Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1783/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İ lqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı “hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2023-cü il tarixli, 2-1(104)-41/2023 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Ağstafa Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli, 2(015)-2873/2016 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, “Torpağın mülk iyyətə verilməsinə dair” JN116B KOD 50205018 nömrəli şəhadətnamə ilə X1 və X5 mülkiyyətinə verilmiş Ağstafa rayonu, Zəlimxan kəndi ərazisində 0.08 ha torpaq sahəsi, “Torpağın mülkiyyətə verilməsinə dair” JN116F KOD 50205018 nömrəli şəhadətnamə ilə X1 və X5 mülkiyyətinə verilmiş Ağstafa rayonu, Zəlimxan kəndi ərazisində 0.08 ha torpaq sahəsi, o cümlədən həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və digər tikililərdən ibarət daşınmaz əmlak, həmçinin, JN978 KOD 50205018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə X1 və X5 mülkiyyətinə verilmiş 0.80 ha torpaq sahəsindən ibarət miras əmlakın X1 və X5 birinci növbəli vərəsələri olan İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 və cavabdeh X6 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin ümumi miras əmlak üzərində İddiaçı2 payı 1/5 hissə, İddiaçı1 payı 1/5 hissə, İddiaçı4 payı 1/5 hissə, İddiaçı3 payı 1/5 hissə və cavabdeh X2 payı 1/5 hissə olmaqla müəyyən edilmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-1216/2018 nömrəli qətnaməsi ilə Ağstafa Rayon Məhkəməsinin 7 dekabr 2016-cı il tarixli, 2(015)-2873/2016 nömrəli qətnaməsi qismən - “Torpağın mülkiyyətə verilməsinə dair” JN116F KOD 50205018 nömrəli şəhadətnamə ilə Tahir Abdullayev və Sara Abdullayevanın mülkiyyətinə verilmiş Ağstafa rayonu, Zəlimxan kəndi ərazisində 0,08 ha torpaq sahəsində yerləşən digər tikililərdən ibarət daşınmaz əmlakın (52,42 kv.m yaşayış, 207,65 kv.m qeyri-yaşayış sahəsindən ibarət 2 mərtəbəli fərdi yaşayış evi) İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3, X6 tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, digər tikililərdən ibarət daşınmaz əmlak üzərində 1/5 hissə olmaqla paylarının müəyyən edilməsi hissələrində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-7558/2018 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-1216/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarında qeyd edilmişdir ki: “Torpağın mülkiyyətə verilməsinə dair JN 116F KOD 50205018 nömrəlii şəhadətnamə ilə X1 və X5 mülkiyyətinə verilmiş Ağstafa rayonunun Zəlimxan kəndinin ərazisində 0.08 hektar torpaq sahəsində iki fərdi yaşayış ev i mövcud olmuş, həmin fərdi yaşayış evlərindən biri X1 adına dövlət qeydiyyatından keçmiş, digər 52.42 kvadrat metr yaşayış sahəsi, 207.65 kvadrat metr qeyri - yaşayış sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evi isə dövlət qeydiyyatına alınmamışdır.... Ağstafa rayon məhkəməsinin 31 iyul 2009-cu il tarixli, 2(015)-119/2009 saylı qətnaməsindən görünür ki, X5 öz adına və X1 adına mülkiyyət hüququnun tanınmasına dair xahişləri əsassız olduğu üçün rədd edilmiş, X2 qarşılıqlı iddiası əsaslı olduğundan təmin edilmiş, Ağstafa rayonu Zəlimxan kəndində mərhum X1 adına olan 0.16 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 52.42 kvadrat metr, qeyri-yaşayış sahəsi isə 207.65 kvadrat metr olan 2 mərtəbəli fərdi yaşayış evinin mülkiyyət hüququnun X3 verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsin in 03 dekabr 2009-cu il tarixli qətnaməsindən görünür ki, Ağstafa rayon məhkəməsinin 31 iyul 2009-cu il tarixli, 2(015)-119/2009 saylı qətnaməsi qismən - qarşılıqlı iddianın təmin edilməsi hissəsində - Ağstafa rayonunun Zəlimxan kəndində mərhum X1 adına olan 0.16 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 52.42 kvadrat metr, qeyri-yaşayış sahəsi isə 207.65 kvadrat metr olan 2 mərtəbəli fərdi yaşayış evinin mülkiyyət hüququnun Abdullayev Ələsgər oğluna verilməsi və mülkiyyət hüququnun qeydə alınmasının Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Tovuz Ərazi idarəsinə həvalə edilməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia təmin edilməmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.... Şəxsin öldüyü məqamda mülkiyyətində ona məxsus əmlak olmalıdır ki, həmin əmlak miras əmlak hesab edilmiş olsun. Belə ki, hər bir mülki hüquq münasibəti kimi vərəsəlik hüquq münasibətinin də müəyyən obyekti (predmeti) var. Fiziki şəxsin onun ölümü ilə xitam olunmayan bütün əmlak hüquq və vəzifələri qanunla müəyyən olunmuş qaydada vərəsələrə keçir. Miras əmlak ölmüş şəxsin vərəsəlik qaydasında keçən əmlakından ibarətdir. İşin materiallarına əsasən isə iddiaçıların (tərəflərin) atasının ölmə məqamında mülkiyyətində mübahisələndirilən 52.42 kvadrat metr yaşayış, 207.65 kvadrat metr qeyri -yaşayış sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evi mövcud olmamışdır. Buna görə də iddiaçıların (tərəflərin) atası X7 öldüyü vaxt mübahisəli iki mərtəbəli fərdi yaşayış evinin mülkiyyətçisi olmadığından iddiaçılar onun qanun üzrə vərəsəsi kimi mübahisəli 52.42 kvadrat metr yaşayış, 207.65 kva drat metr qeyri- yaşayış sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evinə pay hüququna malik deyillər.... Miras əmlakın kütləsinə daxil olan JN-116F KOD 50205018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə tikililərin olması, X8 aid 2001-ci ilin noyabr ayında işlənmiş “Texniki Pasportda” tikililərin olması göstərilsə də, həmin tikililərin heç biri iddiaçıların göstərdikləri 167.5 kvadrat metr ölçülərinə uyğun gəlmir. Bu tikililərin dövlət qeydiyyatına alınması haqqında sənəd yoxdur. DƏDRX-nin 15 saylı Ərazi İdarəsində miras qoyan X1 adına 1990-ci ilin fevral ayında yaşayış evinin qeydə alınması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu barədə qeydiyyat vəsiqəsi verilməmiş, fərdi yaşayış evinin təsviri ölçüləri göstərilməmişdir. İddiaçıların göstərdiklərinə görə əvvəllər h əmin sahədə 2 otaqlı 40 kvadrat metr yaşayış evi olmuş, həmin ev 1980-ci ildə sökülmüş, yerində hazırki mübahisənin predmeti olan 2 mərtəbəli ev inşa edilmişdir. Evin inşası 1990-cı ildə başa çatmışdır. Tahir Abdullayevin adına dövlət qeydiyyatına alınmış ev məhz yeni tikilmişdir. Lakin iş materiallarında olan (c.1 v 269-272) evə dair X5 adına 2001-ci ilin noyabr ayında işlənmiş “Texniki Pasport”dan görünür, iddianın predmeti olan evin ikinci mərtəbəsi (A tikilisi) həmin vaxt tam tikilib başa çatdırılmamışdır. Texniki pasportda göstərilən 2-ci ev isə (A tikilisi) iddiaçıların göstərdiklərinə görə yaşayış evi deyil, yaşayış üçün müvəqqəti yaralı hala salınmış tövlə olmuşdur. Göründüyü kimi, miras qoyan X1 adına yaşayış evi ilə bağlı DƏDRX-də 1990-ci ilin fevral ayında aparılmış qeydiyyatın hazırkı mübahisənin predmeti olan evə deyil, sökülmüş evə aid olması öz təsdiqini tapır. Apellyasiya instansiyası məhkəməsinin bu barədə qənaəti qanuni və əsaslı olmuş, məhkəmə mövcud 2 mərtəbəli evi özbaşına tikili hesab etməklə miras əmlakın kütləsinə daxil etməməkdə haqlı olmuşdur. Sökülmüş yaşayış evinə dair qeydiyyat artıq hüquqi mənasını itirmişdir.”
4. Məhkəmə qətnaməsinin icrası əsasında Ağstafa rayonu, Zəlimxan kəndində yerləşən 0.0816 ha torpaq sahəsi üzərində iddiaçıların və üçüncü şəxsin hər birinə 1/5 hissə olmaqla paylı ümumi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir.
5. İddiaçılar cavabdehə müraciət edərək, Ağstafa rayonunun Zəlimxan kəndində 0.0816 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin beş nəfər ailə üzvünün adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq aralarında bərabər bölünməsini xahiş etmişlər.
6. Cavabdehin 19 oktyabr 2020-ci il tarixli, **********68 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN 116F nömrəli şəhadətnamə ilə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi İddiaçı1 və ailə üzvlərinin ümumi mülkiyyətində verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.2-ci maddəsinə müvafiq olaraq JN 116F nömrəli şəhadətnamə əsasında fərdi yaşayış evinin üzərində beş nəfərin paylı mülkiyyət hüququnun qeydiyyata alınması mümkündür. Lakin ailə üzvlərindən X6 fərdi yaşayış evinin yalnız onun adına qeydiyyata alınması barədə dəfələrlə ərizə ilə müraciət etmişdir. Bildirilir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı bütün hüquq sahiblərinin razılığı ilə aparılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinası qanunsuz sayılmaqla, Ağstafa rayonu, Zəlimxan kəndində yerləşən ümumi mülkiyyətlərində olan 0.0816 ha torpaq sahəsində yerləşən evə 1/5 hissə ilə hüquqlarının dövlət qeydiyyatına alınıb, üçüncü şəxsin hüququ açıq saxlanılmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
8. İddia tələbi onunla əsaslandırılmı şdır ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən, Ağstafa rayonu, Zəlimxan kəndində yerləşən 0.0816 ha torpaq sahəsi ümumi mülkiyyət hüququ əsasında 1/5 hissə ilə onlara və üçüncü şəxs qismində göstərilən X3 məxsusdur. Həmin torpaq sahəsi üzərində 1980-ci ildə ailələri tərəfindən tikilmiş, ümumi sahəsi 167.5 kv.m olan yaşayış evi və 100 kv.m olan 2 mərtəbəli ev vardır. Həmin ev 1990-cı ilin fevral ayında ataları X1 adına qeydə alınmış və 414 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra 2001-ci ilin noyabr ayında anaları X5 adına Ağstafa rayon DTİ və MHQİ tərəfindən 354 nömrəli texniki pasport verilmişdir. Hazırda valideynlərinin hər ikisi vəfat etmişdir. Atalarının və analarının adına olan hüquqmüəyyənedici sənədlər olmasına baxmayaraq, məhkə mə qərarlarına əsasən vərəsəlik qaydasında evlərinin öz adlarına sənədləşdirilməsi mümkün olmamışdır. Evin yerləşdiyi 0,0816 ha torpaq sahəsi onların mülkiyyətində olduğundan, məhz həmin torpaq sahəsinin üzərində yerləşən evlərin onların adlarına qeydə alınması qanunun tələbinə əsasən mümkündür. Bu məqsədlə onlar cavabdehə ərizə ilə müraciət etsələr də, sonuncu əsassız olaraq imtina məktubu vermişdir. X6 evin beş nəfərin adına 1/5 hissə ilə qeydiyyata alınmasına razılıq verməmiş, yalnız onun adına qeydə alınmasını tələb etdiyinə görə, onların müraciətindən imtina edilmişdir. Halbuki, bir nəfərin razılığının olmaması digər dörd nəfərin hüquqlarını məhdudlaşdıra bilməz. Cavabdeh onların ərizəsini təmin etməklə, dörd nəfərin hüquqlarını qeydə alıb, üçüncü şəxsə aid payı açıq saxlamaqla çıxarı ş verə bilərdi.
9. Cavabdeh tərəfindən iddia tələbinə dair verilən yazılı etirazda göstərilmişdir ki, iddiaçılar tərəfindən mübahisəli yaşayış evinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, eyni zamanda, torpaq sahəsinin digər mülkiyyətçisi X6 müraciət edərək sözügedən yaşayış evinin onun tərəfindən inşa edildiyini və bu səbəbdən evin onun adına tək mülkiyyətçi kimi qeydiyyata alınmasını xahiş etsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyindən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəmə sinin xx.xx.2018-ci il tarixli, 2(102)-7558/2018 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)1216/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarının əsaslandırıcı hissəsində qeyd edilir ki, mərhum X1 adına qeydə alınmış mübahisəli ev sökülmüş və yeni 2 mərtəbəli ev inşa edilmişdir. Yeni inşa edilmiş yaşayış evi özbaşına tikili kimi qiymətləndirilmişdir. Digər tikilinin isə yaşayış evi deyil, yaşayış üçün müvəqqəti yararlı hala salınmış tövlə kimi olması müəyyən edilmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin (hakim E.T.Axundov) 05 may 2022-ci il tarixli, 21(114)-226/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0. 5-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, mübahisəli yaşayış evinin iddiaçıların adına sənədləşdirilməsi üçün qanunvericiliklə tələb edilən hüquq müəyyənedici sənədlər olmadığından, sözügedən daşınmaz əmlaka dair mülkiyyət hüququnun iddiaçıların adına qeydə alınması və bunun əsasında çıxarışın verilməsi üçün heç bir hüquqi əsas yoxdur.
12. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı əsasında cavabdehin 04 noyabr 2022-ci il tarixli, **********96 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsi üzərində tikintialtı sahə si 189 kv.m olan iki mərtəbəli fərdi yaşayış evi və tikintialtı sahəsi 86.4 kv.m olan birmərtəbəli fərdi yaşayış evi yerləşir. Torpaq sahəsində dəyişiklik yoxdur.
14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.İsgəndərova /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.Bayramov) 9 mart 2023-cü il tarixli, 2-1(104)-41/2023 nömrəli qərarı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli, 2-1(114)-226/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıların atası X1 ölmə məqamında mülkiyyətində mübahisələndirilən 52.42 kv.m yaşayış, 207.65 kv.m qeyriyaşayış sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evi mövcud olmamışdır. Həmçinin, iddiaçılar mübahisə predmeti olan evin atalarından qalmış miras əmlak kimi faktiki qəbul edilməsi barədə Ağstafa rayon məhkəməsində iddia qaldırsalar da, sözügedən ev miras əmlak kütləsinə daxil edilməmişdir. Belə olan halda, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunan fərdi yaşayış evinin sonradan tikilən tam başqa bir tikili olması halı mübahisəsizdir. Göründüyü kimi, fərdi yaşayış evi nə miras kütlə hesab edilməmiş, nə də onun qeydiyyatına dair sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təqdim olunmamışdır.
16. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddianın təmin olunmasını, bu mümkün olmadıqda isə işin təkrar ba xılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. İddiaçılar kassasiya şikayətində işin hallarına və iddia ərizəsinin dəlillərinə istinad etmiş, əlavə olaraq göstərmişlər ki, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən iddia tələbinin maddi hüquqi əsası düzgün müəyyən edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ondan ibarətdir ki, yaşayış evi miras kütləsi hesab edilmədiyindən və onun qeydiyyatına dair qanuna uyğun sənədlər təqdim olunmadığından çıxarışın verilməsi üçün heç bir əsas yoxdur. Halbuki, iddiaçılar iddia ərizəsində həmin evin atalarından qalmış miras əmlak kimi qeydə alınmasını xahiş etməmişlər. Belə ki, evin alt ındakı torpaq sahəsi onların ümumi paylı mülkiyyətində olduğuna görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.2-ci maddəsinə əsasən həmin ev adlarına qeydə alınmalıdır. Həmin ev faktiki olaraq ataları X4 məxsus olmuş, onun sağlığında, yəni 1990-cı ilin fevral ayında, onun adına rəsmi dövlət qeydiyyatından keçsə də, hazırda qanuni qüvvədə olan məhkəmə qərarı ilə miras əmlak hesab edilmədiyindən, onlar həmin evi atadan qalma miras əmlak kimi vərəsəlik qaydasında adlarına qeydə aldıra bilməmişlər. Bu səbəbdən də, iddia ərizəsində evin miras əmlak kimi adlarına qeydə alınmasını tələb etməmişlər. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti M əcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:... 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;... Maddə
14. Hüquqların dövlət qeydiyyatının dayandırılması 14.5. Bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunana dək dayandırılır. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzər ində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisə ilə bağlı işin hallarına maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Bu baxımdan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir
24. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, mübahisələndirilən fərdi yaşayış evinin yerləşdiyi 0.0816 ha torpaq sahəsi üzərində iddiaçıların və üçüncü şəxsin hər birinə 1/5 hissə olmaqla paylı ümumi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə müvafiq çıxarış verilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-12 16/2018 nömrəli qətnaməsinə istinad etmiş və qeyd etmişdir ki, iddiaçıların mübahisələndirdikləri ev nə miras kütləsi hesab edilməmiş, nə də onun qeydiyyatına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun sənədlər təqdim edilməmişdir.
26. Halbuki, həm iddia ərizəsinin, həm də kassasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçılar mübahisələndirilən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının atalarından miras qalan əmlak payı kimi deyil, məhz “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.1.2-ci maddəsinə (məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzə rində mülkiyyət hüququnu təsdiq edən sənəd) istinad etməklə qeydə alınmasını tələb edirlər. İddiaçılar eyni tələblə də cavabdehə müraciət etmiş, cavabdeh imtina məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.2-ci maddəsinə müvafiq olaraq, fərdi yaşayış evinin üzərində beş nəfərin paylı mülkiyyət hüququnun qeydiyyata alınmasının mümkünlüyünü qeyd etsə də, üçüncü şəxsin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tam qeydə alınması ilə bağlı müraciəti olduğuna istinadən ərizənin icrasından imtina etmişdir.
27. Göründüyü kimi, hazırkı işdə iddiaçılar cavabdehin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina barədə hərəkətlərini mübahisələndirir və məhkəmə araşdırmasının predmetini cavabdehin imtinasının qanuniliyi təşkil edir.
28. Nəzə rə alınmalıdır ki, iddiaçıların torpaq üzərində paylı mülkiyyət hüquqlarının mövcudluğu işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Eyni zamanda, mübahisəli tikililərə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanan hüquqmüəyyənedici sənədlərin nə iddiaçılarda, nə də üçüncü şəxsdə mövcud olmaması da işin mübahisəsiz halıdır.
29. Bununla belə, iddiaçılar tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.2-ci maddəsinə müvafiq olaraq, torpağa dair hüquq müəyyənedici sənəd təqdim edildiyi halda, cavabdeh üçüncü şəxsin müraciətinə əsaslanaraq onların müraciətinin təmin olunmasından imtina etmiş, lakin bu imtinanın qanuniliyi işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən Qanunun 14.5 və 15.1-ci maddələrinin təl əbləri baxımından qiymətləndirilməmişdir.
30. Belə ki, Qanunun 14.5-ci maddəsinə əsasən, bu Qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Qanunun 15.1-ci maddəsi isə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq olaraq tənzimləmişdir (dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edi lmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda).
31. Eyni zamanda nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatında fərdi yaşayış evinin miras əmlaka aid edilməməsinin səbəbi həmin ev üzərində iddiaçıların və üçüncü şəxsin valideynlərinin hüquqlarının qeydə alınmaması ilə bağlı olmuşdur. Bununla yanaşı, mülki icraa t üzrə qəbul edilmiş məhkəmə qərarlarında Ağstafa rayon məhkəməsinin 31 iyul 2009-cu il tarixli, 2(015)-119/2009 saylı qətnaməsinə və Gəncə Apellyasiya Məhkəməsinin 03 dekabr 2009-cu il tarixli qətnaməsinə istinad edilmişdir. Həmin qətnamələrin məzmunundan müəyyən olunur ki, X9 (iddiaçıların və üçüncü şəxsin anası) mərhum həyat yoldaşı X1 adına və öz adına mülkiyyət hüququnun tanınmasına dair iddia ilə, X6 isə mərhum X1 adına olan 0.16 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 52.42 kv.m, qeyri-yaşayış sahəsi isə 207.65 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evinin mülkiyyət hüququnun ona verilməsi və mülkiyyət hüququnun qeydə alınmasına dair qarşılıqlı iddia ilə məhkəmə müraciət etmiş, hər iki iddia rədd edilmişdir.
32. Bununla yanaşı, iddia ərizəsində mübahisələndirilən evin ümumi sahəsin in 167.0 kv.m, yaşayış sahəsinin isə 100.0 kv.m olması qeyd edilsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən əldə edilmiş mütəxəssis rəyində evin faktiki sahəsi göstərilməmiş, sadəcə olaraq, sözügedən torpaq sahəsi üzərində tikintialtı sahəsi 189 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinin və tikintialtı sahəsi 86.4 kv.m olan birmərtəbəli fərdi yaşayış evinin yerləşdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-7558/2018 nömrəli qərarında isə fərdi yaşayış evinin 52.42 kv.m yaşayış, 207.65 kv.m qeyri-yaşayış sahəsindən ibarət olması qeyd edilmişdir. Beləliklə də, iş materiallarında mübahisəli tikililər barədə dəqiq məlumat yoxdur.
33. Göründüyü kimi, torpaq sahəsi üzərində yerləşən tikililərə dair nə üçüncü şəxsə, nə iddiaçılara, nə də onların valideynlərinə aid hüquqmüəyyənedici sənədlər mövcud olmadığından, iddiaçıların tələbinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.2-ci maddəsi baxımından hüquqi qiymət verilməli, bunun üçün isə mübahisəli tikililərə dair məlumatlar (yaşayış evi olub-olmaması, texniki göstəriciləri sahəsi, hündürlüyü və s.) dəqiqləşdirilməli idi.
34. Beləliklə, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən tikililərlə bağlı tam və hərtərəfli araşdırma aparmamış, iddia tələbini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.2-ci maddəsinin tələbləri baxımından qiymətləndirməmiş, üçüncü şəxsin paylı mülkiyyət hüququ əvəzinə özünə münasibətdə tam mülkiyyət hüququnu tələb etməsi əsası ilə cavabdehin imtinasının qanuniliyini yoxlamamışdır.
35. Məhkəmə kollegi yası hesab edir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla araşdırıb yekun nəticəyə gəlməlidir.
36. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2023-cü il tarixli, 21(104)-41/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.