təhsilini davam etdirə bilməmişdir. O, Əfqanıstanda taxta ustası kimi fəaliyyət göstərib və Ghazni vilayyyətinin bazarında ağac kö tüyü alaraq ondan taxta qapı və pəncərə düzəldirdi. 2017-ci ilin noyabr ayında iddiaçı və arvadı təhsil alan övladlarını ziyarət etmək üçün Kabilə gediblər, qayıdanda onlar ağac almaq üçün Ghazni bazarına gəliblər. Bazardan Rusiya və ABŞ istehsalı olan ağac alıb kirayə götürdüyü avtomobilə yükləyiblər. Dogha kəndi ərazisində onların avtomobili Taliban terror təşkilatının döyüşçüləri tərəfindən saxlanılmış, həmin zaman avtomobildə başqa bir kişi və onun qızı da olmuşdu. Taliban döyüşçüləri onu hökumətlə əməkdaşlıq etməkdə, aldığı ağaclardan hökumət üçün məktəb və xəstəxananın tikintisinə istifadə etməkdə günahlandırıblar. Bu səbəbdən də, Taliban terror təşkilatının döyüşçüləri onları Dogha kəndinə apararaq, onu və avtomobildə olan digər kişini məsciddə möhkəm döyüb və girov saxlayıblar. Onu n arvadı danışıqlar aparılması üçün kəndin ağsaqqallarını çağırıb və ağsaqqalların danışıqları nəticəsində o, azad olunub, lakin, iddiaçının əşyaları qaytarılmayıb. Onun mobil telefonunda övladına xarici təşkilatlar tərəfindən verilmiş müxtəlif sertifikatlar və diplomların şəkilləri vardır. Taliban terror təşkilatının döyüşçüləri onu növbəti dəfə tutulacağı təqdirdə edam olunacağı barədə hədələyiblər. Özü və uşaqlarının həyatına təhlükə hiss etdiyi və Taliban terror təşkilatının hədələrindən qorxaraq o və arvadı Kabilə övladlarının yanına gediblər. O, Həzaralar etnik qrupa mənsub olduğu üçün habelə hökumətə işləməklə günahlandırıldığı üçün terror təşkilatı kimi tanınan Taliban tərəfindən təqib olma riski vardır və o, Taliban tərəfindən işgəncəyə və qeyri-insani rəftara məruz qalacağından q orxaraq öz ölkəsinə qayıtmaq istəmir. O, bir ay Kabildə qaldıqdan sonra viza alaraq arvadı və uşaqları ilə birlikdə 09.02.2018-ci il tarixində Azərbaycan Respublikasına gəlib. 17.04.2018-ci ildə “qaçqın” statusunun verilməsi haqqında vəsatətlə cavabdeh Dövlət Miqrasiya Xidmətinə müraciət, edib və ona “qaçqın” statusunun verilməsini xahiş edib. Onun vəsatəti cavabdeh inzibati orqanda qeydiyyata alınmış və 75-2018 saylı şəxsi iş açılmışdır. Bundan sonra, onun ərizə-anketi cavabdeh - inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən onun şifahi izahatı əsasında doldurulub və ondan fərdi müsahibə alınıb. O, müsahibəsində etnik mənşəyinə görə və onu hökumət üçün işləməkdə günahlandıran Taliban tərəfindən pis rəftara məruz qalacağından qorxduğu üçün Əfqanıstana geri qayıtmaq istəmir. O, həmçini n oğlunun sekulyar təhsili və digər fəaliyyətləri Talibanın diqqətinə çatacağı halda onun həyatı üçün narahatdır. Əlavə olaraq o, oğlu Ali Rezanın sevdiyi qızın atasının onların evliliyinə qarşı çıxaraq onları təhdid etdiyini və qızın atası əvvəllər Taliban terror təşkilatı ilə əməkdaşlıq etdiyindən onlara problem yaratmaq üçün onlar barədə Talibana məlumat verərək ehtimalın böyük olduğunu müsahibəsində bildirmişdir. İddiaçının arvadı öz müsahibəsində əri - onun dediklərini təsdiq etmişdir. Cavabdehin İQ-81/3 saylı16.07.2018-ci il tarixli “qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” qərarı ilə onun vəsatəti təmin edilməmiş, ona qaçqın statusunun verilməsindən imtina olunmuşdur. Cavabdeh öz qərarını, onun izahatlarının mötəbər olmaması və əsaslı təqib qorxusunun olmaması ilə ə saslandırmışdır. O, həmin qərardan narazı olduğu üçün “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə müvafiq olaraq qərardan inzibati qaydada şikayət vermişdir. Cavabdeh - inzibati orqanın 249 saylı 27.09.2018-ci il tarixli “inzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmiş, inzibati orqanın qərarı dəyişdirilmədən saxlanılmışdır. Əfqanıstan İslam Respublikasının vətəndaşı (Pasport ********) 1963-cü il təvəllüdlü Ewaz Hakimi Mohammad 17 aprel 2018-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatətinə 75-2018 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi i şə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Dövlət Miqrasiya Xidmətinin 16.07.2018-ci il tarixli İQ-81/3 saylı qərarına əsasən Əfqanıstan İslam Respublikasının vətəndaşı Ewaz Hakimi Mohammad və onun ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı Ewaz Hakimi Mohammad cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin 16.07.2018-ci il tarixli İQ-81/3 nömrəli və 27.09.2018-ci il tarixli 249 nömrəli qərarlarının ləğv edilməsi, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilərək iddiaçı və onun ailə üzvləri: arvadı - 1967-ci il təvəllüdlü Gul Tawos-Hakimi, qızı - 2004-cü il təvəllüdlü Azada Hakimiyə “qaçqın” statusunun verilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci in stansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 13.12.2018-ci il tarixli iş № 2-1(81)-4624/2018, (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 13.12.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə təmin edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 22.02.2019-cu il tarixli iş № 2-1(103)-610/2019 (hakimlər Səriyyə Seyidova - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və İlham Əhmədov) qərarı ilə birinci instansiya məhkəməsinin 13.12.2018- ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının mübahisələndirilən qərarı ləğv edilməli və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə müvafiq olaraq iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir və ya yeni qərar qəbul edilməlidir. Apelyasiya instansiyası məhkəməsi kasatorun vətəndaşı olduğu ölkədə təhdid olunması və təqibə məruz qalması ehtimal üzərində qurulmasını hesab edərək səhv nəticəyə gəlmişdir. Belə ki, kasatorun verdiyi müsahibə ilə müəyyən olunur ki, o, vətəndaşı olduğu ölkədə etnik mənşəyinə görə və onu hökumət üçün işləməkdə günahlandıran Taliban tərəfindən pis rəftara məruz qalacağından qorxduğu üçün Əfqanıstana geri qayıtmaq istəmir. Həmçinin o, oğlunun sekulyar təhsili və digər fəaliyyətləri Talibanın diqqətinə çatacağı halda onun həyatı üçün narahatdır. Əlavə olaraq kassator, onun oğlu Ali Rezanın sevdiyi qızın atasının onların evliyinə qarşı çıxaraq onları təhdid etdiyini və qızın atası əvvəllər Taliban terror təşkilatı ilə əməkdaşlıq etdiyindən onlara problem yaratmaq üçün onlar barədə Talibana məlumat vermək ehtimalın böyükdür. Kasatorun arvadı öz müsahibəsində ərinin dediklərini təsdiq etmişdir. Yuxarıda qeyd olunan təhlükələrdən qorxaraq, özünün və ailəsinin həyat və sağl amlığına real təhlükə olduğu üçün kasator öz ailəsi ilə birlikdə vətəndaşı olduğu ölkəni tərk edərək Azərbaycan Respublikasına gəlməyə məcbur qalıb. Qeyd olunan hal aşağıdakı nüfuzlu beynəlxalq təşkilatların hesabatları (Mənşə ölkə haqqında Məlumat) ilə təsdiq olunsa da, işə baxan apelyasiya instansiya məhkəməsi bunu nəzərə almamışdır. Qeyd olunanlara əsasən kasator müəyyən etnik mənşəyinə və müəyyən sosial qrupa mənsubiyyətinə görə vətəndaşı olduğu ölkədə təqiblərə məruz qalması təhlükəsi mövcuddur. Bu səbəbdən də, o, vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edə bilməyən şəxsdir. Beləliklə təsdiq olunur ki, kasatorun izahatı mötəbərdir, çünki həm daxili (müfəssəlik və ardıcıllıq), həm də xarici (Mənşə ölkə haqqında Məlumata uyğunluq) amillərinin tələblərini ödəyir. Bütün yuxarıda gö stərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 22 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi və ya işin yeni məhkəmə baxışına qaytarılması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 22.02.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi və ya işin yeni məhkəmə baxışına qaytarılmasını Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 22.02.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayəti ndə qeyd etmişdir ki,apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının mübahisələndirilən qərarı ləğv edilməli və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə müvafiq olaraq iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir və ya yeni qərar qəbul edilməlidir. Apelyasiya instansiyası məhkəməsi kasatorun vətəndaşı olduğu ölkədə təhdid olunması və təqibə məruz qalması ehtimal üzərində qurulmasını hesab edərək səhv nəticəyə gəlmişdir. Belə ki, kasatorun verdiyi müsahibə ilə müəyyən olunur ki, o, vətəndaşı olduğu ölkədə etnik mənşəyinə görə və onu hökumət üçün işləməkdə günahlandıran Taliban tərəfindən pis rəftara mər uz qalacağından qorxduğu üçün Əfqanıstana geri qayıtmaq istəmir. Həmçinin o, oğlunun sekulyar təhsili və digər fəaliyyətləri Talibanın diqqətinə çatacağı halda onun həyatı üçün narahatdır. Əlavə olaraq kassator, onun oğlu Ali Rezanın sevdiyi qızın atasının onların evliyinə qarşı çıxaraq onları təhdid etdiyini və qızın atası əvvəllər Taliban terror təşkilatı ilə əməkdaşlıq etdiyindən onlara problem yaratmaq üçün onlar barədə Talibana məlumat vermək ehtimalın böyükdür. Kasatorun arvadı öz müsahibəsində ərinin dediklərini təsdiq etmişdir. Yuxarıda qeyd olunan təhlükələrdən qorxaraq, özünün və ailəsinin həyat və sağlamlığına real təhlükə olduğu üçün kasator öz ailəsi ilə birlikdə vətəndaşı olduğu ölkəni tərk edərək Azərbaycan Respublikasına gəlməyə məcbur qalıb. Qeyd olunan hal aşağıdakı nüfuz lu beynəlxalq təşkilatların hesabatları (Mənşə ölkə haqqında Məlumat) ilə təsdiq olunsa da, işə baxan apelyasiya instansiya məhkəməsi bunu nəzərə almamışdır. Qeyd olunanlara əsasən kasator müəyyən etnik mənşəyinə və müəyyən sosial qrupa mənsubiyyətinə görə vətəndaşı olduğu ölkədə təqiblərə məruz qalması təhlükəsi mövcuddur. Bu səbəbdən də, o, vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edə bilməyən şəxsdir. Beləliklə təsdiq olunur ki, kasatorun izahatı mötəbərdir, çünki həm daxili (müfəssəlik və ardıcıllıq), həm də xarici (Mənşə ölkə haqqında Məlumata uyğunluq) amillərinin tələblərini ödəyir.Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qey d olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuşiddiaçı Əfqanıstan İslam Respublikasının vətəndaşıdır, Azərbaycan Respublikasında “qaçqın” statusu almaq üçün cavabdehə müraciət etmiş, müraciətini onunla əsaslandırmışdır ki, o, Həzaralar etnik qrupa mənsub olduğu üçün, habelə hökumətə işləməklə günahlandırıldığı üçün terror təşkilatı kimi tanınan Taliban tərəfindən təqib olma riski vardır və o, Taliban tərəfindən işgəncəyə və qeyri-insani rəftara məruz qalacağından qorxaraq öz ölkəsinə qayıtmaq istəmir, Taliban hərəkatının üzvləri tərəfindən onun həyatına təhlükə vardır. Cavabdeh onun müraciətini təmin etməkdən imtina etdiyi üçün hazırda məhkəməyə müraciət etmişdir. Qaçqın statusunun verilməsi haqqında məsələlər “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu və “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin 13.11.2000-ci il tarixli Fərmanı ilə tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyə n şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Lakin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iş materiallarını nəzərdən keçirərək işə iddiaçının qaçqın statusu alınması üçün əsas gətirdiyi halları təsdiq edən hər hansı bir mötəbər sübutun işə əlavə edilmədiyini müəyyən etmişdir. Belə ki, ilk öncə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İPM-nin 1.2-ci bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə müvafiq olaraq bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazılar ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göründüyü kimi, sübut bazasının məlumatları MPM-nin 76.2-ci maddəsində öz əksini konkret şəkildə tapmışdır və onların arasında işdə iştirak edən şəxslərin izahatları müəyyən edilsə də, yalnız işdə iştirak edən şəxslərin, konkret halda iddiaçının müsahibəsi (izahatı) ilə kifayətlənərək, bunun əsasında iş üzrə düzgün nəticəyə gəlmək qanunauyğun olmamala yanaşı mümkün də deyil. Lakin artıq göstərildiyi kimi iddiaçının iddiası yalnız onun özünün verdiyi müsahibə (izahat) üzərində qurulmuşdur ki, bu da iddiaçının iddiasının qanunsuz və əsassız olması anlamına gəlir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 22.02.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə koll egiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22.02.2019-cu il tarixli 21(103)-610/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-1783/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1783/2019
08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver