Məhkəmə qərarları › İş №2-1(102)-1783/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1783/2024

15.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1783/2024 15.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi; tədris yükü və yerinə yetirilmə qaydası; təhsil alınan ölkədə faktiki olma müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təhsildə Keyfiyyət Təminatı Agentl iyi” publik hüquqi şəxsinə qarşı “cavabdehin üzərinə diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 21(104)-155/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X7 Universitetinin xx.xx.2014-cü il tarixli, 1500 nömrəli arayışına əsasən iddiaçı 2014-cü ildə humanitar və sosial elmlər məktəbinə birinci semestrə (gündüz əyani şöbə) qəbul olunmuşdur.

2. X7 Universitetinin xx.xx.2018-ci il tarixdə verilmiş, 1338 nömrə ilə qeydiyyata alınmış TOTU000469 nömrəli diplomla Universitetin Humanitar və Sosial Elmlər Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçı “Sosial Elmlər” fakültəsində “İqtisadiyyat” ixtisası üzrə Bakalavr dərəcəsi ilə təltif olunmuşdur. Diploma əlavə ilə müəyyən edilir ki, tədris dili və imtahan gürcü dili olmuş; proqramın rəsmi müddəti 8 semestr, 240 ECTS krediti, 1 akademik ili 60 kredit, 1 kredit 25 saatdır.

3. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmişdir.

4. Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, NA00010326 nömrəli qərarına əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifi kasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 (iyirmi) həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə “diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin qoyulması” barədə məhkəmə aktı çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildə "X7 Universiteti"nə, humanitar və sosial elmləri məktəbinə qəbul olunmuş, xx.xx.2018-ci ildə həmin universiteti bitirmişdir. Həmin universitetə əyani daxil olsa da, universitetin daxili qaydalarına uyğun olaraq hər bir tələbənin portal məlumatı var idi. Tələbə təhsil müddəti ərzində daim aktiv olan o portaldan istifadə edə bilərdi. Zəruri olan bütün tapşırıqlar, öhdəliklər həmin portal üzər indən icra edilməli idi və bu öhdəliklərin icrası məcburi idi. Bu öhdəliklərin icrası nə qədər zəruri idisə, bütün dərslərdə iştirak etmək isə məcburi deyildi. Qeyd edilən portaldan Azərbaycan Respublikasının ərazisindən də girmək mümkün olduğundan iddiaçı Azərbaycana gəlirdi, aralıq imtahanlar və semestr imtahanlar zamanı təhsil aldığı müəssisəyə gedirdi. İddiaçı Azərbaycan dilində təhsil alırdı. İddiaçı diplomun tanınması üçün cavabdeh orqana müraciət etsə də, ona NA00010326 saylı 17 may 2023-cü il tarixli imtina məktubu verildi.

7. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxslə əvəz edilməsini və “TOTU №000469 saylı, qeydiyyat nömrəsi 1338 olan, 19 iyul 2018-ci il tarixdə verilmiş Universitetin Humanitar və Sosial Elmlər Komissiyasının 19 iyul 2018-ci il tarixli 11 saylı Qərarına əsasən sosial elmlər fakültəsində iqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsi ilə təltif olunmasına dair diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar çıxarılmasını xahiş etmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3178/2023 saylı, 03 avqust 2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur.

9. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.

10. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3178/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakim X6) iddia tələbi rədd edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddət əyani təhsilalma formasında 4 il tədris ilində, cəmi 6 ay müddətdən az həmin ölkədə olması nəzərə alındıqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8 və 2.9-cu bəndlərinin tələbləri təmin olunmur. Cavabdeh isə haqlı olaraq hesab etmişdir ki, iddiaçıya verilmiş diplomun əlavəsində qeyd edilən tədris yükü yerinə yetirilməmişdir. İddiaçı təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan onun həmin müddət ərzində tədris normativini yerinə yetirməsi inandırıcı hesab edilə bilməz.

12. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələ binin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2-1(104)-155/2024 nömrəli qərarı ilə (hakimlər X1 (məruzəçi), X2 və X5) apelyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3178/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməklə X7 Universiteti tərəfindən İddiaçı verilmiş “TOTU №000469 saylı, qeydiyyat nömrəsi 1338 olan, 19 iyul 2018-ci il tarixli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə həvalə edilmişdir.

14. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, sözü gedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Belə ki, həmin bəndə əsasən xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üz rə sübuta yetirilmir. İddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur.

15. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Şikayətdə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na ilə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mö vqeyi qanunsuz və əsassızdır.

17. Belə ki, iddiaçının inzibati icraat zamanı təqdim etdiyi diplom əlavəsinin 4.1-ci bəndində onun təhsilalma forması kimi əyani forma göstərilmiş, 3.2-ci bəndində isə ümumi tədris müddətinin 8 semestr, 1 akademik il üzrə 60 kreditlik tədris yükü olması və 1 kreditin 25 saat olması təsbit olunmuşdur.

18. Bu qeyd olunmuş normativlər üzrə iddiaçı ali təhsil müəssisəsinin tələbləri üzrə bir akademik ildə ümumilikdə 1500 saat tədris prosesində iştirak etməli idi, bu da həftəlik maksimum tədrisdə iştirak etmə müddəti nəzərə alındıqda hər il üzrə təqribi 40 həftəlik dərs müddətini göstərir ki, iddiaçı heç bir il üzrə bu normativin yarısını ödəməmişdir. İddiaçı 4 illik təhsil müddətində 142 gün xarici ali təhsil aldığı ölkədə olmuşdur ki, bu həcm Azərbaycan Respubli kasında əyani təhsilalma forması üzrə təhsilalan tələbələrin bir akademik üzrə iştirak etməli olduğu müddətdən(40 həftə+10 imtahan həftəsi) daha azdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

27. Təhsil haqqında dövlət sənədi... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə

29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə

44. Azərbaycan Respublikası vətəndaşlarının x arici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiy i hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”:

8. Ali təhsil proqramları: 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir:... 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiya bi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.3. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. 8.7.4. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 10-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”

2. Bakalavriat səviyyəsində təhsilin məzmununa və tədris prosesinin təşkilinə qoyulan tələblər... 2.8. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 2.9. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin m aksimal həcmi ayrıayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə ka ssasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməli dir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair i ş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, kassasiya şikayəti təmin edilməklə iddia rədd edilməlidir.

29. Belə ki, iş materiallarından görünür ki, iddiaçı diplomun tanınması və müvafiq şəhadətnamənin alınması məqsədi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olduğunu əsas gətirərək müraciətin təmin olunmasından imtina etmişdir.

30. İşə baxan apellyasiya instansiya məhkəməsi cavabdehin imtinasını əsassız hesab edərək bildirmişdir ki, hazırki işdə diplomun tanınmasından imtina üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

31. Hazırda cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri onun imtinası ilə eyni məzmundadır. Belə ki, cavabdeh hesab edir ki, iddiaçı təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan həmin müddət ərzində tədris yükünü yerinə yetirməsi qeyrimümkündür. Odur ki, onun diplomu tanına bilməz.

32. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə ra zılaşaraq bildirir ki, qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və ye rinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər.

33. Kollegiya qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir.

34. Belə ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı X7 Universitetində təhsil aldığı müddət ərzində 2014/2015 tədris ilində 3 ay 3 gün, 2015/2016 tədris ilində 22 gün, 2016/2017 tədris ilində 11 gün, 2017/2018 tədris ilində 16 gün Gürcüstan Respublikasında olmuşdur. Qeyd edilməlidir ki, iddiaçının əyani formada təhsil aldığı ölkədə olduğu həmin müddət tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz.

35. Beləliklə, iddiaçının təhsil aldığı ölkədə olduğu müddət əyani təhsilalma formasında 4 il tədris ilində, cəmi 6 ay müddətdən az həmin ölkədə olması nəzərə alındıqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8 və 2.9-cu bəndlərinin tələbləri təmin olunmur.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının təhsil aldığı müəssisədə tələb olunan müddətdə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı tələbində haqlı deyildir.

38. Göstərilən lərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi rədd edilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2-1(104)-155/2024 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı “cavabdehin üzərinə diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar