Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1784/2020 06.10.2020 ALİ MƏHKƏMƏ “xxxx” MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iş üzrə icraatın cinayət işinin istintaqının aparılması ilə bağlı dayandırılması barədə ərizənin rəddi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili X1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirli yi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-977/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı “xxxx” MMC cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
2. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə ic raatın dayandırılmasını xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2017-ci il tarixli, **********125227 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə cəmiyyətdə xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixinədək olan dövr əhatə olunmaqla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2018-ci il tarixli, **********147083 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən səyyar vergi yoxlaması aktı əsaslı və etibarlı hesab edilərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsul iyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********172603 nömrəli qərarla vergi ödəyicisinə 75.794.017,5 manat məbləğində əlavə vergi hesablanmış və 37.842.019,33 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edilən qərar ilə bağlı aşkar edilmiş faktlar üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən “xxxx” MMC-də külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və hal-hazırda həmin cinayət işi üzrə icraat davam etdirilir. Buna görə də, cavabdeh hazırkı iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZR Ə QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-389/2020 nömrəli qərardadına əsasən (hakim – M.T.Hacıbəyova) hazırkı iş üzrə icraatın “xxxx” MMC-də 75.794.017,5 manat məbləğində, yəni külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə başlanmış cinayət işi üzrə (məhkəmə cinayət işi üzrə) icraat başa çatana kimi dayandırılması qərara alınmışdır.
5. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtiadi Araşdırılması Baş İdarəsi tərəfindən başlanmış cinayət işi tərəflər arasında olan hazırkı mübahisənin həllinə təsir edə bilə r. Odur ki, iş üzrə icraat həmin cinayət işi üzrə məhkəmə cinayət işi üzrə icraat başa çatana kimi dayandırılmalıdır.
6. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-389/2020 nömrəli qərardadının ləğv olunmasını və işin baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-977/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadına əsasən (sədrlik edən və məruzəçi hakim – E.E.Nağıyeva, hakimlər – H.Ü.Həmidov və V.M.Məmmədov) apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-389/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınm ışdır.
8. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtiadi Araşdırılması Baş İdarəsi tərəfindən başlanmış cinayət işi tərəflər arasında olan hazırkı mübahisənin həllinə təsir edə biləcəyindən hazırkı iş üzrə icraat dayandırılmalıdır.
9. Məhkəmə qərardadını iddiaçı xx.xx.2020-ci il tarixində, cavabdeh xx.xx.2020-ci il tarixində almışdır.
10. İddiaçı xx.xx.2020-ci il tarixində həmin qərardaddan kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-977/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadının ləğv olunmasını və işin mahiyyəti üzrə baxılması üçün aidiyyatı məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə apelyasiya instansiyası məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələblərini pozaraq apelyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, qərarını əsaslandırmamışdır.
12. Şikayətin digər dəlilində qeyd olunmuşdur ki, mübahisələndirilən inzibati akt üzrə hesablanan vergi borcuna görə yalnız fakt üzrə cinayət işi başlanmışdır və həmin iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdur. Belə bir hökm olmadığından orada müəyyən olunan halların inzibati məhkəmə icraatında preyudisial əhəmiyyətindən söhbət gedə bilməz.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2004-cü il tarixli Qərarında bununla bağlı qeyd olunmuşdur ki, “İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz.”
14. Bundan başqa, hazırkı inzibati işin nəticəsi (vergilərin azaldılması və ya iddianın rəddi) cinayət hadisəsinin taleyinə aydınlıq gətirəcəyindən cinayət işinin nəticəsi inzibati işdən asılıdır. Belə ki, iddiaçıya ittiham verilməsi üçün əsas ola biləcək məbləğ məhz mübahisələndirilən qərarla hesablanan rəqəmdir. Həmin qərar isə mübahisələndirildiyindən həmin qərarın qanuni və ya qanunsuz olması müəyyən edilmədən cinayət işi üzrə icraa tın aparılması mümkün deyildir. Yəni hazırkı inzibati mübahisə üzrə şəxsin xeyrinə və ya ziyanına verilmiş yekun qərar ona gələcəkdə ittiham verilməsi və ya verilməməsinə əsas olacaqdır. Bu səbəbdən də cinayət işinin nəticəsi inzibati işin nəticəsində asılıdır.
15. İddiaçı daha sonra kassasiya şikayətinə əlavə verərək bildirmişdir ki, iddiaçı barəsində qaldırılmış cinayət işinin istintaqı dayandırılmışdır. Belə olan halda inzibati məhkəmə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə qorunan hüququna müdaxilə etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim edərək bildirmişdir ki, yuxarıda qeyd olunan cinayət təqibinin hazırkı iş üzrə mübahisənin həllinə təsir etməsi halları mövcuddur və həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür.
17. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq cavabdeh qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi inzibati işin cinayət işindən üstünlüyünü müəyyən etmir. Yəni, Cinayət Prosessual Məcəllənin 53-cü maddəsi cinayət təqibi üzrə icraatın dayandırılması əsaslarını konkret olaraq müəyyən etmişdir. Həmin maddədə inzibati işin icraatda olması əsası ilə cinayət işi üzrə icraatın dayandırılması kimi əsas müəyyən edilməmişdir. Əksinə olaraq İnzibati Prosessual Məcəllənin 7.2-ci maddəsi cinayət təqibi ilə əlaqədar inzibati işin icraatının dayandırılmasını konkret olaraq müəyyən etmişdir.
18. Bundan başqa, inzibati işin nəticəsi cinayət işi üzrə icr aatın taleyinə aydınlıq gətirəcəksə, onda bu hal cinayət məsuliyyətinin prinsiplərinin pozulmasına səbəb olar. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktlar prosessual tələblərin pozulması əsası ilə ləğv edilə bilər. Belə olan halda iqtisadi fəaliyyət sahəsində cinayət törətmiş şəxs inzibati icraat zamanı yol verilmiş formal pozuntular səbəbindən inzibati aktın ləğvinə nail olur ki, bu da cinayət işi üzrə icraata xitam verilərək şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə nəticələnir.
19. Eyni zamanda, inzibati işin icraatının dayandırılaraq cinayət işi üzrə icraatın davam etdirilməsi iddiaçının konstitusion hüquqlarını pozmur. Belə ki, şəxsin istintaq orqanı tərəfindən hər hansı cinayəti törətməyə görə təqsirlən dirilməsi hələ onun cəzalandırılması demək deyil.
20. Həmçinin, Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyi inzibati işə baxılmasına konkret müddət müəyyən etməsə də, cinayət prosessual qanunvericilik cinayət işi üzrə ibtidai istintaqın aparılması üçün isə müddət müəyyən etmişdir. İnzibati iş üzrə icraatın məhkəmə instansiyaları üzrə bir neçə il ərzində davam etməsi ibtidai araşdırmanın müddətinin bitməsinə və müddətin keçməsi ilə əlaqədar şəxsin cinayət məsuliyyətindən azad edilməsinə səbəb ola bilər.
21. Cavabdeh qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-977/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. e) M əhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X3 və cavabdehin nümayəndəsi Nümayəndə2 kassasiya şikayətinə etirazda qeyd olunanlarla eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hal larda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır.
25. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
26. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
27. Həmin Məcəllənin 58.7- ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
28. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
29. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkə məsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına əsasən, “..Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir...”.
31. Avropa İn san Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetər li dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X2rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şik ayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
35. Hazırkı qərarın 25-28 bəndlərində qeyd olunan normalardan, həmçinin milli və beynəlxalq məhkəmələrin formalaşdırdığı hüquqi mövqelərdən aydın olur ki, apelyasiya instansiya məhkəməsi öz qərarını əsaslandırmağa və iddiaçının apelya siya şikayətində göstərdiyi dəlillərə münasibət bildirməyə borcludur. Lakin, qərardaddan göründüyü kimi, apelyasiya instansiya məhkəməsi göstərilən tələbləri pozmuşdur.
36. İddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 24-cü bəndində göstərilən normanın tələbinə görə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır.
37. Hazırkı halda isə mübahisələndirilən akt cinayət işinin başlanmasına səbəb olmuşdur və həmin cinayət işi üzrə şəxsə ittiham elan edilib-edilməməsi inzibati işin nəticəsindən asılıdır. Belə ki, hazırkı işdə vergi orqanının qərarı mübahisələndirilmişdir ki, işin nəticəsi ndə həmin qərarın ləğv olunma və ya vergi borcunun azaldılma ehtimalı vardır. Göstərilən hallar isə qeyd edilən cinayət işinin nəticəsinə birbaşa təsir edir.
38. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi cinayət işinin hazırkı inzibati mübahisənin həllində əhəmiyyət kəsb etdiyini bildirsə də, məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq qeyd edir ki, hazırkı inzibati mübahisənin nəticəsi müvafiq cinayət işinin nəticəsinə təsir edə bilər.
39. Odur ki, hazırkı iş üzrə məhkəmə qərarı müvafiq cinayət işinin həllindən asılı olmadığından inzibati iş üzrə icraatın dayandırılmasına da ehtiyac yoxdur və apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə yanlışdır.
40. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apelyas iya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, cavabdehin iş üzrə icraatın dayandırılması barədə ərizəsi rədd edilməlidir.
41. Şərh olunanlara və İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-977/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “hazırkı iş üzrə icraatın dayandırılması” barədə ərizəsi rədd edilsin. Qərar qətidir.