Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1785/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsiə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: FH orqanında xidmət etmiş şəxsin hərbi qulluqçulara və ya xüsusi rütbəli şəxslərə aid edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X1 və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yeni dən” hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-667/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1969-cu ildə doğulmuşdur və Bakı şəhərində yaşayır. 2 İddiaçı xx.xx.2000-ci ildən xx.xx.2019-cu il tarixədək Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətində çavuş rütbəsində qulluq etmiş, xx.xx.2019-cu il tarixdən Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilmiş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən ona əmək pensiyası təyin edilmişdir. Məlumat vərəqəsində onun təqvim üzrə xidmət illəri 20 il 06 ay 16 gün hesablanmış, güzəştli xidmət illərinin olmadığı göstərilmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona təyin edilmiş pensiyaya əlavələrin “Əmək pensiyaları haqqında” Qanunun 20.28.2-ci maddəsinə əsasən, fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xidmət edən şəxslər üçün müəyyən olunmuş qaydada hesablanmasını xahiş etmişdir.
4. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya xx.xx.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də, yəni xüsusi rütbəli şəxslərə də şamil edilir. Ona pensiya düzgün təyin olunmuş və hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. B irinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı xx xxxxxxxx 2019-cu il tarixdə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.28.2ci maddəsinə əsasən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin ADNŞ-nin X2 İdarəsində «Vixr-9» Yanğın Gəmisinin elektriki, daxili xidmət çavuşu kimi qulluq etmiş və xidmətdə olmanın qanunla müəyyən edilmiş yaş həddinə - 50 yaşa çatması ilə əlaqədar xidmətdən buraxı lmışdır. Onun xidmət stajı 20 il 06 ay 16 gün olduğundan Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ona «Əmək pensiyaları haqqında» Qanunun 3.3 və 9.5.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Lakin ona təyin edilmiş pensiyaya əlavələr «Əmək pensiyaları haqqında» Qanunun fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xidmət edən şəxslər üçün nəzərdə tutulmuş 20.28.2-ci maddəsi əsasında deyil, həmin Qanunun hərbi qulluqçular üçün nəzərdə tutulmuş 20.14.1-ci maddəsi əsasında hesablanmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 20.1.20-ci maddəsinin tələblərinə görə xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya İ qrup əlil olmuş fövqəladə hallar orqanlarının işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. «Əmək pensiyaları haqqında» Qanununun 20.28.2-ci maddəsinə əsasən bu Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanlarının işçilərinə orta aylıq əmək haqqının 50 faizi miqdarında, 15 ildən yuxarı xidmət stajına hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablamaqla) üçün orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğdə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. «Fövqəladə hallar orqan larında xidmətkeçmə haqqında» Qanunun 18.1.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarının sıravi heyətin və kiçik rəis heyətinin 50 yaş həddinədək xidmət etmələri nəzərdə tutulmuşdur. Qanunla müəyyən edilmiş 50 yaş həddinə çatması ilə bağlı o, xidmətdən pensiyaya buraxılmış, onun fövqəladə hallar orqanlarında xidmət stajının müddəti 15 ildən yuxarı olduğundan «Əmək pensiyaları haqqında» Qanunun 20.28.2-ci maddəsinə əsasən qulluq stajına görə ona təyin edilmiş əmək pensiyasına əlavələr hesablanmalıdır. «Əmək pensiyaları haqqında» Qanunda fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xidmət edən şəxslər üçün qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanmasına dair xüsusi normaların olduğu halda həmin əlavələrin hərbi qulluqçular üçün nəzərdə tutulm uş normalara əsasən hesablanması düzgün deyil. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)4014/2019 saylı qərarı ilə (hakim E.Məmmədov) iddia təmin edilmiş, İddiaçı təyin edilmiş əmək pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun 20.28.2-ci maddəsinə əsasən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ona təyin edilmiş əmək pensiyasına əlavələrin hərbi qulluqçular üçün nəzərdə tutulmuş “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsi üzrə deyil, həmin Qanunun fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xidmət edən şəxslər üçün nəzərdə tutulmuş 20.28.2-ci maddəsinə əsasən hesablanması tələbində haqlıdır.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-667/2020 nömrəli qərarı ilə (hakimlər E.Nağıyeva (sədrlik edən və məruzəçi), V.Məmmədov və H.Həmidov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLAR İNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində göstərilir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” xx xxxx 2010-cu il tarixli Qanunun fövqəladə hallar orqanlarında xidmətkeçmənin yaş həddini tənzimləyən 18.1-ci maddəsinə əsasən, sıravi heyət və kiçik rəis heyəti vəzifələrində xüsusi rütbələrdə olan əməkdaşlar üçün (bu xüsusi rütbələrdə olan əməkdaşlar göstərilən yaş həddinə çatdıqda xidmət illərinə şörə pensiya hüququ əldə etmirlərsə, onlar fövqəladə hallar orqanlarında xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirirlər) xidmət dövrü 50 yaş həddinədək müəyyən olunmuşdur. Ona görə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.7-2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət st ajı olan işçilərin yaşa görə əmək pensiyası hüququ vardır. Deməli fövqəladə hallar orqanlarının əməkdaşı kimi pensiya hüququ əldə etmək üçün həmin orqanlarda 35 il xidmət stajı tələb olunur. İddiaçı xx.xx.2019-cu il tarixində xidmətdən xaric edilmiş, bu zaman isə onun xidmət illərinin cəmi 20 il 06 ay 16 gün olmuşdur. İddiaçı xx.xx.2019-cu il tarixində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ilə müraciət edərək ona yaşa görə pensiya təyin edilməsini xahiş etmiş, xx.xx.2019-cu il tarixdə isə ona istefaya çıxdığı müddətdən pensiya təyin edilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi iddiaçının iş stajı 35 ildən az olduğu üçün onun “Əmək pensiyaları haqqında” Qanunun 9.7-2-ci maddəsi ilə xüsusi rütbəli şəxs kimi pensiya hüququ yaranmamışdır. Ona görə də, iddiaçıya münasibətd ə qanunun bu cür hallar üçün nəzərdə tutulmuş 3.3-cü maddəsi tətbiq edilmişdir. Həmin maddədə deyilir: Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Yəni hərbi qulluqçulara dair pensiya qanunvericiliyinin müddəaları xüsusi rütbəli şəxslərə münasibətdə də tətbiq olunacaqdır. İddiaçı Qanunun 20.14.1-ci maddəsinə əsasən, 50 yaşında pensiyaya hərbi qulluqçu kimi çıxmışdır, bu zaman onun 20 il 6 ay xidmət illəri olmuşdur. Yuxarıda göstərildiyi kimi İddiaçının 35 il xidmət illəri olmadığı üçün o ümumiyyətlə fövqəlaqə hallar orqanlarının əməkdaşı olaraq xüsusi rütbəli şəxs kimi pensiyaya çıxarıla bilməzdi. İddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 20.28.2-ci maddəsi isə xidmət illərinə görə pensiya hüququ əldə etmiş fövqəlaqə hallar orqanlarının əməkdaşı olan xüsusi rütbəli şəxslərə aiddir. İddiaçı isə xidmət illərinin tamamlanmasını gözləmədən hərbi qulluqçu kimi 20 illik xidmət illərinə görə Qanunun 9.5.1-ci maddəsinə əsasən pensiyaya çıxdığı üçün 20.28.2-ci maddə artıq ona tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsi öz qərarının əsaslandırıcı hissəsində “Fövqaladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 18.1-ci maddəsinə istinad etsə də, həmin Qanunu düzgün təfsir etməmiş, həmin maddədə göstərilən “bu xüsusi rütbələrdə olan əməkdaşlar şöstərilən yaş həddinə çatdıqda xidmət illərinə sörə pensiya hüququ əldə etmirlərsə, onlar fövqəladə hallar orqanlarında xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirirlər” cümləsini nəz ərə almamışdır. Qeyd edilən norma imperativ normadır. b. Kassasiya şikayətinə qarşı etiraz
14. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Həmçinin iddiaçının vəkili teleqram göndərərək xəstəliyi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onun vəsatətini təmin etməmişdir. Çünki Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bu normanın tələbinə görə məhkəmə iclasına gəlməyən şəxs təkcə məhkəməyə gələ bilməyəcəyi barədə mulamat verməklə kifayətlənməməli, həmçinin bunun üzürlü səbəbi barədə sübutu təqdim etməlidir. İddiaçı qanunun bu tələbinə əməl etməmiş, üzürlü səbəb barədə sübutu təqdim etməmişdir. Yəni mövcüd vəziyyətdə iddiaçının üzürlü səbəbdən məhkəmə iclasına gələ bilməməsi təsdiq olunmur. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məq sədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1 əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rü tbəli şəxslərdir; 1.0.5 təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.5. Aşağıdakı hərbi qu lluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.7-2. Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; 20.28. Bu Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləği, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.28.1. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.28.2. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
17. Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Qanun Maddə
1. Fövqəladə hallar orqanlarında xidmətkeçmə 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. Maddə
2. Fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsasları 2.1. Fövqəladə hallar orqanlarında xidmətkeçmə nin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlar təşkil edir. 2.2. Fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. 2.3. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanun unun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Maddə
3. Qanunun tətbiq sahəsi Bu Qanun müvafiq icra hakimiyyəti orqanının aparatında və onun strukturuna daxil olan qurumlarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr verilməklə sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət edən şəxslərə, habelə müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin xüsusi rütbəli müdavimlərinə (bundan sonra - əməkdaşlar) şamil edilir. Maddə
20. Xüsusi rütbələr 20.1. Fövqəladə hallar orqanlarının əməkdaşları üçün aşağıdakı xüsusi rütbələr müəyyən edilir:... 20.1.2. kiçik rəis heyəti vəzifələri üçün xüsusi rütbələr: - daxili xidmət çavuşu; tibb xidməti çavuşu;... 20.2. F övqəladə hallar orqanlarının əməkdaşlarının xüsusi rütbələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Ap elyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayə t əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
20. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 22 Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi hüquq normaları düzgün tətbiq edilmədiyinə görə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
23. İş materiallarından göründüyü kimi iddiaçıya Qanunun 9.5 və 20.14.1-ci maddələri əsasında “hərbi qulluqçu” kimi pensiya təyin olummuşdur. İndi isə iddiaçı ona hərbi qulluqçu kimi təyin olunmuş pensiyaya, Qanunun 20.28.1-ci müddəsində fövqəladə hallar orqanlarında qulluq etmiş “xüsusi rütbəli şəxslər” üçün nəzərdə tutulmuş əlavələrin hesablanmasını tələb edir. Yəni iddia tələbi “hərbi qulluqçu” kimi pensiya təyin olunmuş şəxsə “xüsusi rütbəli şəxslər” üçün nəzərdə tutulmuş əlavələrin hesablanmasını barədədir. İddiaçı bu tələbini hüquqi cəhətdən Qanunun 3.3-cü maddəsi ilə əsaslandıraraq bildirir ki, hərbi qulluqçuların pensiya təminatı ilə bağlı müddəalar xüsusi rütbəli şəxslərə də şamil edilir.
24. Məhkəmə kollegiyası iddiaçının bu tələbini əsassız sayır və gəldiyi nəticəni əsaslandirmaq üçün ilk növbədə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1-ci müddəsində “hərbi qulluqçu” və “xüsusi rütbəli şəxslər” anlayışları fərqləndirilmişdir.
25. Ümumiyyətlə Qanunun 1-ci maddəsində həmin qanunun tətbiqi zamanı əsas tutulacaq pensiya kapitalı, onun tərkib elementləri, sosial sığortanın formalaşması və hərəkəti və s. əhatə edən əsas anlay ışlar müəyyən edilmişdir. Normanın özündə də qeyd olunduğu kimi, bu anlayışlar Qanunun məqsədləri üçün zəruri sayılır. Qanunun məqsədi dedikdə – qanunun nail olmaq istədiyi nəticə başa düşülür. 26. “Əmək pensiyaları haqqında” Qanunun preambulasında bu Qanunun məqsədi kimi - Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən etməsi müəyyən olunur.
27. Burdan o nəticə hasil olur ki, Qanunun 1-ci müddəsində müəyyən olunmuş anlayışlar, pensiya təyin edilərkən subyektin hansı növ pensiyanı alması, hansı məbləğdə hesablanıb, nə vaxtdan ödənilməsi, eyni zamanda yenidən hesablanması məsələlərinin həllində əhəmiyyətli rol oynayır. Qanunun 1-ci müddəsində pensiya hüq uqu olan çoxsaylı subyektlərdən yalnız “hərbi qulluqçu” və “xüsusi rütbəli şəxslər”in fərqləndirilməsi də təsadüfi olmayıb, qulluq rejiminə görə oxşar xüsusiyyətlərə malik olan, lakin tam eynilik təşkil etməyən bu subyektlərin fərdiləşdirilməsi, pensiya təminatında ədalətli yanaşmanın (təsnifatlaşdırmanın) təmin olunmasına xidmət edir.
28. Qanunun 1-ci maddəsində “hərbi qulluqçu” və “xüsusi rütbəli şəxslər” anlayışlarının fərqləndirilməsinin məqsəd və nəticələri, qanunun 9 və 20-ci maddələrindən aydın olur. Belə ki, həmin normada ümumən güzəştli şərtlərlə pensiya təyin olunması əsaslarından bəhs edilir. Lakin bu norma, subyektlərdən asılı olaraq güzəştli şərtlərlə pensiya hüququnun fərqli tətbiqini nəzərdə tutur. Məsələn, güzəştli şərtlərlə pensiya hüququnu, əmək şəraiti xüsusilə zərərli v ə ağır olan işlərdə çalışmış şəxslər 91.1-ci maddədə, prokurorluq orqanlarında işləmiş şəxslər 9.4-cü maddədə, ədliyyə orqanlarında qulluq etmiş şəxslər 9.7-ci maddədə nəzərdə tutulmuş şərtlər mövcud olduqda əldə etmiş olur. Həmin norma hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə də güzəştli şərtlərlə pensiya təyin olunması üçün fərqli əsaslar müəyyən etmiş, ayrı-ayrı maddələrdə tənzimləmişdir.
29. Qanunun əmək pensiyasına əlavələri tənzimləyən 20-ci maddəsində də, 9-cu maddədə güzəştli şərtlərlə pensiya hüququ olan şəxslərlə bağlı müəyyən olunmuş təsnifat əsas tutulur.
30. Başqa sözlə, Qanunun 9.5-ci maddəsinə əsasən hərbi qulluqçu kimi pensiya təyin olunmuş şəxslərin pensiyasına əlavələr Qanunun 20.1.11, 20.14-cü maddələrinə, Qanunun 9.7-2-ci maddəsinə əsasən fövqəladə hallar orqanları nda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olan işçilər kimi pensiya təyin olunmuş şəxslərin pensiyasına əlavələr isə, həmin Qanunun 20.1.20 və 20.28-ci maddələrinə əsasən təyin olunur.
31. İddiaçıya da Qanunun 9.5-ci maddəsinə əsasən hərbi qulluqçu kimi pensiya təyin olunduğuna görə, ona 20.28.1-ci maddəsində nəzərdə tutulmuş əlavələr hesablana bilməz.
32. Ümumiyyətlə qeyd olunmalıdır ki, iddiaçı fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxs kimi güzəştli şərtlərlə pensiya hüququndan yararlana bilməz. Ona görə ki, bunun üçün iddiaçının fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olmalıdır (qanunun 9.7-2-ci maddəsi). Lakin iddiaçının bu qədər stajı yoxdur, ona 20 il 06 ay 16 gün stajla pensiya təyin olunmuşdur.
33. İddiaçının Qanunun 3.3-cü madəsinə istinadı da iddianın həlli üşün əsas deyildir. Həmin normada, qanunun hərbi qulluqçuların pensiya təminatı ilə bağlı müddəaların, bu qanunun xüsusi rütbəli şəxslərə də şamil edilməsi əksini tarmışdır. Yəni bu norma göndərici xarakterə malik olmaqla, xüsusi rütbəli şəxslərin pensiya təminatına aid normaların hərbi qulluqçulara şamil edilməsini deyil, bunun əksini nəzərdə tutur.
31. Yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-667/2020 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərar qətidir.