Məhkəmə qərarları › İş №2-1(102)-1784/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1784/2024

12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1784/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: İPM-nin 90.2-ci maddəsinin tələbləri pozulmaqla verilmiş kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “şəkərli diabet səbəbi ilə (şəkər xəstəliyi insulin tələbi İİ tip ağır forması) İİ qrup əlilliyinin hüququnun yarandığı tarixdən etibarən müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2024-cü il tarixli 21(107)-51/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək şəkərli diabet səbəbi ilə (şəkər xəstəliyi insulin tələbi İİ tip ağır forması) İİ qrup əlilliyinin hüququnun yarandığı tarixdən etibarən müddətsiz təyin edilməsi öhdəliyin in cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu il tarixindən şəkərli diabet səbəbi ilə (şəkər xəstəliyi insulin tələbli İİ tip ağır forma) İİ qrup əlilliyə görə pensiya alır. Ancaq xx.xx.2021-ci il tarixindən təkrar müayinə səbəbi ilə ona verilən bu pensiya dayandırılmışdır.

3. Şəki İnzibati Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli, 2-1(116)-451/2023 nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia qismən təmin edilmiş, cavabdehin üzərinə xx.xx.1957-ci il tarixdə doğulmuş İddiaçı barəsində olan xx.xx.2022-ci il müayinə tarixli xxxxxxx0005 nömrəli göndərişə əsasən məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxmaq öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

4. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxmış Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 1 fevral 2024-cü il tarixli, 2-1(107)51/2024 nömrəli qərarla (hakimlər V.Məlikov /sədrlik edən və məruzəçi/, R.Rəfiyev və G.Cavadova) apellyasiya şikayətini təmin etməmiş və birinci instansiya məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli qərarını dəyişdirilmədən saxlamışdır.

5. Məhkəmələr iddianı qismən təmin edərkən Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü bəndinə, İPM-in 73.3.2-ci maddəsinə istinadla hesab etmişlər ki, İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inz ibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün deyil.

6. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. İnzibati Prosessual Məcəllə: Maddə

90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət verm ək hüququna malikdirlər. 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

9. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona İİ qrup əlilliyinin hüququnun yarandığı tarixdən etibarən müddətsiz təyin edilməsinə yönəlmişdir.

10. İşə baxmış birinci instansiya məhkəməsi 4 oktyabr 2023-cü il tarixli qərarla iddianı qismən təmin edərək cavabdehin üzərinə iddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli xxxxxxx0005 nömrəli göndərişə əsasən məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yeni dən baxmaq öhdəliyi qoyulmuşdur.

11. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası İPM-nin 90.2-cı maddəsinin tələbləri pozulmaqla verilmişdir.

12. Həmin maddənin müəyyən etdiyi qaydaya görə, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

13. Bu zaman nəzərə alınmalıdır ki, şikayət vermək hüququna malik olmaq üçün məhkəmə icraatının iştirakçısı olmaq yetərli deyil. Eyni zamanda məhkəmə qərarı ilə şəxsin həm də tələbi təmin edilməmiş olmalı və hüququ pozulmalıdır. Başqa sözlə, məhkəmə icraatının iştirakçısı yalnız məhkəmə qərarının onun üçün əlverişsiz vəziyyət və ya şərait yaratdığı, bunun nəticəsində onun məh kəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı yarandığı hallarda şikayət vermə səlahiyyətinə malik olur. Əlverişsiz vəziyyət və ya şərait şəxsin hüquqi vəziyyətinin olduğundan fərqli vəziyyətə dəyişməsində, daha döğrusu onun hüquqi vəziyyətinin pisləşməsində ifadə olunur.

14. Yuxarıda qeyd edilənlər baxımında, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar iddiaçının hüququnu pozmamış və onun üçün əlverişsiz vəziyyət və ya şərait yaratmamışdır.

15. Belə ki, iddiaçının məqsədi ona əlilliyin təyin edilməsinə yönəlmiş, məhkəmədə həmin istiqamətdə cavabdehin üzərinə iddiaçının əlillik vəziyyətinə yenidən baxılması öhdəliyi qoymuşdur.

16. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçının əlillik vəziyyətini qiymətləndirib imtin a verdiyi təqdirdə, iddiaçı hazırkı tələblə yenidən məhkəməyə müraciət edə bilər. Yəni, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır.

17. Beləliklə, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2024-cü il tarixli 2-1(107)-51/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir.

18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2024-cü il tarixli 21(107)-51/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar