Məhkəmə qərarları › İş №2-1(102)-1788/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1788/2019

15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1788/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə qarşı əmək pensiyasının yenidən hesablanması və pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-419/19 saylı 29 yanvar 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 15.05.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-cü il təvəllüdlü iddiаçı Iddiaçı 10.02.1994-cü ildən 26.02.1995-ci ilədək AR Hərbi Prokurorluğu Daxili Qoşunlarında qanunların icrasına nəzarət üzrə hərbi prokurorluğun müstəntiqi, 08.12.1995-ci ildən 25.05.1996-cı ilədək Sumqayıt qarnizonu hərbi prokurorluğunun müstəntiqi, 25.05.1996-cı ildən 08.10.1997-ci ilədək Bakı qarnizonu hərbi prokurorluğunun müstəntiqi, 08.10.1997-ci ildən 23.03.1999-cu ilədək Tərtər qarnizonu hərbi prokurorunun köməkçisi, 23.03.1999-cu ildən 30.05.2000-ci ilədək Bakı qarnizonu hərbi prokurorluğunun müstəntiqi vəzifələrində işləmişdir. İddiaçıya 30.09.2017-ci ilədək əlilliyə görə pensiya ödənişi həyata keçirilmiş, 01.10.2017-ci il tarixdən iddiaçıya ömürlük olaraq 898.36 manat pensiya təyin edilmişdir. İddiaçı onun pensiyasının hesablanması zamanı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın, eyni zamanda sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş ikiqat əmək haqqı nəzərə alınmaql a pensiya hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh bundan imtina etmişdir. İddiаçı Iddiaçı cavabdeh DSMF-nin Yasamal rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun pensiyasının hesablanması zamanı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın, eyni za manda sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş ikiqat əmək haqqı nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4256/2018 saylı 15 noyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya pensiyanın hesablanması zamanı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki ayl ıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın, eyni zamanda sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş ikiqat əmək haqqı nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4256/2018 saylı 15 noyabr 2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-419/19 saylı 29 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisad i Məhkəməsinin 2-1(81)-4256/2018 saylı 15 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqanın imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-419/19 saylı 29 yanvar 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçıdan mükafat və müavinatları almasını təsdiq edən arayışın təqdim olunması tələb olunsa da iddiaçı həmin arayışları təqdim etməmişdir. Kassator “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 1.0.8, 1.0.10, 7-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 90.1, 91, 96.5-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzib ati-İqtisadi Kollegiyasının 2-1(103)-419/19 saylı 29 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərələrin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı Iddiaçı vəkilsiz təmsil olunduğundan onun izahatı alınmamışdır. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-419/19 saylı 29 yanvar 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Prokurorluq haqqınd a” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən prokurorluq işçilərinin sosial müdafiəsi prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq ə mək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.14-cü maddəsinə əsasən, pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 29.3-cü maddəsinə əsasən bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutul muş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qüvvədə olan qanunvericiliyə görə fəaliyyətdə olan prokurorluq işçisinin dövlət məvacibinin məbləği dəyişdikdə prokurorluq işçisinin əmək pensiyasının məbl əği müddət qoyulmadan fəaliyyətdə olan prokurorluq işçisinin dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq yenidən hesablanmalıdır İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı Iddiaçı 20.08.1967-ci il tarixdən 30.05.2007-ci il tarixədək prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş, 2006-cı il tarixdə pensiyaya çıxmışdır. Məhkəmə kollegiyası hesab edir ki, prokurorluq işçisinin hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqatı həcmindən az olmayaraq verilən maddi yardım qanunvericiliklə pr okurorluq işçisinin əmək haqqı məbləğinə aid edildiyindən cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iddiaçının uzun illər prokurorluq orqanlarında işləməsi və həmin orqandan əmək pensiyasına çıxması hazırkı işin mübahisəsiz halıdır. Prokurorluq işçisi kimi iddiaçının aldığı əmək haqqı onun iddia ərizəsində tələb etdiyi əlavələri də əhatə etdiyindən, pensiyaçının həmin əlavələri aldığına dair arayış təqdim edib-etməməsindən asılı olmayaraq, ona əmək pensiyası hesablanarkən bütün bu əlavələr də nəzərə alınmalıdır. “Prokurorluq orqanlarında qulluq keçmə” haqqında Qanunun 20.8, 20.9 və 20.14cü maddələrinə əsasən prokurorluq işçilərinə verilən pul təminatı, pul müavinəti və maddi yardım bütün prokurorluq işçilərinə aid edilməklə, bir qayda olaraq hər il ödənildiyinə və daim i xarakter daşıdığına, eləcə də həmin ödənişlərdən icbari sosial sığorta ayırmaları tutulduğundan bu ödənişlər işçilərin orta aylıq əmək haqlarına artım kimi əlavə olunmaqla, 20 oktyabr 2009-cu il tarixli Qanun qüvvəyə mindiyi tarixdən sonra pensiyaya çıxmış prokurorluq işçilərinə pensiya təyin edilərkən nəzərə alınır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati -Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllə sinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-419/19 saylı 29 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar