Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1788/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-X ızı regional filialına qarşı “iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək “İşgüzar” kooperativində sədr işlədiyi müddətin onun sosial sığorta stajına əlavə edilməklə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)251/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya pensiya hüququnun yarandığı 30 mart 2021-ci il tarixdən elektron qaydada 250.16 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçıya məxsus əmək kitabçasının surətinə əsasə n, o, müxtəlif aralıqlarla 2 oktyabr 1978-ci il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur.
3. Cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən, onun ümumi əmək fəaliyyəti dövründə “İşgüzar” kooperativində işlədiyi xx.xx.1996-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövr sosial sığorta stajına daxil edilməmişdir.
4. İddiaçı pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********4 saylı məktubu ilə bildirilmişdir ki, iddiaçının əmək kitabçasının surətinə əsasən xx.xx.1996-cı ildən xx.xx.2000-ci ilədək “İşgüzar” kooperativində işlədiyi müddətdə sosial sığorta haqları ödənilməməsi səbəbindən həmin dövrün sosial sığorta stajına əlavə edilməsi qanuna ziddir. Qeyd edilmişdir ki, ona pensiya təyin edilən zaman xx.xx.2006-cı ilədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş 22-1-ci maddəyə əsasən onun 25 il ümumi sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən sonrakı 14 il 03 ay sosial sığorta stajı və 16972,47 manat pensiya kapitalı nəzərə alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 6 avqust 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.1996-cı ildən xx.xx.2000-ci ilədək “İşgüzar” kooperativində sədr işlədiyi müddətin sosial sığorta stajına əlavə edilməklə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tə ləbini onunla əsaslandırmışdır ki, 30 mart 2021-ci il tarixdə ona elektron qaydada 250.16 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. Əmək pensiyasının məbləğindən narazı olduğundan əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş və cavabdehin yuxarıda göstərilən məktubu ilə müraciətinin icrasından imtina olunmuşdur. 7. "İşgüzar" kooperativi 1990-cı ildə Azərbaycan Boruyayma zavodunun nəzdində yaradılmış və Sumqayıt XDS-nin İcraiyyə Komitəsində qeydiyyata alınmışdır. O, həmin kooperativin sədri seçilmişdir. Kooperativ, nizamnaməsinə uyğun olaraq Azərbaycan Boruyayma zavodunun poladəritmə sobalarının tüstü borularının rənglənməsi, lutirovkası və təmiri, qismən isə əhaliyə xidmət işləri ilə məşğul olmuşdur. "İşgüzar" kooperativi 1991ci ildən 1995-ci ilin sonuna q ədər Azərbaycan Boruyayma zavodun ərazisində təmir-tikinti işləri yerinə yetirmişdir. Yerinə yetirilmiş işlərin dəyərinə görə zavod kooperativə olan borcun bir qismini ödəmiş, bir qismi isə ödənilməmiş qalmışdır. Bu müddət ərzində "İşgüzar” kooperativi sosial müdafiə və vergi borclarının hasabatlarını vaxtında vermiş və ödənişləri qismən yerinə yetirmişdir. Əmək haqqı borcları da qismən ödənilmişdir. 1996-cı ildən 2003-cü ilə qədər zavod işləmədiyinə görə "İşgüzar" kooperativinə olan borclarını ödəməmişdir. Ona görə də "İşgüzar" kooperativi sosial müdafiə və vergi borclarını tam ödəyə bilməmişdir. 1996-cı ildən 2000-ci ilə qədər "İşgüzar" kooperativi ancaq əhaliyə xidmət işləri ilə məşğul olmuşdur. Bu müddət ərzində sosial müdafiə və vergi hesabatları vaxtında təqdim edilmiş, ancaq ödəmə o lmamışdır. Belə ki, xidmət işlərindən kooperativə daxil olan kiçik həcmli gəlirlər cari və 1995-ci ilə qədər yaranan əmək haqqı borclarının ödənilməsinə yönəldilmişdir. Cavabdeh 1991-1995-ci illərdə kooperativdə olan iş stajını sosial sığorta stajına əlavə etmiş (qismən ödəniş olduğuna görə), 1996-2000-ci illərdə kooperativdə olan iş stajını isə sosial sığorta stajına əlavə etməmişdir (ödənişlər olmadığına görə). Bildirilmişdir ki, 2000-ci ildən sonra kooperativin heç bir fəaliyyəti olmadığından Sosial Müdafiə Fonduna olan borcları ödəyə bilməmişdir.
8. İddiaçı yuxarıda göstərilənlərə əsasən və "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” xx.xx.2018-ci il tarixli, 1042-VQ saylı Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, "Ə mək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və 1 iyun 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında'' Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
9. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, “İşgüzar” kooperativinin iş qovluğundakı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək hesabat məlumatlarının təqdim edilməsi üçün 04 oktyabr 2021-ci il tarixli, **********3 nömrəli məktubla Fondun 1 saylı regional ərazi filialına müraciət edilmişdir. Müraciətə cavab olaraq həmin filial tərəfindən “İşgüzar” kooperativinin Fondun vəsaitləri üzrə haqq-hesab cədvəlləri təqdim edilmişdir. Həmin haqq-hesab cədvəllərində qeyd olunmuşdur ki, 19961999-cu il t arixlərinin müvafiq rüblərində kooperativin işçilərinə əməkhaqqı hesablanmamış və hesablanması nəzərdə tutulmamışdır.
10. Həmçinin, iddiaçının yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında xx.xx.2021-ci il tarixli, **********0 nömrəli müracəti X1 sədr müavini tərəfindən cavablandırılaraq qeyd edilmişdir ki, İddiaçı “İşgüzar” kooperativinin sədri olmuşdur. Onun kooperativ sədri kimi şəxsi imzası ilə rəsmiləşdirilmiş 1996-1999-ci illərdə qeydiyyata alınmış arayışlarda həmin müəssisə tərəfindən işçilərə əməkhaqqı hesablanmadığı və ödənilmədiyi qeyd edilmişdir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” xx.xx.2018-ci il tarixli, 1042-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqan ının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
11. Cavabdeh qeyd etmişdir ki, qanunda əmək haqqının hesablandığı, lakin ödənilmədiyi halda iş stajına daxil edilməsi nəzərdə tutulur. Lakin yuxarıda qeyd olunanlara əsasən, İddiaçı işi “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun əhatə dairəsinə düşmədiyindən, “İşgüzar” kooperativində işlədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir.
12. Bundan başqa, cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.-ci və 7-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə istinad edərək bildirmişdir ki, iddiaçı “İşgüzar” kooperativinin sədri vəzifəsində işlədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövr ərzində işçilərə və şəxsən ona əməkhaqqı hesablanmadığı və ödənilmədiyi üçün onun məcburi dövlət sosial sığorta sahəsində borclarının tənzimlənməsi və həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir.
13. Əlavə olaraq cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iddiaçı işləmədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövr üzrə əmək haqqı almamış və beləliklə də, itirmiş olduğu gəlirin kompensasiyasından söhbət gedə bilməz. İddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir.
14. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1681/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim İ.R.Quliyev) iddia qismən təmin edilmiş, iddiaçının 1996-2000-ci illər üzrə sədr vəzifəsində işlədiyi “İşgüzar” kooperativinin təqdim etdiyi hesabatlarda əmək haqqı hesablanmış dövrlər iddiaçının sosial sığorta stajına əlavə edilməklə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabd eh tərəfindən iddiaçının sosial sığorta stajı kimi qəbul olunmayan əmək fəaliyyəti dövrü "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvədə olduğu müddətdə əldə edildiyinə görə, həmin qanunun müddəaları tətbiq olunmalıdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
16. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normalar nəzərə alındıqda, iddiaçının xx.xx.1996 - xx.xx.2000ci illərdə işlədiyi dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edilərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır.
17. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi dövrlərin müəyyən hissəsində “İşgüzar” kooperativinin fəaliyyətinin olmaması səbəbindən işçilərə əmək haqqın ın hesablanmayacağı barədə müvafiq hesabatlar inzibati orqana təqdim edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçının sədr vəzifəsində işlədiyi “İşgüzar” kooperativinin xx.xx.1992 - xx.xx.2000-ci illər üzrə hesabatları məhkəməyə təqdim edilmişdir. Hesabata əlavə edilmiş arayışlardan görünür ki, 1996-cı ilin İV rübündə, 1997-ci ilin İİ rübündə, 1998-ci ilin İ və İİİ rüblərində, 1999-cu ildə işçilərə əmək haqqı hesablanmamışdır.
18. Məhkəmə hesab etmişdir ki, bu dövrlər əmək haqqı hesabalanmadığı üçün iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Digər dövrlərin nəzərə alınması tələbi isə yuxarıda qeyd edilənlərə əsasən əsaslı hesab edilməlidir.
19. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
20. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-251/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı ilə (hakimlər Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-1681/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin olunmuş, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək “İşgüzar” kooperativində sədr işlədiyi müddətin iddiaçının sosial sığorta stajına əlavə edilməklə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
22. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən “Əmək pensiyaları haqqında” Qanunun 22-1.3-cü maddəsinə, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci, 3.2.1-ci və 3.6-cı, həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək “İşgüzar” kooperativində işlədiyi müəyyən dövrlərdə məcburi dövlət sos ial sığorta haqları ödənilməməsinə baxmayaraq, həmin dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. Lakin, birinci instansiya məhkəməsi qeyd edilən normanın tətbiqində səhvə yol verərək iddiaçının yalnız əmək haqqı hesablandığı əmək fəaliyyəti dövrlərinin əmək stajına daxil edilməsi nəticəsinə gəlmişdir ki, bu da iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur.
23. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia tələbinə qarşı təqdim olunmuş etirazın dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu -1.0.1 əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir... -7 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. QEYD: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017- ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.... -21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətind ən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. -22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: -22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır... -22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.
27. Əmək Məcəlləsi 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — i şə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 28. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması ü çün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır.... 29. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” -3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: -3.2.1. əmək kitabçası;
30. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhk əmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübah isələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
32. İş üzrə apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən hüquq münasib ətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlil ləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək “İşgüzar” kooperativində işlədiyi müddətin onun sosial sığorta stajına əlavə edilməklə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bu nunla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. 38. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajı na daxil edilir. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəaları baxımından əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Başqa sözlə, qanunverici şəxsin 1 yanvar 2002-ci ilədək olan əmək fəaliyyətinin əmək stajına daxil edilməsini məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtləndirməmiş, 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərmiş şəxslərə pensiya təyin olunması üçün əmək stajı hesablanarkən həmin müddətin əmək stajına daxil edilməsi üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələbini nəzərdə tutmamışdır. Hazırkı mübahisəyə münasibətdə nəzərə almaq lazımdır ki, iddia çının xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi müddət yanvar 2002-ci ilədək olan dövrü əhatə etdiyi üçün istinad olunan norma iddiaçı barəsində də tətbiq edilməlidir.
39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün olmuşdur. Odur ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının pensiyasının yenidən hesablanmasından cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
40. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstə rilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-251/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.