Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1788/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: artıq ödənilmiş vergi borcunun qaytarılması üçün tələb etmə müddətinin keçməsi, VM-nin 85.5-ci maddəsinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respubl ikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı artıq ödənilmiş vergi borcunun qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-120/2021 nömrəli, 27 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2008-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olmaq üçün vergi ödəyicisi kimi 2 saylı Ərazi Vergilər Departamentində qeydiyyatda keçmiş və ona ********** saylı VÖEN nömrəsi verilmişdir.
2. Sonradan iddiaçı fəaliyyət növünü dəyişərək ictimai-iaşə, yəni şadlıq evi (“Azəri888”) fəaliyyəti il ə məşğul olmuşdur. Həmin dövrdə vergi ödəyicisi kimi vergi borclarını vaxtında ödəmiş və 2012-ci il tarixdə fəaliyyətini dayandırmışdır.
3. İddiaçı artıq ödədiyi vəsaitin geri qaytarılması üçün cavabdeh orqana ərizə ilə müraciət etmiş, cavabdeh **********343400 nömrəli 27 iyun 2019-cu il tarixli məktubla iddiaçıya artıq ödəməni tələb etmək müddətinin bitdiyini bildirərək imtina cavabı vermişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki birinci icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, artıq ödənilmiş 3333.58 manat məbləğdə vergi borcunun qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandır mışdır ki, 2008-ci ildə taksi fəaliyyəti ilə məşğul olaraq vergi ödəyicisi kimi 2 saylı Ərazi Vergilər Departamentində qeydiyyatdan keçmiş və ona ********** saylı VÖEN verilmişdir. Sonradan o, şadlıq evini icarəyə götürərək ictimai iaşə fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Bu müddət ərzində vergi borclarını vaxtında və lazımi qaydada ödəmiş və 2012-ci ildə fəaliyyətini dayandırmışdır. 2018-ci ildə o, heyvandarlıqla məşğul olmaq məqsədi ilə sənədlər toplayarkən Məşğulluq Mərkəzinə müraciət etmiş, vergi idarəsindən borcunun olmaması barədə arayış tələb olunduğundan cavabdeh vergi orqanına müraciət etmiş və həmin vaxt onun 3333,58 manat məbləğində artıq vəsait ödədiyi məlum olmuşdur. Bununla bağlı o, cavabdehə müraciət edərək artıq ödədiyi vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Əvv əlcə, cavabdeh artıq ödənilən pulun qaytarılacağını vəd etmiş və hətta buna görə ona bank hesabı açdırmış, lakin sonra müddətin ötürülməsi səbəbindən ona imtina cavabı vermişdir.
6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirməsini 5 il ərzində tələb etmək hüququna malikdir. İddiaçının şəxsi hesab vərəqəsindən də göründüyü kimi, artıq ödəmə 20.10.2010-cu il tarixdən yaranmışdır. Bu səbəbdən də, Vergi Məcəlləsinin 8 5.5-ci maddəsinə əsasən, artıq ödənilmiş vergi borcunun iddiaçıya qaytarılmasına dair iddiası əsassızdır.
7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim: Z.R.Pirverdiyev) 03 sentyabr 2019-cu il tarixli, 2-1(085)-1315/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı artıq ödəmiş olduğu vergini tələb etmək üçün Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə nəzərdə tutulmuş 3 illik müddəti ötürmüşdür.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 dekabr 2019-cu il tarixli, 2-1(105)-740/2019 saylı qərardadı ilə (sədrlik edən: N.M.Nəsibov, hakimlər: Z.İ.Məmmədov və V.C.Cəfərov) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qərarı ləğv olunmuş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən yalnız müddətin ötürülməsi faktını əsas götürmüş, müddətin ötürülməsi səbəblərini araşdırmamış, artıq ödəmələrin mövcudluğunun iddiaçıya nə vaxt məlum olduğunu aydınlaşdırmamış və nəticədə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. c) birinci instansiya məhkəməsindəki ikinci icraat
12. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: V.E.Əzizova) 21 sentyabr 2020-ci il tarixli, 2-1(118)-825/2020 saylı qərarı ilə iddia təmin edilmişdir.
13. Birinci in stansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı artıq ödəmə barədə 2018ci ildə xəbər tutduğundan Vergi Məcəlləsinin 85.5-ci maddəsində göstərilən müddət də həmin vaxtdan hesablanmalıdır.
14. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2021-ci il tarixli, 2-1(105)-120/2021 saylı qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: Z.İ.Məmmədov və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 21 sentyabr 2019-cu il tarixli 2-1(118)-825/2020 saylı qərarı ləğv edilmiş, iddia təmin edilməm işdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 20.10.2010-cu il tarixdən etibarən iddiaçının şəxsi vərəqəsində artıq ödəmə yarandığı halda, iddiaçı müddəti ötürməklə cavabdehə müraciət etmiş, cavabdeh orqan isə haqlı olaraq tələbetmə müddətinin keçməsi əsası ilə iddiaçıya imtina cavabı vermişdir.
17. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, vergi orqanı iddiaçının hesabında artıq ödənişin olduğunu gördüyü halda susmuş və həmin ödənişi qaytarmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə etiraz edərək kassasiya şikayətinin əsassız hesab edilməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
20. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. 21.İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.1. vergi orqanlarından qeydiyyat (uçot) yeri üzrə qüvvədə olan vergilər və onların ödənilməsi qaydasını və şərtlərini tənzimləyən normativ hüquqi aktlar, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri haqqında əvəzsiz olaraq yazılı məlumat almaq;... Maddə 68.1. Bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Maddə 68.2. Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Maddə 85.5 Vergi ödəyic isi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Maddə 87.1 Vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Maddə 87.3 Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artı q ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Maddə 87.4 Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları Bənd
1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun un 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Bənd 2.1 Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düz gün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilə n həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. İş materiallarından görünür ki, iddiaçı 26 yanvar 2007-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Sənəd qəbulu barədə bildirişdən görünür ki, iddiaçı artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyasının qaytarılması barədə ərizə ilə 16 may 2019-cu il tarixdə cavabdeh vergi orqanına müraciət etmiş, cavabdeh Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, artıq ödəmənin tələb etmə müddəti bitdiyindən müraciətin təmin olunmasından imtina edilmişdir.
28. Sonradan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 3333,58 manat məbləğində vergi borcunun qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının mövqeyi ilə razılaşaraq iddianı təmin etsə də, apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd etmiş və bildirmişdir ki, iddiaçı şəxsi vərəqəsində artıq ödəmə kimi qeyd olunmuş pul vəsaitini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malik olduğu halda belə d avranmamış, müddəti ötürdükdən sonra hazırkı tələblə vergi orqanına müraciət etmişdir.
29. Hazırda iddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş edir.
30. Məhkəmə kollegiyası iddiaçının mövqeyini əsassız hesab edərək apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Belə ki, şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının sahibkar kimi fəaliyyət göstərdiyi müddət ərzində özünün təqdim etdiyi cari bəyannamələrə, eləcə də vergi orqanı tərəfindən kameral qaydada aparılmış yoxlamalara əsasən ona 2008-2010-cu illər ərzində ümumilikdə 7116.68 manat vergi hesablansa da, iddiaçı tərəfindən vergi orqanına 29.03.2008-ci il tarixdən başlayaraq mütəmadi olaraq hesablanan vergi məbləğindən bir neçə dəfə ar tıq məbləğdə, ümumilikdə isə 10702.26 manat ödəniş edilmişdir. 20.10.2009 və 20.10.2010cu il tarixlərdə kameral vergi yoxlaması nəticəsində 4000 manat vergi hesablanaraq şəxsi hesab vərəqəsindən silindikdən sonra, 20.10.2010-cu il tarixdən etibarən iddiaçının şəxsi vərəqəsində 3333,58 manat məbləğində artıq ödəmə yaranmışdır. Beləliklə, 20.10.2010cu il tarixdən etibarən iddiaçının şəxsi vərəqəsində artıq ödəmə yarandığı halda, iddiaçı cavabdehə 9 (doqquz) ilə yaxın müddət keçdikdən sonra 16.05.2019-cu il tarixdə müraciət etmişdir.
31. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələbləri baxımdan mübahisələndirilən məbləğ üzrə müddətin axımı vergi orqanı tərəfindən aparılan son əməliyyat vaxtından, yəni 2010-cu ilin okty abr ayının 20-dən sonrakı gündən başlanmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən, bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.
32. Həmin müddət nəzərə alındıqda isə müəyyən olunur ki, vergi ödəyici hesabatı dövrü qurtardıqdan sonra artıq ödənilmiş vergilərin qaytarılmasını 5 il ərzində tələb etmək hüququna malik olduğu halda, iddiaçı 5 illik müddəti ötürdükdən sonra cavabdehə müraciət etmiş və cavabdeh inzibati orqan haqlı olaraq tələb etmə müddətinin keçməsi əsası ilə iddiaçıya imtina cavabı vermişdir.
33. İş materiallarından həmçinin görünür ki, Qeydiyyat və uçot şöbəsinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığı vergi ödəyicilərinin fəaliyyətlərinin dayandırılması barədə xidməti məlumatına əsasən, 2 saylı Ərazi Vergilər İdarəsinin nəzarət əhatəsinə daxil olan Sumqayıt şəhəri üzrə “taksi fəaliyyət” növü üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 2012-ci il ərzində fəaliyyət göstərmələrinin müəyyənləşdirilməsi məqsədilə Bəyannamələrin kameral yoxlanılması şöbəsinə **********566900 nömrəli 23.11.2012-ci il tarixli xidməti məlumat ilə müraciət edilmişdir. Bəyannamələrin kameral yoxlanılması şöbəsindən daxil olmuş **********566900 nömrəli 23.11.2012-ci il tarixli xidməti məlumata əsasən müəyyən olunmuşdur ki, qeydiyyatdan keçmiş, fəaliyyəti aktiv olan 780 vergi ödəyicisindən 610-u tərəfindən 2012-ci il ərzində dövlət büdcəsinə heç bir vergi ödənişi həyata keçirilməmişdir. Qeyd olunanlara əsasən həmin vergi ödəyicilərinin dövlət büdcəsinə heç bir ödəmə aparmamalarını nəzərə alaraq fəaliyyətlərinin 5 (beş) il müddətinə müvəqqəti olaraq dayandırılması üçün göstəriş verilməsi xahiş olunmuşdur. Həmin xidməti məlumata əsasən, 2012-2017-ci illərdə iddiaçının fəaliyyəti 5 (beş) il müddətinə dayandırılmışdır.
34. İddiaçı apelyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də artıq ödəmədən xəbərsiz olduğunu, 2018-ci ildə vergi borcunun olmaması barədə arayış almaq məqsədilə vergi orqanına müraciət edərkən xəbər tutduğunu bildirsə də, məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, iddiaçı fərdi sahibkar olmuş, şəxsi hesab vərəqəsindən göründüyü kimi, mütəmadi olaraq vergi orqanına hesablanmış vergidən də artıq məbləğdə ödənişlər etmiş və məhz bu səbəbdən onun artıq ödəməsi yaranmışdır. Yəni, artıq ödəmənin yaranma səbəbi iddiaçının özü tərəfindən 2008-2009-cu illərdə hesablanan vergiyə nisbətdə yüksək məbləğdə ödənişlər etməsi olmuşdur. Belə olan halda iddiaçının bundan xəbərsiz olması inandırıcı deyildir.
35. Digər tərəfdən kollegiya qeyd edir ki, iddiaçı vergi ödəyicisi olaraq mütəmadi olaraq öz şəxsi hesab vərəqəsinə nəzarət etmək, şəxsi hesab vərəqəsindəki məlumatlarla tanış olmaq məqsədilə cavabdeh inzibati orqana müraciət etmək hüququ olmuşdur.
36. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
37. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-120/2021 saylı iş üzrə 27 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.