Məhkəmə qərarları › İş №2-1(102)-1785/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1785/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1785/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X1 (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı əmrin ləğvi, işə bərpa və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2 -1(103)-1429/2023 nömrəli iş üzrə 11 aprel 2023-cü il tarixli qərarından cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixə qədər və xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixə qədər Bakı şəhəri Baş Vergilər Departamentində, Dövlət Vergi Xidməti yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində işləmişdir.

2. Cavabdehin xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrinin 21-ci bəndinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar iddiaçı onunla bağlanmış müqaviləyə xx.xx.2020-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilər ək, tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətə sərəncama götürülmüşdür.

3. Cavabdehin xx.xx.2020-ci il tarixli **********468300 nömrəli əmri ilə yol verdiyi pozuntulara görə barəsində xidməti araşdırmanın aparılmağa başlandığı əsas gətirilərək, xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmrin iddiaçıya aid 21-ci bəndi ləğv edilmiş və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 41-ci maddəsinə əsasən iddiaçı sərəncama götürüldüyü xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmış hesab edilmişdir.

4. Cavabdehin xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrinin 25-ci bəndinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar iddiaçı xx.xx.2021-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-c i maddəsinə əsasən tutduğu vəzifədən azad olunmuş hesab edilərək, 3 ay müddətinə sərəncama götürülmüşdür.

5. Cavabdehin xx.xx.2021-ci il tarixli **********326400 nömrəli və xx.xx.2021-ci il tarixli, **********671500 nömrəli əmrləri ilə iddiaçının sərəncamda saxlanılma müddətləri uzadılmışdır.

6. Cavabdehin xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrinin 2-ci bəndinə əsasən uyğun vəzifəyə təyin edilməsinin qeyri-mümkünlüyü nəzərə alınaraq, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək, sərəncamdan çıxarılmış hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin tutduğu vəzifədən azad olunaraq 3 ay müddətinə Xidmətin sərəncamına götürülməsi barədə xx.xx.2021-ci il tarixli **********025100 nömrəli, sərəncamda saxlanılma müddətinin uzadılmasına dair xx.xx.2021-ci il tarixli **********326400 nömrəli, xx.xx.2021-ci il tarixli **********671500 nömrəli və əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrlərinin iddiaçıya aid olan bəndlərinin ləğv edilməsi barədə qərar qəbul edilməsini, tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılması barədə xx.xx.2020-ci il tarixli **********468300 nömrəli əmrin ləğv edilməsi barədə qərar qəbul edilməsini, müvəqqəti olaraq işdən kənarlaşdırıldığı və sərəncamda olduğu müddət ərzində məcburi işburaxma ilə əlaqədar işdə olmadığı müddət ərzində əmək haqqı və digər ödənişlərin, əmək haqqına edilən əlavələrin ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı işlədiyi müddətdə vəzifə funksiyalarına son dərəcədə məsuliyyətlə yanaşaraq xidmətini uğurla aparıb, heç bir intizam tənbehi almayıb, vergi işçisi adını bu peşəyə olan sonsuz hörməti ilə hər zaman və hər yerdə uca tutub. 2002-ci ilə qədər üç dəfə attestasiyadan müvəffəqiyyətlə keçib, 2014-cü ildən bəri ümumiyyətlə attestasiyaya cəlb edilməyib, hər rüb üzrə aparılan xidməti fəaliyyətin qiymətləndirilməsində əla və yaxşı qiymətlər alıb, ixtisasartırma ilə bağlı verdiyi imtahanda 85 bal nəticə əldə edib, həvəsləndirmə tədbiri olaraq əmək haqqına əlavələr əldə edib və s., birinci dərəcəli dövl ət vergi müfəttişidir. Lakin xx.xx.2020-ci il tarixdən başlayaraq bugünə kimi hüquqları ciddi şəkildə pozulmuşdur. Keçmiş Vergilər Nazirliyinin xx.xx.2020ci il tarixli **********098100 nömrəli əmri ilə (bundan sonra “1-ci Sərəncam əmri”) o və bir neçə əməkdaş təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdülər. Daha sonra, xx.xx.2020-ci il tarixdə **********468300 nömrəli əmrlə sərəncam əmrinin ona dair 21-ci bəndi ləğv edilmiş və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin (bundan sonra Əsasnamə) 41ci maddəsinə istinad edilərək sərəncama götürüldüyü xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmış hesab edilib. Xüsusi məqsəd üçün qeydiyyata alınmış həmin əmrdə qeyd edilirdi k i, guya o, xidməti vəzifələri yerinə yetirərkən kobud nöqsanlara yol vermişdi, müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri daşıyan məlumatları “X3 Tax and Consulting” MMC-nin (VÖEN **********) direktoru Rahim Əlizadəyə ötürmüşdü, bununla bağlı barəsində xidməti araşdırma başlanmışdır və bununla da araşdırma yekunlaşana qədər tutduğu vəzifədən müvəqqəti kənar edilmiş hesab edilməsi qənaətinə gəlinmişdir. Həmin əmrin verilməsinə əsas kimi keçmiş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin (VCİA) iddiaçı barəsində olan xx.xx.2020-ci il tarixli **********173500 nömrəli xidməti məruzəsi olmuşdur. Xidməti məruzədə ona qarşı irəli sürülən “müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri daşıyan məlumatları smartfon və digər üsullarla R.Əlizadəyə göndə rməsi” barədə əsassız dəlillər irəli sürülərək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə xitam verilməsi tələb edilmişdir. Uzun müddət vergi orqanlarında qüsursuz fəaliyyət göstərən əməkdaş barəsində birdən-birə ən ağır əsasla müqaviləyə xitam verilməsi tələbinin mövcud olması üçün ən azından onun özü qədər ağır, ciddi faktiki əsaslar, yəni onun tərəfindən həqiqətən də həmin əməlləri törətmə faktı və bununla bağlı sübutlar sənədlər, rəylər, arayışlar, izahatlar, aktlar və s. olmalı idi. Lakin 4 vərəqlik xidməti məruzənin təsviri hissəsi kimi, yəni onun əməllərinin nədən ibarət olması və hansı qaydada sübut edildiyi barəsində cəmi 3 cümlə yazılmışdır ki, onların da arasında “onun qeyri-səmimiliyə yol verməsi”, “verilən suallardan yayınaraq araşdırmanı yanlış istiqamətə yö nləndirməyə çalışması” kimi absurd ifadələr yer almışdır. Əmrin verildiyi xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdehin rəhbər vəzifəli şəxslərinə çoxsaylı həm yazılı, həm elektron qaydada müraciətlər edib, teleqramlar vurub, 195 çağrı mərkəzinə zənglər edib ki, düzgün araşdırma aparılsın, barəsində olan yanlışlıq aradan qaldırılsın, əmr təkzib edilsin və ədalətli qərar qəbul edilsin. Lakin müraciətlərinə biganə yanaşılaraq icralarından çıxarılmaları xatirinə “Sizə əlavə məlumat veriləcək” kimi cavablar verilmişdir. Bütün bunlarla yanaşı, cavabdeh onun barəsində xx.xx.2021-ci il tarixdə yeni sərəncama götürülmə əmri qəbul etmişdir (2-ci Sərəncam əmri) və onu həmin tarixdən yenidən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə bağlı tutduğu vəzifədən azad edərək 3 ay müddətinə sərən cama götürmüşdür. Daha sonralar müvafiq əmrlərlə sərəncamda saxlanılma müddətlərini xx.xx.2021-ci il tarixə qədər uzatmış, xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrlə xx.xx.2021-ci il tarixdən Əsasnamənin 75-ci maddəsinin 3cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verərək sərəncamdan çıxarmış, lakin bu barədə onu məlumatlandırmamışdır. Göründüyü kimi, xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixə qədər barəsində araşdırma aparıldığına görə tutduğu vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmış hesab edilib və bununla yanaşı olaraq xx.xx.2021-ci il tarixdən isə xx.xx.2021-ci il tarixinə kimi işəgötürən ona ikinci fərqli status vermişdir, yəni bir tərəfdən guya kobud nöqsanlara yol verdiyini müəyyən edərək Əsasnamənin 41-ci maddəsinə əsasən barəsində araşdırılma aparıldığına gö rə tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılmış hesab edilib, digər tərəfdən isə Əsasnamənin 38-ci maddəsinə əsasən təşkilati-ştat tədbirləri ilə əlaqədar tutduğu vəzifədən azad edilərək Xidmətin sərəncamına götürülmüş hesab edilib, sonda Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsi ilə əmək müqaviləsinə xitam vermişdir. Bu isə, o deməkdir ki, işəgötürən tərəfindən iddiaçı barəsində hər hansı bir nöqsana yol verdiyi müəyyən edilməmişdir, barəsində aparılan araşdırma əsassız olmuşdur, tutduğu vəzifədən əsassız kənarlaşdırılıb, həmin dövr üçün vəzifədə hesab edilməli və həmin müddət ərzində tətbiq edilmiş əmək haqqı artımları da nəzərə alınmaqla, cavabdeh ona çatası aylıq əmək haqqı məbləğlərinin və əmək haqqına əlavə olaraq ödənilən vəsaitlərin ümumi cəmini ödəməlidir. Belə ki, Əsasnamənin 4 1-ci maddəsinə əsasən xidməti vəzifə ilə bağlı barəsində cinayət işi qaldırılan, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə qaytarıldıqda onlara işdən kənarlaşdırıldıqları müddət ərzində verilməmiş əmək haqqı ödənilir. Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə görə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə xitam verilə bilər. Sərəncama götürüldüyü xx.xx.2021-ci il tarixində aparılan təşkilati ştat tədbirində Lokal Gəlirlər Baş İdarəsinin bəzi idarələrinin və ya şöbələrinin adlarında cüzi dəyişiklik edilmişdi, mahiyyət etibarilə heç nə dəyişməmişdi, 423 nəfərdən ibarət işçi sayında ümumiyyətlə azalma və ya ştat vahidində ixtisar aparılmamışdı, həmin ştat vahidi bu gün də həmin sayda yəni 423 nəfərdən ibarətdir. Habelə, xx.xx.2021-ci il tarixdə və ondan sonra belə Dövlət Vergi Xidmətinin işə qəbul ilə əlaqədar müsabiqələr keçirmişdi. Deməli, hətta onun tutduğu ştat vahidi ixtisar edilsə idi də belə, ona təklif edilə biləcək vakant ştat vahidləri mövcud idi. Bu halda uzun illər vergi orqanında işləyən təcrübəli əməkdaşın digər vəzifəyə keçirilməsinin mümkünsüzlüyü nədən ibarət olmuşdur sualına yəqin ki cavabdeh cavab verə b ilməyəcəkdir. Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşəgötürən bu qaydaya da əməl etməmişdir. İşəgötürənin adıçəkilən əməlləri nəticəsində sağlamlığına, mənəviyyatına və işgüzar nüfuzuna ciddi ziyan dəymişdir. Sözügedən müddətdə dəfələrlə qan təzyiqi pik nöqtələrə çatmış, təcili yardım çağırışları ilə həyatını xilas etmək mümkün olub, keçirdiyi əsəb gərginlikləri, stres nəticəsində şəkər xəstəliyinə tutulub. Qeyd edilənlərə əsasən hesab edir ki, sərəncamda saxlanılması və əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilərək onun işə qaytarılması təmin edilməli və sərəncamda olduğu və işdən kənarlaşdırıldığı müddət ərzində məcburi iş buraxma günləri üçün əmək haqqı ödənilməlidir.

9. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmri ilə iddiaçının xidmətinə xitam verilmiş və sərəncamdan çıxarılmışdır. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixli **********351401 nömrəli, xx.xx.2022-ci il tarixli **********351400 nömrəli, xx.xx.2022-ci il tarixli **********559100 nömrəli (ərizə və şikayət) müraciətlərlə işə bərpa edilməsini xahiş e tmişdir. Bu müraciətlərin məzmununa nəzər saldıqda açıq aydın görünür ki, iddiaçı işdən azad edilməsi barədə əmrin qəbulundan məlumatlı olmuşdur. Nəticədə, iddiaçı 2022-ci ilin may ayında məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrin mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Beləliklə, iddiaçının iddiası mümkün sayılmamalıdır.

10. İddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş, məhkəmə tərəfindən hüquqi yardım göstərilərək, tələbin iddiaçının hüquqi marağına uyğun dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin “xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrin iddiaçıaya aid hissədə ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə işə bərpa edilməsi, iddiaçıya xx.xx.2020-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” kimi dəyişdirilmişdir.

11. Dəyişdirilmiş tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixli əmr ilə tutduğu vəzifədən kənarlaşdırıldığından sonra qəbul edilən əmrlərdən məlumatlı olmamışdır. Yalnız 2022-ci illin aprel ayında cavabdehin müvafiq inzibati binasına yaxınlaşıb əmək kitabçasını götürərək buna dair imza atdıqdan sonra hazırda mübahisələndirilən və işdən azad edilməsi, sərancamda saxlanılması və sərəncamdan çıxarılması barədə əmrlərin mövcudluğundan məlumatı ol muş və qanunla nəzərdə tutulmuş müddət ərzində vaxtında məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazında guya iddiaçıya sərəncamdan çıxarılma barədə məlumatın xx.xx.2021-ci il tarixli **********532400 nömrəli məktubla verilməsinə münasibətdə qeyd edilməlidir ki, həmin məzmunda məktub iddiaçıya ümumiyyətlə çatdırılmamış və iddiaçı həmin məktubu almamışdır. Cavabdeh yalnız poçt göndərişinin göndərildiyinə və həmin məktubun geri qaytarılmadığına istinad etsə də, məktubun məhz iddiaçıya çatmasını təsdiq edən müvafiq sənəd və ya poçt xəbərnaməsini məhkəməyə təqdim etməmişdir. İddiaçı hazırda mübahisələndirdiyi əmrləri almadığını iddia etdiyi üçün cavabdeh inzibati orqan həmin əmrlərin ona təqdim edilməsini sübut etməlidir. İddiaçının işdən azad olunmasına əsas olan əmr Əmək Məcəlləsinin “Dövl ət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin tələbləri pozulmaqla qəbul edildiyindən, qanunsuz və əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Bundan başqa, iddiaçı yalnız ilk dəfə xx.xx.2020-ci il tarixdə işdən azad edilərkən ona son haqq-hesab ödənilmişdir. Həmin tarixdən xx.xx.2021-ci il tarixədək ona əmək haqqı və əlavələr ümumiyyətlə ödənilməmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sərəncamda, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək müvəqqəti kənarlaşdırmada, daha sonra xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək yenidən sərəncamda olmuş, lakin bu müddət ərzində heç bir əmək haqqı və yaxud digər ödənişlər almamışdır. Əlavə olaraq, təşkilatiştat tədbirlərinin keçirilməsi ilə əlaqədar i ddiaçıya hər hansı digər vəzifə təklif edilməmişdir. Əksinə qeyd edilən dövrdə onun işə bərpa ilə bağlı Dövlət Vergi Xidmətinə və yuxarı inzibati orqan İqtisadiyyat Nazirliyinə çoxsaylı müraciətləri olmuşdur.

12. İddiaçı növbəti dəfə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, ərizədə iddiaçı barəsində qəbul edilmiş xidmətə xitam verilmə və sərəncamdan çıxarılma haqqında xx.xx.2021-ci il tarixli **********091400 nömrəli əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə işə bərpa edilməsi, iddiaçıya xx.xx.2020-ci il tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqının (əmək haqqında əlavələr, mükafatlar və digər ödənişlər daxil olmaqla) ödənilməsi kimi göstərilmişdir.

13. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı il ə iddianın dəyişdirilməsindən imtina edilmişdir. Məhkəmə hesab etmişdir ki, qeyd edilən ərizə iddia tələbinin dəyişdirilməsinə səbəb olmur, əmək haqqı ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Belə ki, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin maddənin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkild ə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

14. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimaliyeva) 2-1(112)-8918/2022 nömrəli iş üzrə 25 noyabr 2022-ci tarixli, qərarı ilə iddia təmin edilmişdir.

15. Birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı qeyd etmişdir ki, mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. Cavabdeh qurum mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmr barədə məlumatın iddiaçıya xx.xx.2021-ci il tarixdə göndərildiyini bildirsə də, etibarlı olaraq həmin əmrin iddiaçıya təqdim olunması müəyyən olunmur. Cavabdehin müvafiq məlumatın verilməsinə dair dəlili poçt bildirişinə deyil, ehtimala əsaslanır. İddiaçı əmək kitabçasını 2022-ci ilin aprel ay ında imza edərək götürmüş, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə məhkəməyə göndərmiş, iddia ərizəsi məhkəmənin dəftərxanasında xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İddiaçının xx.xx.2020-ci il tarixdən vəzifədən kənarlaşdırılmış olması işin mübahisəsiz halıdır. Qeyd edilən dövrdə iddiaçı rəhbər şəxslərə çoxsaylı müraciətlər ünvanlayaraq işə bərpa olunmasını xahiş etmişdir. Odur ki, qeyd edilən hal iddiaçının yekun xx.xx.2021-ci il tarixli əmrin ona təqdim olunmuş hesab edilməsi qənaətinə gəlməyə əsas vermir. Məsələn, ona ünvanlanan cavabların birində də (xx.xx.2020-ci il tarixli) qeyd edilmişdir ki, işə bərpa edilməsi barədə xx.xx.2020-ci il tarixli müraciəti ilə əlaqədar bildirilir ki, o, Vergilər Nazirinin xx.xx.2020-ci il tarixli, * *********468300 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 41-ci maddəsinə əsasən müvəqqəti olaraq tutduğu vəzifədən kənar edilmişdir. Dövlət Vergi Xidmətinin rəhbərliyi tərəfindən barəsində müvafiq qərar qəbul edildikdə ona əlavə məlumat veriləcəkdir. Odur ki, iddiaçı tərəfindən qanunla müəyyənləşdirilmiş müddət ötürülməmişdir.

16. Birinci instansiya məhkəməsi iddianın mahiyyəti ilə bağlı qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdən iddiaçı vəzifəsindən kənarlaşdırılmış, qeyd edilən müddətdə iddiaçıya münasibətdə (hüquqi nəticə yaratmayan) bir neçə əmr verilmiş, yekun olaraq mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmrlə iddiaçının xidmətinə xitam verilmişdir. İddiaçı ilkin olaraq qanunamüvafiq tədbirlərin görülməsi barədə Vergi Cinayətlərinin İbtidai Araşd ırılması Baş İdarəsinin rəisinin **********173500 nömrəli xidməti məruzəsi əsasında xx.xx.2020-ci il tarixli və daha sonra xx.xx.2020-ci il tarixli əmrlə vəzifədən kənarlaşdırılsa da (həmin xidməti məruzədə iddiaçının müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri təşkil edən məlumatları smartfon və digər üsullarla kənar şəxsə ötürdüyü qeyd olunur), yekunda xidmətinə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verilməsi əsası ilə deyil, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilmişdir. Cavabdeh təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olmasını hər hansı şəkildə əsaslandırmamışdır, əksinə, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının vergi orq anlarında digər vəzifəyə keçirilməsinin və iddiaçıya digər vəzifə ilə bağlı təklif edilməsinin məqsədəuyğun olmadığını bildirmişdir.

17. Məhkəmə tərəfindən qeyd edilən dövr üzrə iddiaçıya münasibətdə qəbul edilən bütün əmrlər tələb olunmuş, təqdim edilmiş sənədlərə əsasən iddiaçıya vergi orqanlarında digər vəzifə təklif edildiyi, iddiaçının imtinası müəyyən edilmir. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçıya vergi orqanlarında digər vəzifəyə keçirilmə təklif edilməmişdir. Əlavə olaraq məhkəməyə təqdim edilən sənədlərə əsasən müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatında və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində struktur dəyişiklikləri nazirin xx.xx.2021-ci il tarixli əmri əsasında aparılmış, digər məsələrlə yanaşı iddiaçının işlədiyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin strukturu təsdiq edilmişdir (Əmrin 5-ci bəndi). İddiaçının xidmətinə xitam verilənədək Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Müvafiq struktur dəyişikliyi nəticəsində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində digər idarələrlə yanaşı 56 ştat vahidindən ibarət bəyannamələr idarəsi yaradılmışdır. Struktur dəyişikliyinə qədər əvvəlki Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsindəki ştat vahidi haqqında məlumatın məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq həmin məlumat cavabdeh tərəfindən təqdim etməmişdir. İddiaçı bildirir ki, struktur dəyişikliyi nəticəsində ştat vahidlərinin sayında artım belə olmamışdır. Cavabdeh qeyd edilən dəlili təkzib etmir. Cavabdeh mübahisələndirilən aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmiş, odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qanunsuz əlverişsiz inzibati akt olmaqla ləğv edilməlidir. Həmçinin vəzifədən faktiki olaraq kənarlaşdırıldığı xx.xx.2020-ci il tarixdən iddiaçıya əmək haqqının ödənilməməsi işin mübahisəsiz halıdır. İddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilərkən nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının (hakimlər Rəşid Səmədov (sədrlik edən və məruzəçi), Xəyalə Cəmilova və Aytən Oruczadə) 2-1(103)-1429/2023 nömrəli iş üzrə 11 aprel 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin iddianın mahiyyəti ilə bağlı dəlilləri ondan iba rətdir ki, iddiaçı müxtəlif intizam pozuntularına yol vermiş, məhz bu səbəblərdən iddiaçının vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olmuş və ona digər vəzifənin təklif edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Halbuki, cavabdehin qeyd etdiyi intizam pozuntuları əsaslı idisə, onu müəyyən etdiyini iddia etdiyi xx.xx.2019-cu il tarixindən 20 gün müddət ərzində, yəni xx.xx.2019-cu il tarixinə qədər və ya araşdırmanın qurtardığı xx.xx.2020-ci il tarixdən bir ay müddətinə, yəni xx.xx.2020-ci il tarixinə qədər iddiaçı barəsində Əsasnamənin 46-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən biri tətbiq edilməli idi. Lakin iş materiallarından görünür ki, iddiaçı xidmət zamanı yol verdiyi pozuntulara görə yox, təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə bağlı tutd uğu vəzifədən azad edilmişdir. Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə görə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyrimümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə xitam verilə bilər. Hazırkı iş üzrə cavabdeh tərəfindən ştat vahidlərinin azaldılması, hər hansı dəyişiklik edilməsi, iddiaçıya başqa vəzifəyə keçirilməklə bağlı təklif edilib-edilmədiyi barədə hər hansı sübut təqdim edilməmişdir. Ümumiyyətlə, iddiaçıya hər hansısa başqa vəzifəyə keçirilmə barədə təklif verilməmişdir. Belə ki, cavabdeh özü bu barədə apellyasiya şikayətində qeyd etmiş və bunu iddiaçı tərəfindən yol verilən intizam pozuntuları ilə əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”: İV fəsil Vergi orqanları vəzifəli şəxslərinin hüq uqları və vəzifələri

34. Vergi orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur:... vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək;...

38. Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir....

41. Xidməti vəzifə ilə bağlı barəsində cinayət işi qaldıran, habelə xid məti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə qaytarıldıqda onlara işdən kənarlaşdırılıldıqları müddət ərzində verilməmiş əmək haqqı ödənilir.... V fəsil Xidməti intizam və həvəsləndirmə...

46. Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə.... Vİİİ fəsil Vergi orqanlarının vəzifəli şəxslərinin xidmə tinə xitam verilməsi üçün əsaslar və pensiya təminatı

75. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər:... 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə;

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüs ü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayə tinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə icla sında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsasl andırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, habelə işin faktiki halları tam və hərtərəfli olaraq araşdırılmamışdır. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

29. Bel ə ki, hazırkı iş üzrə müəyyən olunur ki, cavabdehin 06 dekabr 2021-ci il tarixli, **********091400 nömrəli əmrinin 2-ci bəndinə əsasən uyğun vəzifəyə təyin edilməsinin qeyri-mümkünlüyü nəzərə alınaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3cü hissəsinə əsasən xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi vergi orqanının sözügedən əmrini qanunsuz hesab edərkən ona istinad etmişdir ki, cavabdeh tərəfindən ştat vahidlərinin azaldılması, hər hansı dəyişikliklərin edilməsi, iddiaçıya başqa vəzifəyə keçirilməklə bağlı təklif olunması barədə hər hansı sübut təqdim olunmamışdır.

30. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən “D övlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsini düzgün təfsir etməmişdir. Belə ki, həmin normanın tələblərinə uyğun olaraq təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi iki halda yolveriləndir: təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə.

31. Hazırkı iş üzrə isə cavabdeh qurum iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsinin əsası kimi birinci hala istinad etmişdir. Cavabdehin kassasiya şikayətində də qeyd olunmuşdur ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsasını onun vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümk ünlüyü halı təşkil etmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi isə sözügedən normanı düzgün təfsir etməyərək bu istiqamətdə zəruri araşdırma və qiymətləndirmə aparmamışdır. Belə ki, həmin norma onu nəzərdə tutur ki, cavabdeh qurum təşkilati-ştat tədbirləri həyata keçirərkən hər hansı əməkdaşını həmin ana mövcud olan əsaslardan çıxış etməklə vəzifəyə keçirilməsini qeyri-mümkün hesab etdikdə, onun xidməti fəaliyyətinə xitam verə bilər.

33. Kassasiya şikayətinin dəlillərindən də göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən törədilmiş bir sıra pozuntulara istinad edərək və onları sadalayaraq iddiaçının digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olduğunu göstərmişdir. İşin hallarından isə məlum olur ki, iddiaçıya qarşı istinad edilən sözügedən pozuntu ilə bağlı cavabdeh, həm də xidməti araş dırma aparmışdır. Cavabdehin apardığı xidməti araşdırma ilə bağlı icraat materialları iddiaçı barəsində qəbul edilmiş inzibati aktın əsaslandırmasını təşkil edir.

34. Beləliklə, apellyasiya instansiyası məhkəməsi təkrar baxışda xidməti araşdırmanın nəticələrini, iddiaçıya cavabdeh tərəfindən istinad edilən xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı yol verilmiş pozuntuları araşdırmalı və qiymətləndirməli, həmin halların təsdiq olunub-olunmadığını müəyyən etməli və nəticəsindən asılı olaraq digər vəzifəyə keçirilməsinin qeyri-mümkünlüyü halını yaradıb-yaratmadığını müəyyən etməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1429/2023 nömrəli iş ü zrə 11 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının hakimlər X1 (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət məhkəmə tərkibinin 2-1(102)-1785/2020 nömrəli inzibati iş üzrə səs çoxluğu ilə qəbul etdiyi 28 sentyabr 2023-cü il tarixli qərarı ilə razılaşmayan hakim V.Məmmədovun XÜSUSİRƏYİ Məhkəmə tərkibinin səs çoxluğu ilə gəldiyi nəticə ilə razı deyiləm və bu səbəbdən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.3-cü maddəsində nəzərdə tutulan hüququmdan istifadə edərək, xüsusi rəydə qalıram. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçı tutduğ u vəzifədən xidmət zamanı yol verdiyi pozuntulara görə yox, təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə bağlı azad edilmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə görə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə xitam verilə bilər. Sözügedən normanın dispozisiya şərtlərinə əməl olunması üçün vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir. Bu əsasla xitam verilmə bir halda vəzifəli şəxsin digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı, digər halda isə vəzifəli şəxs ona təklif olunan hə r hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir. Məhkəmələr öz qərarlarında qeyd etmişlər ki, iş üzrə cavabdeh tərəfindən ştat vahidlərinin azaldılması, hər hansı dəyişiklik edilməsi, iddiaçıya başqa vəzifəyə keçirilməklə bağlı təklif edilib-edilmədiyi barədə sübut təqdim edilməmiş, ümumiyyətlə, iddiaçıya başqa vəzifəyə keçirilmə barədə təklif verilməmişdir. Cavabdeh özü bu barədə apellyasiya şikayətində qeyd etmiş və bunu iddiaçı tərəfindən yol verilən intizam pozuntuları ilə əsaslandırmışdır. Cavabdeh təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olmasını da qəbul etdiyi inzibati aktında əsaslandırmamış, əksinə, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının vergi orqanlarında digər və zifəyə keçirilməsinin və iddiaçıya digər vəzifə ilə bağlı təklif edilməsinin məqsədəuyğun olmadığını bildirmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, cavabdehin mübahisələndirilən əmri iddiaçıya aid hissədə qanunsuz əlverişsiz inzibati akt kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələbinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar