Məhkəmə qərarları › İş №2-1(102)-1784/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1784/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1784/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 2 saylı Ərazi Məşğulluq Mərkəzi) “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2-1(103)-268/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLAR

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 190 manat birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 9 iyun 2022-ci il tarixli, 2-1(112)-294/2022 nömrəli qərarı il iddia tələbi rədd edilmişdir.

3. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2-1(103)-268/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 9 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti vermiş, şikayət vəkil tərəfindən imzalansa da, iddiaçı tərəfindən imzalanmamış, vəkilin iddiaçının nümayəndəsi təyin olunması və onun nümayəndəsi qismində vəkilə şikayəti imzalamaq səlahiyyətinin verilməsi barədə etibarnamə iş üzrə materiallara və şikayətə əlavə olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

6. İnzibati Prosessual Məcəllə Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edi lmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır.

7. Mülki Prosessual Məcəllə Madd ə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayəti mümkün sayılmamalıdır.

9. Bu qərarın 7-ci bəndində istinad olunan normaya görə, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

10. Hazırkı mübahisəyə münasibətdə kassasiya şikayəti iddiaçı, onun qanuni nümayəndəs i və ya nümayəndəsi tərəfindən imzalanmamışdır. Bu barədə iddiaçıya 18 iyul 2023-cü il tarixli məhkəmə bildirişi göndərilmiş, bildirişdə ona qeyd edilən nöqsanın aradan qaldırılması təklif edilmiş, əks halda kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq olunmuşdur.

11. Lakin məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində iddiaçı tərəfindən həmin nöqsan aradan qaldırılmamış, iddiaçı (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmış kassasiya şikayəti, eləcə də vəkilin nümayəndə qismində səlahiyyətlərini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Kassasiya şikayəti iddiaçı (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmadığından, həmçinin təyin olunmuş müddətdə nöqsanlar aradan qaldırılmadığından kassasiya mümkün sayılmamalı, şikayətin qəbulund an imtina edilməlidir.

12. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2023cü il tarixli, 2-1(103)-268/2023 nömrəli qərarından verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Kassasiya şikayətinin qəbulundan imtina edilir. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar