Məhkəmə qərarları › İş №2-1(102)-1784/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1784/2019

12.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1784/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1784/19 Bakı şəhəri 12 iyun 2019-cu il 12.06.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi XXXun və vəkili XXXun iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 fevral 2019-cu il tarixli, 2-1(103)-634/2019 saylı qərarından v erilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Dövlət Ədliyyə Universiteti tərəfindən verilmiş 107718 ******* saylı, 18 iyul 2016-cı il tarixli diplomun cavabdeh tərəfindən tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 2010-cu ildə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Dövlət Ədliyyə Universitetinin hüquq fakultəsinin qiyabi şöbəsinə daxil olmuş, 2016-cı ildə həmin təhsil müəssisəsini bitirərək diplom almışdır. Ali təhsil ixtisasının Azərbaycan Respublikası əra zisində tanınması və ekvivalentliyin müəyyən edilməsi məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh isə onun diplomunun ölkə ərazisində tanınmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi etirazında bildirmişdir ki, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi Qaydaları”na uyğun gəlmədiyi ekspert rəyə əsasən müəyyən edilmişdir. Ekpert rəyində iddiaçının Rusiya Federasiyasının Ümumrusiya Dövlət Ədliyyə Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan, diploma əlavədə qeyd olunmuş tədris yükün ü yerinə yetirməsinin mümkün olmadığı göstərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2-1(82)3812/2018 saylı qərarı ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçıya verilmiş diploma Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən apostil möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. İddiaçıya ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mənfi ekspert rəyinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası qanuna zidd olmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Ko llegiyasının 22 fevral 2019-cu il tarixli, 2-1(103)-634/2019 saylı qərarı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədov və İlham Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Dövlət Ədliyyə Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə çox qısa müddət olmuşdur ki, bu hal iddiaçının ümumilli pasportundakı qeydlərlə öz təsdiqini tapmışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyasına, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvi valentliyin müəyyən edilməsi Qaydaları”nın 1.1, 1.5, 1.6, 2.2, 3.3, 3.5, 3.6, 3.7, “Bakalavriat təhsilin məzmunu və təşkili Qaydaları”nın 2.8, 2.9, 2.10-cu bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində iddia ərizəsində qeyd olunmuş iddianın əsaslarını təkrarlamış və bildirmişdir ki, cavabdehin imtinasının əsasını təşkil etmiş hallar qanunvericiliklə xarici dövlətdə alınmış diplomun tanınmasından imtina üçün əsas deyildir. O, təhsil aldığı müəssisənin tələbinə uyğun olaraq bütün sessiyalarda mütamadi iştirak edərək, kurs işlərini təhvil vermiş və aldığı ixtisas üzrə proqramı tam mənimsəmiş və ixtisası üzrə dövlət imtahanının verərək diplom almışdır. Ali məktəbi yaxşı qiymətlərlə bitirmiş və buna görə də ona universitet tərəfindən diplom verilmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 43.1, 44.1, 44.2-ci maddələrinə, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi” Qaydalarının 1.2, 1.3, 1.6, 1.7, 3.2, 3.3, 3.5, 3.6, 3.7-ci bəndlərinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyas ından şikayətin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin Ümumrusiya Dövlət Ədliyyə Universiteti tərəfindən verilmiş 25 iyun 2016-cı il tarixli, 107718 ******* saylı diplomunun surətinə əsasən, İddiaçı 2016-cı ildə Rusiya Federasiyasının Ədliyyə Naz irliyinin Ümumrusiya Dövlət Ədliyyə Universitetinin Hüquqşunaslıq ixtisası üzrə tam kursu bitirmişdir. Apostildən görünür ki, Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin Ümumrusiya Dövlət Ədliyyə Universitetinin 25 iyun 2016-cı il tarixli, 107718 ******* saylı diplomu Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində 04 iyul 2017-ci il tarixdə apstil edilmiş və eyni zamanda sözügedən diploma 107718 ******* saylı, 18 iyul 2016-cı il tarixli əlavə də verilmişdir. İddiaçı ali təhsil haqqında sənədin ölkə ərazisində nostrifikasiya olunması ilə bağlı cavabdehə müraciət etmiş, Təhsil Nazirliyinin 25 may 2018-ci il tarixli 23-04-325/ANİ saylı imtina məktubunda qeyd olunmuşdur ki, Rusiya Federasiyası Ümumrusiya Dövlət Ədliyyə Universitetinin tədris normativi üzrə təhsil almaq ü çün tələb olunan müddətın qarşılığında Siz həmın ölkədə qısa müddət ərzində olduğunuzdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyinız qeyri-mümkündür. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplom əlavəsində göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Göstərilənləri nəzərə alaraq “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin Ümumrusiya Dövlət Ədliyyə Universiteti tərəfindən verilmiş 25 iyun 2016-cı il tarixli, 107718 ******* saylı diplom üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmi ş sərhədkeçmə məlumatından görünür ki, İddiaçı birinci kursda oxuduğu müddətdə (20102011-ci illərdə ) cəmi 8 gün, ikinci kursda oxuduğu müddətdə (2011-2012-ci illərdə ) cəmi 16 gün, üçüncü kursda oxuduğu müddətdə (2012-2013-cü illərdə ) cəmi 4 gün, dördüncü kursda oxuduğu müddətdə (2013-2014-ci illərdə) cəmi 12 saat, beşinci kursda oxuduğu müddətdə (2014-2015-ci illərdə ) cəmi 3 gün, altıncı kursda oxuduğu müddətdə (20152016-cı illərdə) isə cəmi 10 gün Rusiya Federasiyasında olmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. K assasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını əsasən düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, normativ üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı təhsil aldığı ölkədə çox qısa müddət ərzində olmuşdur ki, onun tədris olunan dərslərdə iştirak etmədiyi aydın olur. Bu mövqeyi iddiaçı o əsasla mübahisələn dirmişdir ki, təhsil aldığı müəssisənin tələbinə uyğun olaraq bütün sessiyalarda mütamadi iştirak edərək, kurs işlərini təhvil vermiş və aldığı ixtisas üzrə proqramı tam mənimsəmiş və ixtisası üzrə dövlət imtahanını verərək diplom almışdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirməsini aparmışdır. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə 1997-ci il aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Qeyd olunmuş Konvensiyanın müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - İ fəslinə əsasən, səlahiyyətli tanınma təşkilatı kimi xarici ixtisasların ta nınması ilə əlaqədar qərarlarına rəsmən məsuliyyət daşıyan orqan; habelə tanınma kimi təhsil və yaxud iş fəaliyyəti ilə məşğul olmaq imkanı vermək məqsədilə səlahiyyətli təşkilatlar tərəfindən xarici təhsil ıxtisasının dəyərliyi barədə rəsmi təsdiqlənmə müəyyən edilmişdir; - İİ fəslin İİ.1-cı maddəsinin 1-ci bəndinə əsasən, tanınma halları zamanı qərarların qəbul edilməsi iştirakçı dövlətin mərkəzi təşkilatlarının səlahiyyətinə aid olduqda həmin dövlət bu Konvensiyada nəzərdə tutulanlarla bağlıdır və onun ərazisində Konvensiyada nəzərdə tutulanların həyata keçirilməsini təmin etməlidir. - İİİ fəslin İİİ.1-ci maddəsinin 2-ci bəndinə əsasən, hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təm in edir. Azərbaycan Respublikası və Rusiya Federasiyası istinad edilmiş Konvensiyaya qoşulmaqla ona riayət edilməsi öhdəliyini götürmüşdürlər. «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli, 346 saylı Sərəncamının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya»da nəzərdə tutulmuş ali təhsil sahəsində xarici ixtisasların tanınması məsələləri üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilmişdir. Qanunun icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları” (bundan sonra – Qaydalar) təsdiq edilmişdir. Həmin Qaydaların: - 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür; - 1.3-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir; - 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Bu müddəaların ümumiləşdirilmiş təhlilinə görə, xarici dövlət tərəfindən verilmiş diplomun bir halda tanınması, digər halda isə ixtisasının ekvivalentliyinin müəyyən edilməsi üzrə cavabdeh tərəfindən müvafiq araşdırma aparılmaqla iki növ Şəhadətnamələrin verilməsi nəzərdə tutulmuşdur. İxtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamə onun sahibinə keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verir (Qaydalara 2 nömrəli əlavə). İixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə isə Azərbaycan Respublikasında müvafiq ixtisas/istiqamət üzrə uyğun ixtisas dərəcəsi verilən diploma ekvivalentliyi müəyyən edir (Qaydalara 1 nömrəli əlavə), yəni müvafiq işə qəbul olunmaq üçün əsas yaradır. İxtisasların tanınması haqqında prosedurun təşkili Qaydaların İİ hissəsində, ixtisasların ekvivalentliyinin müəyyənləşdirilməsi isə Qaydaların İİİ hissəsində nizamlanmışdır. “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” 23 sentyabr 2002-ci il tarixli Saziş imzalanmış və Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmişdir. Qeyd edilmiş Sazişin: - 1-ci maddəsinə əsasən, bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur; - 7-cı maddəsinə əsasən, beş ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən, mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali ixtisas təhsili haqqında diplom və mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali təhsil müəssisəsinin yaxud elmi müəssisənin tələblərinə uyğun olaraq təhsilin növbəti mərhələlərində təhsilin davam etdirilməsi zamanı tanınır; - 11-ci maddəsinə əsasən, bu Sazişin 4, 5, 6, 7, 8, 9 və 10-cu maddələri tədris müddətinin və hazırlıq sahələrinin əsasən üst-üstə düşməsini nəzə rdə tutur. Ayrı-ayrı hallarda sorğu verilən Tərəfin səlahiyyətli orqanları bu maddələrdə göstərilmiş diplom sahiblərindən konkret tədris proqramında məxsusi fərqi olan fənnlər üzrə əlavə kurslar keçmələri və imtahan vermələri haqqında sənədlər tələb edə bilər. Müddəaların mənasından bəlli olur ki, Rusiya Federasiyasında verilmiş diplom aşağıdakı şərtlərin mövcudluğu halında təhsinin davam etdirilməsi üçün tanına və ixtisas dərəcəsinə əsasən işə qəbul olunma hüququnu verə bilər: - ali təhsil müəssisəsi Rusiya Federasiyasında dövlət qeydiyyatından keçməli; - diplom Azərbaycan Respublikasında verilən diplomların təhsil müddətinə və təhsilin məzmununa uyğun gəlməlidir. Beləliklə, istər beynəlxalq Konvensiyanın tələblərinin icrası ilə bağlı, istərsə də iki dövlət arasında bağlanmış Sazişin müdd əalarına görə, diplomun tanınması və ixtisas dərəcəsinin müəyyən edilməsi üçün müvafiq prosedur qaydalarına riayət edilməsi zəruri olmuş və bu prosedur yuxarıda istinad edilmiş Qaydalara əsasən həyata keçirilməlidir. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətində ifadə edilmiş ümumi olan o fikirlə razılaşmır ki, diplom yalnız Russiya Federasiyasının ali təhsil müəssisə tərəfindən verildiyindən,i hər bir halda tanınmalıdır, çünki müəyyən edilmiş prosedurlar çərçivəsində diplomun təhsil müddətinə və məzmununa uyğunluğunun yoxlanılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, istinad edilmiş Konvensiya, Saziş və Qaydalara uyğun olaraq mübahisənin həlli ilə bağlı apellyasiya məhkəməsinin apardığı araşdırma ilə cavabdehin bildirdiri əsasın düzgün olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçı t ərəfindən irəli sürülmüş tələb diplomunun tanınması ilə bağlı olmuşdur. Diplomun tanınması ilə bağlı Qayadaların 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr,təhsilin dövlət standartlarıvə Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İşin hallarından göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırmalarla iddiaçının faktiki aldığı təhsil müddətinin təhsilin dövlət standartlarına uyğun olmadığı öz təsdiqini tapmışdır. «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 117 saylı, 24 iyun 2010-cu il tarixli qərarının: - 1.6-cı bəndinə əsasən, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir; - 2.8-ci bəndində müəyyən edilmişdir ki, qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Müddəaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin araşdırması ilə müəyyən edilmişdir ki, qanunvericiliyin göstərilmiş tələbinə münasibətdə iddiaçı Rusiya Federasiyasında az müddət olmuşdur. Yəni hər tədris ili 32 həftədən ibarət olduğu halda, bunun qarşısında iddiaçı tədris illərində an azı 12 saat və an çoxu isə 16 gün olmuşdur. Belə olan halda isə apellyasiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, cavabdehin imtinası qanunamü vafiqdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə ko llegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 fevral 2019-cu il tarixli, 2-1(103)-634/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar