Məhkəmə qərarları › İş №2-1(102)-1786/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1786/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1786/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 02.08.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 2-1(103)-273/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2019-cu il tarixli payın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 "xxxx" Şirkətindəki ona məxsus olan 100 % payını X3 20,0 (iyirmi) manata satmışdır.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020ci il tarixli, **********984200 nömrəli qərarı ilə görünür ki, "xxxx" Şirkəti (VÖEN: **********) tərəfindən 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən kapital ehtiyatların hesabat ilinin sonuna dəyəri 1656901,41 manat təşkil etdiyindən Vergi Məcəlləsinin 96.5-ci maddəsinə əsasən X1 2019-cu il gəlir vergisi üzrə 115978,90 manat əlavə gəlir vergisi hesablanmışdır. 3. "xxxx" Şirkətinin (VÖEN: **********) 2018-ci il üzrə mənfəət vergisinin bəyannaməsindən görünür ki, müəssisənin 2018-ci il üzrə ümumi gəlirləri 1,718,961.96 manat, xərcləri 1,903,455.97 manat, zərər 184,492.01 manat olmuşdur. 4. "xxxx" Şirkətinin (VÖEN: **********) 2018-ci il üzrə mənfəət vergisinin bəyannaməsinə 1 №-li Əlavədən görünür ki, müəssisənin 2018-ci il üzrə hesabat dövrünün sonuna 4,416,739.35 manat cəmi aktivləri, 4,416,739.35 manat cəmi kapital öhdəlikləri, 2.759.837,94 manat cəmi öhdəlikləri, 1,946,391.78 manat kreditor borcları, 1,738,255.59 manat dövlət büdcəsinə vergi borcu, 186,801.19 manat sair kreditor bo rcları olmuşdur.

4. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, "xxxx" Şirkəti tərəfindən vergi öhdəlikləri ilə bağlı 2019-ci il ərzində (əsasən də mart-aprel aylarında) 4,587,330.24 manat dövlət büdcəsinə ödənişlər edilmişdir. - “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən xx.xx.2021-ci il tarixdə çap edilmiş çıxarışdan görünür ki, xx.xx.2000-xx.xx.2019-cu illəri əhatə edən dövr üzrə 5.852.783,32 manat hesablanmış, 3.285.620,54 manat ödənilmiş, 907.592,61 manat azaldılmış, əhatə etdiyi dövrün son tarixinə saldo - 1.808.850,71 manat, çap tarixinə saldo 28.491,60 manat, sosial üzrə bölüşdürülməmiş ödənişlər 118.622,11 manat göstərilmişdir. 5. xx.xx.2018-ci il tarixli, **********140851 nömrəli səyyar vergi yoxlamasına dair aktın surətindən gö rünür ki, "xxxx" Şirkətinin (VÖEN: **********) 2012-2013-cü il üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış, yoxlama ilə ƏDV-nin 1051538.0 manat, mənfəət vergisinin 182980.75 manat və muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin 988902.48 manat, ödəmə mənbəyindən tutulan verginin 101907.86 manat, cəmi 2325329.09 manat vergilərin azaldığı müəyyən edilmişdir. 6. 30.11.2018-ci il tarixli, **********805200 nömrəli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə X2 01 yanvar 2012-ci il tarixdən 31 avqust 2013-cü il tarixədək olan dövrdə təsisçisi olduğu "xxxx" Şirkətinin (VÖEN: **********) nəzdində “İddiaçı Klinikası” tibb müəssisəsinin fəaliyyətinə faktiki rəhbərlik edərək 1302456.93 manat vergiləri və 983273,36 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödənilməkdən yayındırdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/7507 №-li xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiq hissəsində göstərildiyi kimi vergi orqanı tərəfindən 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi əsas götürülməklə kapital ehtiyatların hesabat ilinin sonuna dəyəri 1656901,41 manat m üəyyən edilmişdir. Lakin təqdim edilmiş iş materiallarında "xxxx" Şirkətinin iştirak payının alqı-satqı tarixinə, yəni xx.xx.2019-cu il tarixinə borcunun 5.682.616,00 manat dəyərində olması göstərilmişdir. Eyni zamanda qeyd edilir ki, iş materiallarında (səhifə 82-97) həmin borc məbləğlərinin ödənilməsi ilə bağlı ödəniş tapşırıqları öz əksini tapmışdır. Yəni, iştirak payının satışı tarixinə (xx.xx.2019-cu il) müəssisənin xalis aktivləri mənfi göstəricidədir. Bundan başqa bildirilir ki, təqdim edilmiş iş materiallarında (səhifə 142) olan şirkətin şəxsi hesab vərəqəsində alqı-satqı tarixinə 1.670.039,63 manat qalıq borcunun olması qeyd olunmuşdur. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan 2018-2019-cu illərə dair olan mənfəət vergisi bəyannamələrinin ümumi gəlirlər hiss əsində olan gəlirlə cəmləndikdə belə (1718961,96+3714505,01=5.433.466,97) şirkətin alqı-satqı tarixinə olan borc məbləğini əhatə etmir. Bütün yuxarıda göstərilənlər nəzərə alındıqda iştirak payının satışı tarixinə, yəni xx.xx.2019-cu il tarixinə müəssisənin xalis aktivlərinin mənfi göstəricidə olması müəyyən edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********40100 nömrəli qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş 12 may 2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə **********984200 №-li qərardan və 15 may 2020-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, ona 124,093.17 manat vergi borcu hesablanmışdır. Bu qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, kapitaldakı iştirak payı və səhmlərin satışından əldə olunan gəlir üzrə kameral yoxlama nəticəsində hesablanmış əlavə vergi öhdəliyi həqiqi, əsaslı və qanuni sayıla bilməz. Cavabdeh nəzərə almamışdır ki, iştirak payının satışı tarixinə müəssisənin xalis aktivləri mənfi göstəricidədir. Buna görə də pay nominal qiyməti ilə satılmışdır və əlavə olaraq mənfəətə cəlb edilən məbləğ yoxdur. Eyni zamanda xalis aktivin hesablanması qaydası Maliyyə Nazirliyinin normativləri və sənədlərinə əsasən mənfəət vergisinin məbləğindən deyil, aktivlər ilə öhdəliklər arasında yaranan fərq ilə müəyyən edilir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-267/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Ş.A.Həsənova) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən X2 barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********40100 nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə məhkəmə qərarı əsasında keçirilmiş ekspert rəyində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyini təkzib edən hallar cavabdeh inzibati orqan tərəfin dən sübuta yetirilməmişdir. Bu səbəbdən ekspert rəyində olan məlumatlar hazırki iddia tələbi üzrə əhəmiyyət kəsb edən məlumatlar qismində çıxış edir. Ona görə də məhkəmə iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 9/475 nömrəli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyi iş üzrə mötəbər sübut növü kimi qəbul edir.

12. Məhkəmə eyni zamanda qeyd edir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Be ləliklə, mübahisələndirilən inzibati aktlar qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki qəbul edilmiş həmin aktlar iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-273/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: V.Ə.Baxışova /sədrlik edən və məruzəçi/, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, birinci instans iya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən iş üzrə icraat zamanı alınmış ekspert rəyini mötəbər hesab etmiş və həmin rəydə əks olunan faktların həqiqiliyini qəbul etmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 9/7507 saylı ekspert rə yində qeyd edilmişdir ki, iş materiallarına əsasən vergi ödəyicisinin xx.xx.2019-cu il tarixə, yəni alğısatqı tarixinə borcu 5.682.616 manat göstərilmişdir.

19. Həmçinin ekspert rəyində qeyd edir ki, şəxsi hesab vərəqəsinə əsasən iddiaçının alqı-satqı tarixinə 1.670.039,63 qalıq borcu olmuşdur.

20. Ekspert tərəfindən borcun nədən ibarət olduğu araşdırılmamış və qeyd edilən borc məbləği sənədlərlə təsdiq edilməmişdir.

21. Eyni zamanda qeyd edirik ki, şəxsi hesab vərəqəsinə əsasən müəssisənin alğısatqı tarixinə vergi öhdəlikləri 1.808.850,71 manat olmuşdur.

22. Qeyd edilənlərlə yanaşı cəmiyyət tərəfindən 2018-ci ilin mənfəət vergisi üzrə təqdim edilən bəyannamədə cəmi kapital 1 656 901,41 manat, cəmi öhdəliklər 2 759 837,94 manat (vergi öhdəlikləri daxil olmaqla) və cəmi aktivlər isə 4 416 7 39,35 manat göstərilmişdir.

23. Ekspert rəyi ilə müəyyən edilmiş borc məbləğləri ilə məhkəmənin müəyyən etdiyi borc məbləğləri arasında ciddi fərqlər olmuş, lakin buna baxmayaraq məhkəmə həm özü tərəfindən müəyyən edilən borc məbləğlərini, həm də fərqli olan ekspert rəyi üzrə müəyyən edilən borc məbləğlərini mötəbər hesab etməklə qərarında ciddi ziddiyyətlər yaratmışdır.

24. Həmçinin qeyd etməyi zəruri hesab edirik ki, hər iki halda iddiaçının xx.xx.2019cu il tarixə olan borc məbləği müəyyən edilmiş aktivlərin dəyərindən az olduğu üçün vergi öhdəlikləri yaranmış və Vergi Məcəlləsinin 96.5-ci maddəsinin tətbiqi üçün əsaslar yaranmışdır.

25. Məhkəmə kollegiyası isə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşarkən həmin ziddiyyətləri nəzərə almamış və borc məbləğlərinin müəyyən edilməs i istiqamətində hər hansı araşdırma aparmamışdır.

26. Məhkəmə kollegiyası hesab etmişdir ki, “Nord Star" Şirkətinin öhdəlikləri 2018-ci il üçün 2759837,94 manat olmasına baxmayaraq, alqı-satqı tarixindən sonra hesablama ilə müəyyən edilmiş əlavə vergi öhdəlikləri nəzərə alınmaqla vergi borcu ümumilikdə 5259837,94 manat olmuşdur.

27. Halbuki vergitutmanın mahiyyəti baxımından məhkəmə kollegiyası alqı-satqı zamanı mövcud olan aktiv və passivlərin dəyərini nəzər almamış, şəxsin xalis aktivləri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı mövcud olan fərq vergiyə cəlb edilən gəliri təşkil etdiyi halda, yəni artıq gəlir mövcud olduğu halda, həmçinin Vergi Məcəlləsinin 96.5-ci maddəsinə əsasən öhdəlik yarandığı halda, daha sonra yaranmış öhdəliklərin aktivlərin dəyəri ndən artıq olmasını əsas götürərək vergilərin hesablanmasını qanunsuz saymışdır.

28. Qeyd olunan yanaşma birbaşa vergi qanunvericiliyinə zidd olduğu üçün yolverilməzdir.

29. Hal-hazırda mübahisə predmetini təşkil edən, vergi orqanı tərəfindən qəbul edilən xx.xx.2020-ci il tarixli **********740100 nömrəli qərar elektron qaydada xx.xx.2020-ci il tarixdə vergi ödəyicisinə göndərilmişdir, lakin vergi ödəyicisi sözügedən qərarı xx.xx.2022ci il tarixdə məhkəməyə müraciət etməklə mübahisələndirmişdir.

30. Belə ki Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər elektron üsulla elektron kabinetə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatınd a iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir: məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

32. Qeyd edilən hallar məhkəmənin nəzərinə çatdırılsa da, məhkəmə bu halları nəzərə almamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

33. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

34. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 33.1. Vergi nəzarətinin həyata k eçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uço ta alınır. 33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. 33.5. Bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsind ə nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi öd əyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.

35. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı... 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

37. Ap ellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məlum olduğu kimi, İddiaçı cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********40100 nömrəli qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir.

39. Bakı İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(112)-267/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir.

40. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2-1(103)-273/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibat i Məhkəməsinin 2-1(112)-267/2022 saylı, 24 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı birinci instansiya məhkəməsinə 12 iyun 2020-ci il tarixində iddia ərizəsi ilə müraciət edərək cavabdehin 12 may 2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə **********984200 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.

42. Həmin qərar gəlir vergisinə dair olmaqla 2019-cu ilin nəticələrini əhatə edir.

43. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində məhkəmə icraatı getdiyi zaman cavabdeh tərəfindən 12 may 2020-ci il tarixli kameral qərarı ləğv edilmiş, sözügedən məsələ ilə bağlı 3 iyul 2020-ci il tarixli kameral qaydada **********740100 saylı qərar qəbul edilmişdir.

44. Burada xüsusi olaraq qeyd edilməlidir ki, cavabdeh kassasiya şikayətində həmin qərarın 6 iyul 2020-ci il tarixdə iddiaçıya elektron qaydada göndərildiyini, lakin iddiaçının onu yalnız 2 may 2022-ci il tarixdə mübahisələndirdiyini bildirsə də, işdə buna dair sübutlar, o cümlədən “elektron imza” mövcud deyildir.

45. Həmçinin bununla bağlı qeyd edilməlidir ki, məhkəmə iclası zamanı iddiaçı cavabdehdən mübahisə predmeti olan 3 iyul 2020-ci il tarixli sözügedən kameral qərarının təqdim edilməsini xahiş etmiş, halbuki həmin qərar 3 iyul 2020-ci il tarixli qərar qəbul edilərkən iddiaçının iddiası artıq birinci instansiya məhkəməsinin icraatında olmuş, yəni cavabdeh qərarı məhkəməyə təqdim etməli idi, laki n vaxtında bunu etməmişdir.

46. İş materiallarından eyni zamanda görünür ki, iddiaçı 3 iyul 2020-ci il tarixli qərarı aldıqdan sonra 4 may 2022-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş (İİ cild, iş səh. 60) və ərizə icraata qəbul edilmişdir.

47. Yəni, burada iddiaçı tərəfindən iddia müddətinin buraxılması halı baş verməmiş, prosessual qaydalara riayət edilmişdir.

48. Məhkəmə kollegiyası bununla yanaşı hesab edir ki, cavabdehin kassasiya şikayətindəki iddiaçı tərəfindən müəssisədəki ona məxsus payın onun real qiymətindən daha aşağı qiymətə satılması barədə dəlili əsassızdır.

49. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/7507 №-li, xx.xx.2021-ci il tarixli eksper t rəyindən görünür ki, rəyin tədqiq hissəsində göstərildiyi kimi vergi orqanı tərəfindən 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi əsas götürülməklə kapital ehtiyatların hesabat ilinin sonuna dəyəri 1656901,41 manat müəyyən edilmişdir. Lakin təqdim edilmiş iş materiallarında "xxxx" Şirkətinin iştirak payının alqı-satqı tarixinə, yəni xx.xx.2019-cu il tarixinə borcunun 5.682.616,00 manat dəyərində olması göstərilmişdir. Eyni zamanda qeyd edilir ki, iş materiallarında (səhifə 82-97) həmin borc məbləğlərinin ödənilməsi ilə bağlı ödəniş tapşırıqları öz əksini tapmışdır. Yəni, iştirak payının satışı tarixinə (xx.xx.2019-cu il) müəssisənin xalis aktivləri mənfi göstəricidədir. Bundan başqa bildirilir ki, təqdim edilmiş iş materiallarında (səhifə 142) olan şirkətin şəxsi hesab və rəqəsində alqısatqı tarixinə 1.670.039,63 manat qalıq borcunun olması qeyd olunmuşdur. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan 2018-2019-cu illərə dair olan mənfəət vergisi bəyannamələrinin ümumi gəlirlər hissəsində olan gəlirlə cəmləndikdə belə (1718961,96+3714505,01=5.433.466,97) şirkətin alqı-satqı tarixinə olan borc məbləğini əhatə etmir. Bütün yuxarıda göstərilənlər nəzərə alındıqda iştirak payının satışı tarixinə, yəni xx.xx.2019-cu il tarixinə müəssisənin xalis aktivlərinin mənfi göstəricidə olması müəyyən edilir.

50. Bununla yanaşı iddiaçıya müəssisədəki ona məxsus payın (bütövlükdə müəssisənin deyil) satılması zamanı müəssisənin şəxsi vərəqəsindən göründüyü kimi, 21 mart 2019-cu il tarixinə müəssisənin aktivlərinin göstəriciləri mənfi olmuşdur.

51. Beləlikl ə işdə mövcud olan alqı-satqı tarixinə qədər olan borclar yalnız bəyannamədə əks oluna göstəricilərdən ibarət olmayıb, həmçinin iş materiallarına əlavə edilmiş həmin dövr üçün istintaq orqanı tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, **********140851 nömrəli növbədənkənar səyyar vergi yoxlamasına dair aktla əlavə vergi borcu müəyyən edilmiş və işdə olan bank qəbzlərinə əsasən ümumilikdə 5.682,616 manat borc məbləği Şirkət adından ödənilmişdir. Bununla da alqı-satqı dövrünə qədər "xxxx" Şirkətinin (“X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin) xalis aktivlərinin olmamasına baxmayaraq, cavabdeh tərəfindən əsassız olaraq həmin Şirkətin əvvəllər təsisçisi olmuş iddiaçıya vergi borcu hesablanmışdır.

52. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, a pellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının 25 yanvar 2023cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

53. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-273/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar