Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1786/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-93/2022 nömrəli, 13 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh vergi orqanı mal qalığının olub-olmamasını müəyyən etmək üçün 07 noyabr 2019-cu il tarixdə İddiaçı MMC-nin Sumqayıt şəhəri, Çerkasski 498 ünvanında yerləşən anbarında olmuş, lakin anbar bağlı olduğundan müşahidə apara bilməmişdir. Cavabdeh vergi orqanı tərəfindən bununla bağlı 07 noyabr 2019-cu il tarixdə akt tərtib edilmişdir.
2. Bundan sonra cavabdeh 09 dekabr 2019-cu il tarixli **********761500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsini tələb etmiş, iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir.
3. Cavabdeh kameral vergi yoxlaması apararaq 2019-cu ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsinə 406411,51 manat kameral vergi məbləği hesablamış, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********733900 nömrəli, 18 dekabr 2019-cu il tarixli Qərar qəbul etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın “Vergilərin, sosial sığorta və iş sizlik sığortası haqlarının hesablanması barədə” **********733900 nömrəli, 18 dekabr 2019-cu il tarixli Qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. 07 noyabr 2019-cu il tarixdə vergi orqanının nümayəndələri müəssisənin təsərrüfat subyekti kimi qeydiyyatdan keçirtdiyi Sumqayıt şəhəri, Çerkasski 498 ünvanında yerləşən anbarında olmuşlar. Lakin həmin vaxt iddiaçının icarəyə götürdüyü anbarda heç bir mal qalığı olmadığından qapı bağlı olmuşdur. Faktiki olaraq mal qalığı müəssisəni n digər təsərrüfat subyektində - ünvan 2 ünvanında yerləşən anbarda olmuşdur. Bu barədə Çerkasski 498 ünvanında yerləşən təsərrüfat subyektini icarəyə verən şəxs vergi işçilərinə məlumat vermiş və bu barədə vergi orqanının nümayəndələrinin iştirakı ilə 07 noyabr 2019-cu il tarixli akt tərtib edilmişdir. Sonradan həmin aktın surəti icarəyə verən tərəfindən X1 təqdim olunmuşdur. 05 noyabr 2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən obyekti qeydiyyata qoymaq məqsədilə tərəflərindən vergi orqanına müraciət olunmuş və 06 noyabr 2019-cu il tarixdə **********-11001 saylı qeydiyyat kodu ilə obyekt qeydiyyata alınmışdır. Buna baxmayaraq vergi orqanı əməkdaşları müəssisənin direktoru X2 ilə əlaqə yaratmamış, təsərrüfat subyektinin qeydiyyat məsələlərini tam araşdırmamış və müəssisənin digər obyekt ində (ünvan 2) nəzarət tədbiri keçirmədən anbarda mal qalığının mövcud olub-olmaması araşdırılmamışdır. Buna baxmayaraq, qanunsuz və əsassız olaraq 18 dekabr 2019-cu il tarixdə müəssisəyə **********733900 saylı qərarla 404411.51 manat məbləğində əlavə vergi hesablanmışdır. Vergilərin hesablanması barədə qərarın qəbul edilməsi qanunsuzdur. Bununla əlaqədar iddiaçı tərəfindən **********777300 saylı 24 dekabr 2019-cu il tarixli şikayət məktubu ilə vergi orqanına müraciət olunmuşdur. Vergi orqanı müəssisənin faktiki olaraq istifadə etdiyi anbarda hər hansı bir araşdırma aparmamış və ətraflı araşdırma aparmadan 18 dekabr 2019-cu il tarixli **********733900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qanunsuz qərar qəbul etmişdir. Bu səbəbdən həmin q ərar ləğv edilməlidir.
6. Cavabdeh iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, vergi ödəyicisinin 2019-cu ilin iyul- sentyabr ayları üzrə 2896211,79 (ƏDV ilə birlikdə) manat dəyərində mal idxal etməsinə baxmayaraq, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 231958,55 manat (ƏDV ilə birlikdə) dövriyyə göstərildiyindən 2664253,24 manat kənarlaşma yaranmışdır. Operativ nəzarət idarəsindən daxil olmuş 15 noyabr 2019-cu il tarixli **********044100 nömrəli xidməti məlumatda vergi ödəyicisi ilə əlaqə saxlamaq mümkün olmamış, anbarın qapısı bağlı olduğundan mal qalığının yoxlanılması mümkün olmamışdır. Obyekti icarəyə verən X3 ilə tərtib edilmiş akta əsasən icarədar icarəçinin 10 gündən çoxdur ki, anbara gəlmədiyini, telefon zənglərinə cavab vermədiyini, aylardır icarə haqqını ödə mədiyini bildirmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 09 dekabr 2019-cu il tarixli **********761500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğuns uzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim etməmişdir. İddiaçı tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün cavabdeh tərəfindən kameral vergi yoxlaması aparılaraq 2019-cu il oktyabr ayı üzrə ƏDV bəyannaməsinə 406411,51 manat kameral vergi məbləği hesablanmış və vergi ödəyicisinə vergi orqanının 18 dekabr 2019-cu il tarixli **********733900 nömrəli qərarı göndərilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-595/2020 nömrəli, 04 dekabr 2020-ci il tarixli qərarı ilə (hakim İ.R.Quliyev) iddia rədd edilmişdir.
8. Birinci instansiy a məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən qərarı qəbul edərkən cavabdeh qanunvericiliyin tələblərini pozmamışdır. İddiaçı mal qalığının müəssisənin digər subyektində olduğunu bildirsə də, həmin dövrdə sözügedən anbarda əlavə dövriyyə kimi nəzərə alınaraq hesablama aparılmış mal qalığının olması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir.
9. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)258/2021 nömrəli, 01 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və H.Ç.Babayeva) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayı t İnzibati Məhkəməsinin 2-1(118)-595/2020 nömrəli, 04 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1447/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, İ.K.Hüseynov və K.N.Bədəlov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)258/2021 nömrəli, 01 iyun 2021-ci il tarixli q ərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
14. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən obyekt iddiaçının müraciətinə əsasən 06 noyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Buna baxmayaraq vergi orqanı əməkdaşları müəssisənin direktoru X2 ilə əlaqə yaratmamış, təsərrüfat subyektinin qeydiyyat məsələlərini tam araşdırmamış və müəssisənin digər obyektində (ünvan 2 nəzarət tədbiri keçirmədən anbarda mal qalığının mövcud olub-olmaması araşdırılmamışdır. İddiaçı bu dəlilləri apellyasiya şikayətində qeyd etsə də, məhkəmə iddiaçının dəlillərinə heç bir münasibət bildirməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsində həyata keçirilən i craat zamanı iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə “müvafiq sənədlərin iş materiallarına əlavə edilməsi və qiymətləndirilməsi haqqında” 01 iyun 2021-ci il tarixli ərizə və ona əlavə edilən sənədlər (mal qalığının mövcudluğuna və satılmasına dair maliyyə sənədləri, malların satışına dair 2019-cu ilin dekabr ayından başlayaraq vergi orqanına təqdim edilmiş aylıq hesabatlar, elektron qaimə fakturalar, kassa nəzarət çekləri və sair) təqdim edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin sənədlərə də heç bir münasibət bildirməmiş, onlara hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlilləri ilə bağlı ətraflı araşdırma aparmalı, iddiaçının malın dövriyyəsi ilə bağlı təqdim etdiyi sənədləri araşdıraraq apellyasiya dəlillərinə qiymət verməl i, iddiaçıya məxsus Qaradağ rayonu ərazisində yerləşən anbara yerində baxış keçirməklə həmin anbarda mal qalığı olub-olmamasını, olduğu təqdirdə ekspertiza təyin edərək həmin mal qalığının dəyərini və müvafiq vergilərin vaxtında ödənilib-ödənilmədiyini müəyyən etməlidir. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)93/2022 nömrəli, 13 may 2022-ci il tarixli qərarı ilə (hakimlər Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, G.F.Tağızadə və L.M.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-595/2020 nömrəli, 04 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təkrar apellyasiya baxışı zamanı iddiaçıya sor ğu verilərək cavabdeh tərəfindən 07 noyabr 2019-cu il tarixdə keçirilən yoxlama zamanı ünvan 3 ünvanında yerləşən anbarda mal qalığının mövcud olub-olmaması, olubsa, həmin mal qalığının nədən ibarət olmasını təsdiq edən sənədlərin, habelə həmin anbarın qeydiyyatının vergi orqanında ləğv edildiyi 21 iyul 2020-ci il tarixədək nə kimi malların olub-olmamasını təsdiq edən sənədlərin təqdim məhkəməyə təqdim edilməsi tələb olunsa da, iddiaçı tərəfindən mal qalığına dair sorğuda göstərilənlərə uyğun hər hansı sənəd təqdim edilməmişdir. İddiaçının nümayəndəsi 25 fevral 2022-ci il tarixli ərizə ilə yalnız 2019-cu ilin iyul ayından 2020-ci ilin aprel ayınadək idxal edilmiş mallara dair gömrük bəyannamələrinin surətlərini təqdim etmişdir. Belə olan halda, iddiaçının birinci apellyasiya baxışı zamanı təqdim etdiyi “müvafiq sənədlərin iş materiallarına əlavə edilməsi və qiymətləndirilməsi haqqında” 01 iyun 2021-ci il tarixli ərizə və ona əlavə edilən sənədlər (mal qalığının mövcudluğuna və satılmasına dair maliyyə sənədləri, malların satışına dair 2019-cu ilin dekabr ayından başlayaraq vergi orqanına təqdim edilmiş aylıq hesabatlar, elektron qaimə fakturalar, kassa nəzarət çekləri), habelə 25 fevral 2022-ci il tarixdə təqdim edilmiş gömrük bəyannamələri ilə, həqiqətən də, 2019cu il iyul-sentyabr ayları üzrə idxal edilmiş 2896211,79 (ƏDV ilə birlikdə) manat dəyərində maldan kənarlaşma kimi qeyd edilmiş 2664253,24 manat dəyərində (ƏDV ilə birlikdə) mal qalığının cavabdeh tərəfindən 07 noyabr 2019-cu il tarixdə keçirilən yoxlama zamanı ünvan 3 ünvanında yerləşən anbarda olması, habelə mə hz həmin malların sonrakı dövrlərdə satılaraq vergisinin hesablanması və ödənilməsi öz təsdiqini tapmır.
17. İddiaçı kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təqdim edərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh vergi orqanının tərtib etdiyi 07 noyabr 2019-cu il tarixli Akt və Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********6 saylı Arayış iddiaçının sözügedən dövrdə anbarda əlavə dövriyyə kimi nəzərə alınaraq hesablama aparılmış mal qalığının olmasını təsdiq edən mötəbər sübutlardır.
19. Məhkəmənin “anbarda olan malların mövcudluğuna dair sənədlərin tələb edildiyi halda, iddiaçı tərəfindən təsdiqedici sənəd əvəzinə yalnız idxal yük gömrük bəyannamələrinin təqdim edilməsi” barədə dəlilinə münasibətdə qeyd olunmuşdur ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş yük gömrük bəyannamələrini təsdiqedici sənəd qismində qəbul etsə də, iddiaçı tərəfindən hansı sənədlərin təqdim edilməli olmasına aydınlıq gətirməmişdir. Belə ki, qanunvericilikdə malların anbarda olmasını təsdiq edən hər hansı xüsusi sənəd forması mövcud deyildir. Buna baxmayaraq məhkəmə iddiaçıdan israrla buna dair sənəd tələb etmiş və mallara dair təsdiqedici sənəd olan yük gömrük bəyannamələrini qəbul etməmişdir.
20. Məhkəmənin digər – “iddiaçı tərəfindən verginin hesablanmasına səbə b olmuş mal qalığının sonrakı dövrlərdə satılaraq vergisinin hesablanması və ödənilməsinə dair təsdiqedici sənədlərin təqdim olunmaması” barədə dəlilinə münasibətdə qeyd olunmuşdur ki, vergilərin hesablanmasına səbəb olmuş mallar sonrakı tarixlərdə iddiaçı tərəfindən satılaraq malların dəyəri X4 mədaxil edilmiş və buna dair kassa çekləri məhkəməyə təqdim edilmişdir.
21. Göründüyü kimi, iddiaçı malları nəzarət kassa aparatı vasitəsilə təqdim etmiş, bununla bağlı müvafiq vergi bəyannamələrini vergi orqanına təqdim etmiş və vergiləri ödəmişdir. Bu isə dolayısı ilə o deməkdir ki, vergi ödəyicisinə eyni mallara görə 2 dəfə vergi hesablanmışdır.
22. İddiaçı kassasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, iş materiallarından məlum olduğu kimi, cavabdeh vergi orqanı tərəfindən iddiaçıda operativ vergi nəzarəti tədbiri həyata keçirilən zaman müəssisənin ikinci təsərrüfat subyektində ünvan 3 ünvanında yerləşən anbarına hər hansı baxış həyata keçirilməmişdir, halbuki maliyyə sanksiyasının tətbiq edilməsinə əsas olmuş mallar məhz həmin obyektdə olmuşdur. Cavabdeh vergi orqanı məhkəmə baxışı zamanı iddiaçı barəsində qəbul edilmiş 13 mart 2020-ci il tarixli 0250615, 0250614, ******* saylı inzibat xəta haqqında protokolları məhkəməyə təqdim edərək guya ki iddiaçının vergi orqanının əməkdaşlarına daha sonrakı tarixlərdə ikinci obyektə baxış keçirməsinə mane olduğunu sübut etməyə çalışmışdır. Bununla bağlı qeyd edilmişdir ki, vergi orqanının əməkdaşları iddia olunanın əksinə olaraq iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən anbara daha sonrakı tarixlərdə baxış həyata keçirmiş, l akin buna baxmayaraq qərəzli şəkildə guya mal qalığının sayılmasına şərait yaratmamağı əsas gətirərək bununla bağlı müvafiq müvafiq akt tərtib etmişlər. Bundan sonra cavabdeh vergi orqanı məhkəməyə müraciət edərək, pandemiya səbəbindən iddiaçının məhkəmə iclasından xəbərsiz olmağından və iştirak edə bilməməyindən istifadə edərək, iddiaçı barəsində inzibati tənbeh haqqında qərarların qəbul edilməsinə nail olmuşdur. Halbuki həmin anbarda malların faktiki olaraq mövcud olduğuna, vergi orqanının əməkdaşlarının oraya baxış həyata keçirdiyinə, başqa sözlə, bütün bu olanların yalnız qərəzli hərəkətlər olduğuna dair videogörüntülər mövcuddur və həmin video qeyd məlumat üçün məhkəməyə təqdim edilir. Qeyd olunan videogörüntüdən də aydın olur ki, maliyyə sanksiyasının tətbiq edilməsinə əsas olmuş m allar məhz iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən anbarda mövcud olmuş və bu hal vergi orqanının əməkdaşları tərəfindən də müşahidə edilmişdir.
23. İddiaçı qeyd olunan videogörüntünü yalnız indi əldə edə bildiyinə görə, əvvəlki instansiya məhkəmələrinə təqdim edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-93/2022 nömrəli, 13 may 2022ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.... 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə ilə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir.... 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmas ına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.... Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları... 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşk ar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir.... 2019-cu ildə qüvvədə olan: 159.5. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. 26. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Res publikasının Qanunu Maddə
2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir....
27. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı möv qe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
28. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Mə hkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, habelə işin faktiki halları tam və hərtərəfli olaraq araşdırılmamışdır.
32. Hazırkı iş üzrə müəyyən olunur ki, cavabdeh vergi orqanı iddiaçı MMC-də kameral vergi yoxlaması apararaq 2019-cu ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsinə 406411,51 manat kameral vergi məbləği hesablamış, bununla bağlı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********733900 nömrəli, 18 dekabr 2019-cu il tarixli Qərar qəbul etmiş, iddiaçı isə sözügedən qərarın ləğv olunması tələbi ilə məhkəməyə müraciət etmişdir.
33. İş üzrə təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası mübahisələndirilən qərarın ləğv olunmasına dair iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamış və öz mövqeyini onunla əsaslandırmışdır ki, vergi orqanın qərarı qanunun tələblərinə uyğun qəbul edildiyindən onun ləğv edilməsi üçün əsaslar yoxdur.
34. Lakin məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Məlum olduğu kimi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinəl ər, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
36. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, mü ayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
37. İş materiallarına olan 07 noyabr 2019-cu il tarixli akta əsasən cavabdeh vergi orqanı tərəfindən İddiaçı MMC-də müşahidə-baxış keçirilmişdir. Eyni zamanda mübahisələndirilən 18 dekabr 2019-cu il tarixli **********733900 saylı Qərardan görünür ki, iddiaçı tərəfindən vergi orqanına 2019-cu ilin oktyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsini kameral yoxlayaraq 07 noyabr 2019-cu il tarixli nəzarət tədbirinə istinad etməklə iddiaçının sahibliyində mal qalığı olmadığı qənaətinə gəlmiş və cavabdeh vergi orqanı əlavə vergi məbləği hesablamışdır.
38. Eyni zamanda iş materiallarından və cavab deh vergi orqanının apellyasiya instansiyasına verdiyi izahatdan və apellyasiya instansiyasının qəbul etdiyi qərarın əsaslandırıcı hissəsindən aydın olur ki, iddiaçı 05 noyabr 2019-cu il tarixli ərizəsinə əsasən cavabdeh vergi orqanı tərəfindən 06 noyabr 2019-cu il tarixdə **********-11001 obyekt kodu ilə qeydiyyata alınmış ünvan 4 ünvanında olan anbar (hansı ki iddiaya əsasən vergitutma obyekti olmuş mallar həmin anbarda saxlanılır) 21 iyul 2020-ci il tarixdə (hələ hazırkı iş üzrə birinci instansiya məhkəməsində icraat davam edən zaman) ləğv edilmişdir.
39. Bundan başqa 2019-cu ildə qüvvədə olan Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallard an (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Həmin Məcəllənin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır.
40. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən malların faktiki olaraq iddiaçının sahibliyind ə olmadığı 2019-cu ilin noyabr ayında keçirilən nəzarət tədbirinin nəticəsində qənaətə gəldiyi üçün hesablanmış vergi məbləğinin 2019-cu ilin oktyabr ayında hesablanmasının səbəbləri apellyasiya instansiyası tərəfindən araşdırılmamışdır.
41. Eyni zamanda apellyasiya instansiyası tərəfindən işə baxılan zaman cavabdeh vergi orqanının vəzifəli şəxsləri tərəfindən 07 noyabr 2019-cu il tarixdə vergi orqanının hansı qərar əsasında nəzarət tədbiri keçirilməsini, belə qərar qəbul olunubsa, həmin qərarın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını yoxlamamışdır.
42. Bundan başqa, cavabdeh vergi orqanı vergi məbləğini hesabladığı zaman 2019-cu ilin iyul-sentyabr aylarında idxal edilmiş malların həcmini əsas götürdüyü üçün idxal edilmiş malların sonrakı dövrdə elektron qaimə-faktura tərtib edilməklə satıldığını müəyyən etmək məqsədi ilə 2019-cu ilin iyun ayından başlayaraq ünvan 4 ünvanında olan **********-11001 obyekt kodu ilə qeydiyyata alınmış anbar ləğv edilən tarixədək olan dövr ərzində idxal edilmiş malların adı, həcmi və ya miqdarı əsas götürülməklə mal dövriyyəsinin (yəni dövrün əvvəlinə qalıq, dövr ərzində mədaxil və dövr ərzində məxaric (satış) və dövrün sonuna (obyekt ləğv olunan tarixə) qalıq əks etdirilməklə) müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini məhkəmə kollegiyası zəruri hesab edir.
43. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından iddiaçının kassasiya şikayəti qismən təmin olunm alı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, yuxarıda qeyd olunan xüsusatların araşdırılması üçün iş apellyasiya məhkəməsinə göndərilməli, yeni qərar qəbul edilməsi üçün əsaslar olmadığından iddianın təmin edilməsi barədə şikayət təmin edilməməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-93/2022 nömrəli, 13 may 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.