Məhkəmə qərarları › İş №2-1(102)-1784/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1784/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1784/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin T əyinatı üzrə Mərkəzi filialına qarşı “cavabdehin iddiaçıya yaşa görə pensiyanın təyin edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi, həmin orqan üzərində ona yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 2-1(105)-87/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla, xx.xx.1974-xx.xx.1975-ci illərdə peşə təhsili almış, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə kimi hərbi xidmətdə olmuşdur.

2. İddiaçıya məxsus xx.xx.1971-ci il tarixli əmək kitabçasına əsasən o, xx.xx.1971xx.xx.2000-ci ilə kimi əmək fəaliyyəti ilə məşğul olub.

3. Vol qoqrad vilayətinin vətəndaşların sosial-hüquqi müdafiəsi üzrə dövlət sənədləri arxivinin xx.xx.2023-cü il tarixli 7636 nömrəli arayışına əsasən xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək əmək fəaliyyəti ilə məşğul olub. 4. 3 saylı Ərazi Vergilər İdarəsinin 21 oktyabr 2022-ci il tarixli məktubuna əsasən, iddiaçı xx.xx.2020-ci ildə vergi ödəyicisi kimi vergi uçotuna alınmış və məcburi dövlət sosial sığorta üzrə xx.xx.2021-ci il tarixdə 42 manat, xx.xx.2021-ci il tarixdə 48 manat, xx.xx.2022-ci il tarixdə 18 manat, xx.xx.2022-ci il tarixdə 18 manat, xx.xx.2022-ci il tarixdə 18 manat olmaqla ümumilikdə 144 ma nat ödəniş edilmişdir.

5. İddiaçı cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının, diplomunun, hərbi biletinin və digər sənədlərin surətlərinə əsasən onun sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək əyani təhsil aldığı illər, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 23 il 3 ay 7 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq e dilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək və xx.xx.1972-ci il tarixdən xx.xx.1972-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu (işdən azad olma əmrlərinə möhür vurulmadığı) üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmçinin, Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayn-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Xaçmaz rayonu “Müşkür” sovxozunda olan əmək fəaliyyəti dövrü ilə xx.xx.1993cü il tarixdən xx.xx.1994-cü il tarixədək Xaçmaz rayonu Gəncəli kənd əsas məktəbində olan əmək fəaliyyəti dövrü üst-üstə düşdüyü üçün Gəncəli kənd əsas məktəbində xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixədək olan dövr sığorta stajına daxil edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu (işə daxil olma tarixində qaralama olduğundan) üçün həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmçinin bildirilmişdir ki, iddiaçının təqdim etdiyi arxiv arayışında qeyd edilmiş xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixə dək, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək olan dövrlər sığorta stajının hesablanmasında nəzərə alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin iddiaçıya yaşa görə pensiyanın təyin edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi, həmin orqan üzərində ona yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci ildə anadan olmuşdur. İlk dəfə əmək fəaliyyətinə xx.xx.1971-ci ildə başlamış və 09 iyun 1971-ci il tarixli, 69 nömrəli əmri ilə Xaçmaz rayonunun keçmiş Engels sovxozuna 8-ci briqadaya müvəqqəti fəhlə işə qəbul olunmuş və xx.xx.1974-cü il tarixli, 01 nömrəli əmri ilə 92 nömrəli Xaçmaz şəhər X3 məktəbinə əyani qəbul olana qədər həmin sovxozda mövsümü olaraq işləmişdir. 02 sentyabr 1974-cü il tarixdən 25 avqust 1975-ci il tarixədək o, X2 məktəbini “ərzaq malları satıcısı” ixtisası üzrə əyani bitirmişdir. 14 noyabr 1975-ci il tarixdən 25 oktyabr 1977-ci il tarixədək Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Sovet Ordu sıralarından tərxis olunduqdan sonra o, müxtəlif idarələrdə işləmiş və 01 sentyabr 2000-ci il tarixdə əmək fəaliyyətini dayandırmışdır. xx.xx.2020-ci il tarixdə o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi uçota alınmış və xx.xx.2020-ci il tarixə qədər olan dövrə aid o, ümumilikdə 144 manat ödəniş etmişdir. Onun əmək fəaliyyəti 15 iyun 1971-ci il tarixdə adına verilmiş əmək kitabçasında öz əksini tapmışdır. Bundan da əlavə onun sorğusuna əsasən Rusiya Federasiyasının Volqoqrad vilayətinin Dövlət Arxivindən xx.xx.2023-cü il tarixli, 7636 nömrəli arayışla onun 10 aprel 1986-cı il tarixdən xx.xx.1987ci il tarixədək Volqoqrad ixtisaslaşdırılmış “Montajximzaşita” İdarəsində işləməyi öz təsdiqini tapmışdır. Beləliklə, 16 oktyabr 2022-ci il tarixdə onun 65 yaşı tamam olmuş və yuxarıda göstərilən rəsmi sənədlərlə təsdiq olunur ki, onun əmək stajı 25 ildən də artıqdır. İddiaçı ona yaşa görə pensiyanın təyin edilməsi üçün DSMF-nun 1 saylı Quba- X1 müraciət etmiş, həmin müraciətinə DSMF-nin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının direktor müavini Arif Qurbanovun imzası ilə imtina məktubu verilmişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə əsassız olmaqla, onun konstitusion hüquqlarının pozulmasına əsas olmuşdur.

9. Cavabdeh imtina məktubuna uyğun iddiaya dair yazılı etiraz verərək iddianın rədd olunmasını xahiş etmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(118)-1356/2024 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia rədd edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə əlavə olunmuş sənədlərlə iddiaçının zəruri olan pensiya kapitalına və ya ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sığorta stajına malik olması müəyyən edilmir. Belə ki, onun ümumi sığorta stajı 25 ildən azdır. Həmçinin inzibati iş materiallarında olan Xa çmaz rayon Xalq Məhkəməsinin 24 may 1984-cü il tarixli hökmündən görünür ki, iddiaçı 29 aprel 1984cü il tarixindən başlayaraq, 04 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hazırki işdə iddiaçının 1991-ci ildən 1998-ci ilədək olan dövrlərdə işləməsi müəyyən edilmədiyindən, iddiaçı ona pensiya təyin edilməsi üçün zəruri olan pensiya kapitalına da malik deyildir.

12. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 2-1(105)-87/2025 nömrəli qərarı ilə (hakimlər: İ.Quliyev - sədrlik edən və məruzəçi, V.Əzizov və G.Cabbarov) apellyasiya şikayəti təmin edilmiş, Sumqa yıt İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən 1994-cü il üzrə 1 ay, 1995-ci il üzrə 2 ay, 1996-cı il üzrə 1 ay, 1999-cu il üzrə 3 ay, 2000-ci il üzrə 6 ay əmək haqqı qeydə alınmadığından sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməməsi əsassız olmuşdur. Belə ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən pensiya təyin edilməsi zamanı iş stajı nəzərə alınırdı, iş stajını isə sübut edən əsas sənəd əmək kitabçası hesab ol unurdu. Bundan əlavə, iddiaçının işlədiyi dövrlərə aid əmək haqqı cədvəllərinin tərtib edilməsi, habelə həmin sənədlərin arxivləşdirilməsi məhz işəgötürənin vəzifəsi olmaqla, onun öhdəliyi kimi ortaya çıxmışdır. Bu baxımından işəgötürənin öz səlahiyyətlərini lazimi qaydada icra etməməsi halı iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına əsas hal kimi çıxış etməməlidir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının çalışdığı 1994-cü il üzrə 1 ay, 1995-ci il üzrə 2 ay, 1996-cı il üzrə 1 ay, 1999-cu il üzrə 3 ay, 2000-ci il üzrə 6 ay müddət sığorta stajına daxil edilməlidir. Belə olduğu təqdirdə isə cavabdeh inzibati orqan tərəfindən qəbul edilən 24 il, 9 gün sığorta stajı ilə yuxarıda qeyd olunan müddətlər toplandığı zaman iddiaçının malik olduğu ümumi sığorta stajı 25 ildən artıq olur.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin yeganə hüquqi əsası iddiaçının əmək kitabçası olmuşdur. Lakin işin birinci instansiya məhkəməsində araşdırılması zamanı ortaya çıxan hallardan biri iddiaçının Xaçmaz rayon Xalq Məhkəməsinin xx.xx.1984-cü il tarixli hökmü ilə cəzasının başlanğıcı xx.xx.1984-cü il tarixdən hesablanmaqla 4 il müddətinə azadlıqdan məhrumedilməsi və cəzasının ümumi rejimli islah-əmək koloniyasında çəkməsinin qərara alınmasıdır. Bu hal birinci instansiya məhkəməsi tərəfindən məhk əmə araşdırmasının predmeti olmuş və həmin illərdə iddiaçının əmək fəaliyyətində olmasının qeyri-mümkünlüyü nəzərə alınaraq xx.xx.1984-cü ildən etibarən 4 illik müddət onun iş stajına daxil edilməmiş və bununla da yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə tələb olunan 25 il iş stajının tamamlanmadığı nəticəsinə gəlinmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, nə birinci, nə də apellyasiya instansiyasında icraat zamanı iddiaçı tərəfindən 4 illik müddətə azadlıqdan məhrum edilmə cəzası ilə bağlı hər hansı bir məlumat, yəni əfv olunması ya da amnistiyanın təsir dairəsinə düşməsi və ya cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması barədə məlumat aşkar edilməmiş və iş materiallarında bu hallarla bağlı heç bir sənəd mövcud olmamışdır. Bu da onu deməyə əsas ver ir ki, İddiaçı sözügedən dövrlərdə müvafiq hökmlə qərara alınmış şəkildə 4 il müddətinə ümumi rejimli islah-əmək koloniyasında cəzasını çəkmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 2-1(105)-87/2025 nömrəli qərarı nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququ na malikdir. 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

20. Əmək Məcəlləsi: Maddə

87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri (12 avqust 2024-cü il tarixədək olan redaksiyada) 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının t am formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ona yaşa görə pensiyanın təyin edilməsinə nail olmaqdan ibarətdir.

26. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş və tərəflər arasında mübahisələndiriləyən halları ondan ibarətdir ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixinədək 21 il 6 ay 9 gün, xx.xx.2006-cı il tarixindən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya kapitalı qeydə alınan 2 il 6 ay əmək fəaliyyəti dövrləri nəzərə alaraq ümumilikdə 24 il 9 gün mübahisələndirilməyən sığorta stajını qəbul edir.

27. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının əmək kitabçasında qeyd olun an lakin cavabdeh tərəfindən qəbul edilməyən 1994-cü il üzrə 1 ay, 1995-ci il üzrə 2 ay, 1996-cı il üzrə 1 ay, 1999-cu il üzrə 3 ay, 2000-ci il üzrə 6 ay müddəti haqlı olaraq sığorta stajına daxil edilmişdir.

28. Belə ki, kassasiya instansiyası məhkəməsi tərəfindən analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi və hüquqi mövqe ondan ibarətdir ki, şəxsin xx.xx.2006-cı il tarixədək bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunursa və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilməmişdirsə yenidən sübut olunmasına ehtiyac yoxdur. Cavabdeh tərəfindən istinad edilən hallar, başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz. Qanunvericiliklə tələb olunan müvafiq dispozisiya şərtləri mövcud olduğu təqdirdə isə, şəxsə əmək pensiyası təyin edilməlidir.

29. Beləliklə, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin o qənaəti ilə razılaşır ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində qazanılmış 24 il, 9 gün sığorta stajı ilə yuxarıda qeyd olunan müddətlər toplandığı zaman iddiaçının malik olduğu ümumi sığorta stajı 25 ildən artıq olur. Bu da iddiaçıya yaşa görə pensiya təyin edilməsinə əsas verir.

30. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi pensiyanın iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən təyin edilməsi barədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçıya 65 yaşından pen siya təyin edilməsinə əsas verən 25 il ümumi staj xx.xx.2022-ci il tarixə deyil, xx.xx.2023-cü il tarixədək olan stajı nəzərə alındıqda yaranır.

31. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin 13 fevral 2025-ci il tarixli qərarı dəyişdirilməli və iddiaçıya yaşa görə əmək pensiyası 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən deyil, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş sığorta stajına dair tələb faktiki olaraq ödənildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən təyin edilməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 2-1(105)-87/2025 nömrəli qərarı dəyişdi rilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar