Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1784/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ö dəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 24297,59 manat əlavə vergi məbləğinin və tətbiq edilmiş 10620,13 manat maliyyə sanksiyasının silinməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-331/2022 nömrəli, 2 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2018-ci il tarixli **********172872 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən iddiaçıda xx.xx.2013 - xx.xx.2018-ci il dövrlərini əhatə etməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
2. Yoxlama z amanı iddiaçının yoxlama ilə əhatə olunan dövr ərzində ünvan 1i ünvanında yerləşən daş karxanasında mişar daşı hasilatı ilə məşğul olduğu müəyyən edilmişdir.
3. Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2019-cu il tarixli **********189733 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında xx.xx.2019-cu il tarixli **********191053 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərara əsasən iddiaçıya 2015-2018-ci illər üzrə 20505.56 manat mədən vergisi, 2016-2018-ci illər üzrə 1188.03 manat sadələşdirilmiş vergi, 2016-2018-ci illər üzrə 2604 manat ödəmə mənbəyində tutulmalı olan vergi hesablanmış və cəmi 10620,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 4. "Azərekspertiza" Birliyinin xx.xx.2019-cu il ta rixli mütəxəssis rəyinə əsasən, iddiaçının xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə hasil etdiyi mişar daşının həcmi 35812.7 m3, sayı isə ******* ədəd müəyyən edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 4103/04 nömrəli ekspert rəyinə əsasən, iddiaçının xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə hasil etdiyi mişar daşının həcmi 7560 m3, sayı isə 217728 ədəd təsbit edilmişdir.
6. İş mataeriallarına əsasən, "xxxx" MMC-nin faktiki rəhbəri X1 rayonu, Güzdək qəsəbəsi, Güzdək əhəndaşı yatağında xüsusi razılıq (lisenziya) olmadan sahibkarlıq fəaliyyəti göstərərək gəlir əldə etdiyinə və təbiətə ziyan vurduğuna görə, barəsində Cinayət Məcəlləsinin 192.1-ci və 247-ci maddələri ilə cinay ət işi başlanmış və Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli l(012)-37/2021 nömrəli hökmü ilə təqsirli bilinərək 2 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********191053 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 24297,59 manat əlavə vergi məbləğinin və tətbiq edilmiş 10620,13 manat maliyyə sanksiyasının silinməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cava bdehin xx.xx.2018-ci il tarixli **********172872 nömrəli qərarına əsasən iddiaçıda yanvar 2013 - sentyabr 2018 dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdə başlanmış və xx.xx.2019-cu il tarixdə bitmişdir. Yoxlama 8 halda cəmi 248 gün müvəqqəti dayandırılmışdır. Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2019-cu il tarixli **********189733 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında xx.xx.2019-cu il tarixli **********191053 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilmişdir. Həmin qərara əsasən iddiaçıya 2015-2018-ci illər üzrə 20505.56 manat mədən vergisi, 2016-2018-ci illər üzrə 1188.03 manat sadələşdirilmiş vergi, 2016-2018-ci illər üzrə 260 4 manat ödəmə mənbəyində tutulmalı olan vergi hesablanmış və cəmi 10620,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd etmişdir ki, barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********191053 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı əsassız və qanunsuz hesab edir.
9. Bildirmişdir ki, vergi orqanı dekabr 2015-avqust 2016 dövlərinə mədən vergisi, 2016-cı ilin İ rübü üzrə ÖMV üzrə əlavə vergi məbləği hesablayarkən vergi qanunvericiliyinin, tələblərini pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxi l olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən h esablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.
10. Qeyd etmişdir ki, yuxarıda sadalanan normalardan aydın olduğu kimi, vergi orqanı səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin yalnız son 3 illik dövrünü yoxlaya və hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablaya bilər. Vergi orqanının vergi, faiz və maliyyə sanksiyası üzrə hesablama hüququ dekabr 2015-avqust 2016 hesabat dövrlərinə mədən vergisi üzrə xx.xx.2019-cu il tarixdə, 2016-cı ilin İ rübünə ÖMV üzrə isə xx.xx.2019-cu il tarixdə bitmişdir. Beləliklə, vergi orqanı cəmiyyətə dekabr 2015-avqust 2016 hesabat dövrləri üzrə 2963,7 manat mədən vergisi, 2016-cı ilin İ rübü üzrə 168 manat ÖMV hesabla yarkən Vergi Məcəlləsinin 36.3, 83.3 və 85.4-cü maddələrinin tələblərini pozmuşdur.
11. Eyni zamanda qeyd etmişdir ki, vergi orqanı tərəfindən hesablama aparılarkən mənbə qismində qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmiş ekspert rəyi əsas götürülmüşdür. Ekspert rəyi əsassız şəkildə tərtib edilmişdir. Belə ki, cavabdehin istinad etdiyi ekspert rəyində istehsal itkisinin həcmi 35 faiz göstərilsə də, onun hansı mənbədən götürülməsi və necə hesablanması qeyri-müəyyəndir. Halbuki, həmin ərazi üzrə istehsal itkisinin həcmi AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət İnformasiya-Arxiv Fondunun məlumatına əsasən 53 faiz müəyyən edilmişdir.
12. Bundan başqa, cavabdehin cəlb etmiş olduğu ekspert tərəfindən verilmiş rəydə işıq sərfiyyatı da düzgün müəyyən edilməmişdir. Belə ki, ek spert enerji sərfiyyatına uyğun istehsal həcmini hesablayarkən transformator və xətt itkisini nəzərə almamışdır. Halbuki, "xxxx" ASC- nin Qaradağ RESŞ-nin verdiyi arayışdan aydın olur ki, iddiaçıda enerji sərfiyyatı zamanı 70 % transformator və xətt itkisi yaşanır. Göründüyü kimi, cavabdeh vergi orqanı əsassız tərtib edilmiş ekspert rəyinə istinad edərək vergi hesablamış və iddiaçının qanunla qorunan hüquq və maraqlarını pozmuşdur.
13. Bundan başqa vergi orqanı Vergi Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozmuşdur. Belə ki, iddiaçıda hazırkı iş üzrə mübahisələndirilən qərar ilə əhatə olunan dövr üzrə əvvəlki tarixlərdə səyyar vergi yoxlaması həyata keçirilmiş, həmin dövr üzrə xx.xx.2018-ci il tarixli **********135432 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmiş və həmin akt əsa sında xx.xx.2018-ci il tarixli **********142217 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı əvvəlki yoxlama ilə əhatə olunmuş dövr üzrə Vergi Məcəlləsinin 38.3-cü maddəsinə müvafiq olaraq yenidən növbədənkənar səyyar vergi yoxlaması həyata keçirmişdir. Bu isə o deməkdir ki, vergi orqanı yoxlamanın nəticəsinə dair Vergi Məcəlləsinin 49.1.4-49.1.6-cı maddələrində öz əksini tapan 3 qərardan birini qəbul etməli idi. Lakin, iş materiallarından göründüyü kimi, vergi orqanı Vergi Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozmuş, əvvəlki yoxlamanın nəticəsini ləğv etmədən və ya dəyişdirmədən yeni, qərar qəbul etmişdir ki, nəticədə iddiaçının şəxsi hesab vərəqəsində hər iki yo xlamanın nəticəsi qüvvədə qalmış (aktiv) halda görsənir və iddiaçıdan hər iki yoxlama üzrə hesablanmış əlavə vergi məbləğləri və maliyyə sanksiyaları borc qismində tələb edilir.
14. İddiaçı yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
15. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, səyyar vergi yoxlaması Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına və Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən cavabdehin xx.xx.2018-ci il tarixli **********995900 nömrəli xidməti məlumatına əsasən açılmışdır. Cavabdehin xx.xx.2018-ci il tarixli **********172872 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən iddiaçıda xx.xx.2013 xx.xx.2018-ci il dövrlərini əhatə etməklə növbədənkənar səyyar vergi yox laması təyin edilmişdir.
16. Yoxlama zamanı iddiaçının yoxlama ilə əhatə olunan dövr ərzində ünvan 1i ünvanında yerləşən daş karxanasında mişar daşı hasilatı ilə məşğul olduğu müəyyən edilmişdir. Vergi yoxlaması təqdim olunmuş elektrik enerjisi sənədləri və xx.xx.2019-cu il tarixli 234 saylı, xx.xx.2019-cu il tarixli 277 saylı ekspert və mütəxəssis rəyləri əsasında aparılmışdır. Vergilərin hesablanması ilə bağlı sənədlər yoxlamaya qismən təqdim edilmişdir. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********3173384 nömrəli Tələbnamə iddiaçıya verilmişdir. İddiaçı tərəfindən yoxlamaya sənədlər tam təqdim edilmədiyindən, yoxlanılan dövr ərzində istehsal edilmiş məhsulların həcminin və real bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə yoxlamaya Azərbaycan Respublikası Ticarət və X2 Birliyindən ekspert və mütəxəssis dəvət edilmişdir.
17. İddiaçının nümayəndəsi ekspertizanın təyin edilməsi və mütəxəssisin dəvət edilməsi haqqında qərarlarla tanış edilmiş, ona Vergi Məcəlləsinin 44.7-ci maddəsində təsbit edilmiş hüquqları izah edilmişdir. Yoxlama zamanı dəvət edilmiş ekspert və mütəxəssis rəyi əsasında Müəssisəyə 2015-ci il üzrə 74,6 (sanksiya tətbiq olunmamışdır), 2016-cı il üzrə 4255,2 ( 683, 05 manat maliyyə sanksiyası tətbiq olunmuşdur), 2017-ci il üzrə 7373,14 ( 3686,57 m/s), 2018-ci il üzrə 8802,62 (4401,31 m/s) manat, cəm olaraq 20505,56 manat mədən vergisi, 8770,93 manat maliyyə sanksiyası, 2016-2018-ci illər üzrə 1188,03 manat sadələşdirilmiş vergi, 595,2 manat maliyyə sanksiyası, 2016-2018-ci illər üzr ə ödəmə mənbəyindən tutulan vergilər üzrə 2604 manat vergi məbləği, 1134 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə olaraq, Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulan arayışı vaxtında təqdim etmədiyinə görə 3 bəyannamə üzrə 120 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, cəm olaraq aktda 24297,59 manat vergi məbləği və 10620,13 manat maliyyə sanksiyası tətbiq olunaraq və xx.xx.2019-cu il tarixdə **********191053 nömrəli məsuliyyətə cəlb etmə qərarı çıxarılmışdır.
18. Aşağıda göstərilənlərə görə iddia tələbi əsasızdır və rədd edilməlidir: İddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh vergi orqanı əsassız tərtib edilmiş ekspert rəyinə istinad edərək vergi hesablamış, iddiaçının qanunla qorunan hüquq və maraqlarını pozmuşdur. Bununla əlaqədar olaraq, iddia ərizəsi ndə dövriyyənin real olmadığı iddia edilsə də həmin dövriyyəni təkzib edən hər hansı sübuta istinad edilməmişdir. Həmçinin Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Həmin Məcəllənin 45.1ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. İddiaçının yoxlamanın əhatə etdiyi dövrdə mişar daşı hasilatı ilə məşğul olduğu və bu sahədə fəaliyyətin spesifik xüsusiyyətləri olduğu və nəticə etibarı ilə m əsələlərin izah olunması üçün xüsusi biliyə və təcrübəyə zərurət yarandığından cavabdeh vergi orqanının müvafiq qərarlarına əsasən ekspert və mütəxəssis dəvət edilmişdir. Ekspert və mütəxəsisin təqdim etdiyi rəylər səyyar vergi yoxlaması zamanı müvafiq nəticəyə gəlməyə və iddiaçının yoxlamanın əhatə etdiyi dövrdə konkret olaraq vergi öhdəliyinin müəyyən edilməsinə yardımçı olmuşdur. Ekspert və mütəxəssisin işin nəticəsində maraqlı şəxs olması qanunvericiliyə əsasən qadağan edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 44.2-ci maddəsinə əsasən ekspert müqavilə əsasında cəlb edilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, ekspert qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Eyni qayda ilə Vergi Məcəlləsinin 45.3-cü maddəsinə əsasən mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Bundan başqa Vergi Məcəlləsinin 45.2.-ci maddəsinə əsasən mütəxəssis işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz.
19. Həmçinin iddia ərizəsində iddiaçı cavabdeh vergi orqanı tərəfindən VM-nin 36.3, 83,3 və 85.4-cü maddəsinin tələblərini pozulduğunu bildirmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə haqqında Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyənləşdirilən 3 illik müddət yalnız həmin Məcəllənin 57-60-cı maddələrində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar tətbiq olunmalıdır. Göründüyü kimi qeyd edilən qərarda birbaşa göstərilmişdir ki, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə haqqında Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyənləşdirilən 3 illik müddət yalnız həmin Məcəllənin 57-60-cı maddələrində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar t ətbiq olunmalıdır, yəni həmin müddət keçdikdən sonra vergi ödəyicisinə Vergi Məcəlləsinin 57-ci maddəsində müəyyən edilmiş hesabatın vaxtında verilməməsinə görə maliyyə sanksiyaları, 58-ci maddədə nəzərdə tutulmuş vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları, 59-cu maddədə nəzərdə tutulmuş ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faizlər və 60-cı maddədə nəzərdə tutulmuş banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına maliyyə sanksiyaları tətbiq oluna bilməz. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurla r.
20. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
21. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-55/2021 nömrəli, 29 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim İ.R.Quliyev) iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2019-cu il tarixli **********191053 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarının 2016-2018-ci illər üzrə ödəmə mənbəyindən tutulan vergilər üzrə 2604 manat vergi məbləği və ona uyğun hesablanmış maliyyə sanksiyası və Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulan arayışı vaxtında təqdim etmədiyinə görə 3 bəyannamə üzrə tətbiq edilmiş 120 manat məbləğində maliyyə sanksiyası istisna olmaqla qalan hissədə ləğv edilməsi və ləğv e dilmiş hissədə vergi borcunun silinməsi qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir.
22. Məhkəmə iş materiallarına və Abşeron rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş yuxarıda qeyd olunan hökmünə istinad edərək qeyd etmişdir ki, həmin hökm ilə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan ödəmə mənbəyindən tutulan verginin 2604,0 manat məbləğində az hesablanması müəyyən olunmuşdur. Həmin vergi məbləği hazırkı iş üzrə də iddiaçının vergi məsuliyyəti olaraq müəyyən edilməlidir.
23. Bundan əlavə, vergi orqanı mübahisələndirilən qərar ilə Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulan arayışı vaxtında təqdim etmədiyinə görə 3 bəyannamə üzrə iddiaçıya 120 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir, hansıkı həmin vergi öhdəliyi yuxarıda qeyd edilən məhkəmə hökmünün araşdırmasına daxil edilməmişdir. İddiaçı isə həmin vergi borcunun əsassız olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Buna görədə məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə əsaslı hesab edilə bilməz.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
25. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
26. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-331/2022 nömrəli, 2 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-55/2021 nömrəli, 29 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
28. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
29. Kassasiya şikayətində işin halları və iddia tələbinə qarşı təqdim olunmuş etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyası qəbul etdiyi qərarında Vergi Məcəlləsinin 24.0, 24.1,36.2, 53.3 və 54.0.1-ci maddələ rinə istinad edərək bildirmişdir ki, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlara, dəlillərə istinad olunmalıdır.
30. Cavabdeh Vergi Məcəlləsinin 36.2, 53.3 və 54-cü maddələrinə istinad edərək hesab etmişdir ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarını işin faktiki hallarına əsasən tətbiq etməli olmadığı halda tətbiq etmişdir.
31. Bildirmişdir ki, Vergi Məcəlləsinin 24.1-ci maddəsinin nədən ibarət olması və həmin maddənin mövcudluğu ilə bağlı heç bir məlumat verməyən məhkəmə həmin mövcud olmayan maddi hüquq normasının tətbiqinin əsaslarının nədən ibarət olması barədə heç bir məlumat verməmişdir. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış və tətbiq etdiyi maddi hüquq normaları sadəcə gəldiyi yanlış nəticəni təhrif olunmuş şəkildə əsaslandırmağa xidmət etmişdir.
32. Hesab etmişdir ki, işin faktiki halları baxımından Vergi Məcəlləsinin 53.3-cü maddəsinin məhkəmə tərəfindən tətbiqi anlaşılan deyildir. Belə ki, milli və beynəlxalq qanunvericilik inzibati orqanın qəbul etdiyi inzibati akt ilə vergi ödəyicisinin təqsirliliyini müəyyən edir ki, bu da təqsirsizlik presmupsiyasının mütləq hüquq olmadığı təsdiqini tapır.
33. Cavabdeh məhkəmənin Abşeron rayon Məhkəməsinin yuxarıda qeyd olunan hökmünə istinad etməsi ilə razılaşmayaraq bildirmişdir ki, apellyasiya məhkəməsi İPM-nin preyudisiallıqla bağlı 5 8.8-ci maddəsinə istinad edərək cinayət işi üzrə ədalət mühakiməsini həyata keçirmiş məhkəmənin hökmünə uyğun olaraq qərar qəbul etmiş, lakin bu zaman qeyd olunan prosessual hüquq normasının tətbiqində əhəmiyyətli pozuntuya yol vermişdir. Yol verilmiş bu pozuntu işin nəticəsinə bilavasitə təsir etmişdir. Məlum olduğu kimi inzibati prosessual qanunvericilikdə preyudisiallıq məsələsi İPM-in 58.8-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
34. Hazırkı halda, apellyasiya məhkəməsi İPM-in 58.8-ci maddəsinin tətbiqində səhvə yol verərək hökmün hadisənin olub-olmaması hissəsində deyil, konkret məsələyə verilmiş hüquqi qiymət hissəsində preyudisial hesab etmişdir.
35. Bundan başqa, qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən İPM-nin 12.1, 58.7 və 69.4-cü maddələrinin, həmçinin Mülki Məcəllənin 88 və 220.4-cü maddələrinin tələblərini pozmuşdur.
36. Cavabdeh bildirmişdir ki, məhkəmə iş üzrə yekun qərarın qəbul edilməsində əsas dəlil qismində Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünü və həmin hökmdə istinad edilən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4103/04 saylı ekspert rəyini qəbul etmiş, lakin öz qərarında həmin rəyi sübut kimi yoxlamamışdır. Buna görə vergi orqanı həmin rəyi özü yoxlamaq məcburiyyətində qalmış və müəyyən etmişdir ki, rəy tam əsassız tərtib edildiyi üçün sü but kimi qiymətləndirilə bilməz.
37. Belə ki, həmin rəyə əsasən, müəssisənin mişar daşı üzrə istehsal həcminin hesablanmasında yoxlama zamanı cəlb edilmiş mütəxəssisdən fərqli olaraq istehsal itkisi 60%, 1 kub metrdə olan mişar daşı sayı isə 62,5 ədəd götürülmüşdür. Aydındır ki, bunlar məqsədli şəkildə istehsal həcminin aşağı müəyyən edilməsi üçün istifadə olunan fəndlərdir. Rəydə istehsal itkisi 60 faiz göstərilsə də onun hansı mənbədən götürülməsi barədə hər hansı qeyd göstərilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
38. Bundan başqa, kassasiyaçı qeyd etmişdir ki, mişar (divar) daşı istehsalının işlənib hazırlanmış texniki şərtləri ilə müəyyən edilən dövlət standartları mövcud olmasına baxmayaraq, məhkəmə və ekspert qeyd olunan halı nəzərə almamışdır. İşə bax an məhkəmə 62,5 ədəd mişar daşı istehsalının mümkünlüyünü vurğulamaqla Azərekspertiza Birliyinin mütəxəssis rəyi ilə razılaşmasa da, bu ölçüləri hansı mənbədən götürdüyünü əsaslandırmamışdır. Halbuki, mişar (divar) daşı istehsalının işlənib hazırlanmış texniki şərtləri ilə müəyyən edilən dövlət standartları mövcuddur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
40. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən e dilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 12.1 Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; Maddə 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Maddə 23.1.1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün ə lverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. M addə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: -67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; -67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; -67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; -67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; -67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; -67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; -67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; -67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; -67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. -67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatl ara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: -67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; -67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; -67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.4 Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır.
41. İnzibati Prosessual Məcəllə Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların tə qdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər.... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kasa siya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Ma ddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
42. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkü n hesab edilmişdir.
43. İş üzrə apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
46. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
47. Cavabdeh iddiaçını əlavə vergi məsuliyyətinə cəlb edərkən enerji sərfiyyatı ilə bağlı əldə olunan məlumatlar əsasında tərtib edilmiş mütəxəssis rəyinə əsaslanmışdır.
48. Məhkəmə kollegiyası inzibati orqanın mötəbər hesab etdiyi mütəxəssis rəyi ilə bağlı aşağıdakıları qeyd edir.
49. Vergi orqanları vergi ödəyicilərinin faktiki dövriyyəsinin müəyyən edilməsi üçün müxtəlif üsullardan istifadə edə bilərlər. Hazırkı işdə cavabdeh orqan elektrik enerjisi sərfiyyatı göstəricilərinə əsasən dövriyyəni müəyyən etməyə çalışmışdır. Eyni zamanda, məhkəmə kollegiyası razılaşır ki, vergi qanunvericiliyi ilə vergi orqanına verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduğu hallarda, ən yuxarı məbləğdə verginin hesablanmasına imkan verən əlaqəli məlumata əsasən verginin hesablanması hüququ verilib, lakin vergi qanunvericiliyi vergi orqanının üzərinə həm də vergi ödəyicilərinin xeyr inə olan halları nəzərə almaq, inzibati icraatın qanunauyğun aparılmasını təmin etmək, vergi ödəyicisinin gəlirləri və xərcləri barədə mötəbər məlumatlara istinad etmək kimi vəzifələr də qoymuşdur.
50. Lakin vergi orqanının istinad etdiyi mütəxəssis rəyi mötəbər sayıla bilməz. Belə ki mütəxəssis rəyinin məzmunu ilə tanış olduqda müəyyən olunur ki, mütəxəssis yalnız müəssisədə qeyri-istehsal və istehsal üzrə sərf olunan elektrik enerjisinin həcminin müəyyən edilməsi üçün sınaq etmiş, istehsal zamanı enerji itkilərinin, hər bir avadanlığın istehsal gücünün və s., başqa sözlə, istehsalın real həcminə əsaslı təsir edə biləcək göstəricilərlə bağlı hər hansı sınaq keçirməmiş, istehsal həcmi əks olunan cədvəldə həmin göstəricilərin hansı mənbəyə istinadən tətbiq edildiyi göstərilməmişdir.
51. Bel əliklə, vergi orqanı qeyri-mötəbər mütəxəssis rəyi əsasında iddiaçının istehsal həcmini bəyan edərək faktiki olaraq daha çox olduğu qənaətinə gəlmiş və bunun əsasında əsassız olaraq vergilər hesablamışdır.
52. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, cavabdeh orqanın elektrik enerjisi sərfiyyatı göstəricilərinə əsasən iddiaçının dövriyyəsini müəyyən etməyə çalışması və iddiaçı barəsində hesabladığı vergi məbləği Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 fevral 2020-ci il tarixli rəyi ilə də təkzib edilir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlilləri ndən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
54. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğvi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-331/2022 nömrəli, 2 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.