Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1787/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: subyektiv hüquq, məhkəmə qərarının preyudisiallığı. GİRİŞ HİSSƏ Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı işə bərpa tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiy asının 2-1(103)-783/2019 saylı iş üzrə 06 mart 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı əvvəllər Azərbaycan Respublikasının Cavabdeh əməkdaşı olmuş, lakin onun özünün bu barədə ərizə ilə müraciət etdiyi əsas götürülməklə həmin Nazirliyin ****/Ş saylı, 30 iyul 2014-cü il tarixli əmri ilə öz arzusuna əsasən fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmişdir. Daha sonra o, xidmətə bərpa olunması ilə bağlı müraciət etsə də, sözügedən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra isə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Cavabdeh Baş Dövlət Y anğın Təhlükəsizliyi İdarəsinə öz işinə bərpa edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Əfqanıstan və Qarabağ müharibələrinin veteranıdır, FHN-də 41 ildən çox iş stajına malik olan ehtiyatda olan polkovnikleytenantdır. Hazırda təqaüdçü olsa da, özünü gümrah hissə edir və işləmək gücünə sahibdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-943/2019 saylı, 16 yanvar 2019-cu il tarixli qərardadı (hakim – E.M.Mustafayev) ilə iddia mümkün sayılmamışdır Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-783/2019 saylı, 06 mart 2019-cu il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – İ.B.Əhmədov, hakimlər – S.S.Seyidova və V.M.Məmmədov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin in 2-1(82)-943/2019 saylı, 16 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-783/2019 saylı, 06 mart 2019-cu il tarixli qərardadını ləğv edib iddianın mahiyyəti üzrə baxılması üçün müvafiq məhkəməyə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçının iddiasından məlum olur ki, o, öz əvvəlki iş yerinə hər hansı bir işə bərpa olunmaq istəyir. Məhkəmə əsassız olaraq onun FHN DYMXİ-nə qarşı işə bərpaya dair iddiasına baxılmasını mümkünsüz saymışdır. İddiaçının bu tələbi onun konstitusion hüququdur. “Fövqəla də hallar orqanlarında xidmət keçmə haqqında” Qanunun 34 və 35.1-ci maddələrinə əsasən fövqəladə hallar orqanlarına işçinin bərpa ediləsi məhkəmə qərarı ilə həyata keçirilir.. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSA SLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı daha əvvəl də Azərbaycan Respublikasının Cavabdehnə qarşı vəzifəyə yenidən təyin edilmə tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, həmin iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən qəbul edilmiş qanuni qüvvədə olan 2-1(103)-666/15 saylı, 23 aprel 2015ci il tarixli qərardadla iddia mümkün sayılmamışdır. İddiaçı hazırda oxşar predmetli iddia ilə eyni cavabdehə qarşı yenidən məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün say ılır. Həmin Məcəllənin 78-ci maddəsinə görə isə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Beləliklə, işin yuxarıda sadalanmış hallarından müəyyən olunur ki, tərəflər arasında hazırkı mübahisəyə dair artıq qanuni qüvvədə olan məhkəmə aktı mövcuddur və əvvəlki məhkəmə qərarı hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir. İPM-in yuxarıda istinad olunan 78-ci maddəsinə görə isə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçılarının yenidən həmin halı başqa qaydada mübahisələndirmək imkanını ortadan qaldırır. Bu hal, mübahisə predmeti barəsindən artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələr qazanmasından irəli gəl ir. Bundan başqa, kollegiya hesab edir ki, iddiaçının hazırkı iddiaya dair subyektiv hüququ da müəyyən olunmur. Belə ki, iddiaçının fövqəladə hallar orqanlarında qulluq keçməsinə onun öz arzusu əsasında xitam verilmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə görə öz arzusu ilə xidmətdən azad olunma barədə yazılı ərizənin verilməsi fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə xitam verilməsinin əsaslarından biridir. Bu halda, apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının xidmətkeçməsinə bu əsasla xitam verildikdən sonra onun fövqəladə hallar orqanlarında hər hansı vəzifəyə yenidən işə qəbul edilməsi cavabdehin diskresion səlahiyyətinə aid məsələdir. Ona görə ki, iddiaçı tutduğu vəzi fədən öz iradə ifadəsinə və qanunvericiliklə müəyyən edilən əsaslara uyğun olaraq azad edilmişdir. Belə olan halda, cavabdehin qanundan irəli gələn iddiaçını öz əvvəlki işinə yenidən təyin etməyə dair öhdəliyi yaranmır. İddiaçı cavabdehin qanunda irəli gələn belə öhdəliyinin mövcudluğunu sübuta yetirə bilmədiyinə görə onun hazırkı iddiaya dair subyekti hüququ da yaranmır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-783/2019 saylı iş üzrə 06 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1787/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1787/2019
25.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver