Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1786/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X10 X1rşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlə pensiya təyini 07.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X10 X8 İdarəsinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respu blikası Əmək və X6 Nazirliyinin yanında Dövlət X10 X8 İdarəsinə(bundan sonra cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunması” tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-490/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1957-ci ildə Qazax rayonunda anadan olmuş, xx.xx.1974-cü ildən xx.xx.1979-cu ilə qədər Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. xx.xx.1979-cu ildən xx.xx.1979-cu il tarixədək 2 saylı X11 sexində növbətçi usta vəzifəsində çalışmış, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər hərbi xidmətdə olmuşdur. xx.xx.1981-ci ildən xx.xx.1983-c ü il tarixə qədər 2 saylı X11 sexində müavin vəzifəsində, xx.xx.1983-cü ildən xx.xx.1984-cü il tarixədək 1 saylı X11 sexində rəisi vəzifəsində işləmişdir. xx.xx.1984-cü il tarixdən 1 saylı sexə 5-ci dərəcəli qəlibləyici vəzifəsinə qəbul olunmuşdur.xx.xx.1985-ci ildən həmin sexə rəis müavini, xx.xx.1985-ci il tarixdə isə həmin sexin rəisi vəzifəsinə keçirilmiş və xx.xx.1997-ci il tarixə qədər həmin müəssisədə müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1988-ci ildən “Xəzərdənizneftqazlayihə” Trestində 3 saylı X3 10-cu dərəcəli usta vəzifəsinə keçirilmiş və həmin vaxtdan hal-hazırkı dövrə qədər orada müxtəlif vəzifələrdə işləmişdir. Hazırda 7 saylı Tikinti Quraşdırma Bölümündə “əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis” vəzifəsində işləyir. 2. “Neftqaztikinti” Trestinin X11 Zavod unun 34 №-li xx.xx.2014-cü il tarixli arayışına əsasən iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə 10.5.1 b koduna əsasən zərərli şəraitdə güzəştli şərtlərlə ümumi iş stajı 15 il 9 ay 29 gün təşkil edir.
3. İddiaçı, xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya onun müraciətinin təmin olunmaması barədə xx.xx.2019-cu il tarixli məktub ünvanlanmış və imtinaya səbəb kimi “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmuş zəruri sənədlərin təqdim edilmədiyini bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı xx xxxxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı idd ia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia əsaslandırılarkən “Əmək pensiyaları haqqında” Qanunun 9.8, 31.1, 32.1, 37.7-ci, xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş 27-ci, “Vətəndaşların pensiya təminat haqqında” Qanunun 13-cü maddələrinə istinad edilmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X9, 2-1(81)-4160/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 57 yaşı tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçının xx.xx.2013-cü ilə qədər təhsil müddəti də daxil olmaqla 36 il 4 ay 29 gün ümumi və 15 il 9 ay 29 gün güzəştli iş stajı mövcuddur. Həmçinin iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 2014-cü il tarixdə yarandığından on a münasibətdə bu Qaydalar tətbiq oluna bilməz.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. BakıApelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X5-məruzəçi, X4 və X7, 2-1(103)-490/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdehin apelyasiya şikayətini təmin etməmiş,xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirmədən saxlamışdır.
10. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ki, iddiaçının xx.xx.2013cü ilə qədər təhsil müddəti də daxil olmaqla 36 il 4 ay 29 gün ümumi və 15 il 9 ay 29 gün güzəştli iş stajı mövcuddur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 2014-c ü il tarixdə yarandığından ona münasibətdə “Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” tətbiq oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Dövlət X10 Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 №-li Qərarı ilə təsdiq olunmuş və “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları iddiaçının pensiya hüququ yaranan tarixdə qüvvədə olmuşdur. Həmin Qaydalarda isə həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şər tlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayışın təqdim olunması göstərilməmişdir.
11. Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını xx xxxx 2020-ci il tarixdə almış, x xxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
12. Cavabdehin imtinası iddiaçının lazımi sənədlərin əsillərini təqdim etməməsi ilə bağlıdır. Məhkəmə iddiaçının pensiya hüququ yaranan tarixdə “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi və ödə nilməsi Qaydalarının qüvvədə olmamasına dair dəlili əsassızdır. Məhkəmə Nazirlər Kabinetinin 12 nömrəli xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiqlənmiş siyahısının 10.5.1-ci bəndinin “b” yarımbəndinə istinad etməkdə haqlı deyildir. Əmək kitabçasındakı qeydlər arasında, habelə kitabça ilə arayış arasında ziddiyyətlər mövcuddur. İddiaçının güzəştli arayış olaraq istinad etdiyi sənəd 2014-cü ilin 20 fevralında verilib.
13. Siyahıda oksigen sexi adlı sahə nəzərdə tutulmayıb. Məhkəmənin istinad etdiyi peşə “texnoloji sexlərin rəisləri və onların müavinləri adlanır. Həmin bənd Siyahının 10.5-ci bəndinin altında yerləşir, 10.5-ci bənd “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” adlanır. İddiaçının çalışdığı sahənin neft emalı ilə əlaqəsi müəyy ən edilmir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 17. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madd əsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 18. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, pe şələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
19. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edər ək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
20. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.
23. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
24. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2017-ci ilə qədər 57 yaşının tamam olması; 2) İddiaçının 57 yaşı tamam olarkən azı 25 il ümumi iş stajının mövcud olması; 3) İddiaçının 57 yaşı tamam olarkən azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
25. İddiaçı xx xxxxxx 1957-ci ildə doğulmuş və xx xxxxxx 2014-cü ildə 57 yaşı tamam olmuşdur. İşdə olan sənədlərə görə onun 57 yaşı tamam olarkən 25 ildən az olmayan ümumi stajı mövcud o lmuşdur.
26. Araşdırılmalı hal iddiaçının 57 yaşının tamam olduğu vaxt güzəştli şərtlə pensiya hüququ verən sahədə peşə və vəzifədə azı 12 il 6 ay işləməsidir. 27. “Neftqaztikinti” Trestinin X11 Zavodunun 34 №-li xx.xx.2014-cü il tarixli arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə 10.5.1 b koduna istinad edilərək iddiaçının zərərli şəraitdə güzəştli şərtlərlə ümumi iş stajı 15 il 09 ay 29 gün təşkil etməsi qeyd edilmiş, apelyasiya məhkəməsi iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 10.5.1 b kodunda qeyd edilmiş peşələrə (növbə rəisləri qurğu rəisləri texnoloji sexlərin rəisləri və onların müavinləri mühəndislər (növbəli məşğul olanlar) ustalar, böyük ustalar mexaniklər) uyğun olması nəticəsinə gəlmişdir. 28. 2x xxxxxx 2014-cü il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı oksigen sexində usta və oksigen sexində rəis müavini işləmişdir.
29. Siyahının 10-cu bəndi Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı, 10.5.1-ci bəndi istehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu q azın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitum, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmirindən bəhs olunur.
30. Apelyasiya məhkəməsinin istinad etdiyi arayışda Siyahıda olan 10.5.1-ci bəndin b) koduna istinad edilsə də, iddiaçının 10.5.1-ci bənddə qeyd edilən məhz hansı peşə və vəzifədə işləməsi ilə bağlı araşdırma aparmamışdır.
31. Məhkəmə həmçinin iddiaçının 57 yaşının olduğu vaxta qədər hansı dövrün Siyahıda olan hansı peşə və vəzifə ilə üst-üstə düşməsini müəyyən etməmişdir.
32. Nəzərə almaq lazımdır ki, iş yerlərindən təqdim edilmiş arayış həmişə birmənalı sübut kimi qəbul edilə bilməz. Ona görə də, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.
33. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmi yyət daşıyır.
34. Odur ki, qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
35. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi hissəsində təmin oluna bilməz.
36. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-490/2 020 saylı, xx xxxx 2020-ci tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.